T əfriq i diaq n oz.
Xəstəliyi salmonellyozdan, infeksion sinu-
sitdən və kütləvi zəhərlənmələrdən təfriq etmək lazımdır.
Salmonellyoz zamanı ördəklərdə həzm traktının iltihabı
qeyd olunur və bakterioloji müayinənin nəticəsi əsas sayılır.
İnfeksion sinusitdə yuxarı tənəffüs yollarının selikli qişası
nın kataral iltihabı müşahidə edilir və virusoloji müayinədə isə
ortomiksoviridə ailəsinə mənsub olan viruslar əldə edilir.
Zəhərlənm ələrdə toksiki vasitələrin aradan götürülməsi,
yemlərin toksikoloji yoxlanması aparılır. Zəhərlənmələrdə in-
feksiya qeyd olunmur və simptomatik müalicə nəticə verir.
M ü alicə.
Müalicə məqsədilə rekonvalessent və hiperimmun
ördəklərdən alınmış immun serumlardan istifadə edilir. Biofab-
rika şəraitində atların hiperimmunizasiya üsulu ilə alınmış hipe
rimmun serum da əldə edilmişdir, ancaq onun müalicəvi səm ə
rəliliyi o qədər də yüksək deyil.
İm m unitet.
İ.N.Doroşko və İ.İ.Panikar tərəfindən 1971-ci
ildə maye və quru virus vaksin hazırlanmışdır. Vaksinlə ilk
günlük ördək cücələri peyvənd edildikdə 3 gündən sonra immu
229
nitet yaranır və onun xəstəliyə həssaslıq dövrü boyu davam edir.
Passiv immunitet məqsədilə rekonvalessent ördəklərin seru-
mundan və hiperimmun serumlardan da istifadə etmək olar.
P rofilaktika v ə m übarizə təd b irləri.
Ördəkləri viruslu he-
patitinin profilaktikası onun saxlanması, yemləndirilməsi qayda
larına əməl edilməsi və baytarlıq-sanitariya tədbirlərinin yerinə
yetirilməsinə əsaslanır. Təsərrüfatda xəstəlik baş verdikdə ka-
rantin tətbiq edilir və aşağıdakı sağlamlaşdırıcı tədbirlər yerinə
yetirilir.
X əstə və xəstəliyə şübhəli, həmçinin z ə if ördəklər
öldürülür. Şərti sağlamlar müəyyən diri çəki əldə edilənə qədər
ayrıca saxlanır və kəsilir. Yaşlı ördəklər yumurtalama dövrü
qurtardıqdan sonra ət üçün kəsilir.
Şərti sağlam ördəklər 1-60 günlükdən etibarən hiperimmun
serumla müvafiq təlimat əsasında peyvənd edilir. Digər qrup ör
dəklər isə maye və ya quru virus vaksinlə vaksinasiya edilir. Quş
binalarında mexaniki təmizlikdən sonra dezinfeksiya aparılır.
Karantin şərtlərinə əsasən yumurtaların inkubasiya edilmə
sinə ördəklərin təsərrüfatdan kənara çıxarılmasına və ya onların
əhaliyə satılmasına, quşları qruplaşdırılması və ya yerlərinin
dəyişilməsinə, kənar şəxslərin fermaya daxil olmasına, xəstə ör
dəklər olan su sahələrinin 1 il ərzində istifadə edilməsinə icazə
verilmir.
Karantin şərtlərinə görə kliniki sağlam ördəklərin kəsiminə,
yumurtaların formalin buxarları ilə dezinfeksiyasından sonra
yeyinti sənayesi müəssisələrinə verilməsinə, patoloji-anatomik
dəyişdiklər qeyd olunmayan quş cəmdəklərinin məhtutlaşdır-
madan istifadəsinə, yumurtaların təsərrüfat daxilində ət istehsa
lı məqsədilə inkubasiya edilməsinə icazə verilir.
