İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix16.02.2017
ölçüsü0,8 Mb.
#9081
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

M ü alicə. 
Müalicə  üçün  S.Y.Lyubaşenko  tərəfindən  hazır­
lanmış  leptospiroz  əleyhinə  hiperimmun  serumdan  istifadə  edi­
lir.  Xəstəliyin  ilk  dövrlərində  bunun  tətbiqi  yaxşı  nəticə  ilə 
özünü  göstərir.  Bundan  əlavə  streptomisin  hər kq  canlı  kütləyə 
15  min T.V.  əzələ  içinə vurulmalıdır.  Xəstə quşlar uyğun zoogi- 
giyeniki  şəraitdə saxlanmalı və yem payına balıq yağı, mikroele- 
mentlər və  vitaminlər əlavə edilməlidir.
İm m unitet. 
Xəstəlik  keçirmiş  quşlarda  yüksək  gərginlikli 
immunitet  yaranır.  Xəstəliyin  spesifik  profilaktikası  üçün 
S.Y.Lyubaşenko tərəfindən fenol  vaksin hazırlanıb təklif edilmiş 
və bu quşların yaşı  növündən asılı olaraq  1-3  ml dərialtına inyek­
siya edilir.  Yaranmış  immunitet quşları  1  ilə qədər qoruyur.
Profilaktika  v ə  m übarizə  tədbirləri. 
Quşçuluq  təsərrüfatla­
rında  leptospiroz baş verdikdə müəyyən  məhtutlaşmalar qoyulur. 
Hər gün  quşlar nəzərdən  keçirilir,  xəstə və xəstəliyə  şübhəli  quş 
qrupları  ayrılaraq  kəsilir.  Quş  binaları  və  onun  ətraf sahələrində 
mexaniki  təmizlik  apardıqdan  sonra  tərkibində  2%  fəal  xlor olan 
xlorlu  əhəng  məhlulu,  2%-li  natrium  qələvisi  və  5%-li  fenollu 
kreolin emulsiyası  ilə dezinfeksiya aparılır.  Peyin və yem qalıqla­
rı  toplanaraq  biotermiki  üsulla  dezinfeksiya  edilir.  Deratizasiya 
tədbirlərinin  aparılmasına  xüsusi  fikir verilmilədir,  çünki  gəmiri­
cilər infeksiya törədicisini  çox  vaxt ömrü  boyu özlərində gəzdirir 
və infeksiya törədicisinin ehtiyat mənbəyi  kimi rola malik olurlar.
Pulloroz
Pulloroz  (Pullorosis)  toyuqlar dəstəsinə  mənsub  olan  quşla­
rın  infeksion  xəstəliyi  olub  cücələrdə  parenximatoz  orqanların 
və  bağırsaqların  zədələnməsi,  yaşlılarda  isə  yumurta  follikulla- 
rının  iltihabı  ilə  səciyyələnir.
Tarixi  m əlu m a t. 
Pulloroz  ilk  dəfə  1889-cu  ildə  İngiltərədə
251

Kleyn  tərəfin  qeyd  edilərək  quşların  salmonellyozu  adlandırıl­
mışdır.  Avropa ölkələrində  bu xəstəliyi  əsasən  yaşlı  toyuqlarda 
müşahidə etmiş və buna toyuqların tifı, ABŞ-da  isə körpə cücə­
lərdə  aşkar edərək buna cücələrin  ağ  ishalı  adı  vermişlər.  Uzun 
müddət  belə  bölgü  davam  etmiş,  sonradan  müəyyən  edilmişdir 
ki,  yaşdan  asılı  olaraq  iki  bir-birindən  tamamilə  fərqlənən  belə 
əlam ətlər  bir  xəstəliyin  nəticəsidir  və  bir  növ  mikroorqanizm 
tərəfindən törədilir.  Hal-hazırda xəstəlik pulloroz,  onun törədici­
si  isə Salmonella cinsinə mənsub olan Salmonella pullorum-qal- 
linarum  adlanır.
Pulloroz dünyanın hər yerində müşahidə edilir.  Keçmiş SSRİ- 
də xəstəlik  1924-cü  ildə  A.A.Uşakov tərəfmən  qeyd edilmişdir.
X əstəliy in   törəd icisi. 