Spesifik profilaktika məqsədilə hiperimmun serumdan istifa
də edilməlidir. Yaranmış immunitetquşları yalnız 10-12 gün qo
ruduğu üçün xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda qum və
230
ya maye virus vaksinlə xəstəliyə həssas kliniki sağlam bütün
quş qrupu vaksinasiya edilməlidir. Aparılan tədqiqatlar əsasında
müəyyən edilmişdir ki, peyvənddən sonra yaranmış immunitet
transovarial yolla ördək cücələrinə verilir.
Spesifik profilaktika ilə bərabər digər baytarlıq-sanitariya
tədbirləri də aparılmalıdır.
Karantin təsərrüfatdan axırıncı xəstə quşun müəyyən edil
məsi və ləğvindən 30 gün keçmiş və yekun dezinfeksiya aparıl-
dıqdan sonra götürülür.
Ö rd ək lərin infeksion sinusiti
Ördəklərin infeksion sinusiti (Sinusitis infektioza anaticu-
larum, ördəklərin qripi) kontagioz xəstəlik olub, yuxarı tənəffüs
yolları selikli qişasının kataral iltihabı ilə səciyyələnir.
T arixi m əlu m at.
Xəstəlik ilk dəfə 1952-ci ildə Kanadada
Volkner və Banister tərəfindən qeyd edilmişdir. Xəstəlik geniş
şəkildə İngiltərədə, Çexiyada və Slovakiyada müşahidə edil
məklə böyük iqtisadi ziyana səbəb olmuşdur. Keçmiş SSRİ-də
xəstəlik 1957-ci ildə M.T.Prokofyeva və İ.N.Doroşko tərəfin
dən aşkar edilmişdir.
X əstəliy in törəd icisi.
Xəstəliyin törədicisi RNT-li virus
olub ortomiksoviruslar ailəsinin inflyuensa cinsinə aiddir. Labo
ratoriya şəraitində virusun yetişdirilməsi üçün toyuq embrionla-
rından və hüceyrə kulturalarından istifadə edilir. M üxtəlif növ
quşların eritrositləri ilə hemaqqlyutinasiya vermək xüsusiyyəti
nə malikdir. Virusun təsirindən quş orqanizmində antihe-
maqqlyutininlər, neytrallaşdırım və komplementtestbitedici anti-
tellər yaranır. İnfeksion sinusitin etiologiyasında şərti patogen
mikroflora böyük rol oynayır.
D a vam lılığı.
Virus aşağı temperaturda liofilizasiya halda 2
ilə qədər virulentliyini itirmir. Üzvi maddədə qurutma amili
konservləşdirir.
231
Kimyəvi dezinfeksiya vasitələrindən 3%-li xlorlu əhəng, 2%-
li natrium qələvəsi, 5%-li karbol turşusu amili tez inaktivləşdirir.
E pizootoloji m əlum atlar.
İnfeksion sinusitlə 1 aylığa qədər
ördəklər xəstələnir. İnfeksiya törədicisinin mənbəyi xəstə ör
dəklər olub, burun axmtısı ilə suya virusla çirkləndirir.
Yoluxma təbii halda aerogen yolla baş verir. Ancaq, alimentar
və transovarial yolla yoluxmada qeyd olunur. Xəstəliyin baş ver
məsində ördəklərin pis şəraitdə saxlanması, yemləmənin düzgün
aparılmaması əsas rol oynayır. Ördək binalarında temperatura re
jiminə diqqət yetirilmədikdə ilin soyuq fəsillərində onlarda so
yuqlama baş verir ki, buda qeyd olunan xəstəliyin meydana çıx
masına səbəb olur. Bəzən infeksion proses təsərrüfatda olan ör
dəklərin 90%-ni əhatə edir. Letallıq 40-80% arasında dəyişir.
P atogenez.
M üxtəlif yollarla orqanizmə daxil olmuş virus
qana keçərək bütün orqan və toxumalara yayılır, ancaq daha çox
yuxarı tənəffüs yollarının selikli qişasının epiteli hüceyrələrinə
yığılır. Virus traxeyanın, infraorbital cibciyin və burun yolunun
selikli qişasında, ağciyərdə reproduksiya edir və bunların kata-
ral fıbrinozlu iltihabını törədir.