Xəstəliyin  Salmonella pullorum  qalli- 
narum  mikrobu  olub,  salmonella  qrupuna  mənsubdur.  Mikrob 
xırda,  üçvari  ovalvari  çöp  olub  uzunluğu  1-2,5  mkm,  eni  isə 
0,30,5  mkm-dir.  Patoloji  materialdan  hazırlanmış  yaxmalarda 
amil  kokkvari  və  sap  şəklində  formalarda  da  görünür.  Anilin 
boyalarını  yaxşı  qəbul  edilir,  Qramla  mənfi  boyanır,  xəstəliyin 
törədicisi  sərbəst  hərəkətə  malik  deyil,  spor  və  kapsula  yarat­
mır,  qida  müşitlərinə  tələbkar deyil,  adi  universal  qida mühitlə­
rində  1-2  günə  boy  verir.  Elektiv  qida  mühiti  kimi  Endo,  Levin 
və baktoaqar «J»-dən istifadə edilir. 3-12 günlük toyuq embrion- 
larını  tələf edir.  Laboratoriya  təcrübə  heyvanlarından  ada  dov­
şanları,  ağ  siçanlar  və  siçovullar  həssasdır.  Amilin  patogenliyi 
dəiyşkəndir,  spontan xəstəlik zamanı  yüksək dərəcədə virulent- 
liyə  malik  ştamlarla  bərabər,  həm  də  zəif virulentli  ştamları  da 
ayrılır.  Xəstəliyin əsas törədicisindən  əlavə ölmüş quşların bak- 
terioloji  müayinəsi  zamanı  S.typhi  murium,  S.dublin,  S.infaktis, 
S.bareillu və  s.  mikroblar da ayrılır.
D avam lılığı. 
Salmonella pullorum-qallinarum  18-200S  tem­
peraturda  qurudulmuş  kulturada  7  ilə  qədər,  torpaqda  1  ildən 
çox,  quş  peyinində  3  aya  qədər sağ qalır.
Kimyəvi  dezinfeksiya  vasitələrindən  1%-li  formaldehid,
252
5%-li  naftalizol,  4%-li  natrium  qələvisi,  20%-li  sönmüş  əhəng 
məhlulları  amili  qısa  müddətdə  inaktivləşdirir.
E pizootoloji  m əlum atlar. 
Pulloroz  geniş  yayılmış  xəstəlik­
lərdən  biridir  və  buda  onun  epizootoloji  xüsusiyyətləri  ilə  əla­
qədardır.  Xəstəlik  ən  çox  toyuq  və  hind  quşlarında  müşahidə 
edilir.  Bu  quş  növlərinin  14  günlüyə  qədər  körpələri  daha  çox 
həssaslıq  göstərir.  Xəstəlik  həmçinin  kəkliklərin,  göyərçinlərin 
və  digər  quş  növlərinin  körpələrində  də  qeyd  edilir.  Ətlik  cins­
lərdə  yumurtalıq  cinslərə  nisbətən  xəstəlik  daha  çox  müşahidə 
edilir.  Təsərrüfatın  xarakterindən,  quşların  ümumi  müqavimət 
qüvvəsindən,  amilin  virulentliyindən  asılı  olaraq  xəstələnmə  2- 
60%, ölüm  isə  müalicə aparılmadıqda  80%-ə qədər olur.  Ördək 
və qazlar xəstəliyə az həssasdır və onlarda bakterioloji  müayinə 
əsasında  bir qayda  olaraq  Salmonella typhi  murium  ayrılır.
Pulloroz  əsasən  5-6  günlüklərdə  baş  verir və  14  günə  qədər 
davam  edir.  Sonra  infeksion  proses  tədricən  zəifləyir  və  20-45 
günlüklərdə  yalnız  sporadik  halda qeyd  edilir və  xroniki  gedir.