Gedişi və klinik əlamətləri. Xəstəliyin inkubasiya dövrü 5-
10 gündür. İti gedişdə xarakterik kliniki əlam ətlər ördəklərdə
asqırma, rinit və konyunktivit müşahidə edilir. Dimdiyi sıxdıqda
burun yolundan selikli yapışqanlı ekssudat ayrılır. Onlar ağzı
açıq halda tənəffüs edir, infraorbital cibciklərin eksudatla dolu
olması ördəyin başının ümumi formasını dəyişir. Bəzən göz al
masının atrofıyası görünür. İti gedişdə bəzən qəflətən qıc olma
lar baş verir ki, buda ölümlə nəticələnir.
Xroniki gediş uzun müddət davam etməklə ördəklərdə arıq-
lama və bəzən hətta kaxeksiya vəziyyəti qeyd olunur. Sekundar
mikroflora ilə mürəkkəbləşdikdə kliniki əlam ətlər müxtəlif
tərzdə özünü göstərir.
Patoloji-anatomiki dəyişdiklər, cəsəd arıq olmaqla baş na-
232
hiyyəsi eksudatla çirklənir. Konyunktiva hipermiyalı olmaqla
üzərində selikli fıbrinozlu və bəzən şorvari kütlə aşkar edilir.
Hava kisələri iltihablıdır, divarları qalınlaşmış olmaqla üzərində
hava kisələrinin iltihabı daha xarakterik tərzdə müşahidə edilir.
Qaraciyər həcmən böyüyür, üzəri fıbrinlə örtülür, parenxima-
sında degenerativ dəyişdiklər nəzərə çarpır.
D iaq n oz.
Xəstəliyə diaqnoz qoyan zaman onun epizootoloji
xüsusiyyətləri, kliniki əlamətləri, patoloji-anatomik dəyişdiklə
ri nəzərə alınmaqla laboratoriya müayinələri aparılır. Laborato
riya müayinələrində bioloji sınağa üstünlük verilir. Bu məqsəd
lə ördək cücələri patoloji materialın suspenziyası infraorbital
cibciyə yoluxdurulur. Yoluxdurmadan 5-7 gün keçmiş ördək
cücələrində infeksion sinusitə məxsus əlamətlər görünürsə bio
loji sınaq müsbət hesab edilir. Müəyyən hallarda potensial pato-
gen mikrofloranı və onun növ tərkibini müəyyən etmək üçün
həm də bakterioloji müayinə də aparılır.
Təfriqi diaqnoz. Xəstəliyi pasterellyozdan, salmonellyozdan
və infeksion hepatitdən təfriq etmək lazımdır.
Salmonellyoz zamanı quşlarda əsas proses həzm orqanların
da gedir. 45 günlüyə qədər ördəklərdə iti gedişli, yuxarı yaşlar
da gizli bakteriyadaşıyıcılıqda özünü göstərir. Laboratoriya
müayinəsi əsasında S.typhi murium əldə edilir.
Pasterellyoz zamanı quşlarda letallıq faizi daha yüksəkdir.
Ağ ciyərdə kəskin nəzərə çarpan iltihab qeyd olunur. Pipik və
saqqalın sianozluğu müşahidə edilir. Laboratoriya müayinəsi
nəticəsində P.multosida mikrobu aşkar edilir.
İnfeksion hepatit zamanı əsas proses qaraciyərdə gedir. Ör
dəklərdə duruş vəziyyəti dəyişir və pinqvini xatırladır. Labora
toriya müayinələrinin nəticəsi əsas götürülür.
M ü a licə.
Yod preparatlarının su ilə daxilə verilməsi və eyni
zamanda yemə biovetinin daxil edilməsi yaxşı nəticə verir. Or
qanizmin qoruyucu xüsusiyyətini yüksəltmək üçün xlortetrasik-
233
linin 3-6 həftəlik ördəklərə hər başa 10-15 mq yemlə verilməsi
mühüm əhəmiyyətə malikdir.
İm m unitet.
Xəstəliyi keçirmiş ördəklərdə infeksion immu
nitet yaranır. Xəstəliyə qarşı diri virus vaksin hazırlanmışdır.
Qeyd olunan vaksinlə ördəkləri peyvənd etdikdə onların qan se-
rumunda antitellər 4 ay müddətində qeyd olunur. İmmun ördək
lərdə antitellərin transovarial yolla verilməsi təcrübələr yolu ilə
təsdiq edilmişdir.
P rofilaktika
və
m ü b arizə təd b irləri.
İnfeksion sinusitə gö
rə qeyri-sağlam təsərrüfatlardan inkubasiya məqsədilə yum urta
ların istifadəsinə icazə verilməməlidir. Ördəkləri quru ventilya-
siya qurğusu yaxşı işləyən binalarda qalın və dəyişilməyən dö
şənək üzərində saxlamaq lazımdır. Hər m2 döşənək sahəsinə 3-
4 baş ördək olmalıdır. İlin isti fəsillərində havanın temperatura-
sı 15-20üS-dən aşağı olmayan vaxtlarda 7-10 günlük ördək cücə
lərini quru gəzintiyə, 15-20 günlükləri isə su gəzintisinə bura
xırlar.
İlk gündən ördək cücələrinə yüksək keyfiyyətli yemlər ve
rilməlidir. Bu məqsədlə 10-15% miqdarında təzə yaşıl yemlər
qatılmış un qarışığından istifadə edilir. İnkubatordan götürülmüş
hər yeni ördək partiyası yaxşı təmizlənmiş, dezinfeksiya edil
miş binalara köçürülür və döşənək kimi ağac ovuntusu, torf,
küləş qarışından istifadə edilir. Bina daxilində temperatur ilk
günlər 280S olmalıdır.
Xəstəlik təsərrüfatda baş verdikdə qeyri-sağlam hesab edilir,
məhtutlaşmalar qoyulur və xəstəliyi törədən faktorlara qarşı
mübarizə aparılır. X əstələr ayrılaraq onlarda müalicə aparılır,
cari dezinfeksiya müntəzəm şəkildə yerinə yetirilir. Quşların
içilən suyuna l:10000-da formalin qatılır. Xəstəliyə həssas quş
qrupu müvafiq təlimat əsasında diri virus vaksinlə peyvənd edi
lir. Təsərrüfat sağlamlaşdırıldıqdan sonra yekun dezinfeksiya
aparılır və məhtutlaşmalar götürülür.
234
H ind quşlarının rinotraxeyiti
Rinotraxeyit (Rinotraxeitis) hind quşlarının infeksion xəstə
liyə olub yuxarı tənəffüs yollarını iltihabı və üz nahiyyəsinin şi
şi ilə səciyyələnir.
T a rixi m əlu m at.
Xəstəlik ilk dəfə 1973-cü ildə ABŞ-mn
Şimali Karolina Ştatında qeyd edilmişdir. Sonra infeksion rinot
raxeyit Afrikanın cənubunda, yaxın Şərqdə və Avropa ölkələ
rində aşkar olunmuşdur.
X ə stə liy in törədicisi.
Bu xəstəliyin ilk tədqiqatçıları xəstə
liyin törədicisini Bordetella bronchiseptica ilə infeksion bursal
xəstəliyinin törədicisinin assosiasiyası kimi qeyd etmişlər. Son-
ralar xəstəliyin pnevmoviruslar tərəfindən törədilməsi göstəril
mişdir. Hal-hazırda müəyyən edilmişdir ki, hind quşlarının rino
traxeyit xəstəliyinin törədicisi Alcaliqenos faecolis mikrob ı və
pnevmoviruslardır. Mikrob kokkvari çöp olub, mikroskopun
görünüş sahəsində adətən tək-tək xaotik zalda nəzərə çarpır.
Bunlar qram mənfidir, biokimyəvi fəallığı zəifdir, sərbəst hərə
kətə malikdir. Aerobdur, kazeinli və jelatinli qida mühitində
yvxşı boy verir. Maye qida mühitlərində toksin hasil edir.
Bundan əlavə xəstəliyin törədicisi beyin-ürək əzələsi bulyo-
nunda və beyin-qaraciyər bulyonunda da yaxşı boy verir.
E p izootoloji m əlum atlar.