Xəstəliyin  törədicisi  ilə  yoluxmuş  yumurtalardan  cücə  çıxı­
mı  40-60%-dir,  digərləri  isə  embrionun  inkişafının  müxtəlif 
dövrlərində  tə lə f olur.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstəliyin  törədicisi  ilə  yo­
luxmuş  yumurta,  xəstə cücələr və salmonella daşıyan  yaşlı  quş­
lardır. Cücə və yaşlı  quşlar amili  kal  və yumurta ilə xarici  mühi­
tə  ixrac  edir.  Xəstəliyin  törədicisi  ilə  yoluxmuş  yem,  su,  döşə­
nək,  xidmət  əşyaları  və  s.  pullorozun  quşlar  arasında  yayılma­
sında  böyük  rol  oynayır.  Təsərrüfatın  və  inkubatoriyaların  sani- 
tariya  vəziyyəti  nə qədər aşağıdırsa yoluxma da bir o  qədər çox 
olur.
Pulloroza  görə  qeyri-sağlam  təsərrüfatlarda  xəstəlik  burada 
çalışan  işçilərlə,  baytarlıq-sanitariya tədbirlərinə əm əl  etmədik­
də  sürətlə  yayılır.  Bundan  əlavə  xəstəliyin  təbii  mühitdə  yayıl­
masında  vəhşi  quşlarında rolu  qeyd  edilməlidir.
Cücələrdə  təbii  halda  konqenital  (transovarial)  və  postnatal
253

yoluxma  qeyd  edilir.  Pullorozu  keçirmiş  toyuqlarda  xəstəliyin 
törədicisi əsasən yumurta əmələ gətirən orqanlarda olur və vax­
taşırı olaraq yumurta ilə xarici mühitə ixrac olunur. Amil yumur­
tanın  sarısında,  ağında,  qabıqaltı  qişada  (endogen  yoluxma)  və 
qabıq  üzərində  (ekzogen  infeksiya)  aşkar edilir.
İnfeksiya  törədicisinin  ehtiyat  mənbəyi  bir çox  sərbəst  h ə­
yat  tərzinə  malik  olan  quşlar  hesab  edilir.  Təsərrüfat  daxilində 
xəstəliyin  törədicisi  latent gedişli  infeksiyanı  keçirən  quşlar va­
sitəsilə yayılır,  bunlar yumurta ilə amili  xarici  mühitə ixrac edir, 
belə  yumurtaları  inkubasiya  etdikdə  yumurtada  formalaşan  em- 
brion  inkişafının  müxtəlif mərhələlərində  tə lə f olur,  yumurta­
dan  çıxmış cücələr xəstə olmaqla bir qismi ölür, digər qismi  sağ 
qalır  və  salmonelladaşıyan  olur.  Salmonellayadaşıyıcılıq  1,5  il 
davam  edir.  Məhz  buna  görə  də  pullorozda  stasionarlıq  özünü 
göstərir.
Xəstəliyə görə  stasionar təsərrüfatlarda cücələrin  yemləndi- 
rilməsi  rejiminin  pozulması,  hipovitaminozlar,quş  binalarında 
temperatura və  nisbi  nəmliyin  normada olmaması  və  s.  gizli  in- 
feksiyanın  kliniki  xəstəlik  formasına  keçməsinə  səbəb  olur.
P atogenez. 
Xəstəliyin  patogenezində  quşların  yaşı  və  onun 
ümumi  rezistentliyi  böyük  rol  oynayır.  Xəstəliyin  törədicisi 
həzm  və  tənəffüs  orqanlarına  düşdükdən  sonra  qısa  müddətdə 
qana keçir və qan  vasitəsilə  müxtəlif orqanlara toplanır və onla­
rın  m üxtəlif  xarakterli  iltihabını  və  zədələnmələrini  törədir. 
Xüsusilə  belə  zədələnm ələr  qaraciyərdə,  dalaqda,  yumurtalıq­
larda,  böyrəklərdə  daha  xarakterik  halda  nəzərə  çarpır.  Orqa­
nizmdə  mikrobun  təsirindən  iti  septiki  proses  baş  verir,  mikrob 
hüceyrələrinin  bir  qisminin  orqanizmin  müdafiə  qüvvələrinin 
təsirindən  parçalanması  nəticəsində  burada  termostabil  endo- 
toksin  toplanır.  Onu da qeyd  etmək  lazımdır ki,  amildə virulent- 
lik  nə  qədər güclüdürsə,  onun  toksini  də  bir  o  qədər toksikidir. 
Yumurtaların  inkubasiyası  zamanı  embrionların  ölümü  məhz 
salmonelların endotoksininin təsirindən  baş  verir.