Xəstəliyə əsasən hind quşları
həssasdır. İnfeksiya törədicisinin mənbəyi xəstələrdir. Xəstəlik
yüksək kontagioz olduğu üçün yoluxma faizi yüksəkdir. Transo
varial yoluxma aşkar edilmişdir. Embrion inkişaf edən hind quş
ları yumurtaları süni yolla yoluxdurula biiir.
P atogen ez.
Orqanizmə daxil olmuş amil əvvəlcə respirator
orqanlarda, sonra isə dalaqda, qaraciyərdə, beyində, həzm trak-
tında, timusda və fabrisium kisəsində histopatoloji dəyişdiklər
törədir. Bunun nəticəsində də limfositlərin blastogen effekti
aşağı düşür.
235
Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki,
A-faekalislə yoluxmuş hind quşlarında onların ümumi kütləsi
aşağı düşür, xüsusilə timusda, dalaqda və fabrisium kisəsində il
tihab daha çox nəzərə çarpır. İnfeksion prosesin inkişafı nəticə
sində timusun normal şəkildə formalaşması ləngiyir. Beləki,
hind quşlarının 2 həftəliyində timusda kortikal zona zəif nəzərə
çarpır, kortikal və modulyar törəmələr qarışıq şəkildə nəzərə
çarpır və timus paycıqlarının periferiya hissələrində böyük və
orta həcmdə limfositlərin formalaşması aşkar edilir. İnfeksion
proseslə əlaqədar olaraq qammaqlobulinlərin artması, albumin-
qlobulinlərin isə aşağı düşməsi qeyd olunur.
Xəstə quşlarda sağlamlardan fərqli olaraq bir sıra bakterial
və virus aqentlərinə qarşı antitellərin sintezində nəzərə çarpa-
caq dəyişilmələr müşahidə edilmir. Nəticədə leykositlərin blas-
transfonnasiyası kəskin şəkildə zəyifləyir, bu da hüceyrə immu
nitetinin funksiya pozğunluğuna səbəb olur.
G ed işi və kliniki əla m ətləri.
Xəstəliyin inkubasiya dövrü
müəyyən edilmməişdir. Hind quşlarında respirator orqanların
funksiya pozğunluqlarına məxsus olan əlam ətlər qeyd olunur.
Xəstələrdə tənəffüsün çətinləşməsi, xırıltı, boğulma, göz yaşı
nın axması, başın üz hissəsində və göz qapaqlarında şişkinlik
nəzərə çarpır.
3-12 həftəlik hind quşlarında xəstəlik daha ağır formada ge
dir və yüksək dərəcədə tələfat verir. Yaşlılarda yumurta m əh
suldarlığı aşağı düşür.
Xəstəliyin son dövründə hind quşlarında bəzən hemorroji
enteritə məxsus simptomlar görünür.
Patoloji-anatom ik d əyişiliklər.
Yuxarı tənəffüs orqanlarının
selikli qişasının qalınlaşması və üzərində qan sızmalar qeyd edi
lir. Traxeyada kifayət dərəcədə selik aşkar edilir. Hava kisələri
və ağciyərdə zəif dərəcədə nəzərə çarpan iltihab qeyd edilir.
236
Diaqnoz.İnfeksion ripotraxeyitə diaqnoz qoymaq üçün kom
pleks diaqnostika üsulundan istifadə edilir və laboratoriya
müayinələrinin nəticəsi əsas hesab edilir. Bu məqsədlə patoloji
material bakterioloji müayinə metodu ilə müayinə edilir. Məlum
olmuşdur ki, xəstə quşların orqanizmində A.faecalisi spesifik
antitellər yaranır. Ona görə də xəstəliyin diaqnostikasında
aqqlütinasiya reaksiyasından da istifadə edilir.
Reaksiya mixbər şüşəsi daxilində və pleksiqlaz lövhəsi üzə
rində qoyulur. l:20-də və ondan aşağı durultmalarda mixbər
şüşəsinin və gözcüyün dib hissəsində çöküntü qeyd olunursa bu
reaksiyanın müsbət olmasını göstərir.
T əfriq i diaq n oz.