254
G ed işi  v ə  kliniki  əla m ətləri. 
Xəstəliyin  inkubasiya  dövrü 
1-6  gün  arasında  olur.  Bu  quşların  müqavimət  qüvvəsindən  və 
yaşından,  mikrobun  virulentliyindən  və  s.  asılıdır.  Pulloroz  iti, 
yarımiti  və  xroniki  gedişlidir.
Xəstəliyin iti gedişi  ilk günlərdən cücələrdə müşahidə edilir. 
Bunlarda  ümumi  zəiflik,  iştahsızlıq,  hərəkət  müvazinətinin  po­
zulması,  mürgüləmə,  tüklərin  qabarması,  qanadların  sallanması 
və s.  müşahidə  edilir.  Ən  mühüm  kliniki  əlamət  mədə-bağırsaq 
sisteminin  funksiya  pozğunluğu  ilə  əlaqədar  baş  verir.  Xəstə 
cücələrdə  ağ  rəngdə  kal  kütləsi,  kloaka  ətrafının  kal  kütləsi  ilə 
çirkli  olması,  kloakada  selikli-yapışqanlı  kal  kütləsindən  ibarət 
olan tıxacın yaranması  nəzərə çarpır.  Quşlarda tənəffüsün çətin- 
ləşməsi,  sarı  maddənin  orqanizm  tərəfindən  sorulmasının  ləngi­
məsi  aşkar  edilir.  İti  gediş  2-6  gün  davam  edir  və  çox  vaxt 
ölümlə nəticələnir.
Yarımiti  gedişlə  kliniki  əlam ətlər  iti  formadakı  kimidir,  an­
caq  ləng  inkişaf edir.  Xəstə  quşların  inkişafı  ləngiyir və  quş  ya­
şlandıqca  nəzərə  çarpan  əlam ətlər tədricən yox  olur.
Yarımiti  gediş  15-20  günlük  quşlarda  müşahidə  edilir.  Xro­
niki  gediş  nisbətən  yaşlı  quşlarda  özünü  göstərir,  bu  zaman 
həzm  sisteminin  funksiya  pozğunluğu,  inkişafdan  qalma  qeyd 
olunur.
Yaşlılarda  xəstəlik  inapparant  infeksiya  halında  gedir.  Belə 
quşlarda  yumurta  məhsuldarlığının  aşağı  düşməsi,  həzm  orqan­
larının  funksiya  pozğuqnluğu,  pipyin  göyərməsi,  həmçinin  ova- 
rit  və  salpinqit  nəticəsində  sarılıqlı  peritonit  inkişaf edir.  Bəzi 
ana toyuqlarda  qarının  sallanması  da  qeyd  olunur.
P atoloji-anatom ik  d əyişilik lər. 
18-20  günlük  ölmüş  embri- 
onlarda  yaşıl  rəngdə  bərk  kütləli  və  böyümüş  sarı  maddə 
görünür,  üzərində qan  damarları  şəbəkəsi  kəskin  şəkildə  nəzərə 
çarpır,  qaraciyər böyüyür və  üzərində  nekroz  sahələri  qeyd  edi­
lir.  Öd kisəsi  böyüməklə, öd qatılaşmış, tünd yaşıl  halda olur.  İlk 
günlərdən ölmüş cücələrdə bir qayda olaraq sarı  maddənin sorul-
255

maması  qeyd  edilir.  Normada  bu 
maddə 
cücənin 
həyatının 
5-7 
günündə  sorulmalıdır,  ancaq  pullo- 
ruz  zamanı  sarı  maddə  yaşıl  rəngdə 
olmaqla  bərk  konsistensiyalı  halda, 
hətta  20-30  günlük  cücələrdə  də 
müşahidə  olunur.  Bağırsaqların  se­
likli  qişasının  kataral  iltihabı  üzərin­
də  çoxlu  miqdarda  qan  sızmaları, 
kloakada ağ rəngdə kal kütləsinin to­
planması, sidik çıxarıcı  kanallarda sidik turşusu duzları  müəyyən 
edilir.  Qaraciyərdə,  ürəkdə  və  ağ  ciyərdə  nekroz  ocaqları  qeyd 
olunur.