İnfeksion rinotraxeyiti respirator orqanla
rın iltihabını törədən digər infeksion xəstəliklərdən xüsusilə
qripdən, infeksion bronxitdən, infeksion larinqotraxeyitdən təf-
riq etmək lazımdır. Bütün hallarda laboratoriya müayinələrinin
nəticəsi əsas hesab edilir.
M ü alicə.
Səmərəli müalicə vasitələri yoxdur.
İm m unitet.
İnfeksion larinqotraxeyitdə immunitet tam şə
kildə öyrənilmişdir. Xəstəliyi keçirmiş quşlarda gərginlikli im
munitet yaranmır.
Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, quş
ların bakterinlə peyvəndi zamanı antitellərin yaranması qeyd
olunmur, ancaq təkrar immunizasiya antitellərin sintezini sti
mullaşdırır və bu antitellər transovarial yolla cücələrə verilsədə
onları xəstəlikdən qoruya bilmir.
Son zamanlar xəstəliyə qarşı diri zəiflədilmiş vaksinlər ha
zırlanmışdır. Hind quşlarının cücələrinə aerozol üsulla 1 və 42
yaxud 7, 12 və 42 günlükdə, yaşlıları isə 8 və 10 həftəlikdə vak-
sinasiya etmək lazımdır.
P rfilaktika v ə m übarizə təd b irləri.
Hind quşları müvafiq
zoogigiyeniki şəraitdə saxlanmalı və yemləməsi düzgün təşkil
edilməlidir. Quşların ümumi rezistentliyini aşağı salan faktorlar,
xüsusilə m üxtəlif stresslər aradan götürülməlidir. Vaxtaşırı dez-
237
infeksiyanın aparılması xəstəliyin profilaktikasında mühüm
əhəmiyyət kəsb edir.
V ərəm
Vərəm (Tuberkuluoz) quşların xroniki gedişli infeksion x əs
təlik olub ayrı-ayrı orqanlarda tuberkulaların əm ələ gəlm əsi ilə
səciyyələnir.
Tarixi m əlum at.
Quşların vərəmi əvvəllər ayn-ayrı ölkələrdə
müxtəlif adlarla qeyd edilmişdir. 1868-ci ildə Rolof bu xəstəliyi
toyuqlarda müşahidə etmiş və bunu limfosarkoma adlandırmışdır.
1872-ci ildə Pauliki, 1895-ci ildə Mozqalevski, 1896-cı ildə Brey
xəstəliyi qeyd etmiş və onun bəzi xüsusiyyətlərini öyrənmişlər.
Onu da qeyd etmək lazımdır ki, «tuberkulez» sözünü 1819-cu ildə
fransız alimi Lennek elmi ədəbiyyata daxil etmiş və 1865-ci ildə
Villemen xəstəliyin infeksion xüsusiyyətini göstərmişdir.
Xəstəliyin törədicisini 1882-ci ildə R.Kox əldə etmiş və
1890-cı ildə tuberkulin hazırlanmışdır.
Rusiyada quşların vərəmi ilk dəfə 1911-ci ildə M.R.Tartakov-
ski tərəfindən qeyd edilmiş, daha sonra R.V.Sizov, P.P.Vişnevski,
R.V.Tuzova və s. tərəfindən ətraflı şəkildə öyrənilmişdir.
X ə stə liy in
tö rə d ic isi.
Quşlarda
vərəm in
törədicisi
Mucobakterium cinsinin M.avium növüdür. Bu nazik, düz və çox
vaxt azca əyilmiş şəkildə görünməklə obliqat aerobdur, eni 0,2-
0,5 mkm, uzunu isə 0,8-5,5 mkm-dir. Bundan əlavə bunun sap-
vari, budaqlanmış və kokkvari formaları da nəzərə çarpır. Mik-
rob sərbəst hərəkətə malik deyil, hüceyrə qişası üzərində yağlı-
mumlu maddə, protoplazmasında isə dənəvərlik qeyd edilir.
Mikobakteriyalar spor və kapsula yaratmır, turşu və spirtə
davamlıdır, Tsil-Nilsen üsulu ilə parlaq qırmızı rəngdə boyanır.
Qida mühitlərinə tələbkardır. Onun laboratoriya şəraitində ye
tişdirilməsi üçün qliserinli ƏPA, ƏRB, kartof və yumurtalı qida
mühitləri, həmçinin sintetik qida mühitlərindən istifadə edilir.