Yaşlı  quş  cəzədlərində  əsas  patoloji-anatomik  dəyişdiklər 
yumurtalıqlarda olur.  Beləki,  yumurta  follikulları  iltihabı  olmaq­
la forması, rəngi  və konsistensiyası dəyişir.  Bəzən bunlarda seroz- 
lu-fibrinozlu  peritonit,  dalaq  və  qaraciyərin  böyüməsi,  bunların 
parenximasında  nekroz  ocaqları,  perikard  boşluğunda  serozlu-fi- 
brinozlu  ekssudat,  ürək  əzələsində  və  ağciyərdə  düyünlü  törə­
mələr  nəzərə  çarpır.  Sarılıqlı  peritonit  və  bağırsaq  müsariqələ- 
rində  birləşdirici  toxumanın  kəskin  inkişafı  nəticəsində  bağırsaq 
əyriliklərinin  bir-birinə  bitişməsi  qeyd  olunur.  Xoruzlarda  onla­
rın  toxunduqlarında  iltihab  və nekroz sahələri  aşkar edilir.
D iaqnoz. 
Pulloroza diaqnoz qoymaq  üçün  onun  epizootoloji 
xüsusiyyətləri, kliniki əlamətləri və patoloji-anatomik dəyişdik­
ləri  nəzərə alınır və diaqnozun dəqiqləşdirilməsi  üçün  bakteriyo- 
loji  müayinə  aparılır.  Bu  məqsədlə  5-10  ədəd  təzə  quş  cəsədi 
patoloji-anatomik yarılır,  daxili orqanlarından əşya şüşələri  üzə­
rində ümumi qəbul edilmiş qayda üzrə ləpir-yaxmalar hazırlana­
raq  mikroskopiya  eddir,  eyni  zamanda  patoloji  materialdan 
müxtəlif qida mühitlərinə əkib amilin təmiz kulturası  alınır.  Ay­
rılmış salmonella kulturalarının tipinin təyin edilməsi tipspesifik 
serumlarla əşya şüşəsi  üzərində aqqlyutinasiya reaksiyası  qoyu­
Ş ə k i l   12.  P u l l o r o z l a   x ə s t ə   c ü c ə
256
lur.  Xəstə  yaşlı  quşlarda  pullorozu  müəyyən  etmək  üçün  qan- 
damla  aqqlyutinasiya  reaksiyasından  və  vasitəsiz  hemaqqlyuti- 
nasiya  qan-damla  reaksiyadan  istifadə  edilir.
Bu  reaksiyaların  aparılması  üçün  rəngli  və  eritrositar antigen 
hazırlanmış və rəngli pulloroz antigeni  qan-damla aqqlyutinasiya 
reaksiyasının  və  eritrositar  antigen  isə  vasitəsiz  hemaqqlyutina- 
siya qan-damla  reaksiyasının  qoyulması  üçün tətbiq  olu-nur.
Bu reaksiyaların kütləvi  şəkildə tətbiqi üçün M.A.Artemiçev 
tərəfindən  təklif  edilmiş  isidici-yürgüləyici  qurğudan  istifadə 
edilir.  Qanda  pulloroz  antigeni  olduqda  damlada  xarakterik 
aqqlyutinat  nəzərə  çarpır,  qarışığın  homogen  olması  isə  quşun 
sağlam  olmasını  göstərir.
Eritrositar  antigen  rəngli  antigenə  nisbətən  4-5  dfə  spesifik 
nəticə  verir.  Digər  baytarlıq-sanitariya  tədbirlər  kompleksi  ilə 
birlikdə  bu  reaksiyaların tətbiqi  nəticəsində təsərrüfatlarda quş­
lar arasında  salmonelladaşıyıcılığı  aşağı  salmaq  və  praktiki  ola­
raq  təsərrüfatı  sağlamlaşdırmaq mümkündür.  Reaksiyaların  spe­
sifikliyini  təmin  etmək  üçün  müayinədən  5-7  gün  əvvəl  quşla­
rın yem  payından  artıq  zülalı,  yağları  və  müalicə  vasitələrini  çı­
xarmaq  lazımdır.