238
Qida mühitlərində amil 11-15 günə boy verir. Mikobakteriyala-
rın quş tipini digər tiplərdən təfriq etmək üçün hind donuzları,
ada dovşanları və toyuqlar üzərində bioloji sınaq qoyulur.
D a v am lılığı.
Quşların vərəminin törədicisi müxtəlif fiziki və
cədvəl
7
.
Bioloji sınaq əsasında vərəmin törədicisinin növüniin təfriqi
V ə r ə m i n t ö r ə d i c i
l ə r i n n ö v l ə r i
P a t o g e n l i k
H i n d d o n u z l a r ı
A d a d o v ş a n l a r ı
T o y u q l a r
İ n s a n n ö v ü
Y a y ı l m ı ş v ə r ə m
Y e r l i p r o s e s
-
Ö k ü z n ö v ü
Y a y ı l m ı ş v ə r ə m
Y a y ı l m ı ş v ə r ə m
-
Q u ş n ö v ü
Y a y ı l m ı ş v ə r ə m
V ə r ə m s e p s i s i b ə
z ə n m ə h t u t s a h ə l i
z ə d ə l ə n m ə
Y a y ı l m ı ş p r o s e s
v ə y a m ə h t u t s a
h ə l i z ə d ə l ə n m ə
kimyəvi vasitələrin təsirinə kifayət qədər davamlıdır. Bu mikrob
hüceyrəsinin qılafı üzərində yağlı-mumlu maddənin olması ilə
əlaqədardır. Amil xüsusilə qaranlıq və nəmli yerlərdə uzun
müddət sağ qalaraq öz patogenliyini itirmir. Amil peyində 7 ay,
torpaqda 2 ildən çox, çay sularında 3-7 ay, basdırılmış quş cəsəd
lərində 2-3 ay müddətində sağ qalır. Günəşin düz şüalarının təsi
rindən mikobakteriyalar 50 dəqiqədən sonra, səpələnmiş şüala
rın təsirindən isə 8-10 gündən sonra inaktivləşir. 800S tempera
turda amil 20 dəqiqəyə, qaynatmaya isə 5 dəqiqə davamlılıq gös
tərir. Amil turşuların, qələvilərin, spirtin təsirinə davamlıdır.
3%-li xloramin məhlulu, 3%-li formaldehid məhlulu, 5%-li
xlorlu əhəng məhlulu, 10%-li birxlorlu yod məhlulu mikobakteri-
yaları məhv etmək üçün əlverişli dezinfeksiya vasitələri hesab
edilir.
E p izootoloji m əlum atlar.
Vərəmə 25 növdər çox quşlar
həssaslıq göstərir. İnfeksiya törədicisinin mənbəyi xəstə quşlar
dır. Bunlar əsasən kal vasitəsilə amili xarici mühitə ixrac edir və
xarici mühit obyektlərini mikrobla çirkləndirir. Təbii halda quş
lar alimentar yolla yoluxur, ancaq transovarial yoluxma da qeyd
239
edilir. Vərəmli quşların yumurtaları mikrobla çirklənmiş halda
olur. Belə yumurtaların inkubasiyası zamanı embrionların çoxu
tələf olur, çıxmış cücələrin bir qismi isə infeksiya törədicisinin
mənbəyi roluna malik olur. Vəhşi sərbəst yaşayan quş növləri
infeksiya törədicisinin quşlar arasında yayılmasında əsas rol o y
nayır. Bundan əlavə xəstəliyin yayılmasında bəzi gəm iricilərin,
də rolu müəyyən edilmişdir. Vərəm quşlar arasında tədricən
yayılır. Bu xəstəliyin inkubasiya dövrünün uzun müddətli olm a
sı ilə izah olunur. Yemin keyfiyyətinin aşağı olması, quşların
nəmli və qaranlıq şəritdə saxlanması və digər faktorlar onların
ümumi müqavimət qüvvəsini aşağı salır və vərəmin baş v erm ə
sinə zəmin yaradır.
Dostları ilə paylaş: |