Bəzi  ölkələrdə  xəstəliyin  diaqnozu  üçün  allergiya  sınağından 
da  istifadə  edilir.  Allergen  kimi  S.pullorum-qallinarum  mikrobu- 
nun  inaktivləşdirilmiş kulturası  və ya polipeptid-polisaxarid  komp­
leksindən  ibarətdir.  Sınaq dəri  içi  aparılır, həssaslıq və spesifikliyi­
nə görə  qan-damla aqqlyutinasiya reaksiyasından  geri  qalmır.
X əstəliyə görə qeyri-sağlam təsərrüfatlarda bütün quşlar 50- 
55  günlükdə və təkrar olaraq  7 aylıqda yuxarıda qeyd olunan se- 
roleji  reaksiyalar vasitəsilə  yoxlamalıdır.
T ə fr iq i  d iaqnoz. 
Xəstəliyi  kolibakteriozdan,  koksidiozdan, 
aspergillyozdan,  zəhərlənmələrdən  və  hipovitaminozdan  təfriq 
etmək  lazımdır.
Kolibakterioz zamanı daxili orqanların üzərində serozlu-fibri- 
nozlu  çöküntü,  daxili  orqanların  bakterioloji  müayinəsi  zamanı
257

E.coli  mikrobu  ayrılır.  Kolibakteriozun  törədicisi  Endo  qida 
mühitində metal  parıltılı  tünd qırmızı rəngdə koloniyalar yaradır.
Koksidioz  3  həftəlikdən  3  aylığa  qədər  quşlarda  müşahidə 
edilir,  kalda  selik  və  qan  nəzərə  çarpır.  Kor  bağırsaq  daxilində 
köpüklü, qanlı  möhtəviyyat müşahidə  edilir.  Kor bağırsaq  selik­
li qişasının qaşıntısmın mikroskopiyası zamanı koksidiyaların şi- 
zantları  və oosistləri  aşkar edilir.
Aspergillyoz  zamanı  quşlarda  tənəffüsün  çətinləşm əsi,  pro­
sesə  ağciyər və  hava kisələrinin  tutulması  və  mikoloji  müayinə 
zamanı Asp.fumiqatus -  göbələyi  aşkar edilir.
Zəhərlənmə  və  hipovitaminozlarda  bakterioloji  müayinənin 
nəticəsi  mənfi  olur.  Simptomatik  müalicə  nəticəsində  quşlarda 
sağalma qeyd  olunur.
M üalicə. 
Xəstəliyə  qarşı  spesifik  müalicə  vasitələri  yoxdur. 
Təsərrüfatda xəstəlik baş verdikdə onun yayılmasının qarşısını al­
maq  məqsədilə xəstələr kəsidir,  şərti  sağlam  quşlara  isə  müalicə 
vasitələri  tətbiq  olunur.  Qoruyucu  məqsədlə  və  xəstəlikdən  baş 
verən  ölümün  azaldılması  üçün  müxtəlif antibiotiklər,  sulfanila- 
mid  preparatları  və nitrofuran birləşmələrindən  istifadə  edilir.
Terramisin  ilk  gündən  cücələrin  yem payına hər kq  yemə 2- 
4  qram  hesabı  ilə  qatıb  10  gün  yemləndirilir,  sonra  3-5  gün  va- 
silə  verdikdən  sonra  müalicə  yenə  həmin  rejimdə  təkrar  edilir. 
Oksitetrasiklin  100  qr  və  neomisin  500  qr  götürüb  1  ton  yemə 
qatılır  3-5  gün  fasilə  ilə  hər  biri  10  gün  davam  edən  müalicəvi 
yemləmə aparılır.
Sulfadimezin  yemdə  0,05-0,1%  konsentrasiyada  quşları  14 
gün  yemləndirib,  2-3  gün  fasilə  verdikdən  sonra  müalicə  kursu 
təkrar  edilir.  Bu  sxemlə  həmin  preparat su  ilə  də  quşlara  verilə 
bilər,  ancaq  bu  zaman  sulfadimezinin  konsentrasiyası  suda  0,1- 
0,2%  təşkil  etməlidir.
Nitrofuran  birləşmələrindən  furazolidon  yemdə  0,04-0,06% 
konsentrasiyası  yaradıldıqdan  sonra  15  gün  fasilədən  sonra  müa­
licə kursu təkrar edilir. Toksiki xüsusiyyəti zəif olan füridin prepa­
258
ratı  hər  kq  canlı  kütləyə  200  mq  hesabı  ilə  yemə  qatıb  10  gün 
müddətində quşlara verilir. Bu preparatın sulfadimezin və polimik- 
sin  M-lə  birlikdə tətbiqi  daha yaxşı  müalicə xüsusiyyətinə  malik­
dir. Onu da qeyd etmək lazımdır ki, nitrofuran preparatları ilə müa­
licə  apardıqda  quşçuluqda  çox  istifadə  olunan  riboflavinin  tətbiqi 
məhtutlaşlırılmalıdır, çünki bu preparatlar bir-birinə antoqonistdir.
İm m u n itet. 
Xəstəliyi keçirmiş quşlarda infeksion immunitet 
yaranır.  Salmonella-Pullrum-qallinarum  quş orqanizmində  uzun 
müddət  yaşayır,  ancaq  orqanizmdə  «parazit-sahib»  müvazinəti 
pozulur.  Bu  müvazinət  stress  faktorların  quş  orqanizminə  təsi­
rindən  onun  rezistentliyinin  aşağı  düşməsi  nəticəsində  pozulur. 
Nəticədə  immunitet  olmur,  orqanizmdə  bakteremiya  prosesi  və 
xəstəliyin  residivi  baş  verir.  Aparılan  tədqiqatlara  baxmayaraq 
bu günə qədər spesifik profilaktika vasitələri əldə edilməmişdir. 
Ancaq  İngiltərədə  diri  və  inaktivləşdirilmiş vaksinlərdən  istifa­
də edilir.
Pulloroza qarşı  diri  vaksinlər xəstəliyin  törədicisinin  R-9  və 
S-9  attenuasiya  olunmuş  ştamlarından  hazırlanmışdır.  Bundan 
əlavə  bir sıra alimlər pulloroz faqın profilaktik effektliliyini  gös­
tərirlər.  Faqın  ilk günlükdən  10 gün ərzində enteral tətbiqi  cücə­
lərin  xəstəliyə  davamlılığını  gücləndirir.
P rofilaktika  v ə   m übarizə  təd b irləri. 
Pulloroza  görə  sağ­
lam  təsərrüfatlarda  ana  toyuqlar  müntəzəm  şəkildə  qan-damla 
aqqlyutinasiya  reaksiyası  və  ya  vasitəsiz  hemaqqlyutinasiya 
qan-damla reaksiyası  ilə bu  xəstəliyə görə yoxlanmalıdır,  cavan 
qrupları  50-55  günlükdə qeyd olunan reaksiyalarla pulloroza gö­
rə  yoxlamaq  lazımdır.  İnkubasiya  ediləcək  yumurtalar  yalnız 
xəstəliyə  görə  sağlam  təsərrüfatlardan  götürülməlidir.  İnkuba­
siya  ediləcək  yumurtalar və  inkubatorlar müntəzəm  olaraq  dez­
infeksiya edilməlidir.  Bu məqsədlə ən çox formaldehid buxarın­
dan  istifadə  edilir.  İnkubatorun  hər  m3  həcminə  30  ml  40%-li 
formalin,  20  qr  kalium-permonqanat  və  30  ml  su  götürülür  və 
bunların  qarışdırılması  ilə  əlaqədar  olaraq  formaldehid  buxarı
259

yaranaraq yumurta və  inkubatorları  etibarlı  şəkildə dezinfeksiya 
edir,  cücə  çıxımı  zamanı  dezinfeksiya  süd  turşusu  aerozolu  ilə 
aparılır.
Yumurtaların dezinfeksiya üçün heksaxlorafen  aerozolundan 
da  istifadə  edilir.  Bu  məqsədlə  50  qr heksaxlorafen  1  litr  üçeti- 
lenqlikolda  həll  edilir  və  inkubator  daxilinə  15  mq  dozada 
püskürdülür və  30  dəqiqədən sonra havası  dəyişdirilir.
Xəstəliyin  profilaktikasında  mühüm  cəhətlərdən  biri  inku­
batorlarda  yumurtadan  çıxmış  cücələrin  çox  saxlanmasına  yol 
verilməməsidir.  Ümumiyyətlə cücələr 6  saatdan  gec  olmayaraq 
quşçuluq  təsərrüfatlarına  göndərilməlidir.  Yumurtadan  çıxmış 
cücələr seçilməlidir.  Çəkisi  37  qr-dan  az zəif cücələr məhv edi­
lir.  Yemin  keyfiyyəti  xəstəliyin  profilaktikasında  mühüm  rola 
malikdir.  Cücələr süd  məhsulları  ilə,  asidofılli  quru  preparatlar­
la  ABK,  PABK.  ilə yemləndirilməlidir.
Cücələr  həyatlarının  ilk  günləri  öz  temperaturalarını  tam 
tənzim edə bilmədikləri  üçün normadan artıq  isti və soyuq onlar 
üçün  olduqca  təhlükəlidir.  İlk  günlər  cücələrdə  binanın  tempe- 
raturası quşun bel səviyyəsində 28-29°S olmalı,  sonrakı hər həf­
tədə  2°S  azaldılmalı  və  18°S-yə  çatdıqda  bu  temperatura  sabit 
saxlanmalıdır.
Pulloroza  görə  qeyri-sağlam  təsərrüfatlarda  yaşlı  quşlar yu­
xarıda  qeyd  edilən  seroloji  reaksiyalar  vasitəsilə  həmin  xəstə­
liyə  yoxlanmalı,  xəstələr ət üçün  kəsilməli,  kliniki  xəstə  körpə­
lər  öldürülməli,  yumurtalar  inkubasiya  edilməməli,  quş  binala­
rında cəri  dezinfeksiya  müntəzəm  olaraq  aparılmalıdır.
Pasterellyoz
Pasterellyoz (Pasteurellosis, hemorroji  septisemiya) müxtəlif 
növ  quşların  infeksion  xəstəliyi  olub,  iti  gediş  zamanı  iti  septiki 
proses,  digər gedişlərdə  isə  ayrı-ayrı  orqanların  müxtəlif xarak­
terli  iltihabı  ilə  səciyyələnir.
260
Tarixi  m əlum at. 
Qreyin  məlumatına görə 
XVIII 
əsrin  ikinci 
yarısında Avropa ölkələrində quşlar arasında kəskin ölümlə səciy­
yələnən  xəstəlik qeyd edilmiş və  1878-ci  ildə Zemmer və  1880- 
ci  ildə  Paster bu  xəstəliyin  təmiz kulturasını  almışlar.  Həmin  il­
lərdə  Paster  xəstəliyin  törədicisinin  təmiz  kulturasını  zəiflətmiş 
və  bununla  quşları  peyvənd  etmişdir.  Pasterə  qədər  bu  xəstəlik 
Maye  tərəfindən  quşların  vəbasi  kimi  qeyd  edilmişdir və  Paste- 
rin xidməti  ilə əlaqədar olaraq xəstəliyin törədicisini  Beynəlxalq 
Epizootik  Büro  pasterella,  və  bunlar tərəfindən  törədilən  xəstə­
liyi  isə pasterellyoz adlandırmışdır.  Elmdə uzun müddət pasterel- 
laların  təsnifatında zooloji  prinsip əsas  götürülmüş,  yalnız  1939- 
cu  ildə  Rozenbuş  və  Merqant  pasterellyozun  törədicisinin 
Pasteurella multocida olmasını  dəqiq  şəkildə sübut edilmişdir.
Quşların pasterellyozu müxtəlif növ kənd təsərrüfatı heyvan­
ları  və o cümlədən quşlar arasında geniş yayılmış xəstəliklərdən 
biridir.  Ədəbiyyat  məlumatlarına  istinad  edərək  göstərmək  olar 
ki,  pasterellyoz  quşlar  arasında  dünyanın  bir  çox  ölkələrində 
ləğv edilmiş və ya sporadik halda müşahidə edilir.  Ancaq  tropik 
və  subtropik  qurşaqda  olan  ölkələrdə  müxtəlif  növ  kənd  tə­
sərrüfatı  heyvanlarında  və  o  cümlədən  quşlarda  pasterellyoz 
müşahidə  edilərək  müəyyən  qədər  iqtisadi  ziyanı  səbəb  olur. 
Ölkəmizdə  pasterellyoxun  öyrənilməsində  Ə.Əsgərovun  böyük 
xidmətləri  vardır.
Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin