İlhami Cəfərsoy İber və H’ay folklorunda türk miFİk təFƏKKÜRÜNÜN İZLƏRİ baki 2014 Elmi redaktor: Tofiq Hacıyev



Yüklə 4,15 Mb.
səhifə8/9
tarix31.01.2017
ölçüsü4,15 Mb.
#7246
1   2   3   4   5   6   7   8   9

XVI-XVII əsrlərdə Kartli və Kaxeti ordusunda Qziri soyadlı zabitlər xidmət etmişdir. Qziri eyni za­manda qonşu ölkədə hərbi titul olmuşdur (Бакрадзе 1890. 58). Qziri soyadı türk dillərindəki gizir titulun­dan törəmişdir.

İ
İnal Troyanın işğalından öncə Arqosu tutan Dana tayfa başçıların­dan biri olmuşdur.
ber dövrü salnamələrində titul mənşəli İnalaşvi­li soyadı vardır. Gürcü tədqiqatçılarının bəziləri iddia edirlər ki, abxazlar həmin soyadını İnal ipa şəklində gürcü dilindən mənimsəmişlər (Анчабадзе 1976. 16, 21; Лордкипанидзе 1978. 148).

Onlar nəzərə almırlar ki, inal türk tituludur. Oğuz qrupu türk dillərində bəylərin və xanların anabir qardaşları İnal, Yınal titulu daşıyırdılar. Səlciqlu Toğ­rul bəyin anabir qardaşının adı İbrahim Yınal idi (Ögel 1971.172,231). Eyni zamanda XV-XVI əsrlərdə Azər­baycanda İnallı tayfası yaşayırdı. Onlar haqqında “Əhsənüt təvarix”də məlumat verilir.

Abxazlar patriarxal ailədə qar­daşa inal deyirdilər (Анчабадзе 1976. 16, 21). Həmin titul Abxaziyada Səlcuq siltanlığının yaranışından çox qabaq mövcud idi. İnal nəsli iberlər Qafqaza gəlməmişdən – e. ö. VI-IV əsrlərdə Qara dənizin şərq sahillərində yurd salmışdır. O zaman indiki Gür­cüstanın qərb torpaqları Kolxida – kolxların yurdu adlanırdı.

E
Mənbələrin çoxunda haylar Ay, az bir qismində H’Ay adlandırılır (M.X.Abeğyan).


. ö. VI-IV əsrlərdə kolxidanın hakim nəsillərin­dən biri Ay (bəzi mənbələrdə Ayet) adı daşıyırdı. Misir papirus mətnlərində göstərilir ki, İnal Ay övladların­dan biridir (Шопен 1866. 144).

Şahzadə Vaxuşti yazır ki, gürcülər pristava bakauli deyirlər (Вахушти 1976. 325). Bu titulun kö­kündə baxmaq feli aydın görünür. Aul, avul sözünə karaul hərbi terminin tərkibində rast gəlirik.

Çar VI Vaxtanqın “Qanunlar”ında məhkəmə ha­kiminin katibi dab adlandırılır (Законы Вахтанга VI. 1980, 51). Buna uyğun olaraq türk və fars dillərində dəbir sözü vardır. Elam mənşəli dəbir sözü təpmək – sızmaq feilindən törəmişdir.

X
N.Y.Marr H’Ay sözündəki “h” səsini işarə ilə ayırır.


VII-XVIII əsr sənədlərində EşikabasEşiko­baş titullu knyazların adı çəkilir (Xaxaнов 2020.251, XVIII). Buna uyğun olaraq Azərbaycan xan sarayla­rında eşikağası titulu olmuşdur. Çar VI Vaxtanqın sarayında eşikağasına eşikaqas deyilirdi (Законы Вах­танга VI. 1980, 301).

M
Çariça Tamarın övladları­nın tərbiyəçiləri atabaq titulu daşıyırdı­lar.


üsəlman şərq saraylarında işlənən əmiraxur titulu gürcü dilinə heç bir dəyişikliyə uğramadan keç­mişdir. Gürcü salnamələrində əmiraxur nəslindən olanlar Amiraxuraşvili adlandırılır (Xaxaнов 2020. 129). Əmir ərəb, axur türk sözüdür. Belə hesab edirik ki, gürcülərin Amilaxvari soyadı (Дондуа 1967. 311) əmiraxvar – xəbərlər əmiri titulundan törəmişdir.

XII-XIII əsr gürcü ordusunda amirspasalar rüt­bəsi vardı. Həmin rütbəli zabitlər gürcü ordusunda XVIII əsrə qədər qalırdı (Законы Вахтанга VI. 1976, 229).

Gürcülərin Amiranaşvili və Amir Amiranaşvili soyadları Atabəylər ordusunun əmir və əmir əmiran titullarından törəmişdir. Həmin soyadları bu gün də gürcü antroponimləri arasında mövcuddur. Gürcülərin məşhur ikona tədqiqatçılarından biri Amiranaşvili so­yadı daşıyırdı (Амиранашвили 1956. 3-12). Bun­dan əlavə, Tiflis opera-balet teatrının Amiranaşvili so­yadlı qadın müğənnisi olmuşdur.

Çariça I Tamarın zamanında (1184-1212) şahza­dələrin tərbiyəçiləri atabaq titulu daşıyırdılar. Sərkərdə Mherqradzelər Tamarın oğlu Alaşanın atabəyi idilər (Maрр 1899. 81).

Atabəy tituluna knyaz saraylarında XV-XVI əsrlərdə də təsadüf edirik. Onlardan biri 1451-ci ildə öldürülmüşdür (История Грузии 1946. 302). Atabəy­lərin mülkü sa+Atabaqo adlanırdı (История Грузии 1946. 315). Sa+atabaqo “atabəylərin ölkəsi” demək­dir. Sa sami dilli mənbələrdə “yer”, “yurd” mənaları bildirir.

S
İberlər atabəylərə mamazud­ze, süd analarına dedazudze deyirdilər.


a+atabaqo knyazları gürcü deyildilər. Onlar da­im gürcülərlə vuruşurdular. İndiki Ermənistan, Gür­cüstan və Türkiyə arasında yerləşən Atabəylər ölkəsi 1555-ci il sülhünə əsasən Səfəvilər dövlətinin tərkibi­nə qatıldı (История Грузии 1946. 315, 321-322).

Atabəy titulu İber mənbələrində atalık kimi yazı­ya alınmışdır. İberiya çarı Qorq Aslanın (446-499) tər­biyəçisini salnaməçi Cavanşir (V əsr) Atalik adlan­dırır (Джуаншериани 1986. 113).

N
Mamazudze və dedazuzde titullarının kökündə “süd” sözü durur.
.Q.Çubinaşvili təsdiq edir ki, atabəy türk titulu­dur. Ancaq onun fikrincə, həmin söz gürcü dilinə V əsrdə yox, XIII əsrdə keçmişdir (Чубинашвили 1948. 111).

Gürcü dilinə tərcümə olunmuş “Amiran” nağı­lında münəccimə bakaca deyilir (Xaxaнов 1895. 343). Buna uyğun olaraq Azərbaycan dilində baxıcı sözü vardır.

Gürcüstanın məşhur knyaz nəsillərindən biri Beqtabeq adlanırdı (Xaxaнов 2020. II). Çar VI Vax­tanqın zamanında dövlətin beqlaqbeq titullu məmur­ları var idi (Законы Вахтанга VI. 1980. 237). Beq­tabeq nəslinin adı bəylərbəyi titulundan törəmişdir.

G


Bəzi dualarda İsa peyğəmbərin anası Məryəm Xatun adlandırılır: –

Mariam katunğa yalvarır men.
ürcü çarlarının və knyazlarının sülalə kitab­larına nəzər salarkən görürük ki, onların bəziləri adla­rından əlavə türk ləqəbləri daşımışlar. Çar VI Vax­tanqın atasının müsəlman adı Şahkuli xan olmuşdur (Законы Вахтанга VI. 1980, 232). II İraklinin oğlu­nun ikinci adı Almasxan idi (Бакрадзе 1890, 53). Baş­qa bir Almasxan Qurqenidze XVIII əsrdə yaşamış­dır. O, öz dövründə tanınmış tərcüməçi olmuşdur (Хаха­нов 1895. 362).

Həm ermənilər, həm gürcülər arasında geniş ya­yılan Qurqen, Qurqenidze antroponimi (Орбели 1922. 22; İoселиани 1866.a 13) türk mənşəlidir. Türk əsilli (İ.C.) köçəri talışların müqəddəs ağaclarından biri qurqen adlanırdı (Марр 1922.в 6).

Yakutlar da köçəri talışlar kimi qurqen ağacını müqəddəs sayırdılar. Onların inancına görə, samanlar adi adamlar kimi anadan doğulmurlar. Qartal qurqen ağacında yuva qurub yumurtlayır, samanlar qartal ba­lası kimi yumurtadan çıxırlar. Sonra həmin ağacın budağından asılan beşiyə düşüb böyüyürlər (Ögel 1971. 596).

Q
Qurqen nə erməni adıdır, nə gürcü.


urqen adı ermənilərdən və gürcülərdən qabaq iberlərin onomaloji leksikasında mövcud olmuşdur. İberiya çarı Qorq Aslanın davamçılarından biri Qur­qen totem adı daşıyırdı. O, 523-cü ildə sasanilərlə dö­yüşdə öldürülmüş, bununla İberiyanın çar nəsli kəsil­mişdir (Бердзенишвили, Дондуа 1958. 251).

İmereti hakimi David Abaşidzenin (1702-1709) ləqəbi Koç idi (Церетели 1898. 84). XVII əsrdə qaya­ya yazılan bir duada Mariam ana Xatun adlandırılır (Джанашвили 1898. 30-31). Kaxeti knyazlarından bi­rinin ləqəbi Qorçu idi (Джанашвили 1908. 58). Qorçu Səfəvilər sarayında xüsusi mühafizə alaylarına deyi­lirdi. IV Vaxtanqın (XV əsr) arvadının ləqəbi Siti Xa­tun olmuşdur (Шервашидзе 1964. 108, 109). Siti tituluna Şəki hakimlərinin adlarının əvvəlində rast gəlirik: Sidi Əli, Sidi Əhməd və s.

Ç
Gürcü dilindəki ulaki, yəni çapar titulu türk dillərindəki ulaq sözündən törəmişdir.

Gürcü çarları və knyazları türkcə Durmuş, Ulu, Qoç, Tengiz adları daşıyırdılar.
ar VI Vaxtanqın “Qanunlar”ında poçt xidmət­çiləri Ulaki adlandırılır (Законы Вахтанга VI. 1986. 298). Ulaq türk dillərində minik və qoşqu heyvan­larına deyilir. Gürcü çaparları ata, ulağa minib, dövlət sənədlərini, məktubları qonşu ölkələrə aparırdılar. Ona görə də onlara ulaki – ulağa minənlər deyərdilər.

Kartli çarı Davidin (1247-1270) ləqəbi Ulu idi (Даврижеци 1973. 559; История Грузии 1946. 453). Ulu türk dillərində əcdadlara, ata-babalara deyilir. An­caq bundan başqa türk dillərində böyük ilan, əjdaha mənasında da ulu sözü vardır. Qıpçaqların inancına görə, insanlar ilandan və ya əjdahadan törəyiblər (Mu­rad Adcı 1997. 83, 98, 193).

Yetisudan tapılan nestorian yazılarında əjdaha Ulu adlandırılır (Слуцкий 1989. 36). Albaniya və İbe­riyanın bir çox etnosları xristianlıqdan öncə uluya tapınırdılar. Bunu arxeoloji tapıntılar təsdiq edir. Xo­calıdan tapılan bürünc kəmər toqqası üzərində əjdaha ilə vuruşan insan təsviri var (Пиотровский 1946. 96).

XVII əsrdə yaşamış Araqvi eristavlarından biri­nin adı Bayndur idi (Иверели 1898. 79). Bayndur Ba­yandur adının azca dəyişilmiş formasıdır.

Şah Abbasın zamanında Araqvi mahalının erista­vı Baadur olmuşdur (Бакрадзе 1890. 38). Bun­dan əlavə, XV əsrdə Kaxetinin qəbilə başçılarından biri Baadur adı daşıyırdı (Джанашвили 1908. 62). Baadur elə Bahadurdur. Başqa bir Kaxeti knyazının adı Dur­muş xan idi (Хаханов 2020. XVIII). Şah İs­mayıl Xətayinin arvadı Taclı bəyimin qardaşının adı Durmuş xan olmuşdur. Bir ailənin ilk və ikinci övladı öləndə üçüncü oğlan uşağına Durmuş adı verdilər ki, ölməsin. Deməli, bu türk adəti rus işğalına qədər Kaxeti və Ereti əhalisi arasında mövcud olmuşdur.

XII əsr salnamələrində Bejan adlı ağadan bəhs edilir (Хаханов 2020. 50). Buna uyğun olaraq Azər­baycan dastanlarında Becan, Dəli Becan, Bay Becan obrazları var.

G
Gürcü salnamələrin­də Gözəl soyadı Qozalaşvili və Qzalaşvili formalarında yazıya alınmışdır.
ürcülərin XIX əsrdə Daniil Çonkadze adlı yazıçısı vardı (Джанашвили 1908. 139). Çonkadze totem mənşəli ad olub, Cöngə, yəni Buğa nəslindən olan deməkdir.

XVII əsrdə tanınmış gürcü nəsillərindən biri Qazneli adlanırdı (Хаханов 1897. 50). Deməli, Qəz­nəvilər sülaləsinin kiçik bir qolu Orta Asiyadan Qaf­qaza gəlmiş, gürcülər arasında assimilyasiya olunmuş­dur.

Türk mənşəli gürcü soyadlarından biri Gözəldir. Salnamələrdə həmin antroponim Qozalaşvili Qzel­laşvili variantlarında yazıya alınmışdır (Гозалаш­вили 1967. 4-6).

X
Gözəl və Adıgözəl Məhəmməd peyğəmbərin adının türk dilinə tərcüməsidir.


II əsrdə yaşamış gürcü şairlərindən birinin adı Yalquzidze idi (Дидебулидзе 1983. 6). Yalquz çox ehtimal ki, totem mənşəli antroponim olub, qurda ta­pınma ilə bağlıdır. Qurdun sürü ilə yox, tək ova çıxan cinsinə yalquzaq deyilir. O da mümkündür ki, şair özünə Yalqız oğlu – Yalquzidze təxəllüsü götürmüş­dür.

Yalquzidze soyadının kökü yalquzdur. Təsadüfi deyil ki, şair öz poemasını “Yalquziani” adlandırmış­dır (Дидебулидзе 1983. 6). Bu söz gürcü dilində öz arxaik formasını saxlamış, Azərbaycan dilində yalqız şəklinə düşmüşdür.

Çar İraklinin qızının adı Tekle (Шервашидзе 1964. 82), Ereti hakiminin arvadının adı Dinara (Ме­ликсетбеков 1939. 8) olmuşdur. Təklə türk tayfala­rından birinin adıdır. Dinarə “dinar kimi qiymətli” deməkdir. Təklə adı iddia olunduğu kimi, Gürcüstana XI əsrdən sonra gəlməmişdir. İosif Flavinin (I əsr) yazdığına görə, Everin bir nəvəsinin adı Təklə olmuş­dur (Иосиф Флавий 52390. 32). İndi onların adı ilə Çin Türküstanının böyük bir çölü Təkləməkan adlanır.

XIX əsrdə yaşamış gürcü maarifçilərindən biri­nin soyadı Mamaçaşvili idi (Хантадзе 1970. 9). Ma­maça bizim sözdür, ancaq Mamaça soyadına Azər­baycan dilində təsadüf edilmir.

Düzdür, V əsr İber mənbələrində mamasaxlisi sözü var. İberlər mamasaxlisi qəbilə başçısına, ata ocağının sahibinə deyərdilər. Mama sözü onlarda qa­dına yox, kişilərə aid idi.

K


Ermənilərin Daşyan, gürcülərin Taşiani, Aladaşvili, Saritaşidze soyadları türk dillərindəki daş sözündən törəmişdir.
artli çarı VII Georginin (XV əsr) doğma qar­daşının adı Aq Buqa idi. O, qardaşından üz döndərib, Əmir Teymurun tərəfinə keçmişdi (История Грузии 1946. 295). Ağ Buğa Metex mahalının hakimi idi. Me­tex mahalının adı gürcü mənbələrində Samsxe kimi yazıya alınmışdır. Sa + msxe “meşexlərin, yəni metex­lərin ölkəsi” deməkdir.

Qori şəhərində XVIII əsrdə Zurab Qambaraşvili soyadlı şəxs yaşamışdır (Дондуа 1967. 200). Qənbər Azərbaycan dilinin ləhcələrində daşa deyilir. Eyni za­manda, XII əsrdə yazılmış “Dilariani” poemasında Sarutaş eponimi var (Хаханов 1897. 220).

Qambaraşvili, Sarutaşidze soyadları daşların ay­rı-ayrı növlərinin adlarından törəmişdir. V əsrdə İberiyada Taşiskari adlı vilayət vardı. Daş türk, xar yəhudi sözüdür. Qorq Aslan öləndə həmin vilayətin oğlu Daçiyə verilməsini vəsiyyət etmişdi (Джуанше­риани 1986. 94, 135).

Gürcülərin XI əsrdə Aladaşvili soyadlı knyazı olmuşdur (Джанашвили 1908. 58). Deməli, özlərini Sarı daş, Qara daş, Ala daş adlandıran nəsillər xris­tianlığı qəbul edəndən sonra tədricən gürcüləşmişdir. Daş, Aladaş, Sarıdaş türk etnonimləri olub, daşa tapın­ma ilə bağlıdır. L.M.Meliksetbekov yazır: – Gürcüs­tanda Beştaşen adlı kənd var. Yerli camaat kəndin yaxınlığındakı 5 nəhəng daşa sitayiş edir (Мелик­сетбеков 1911. 42).

L
Beştaşen tatarca beş daş deməkdir. (Meliksetbekov)
.M.Meliksetbekov bildirir ki, Beştaşen tatarca beş daş deməkdir. Ancaq bu inanc erməni inancıdır (Меликсетбеков 1911. 42). “Ermənilərin” Daşyan İa­kov adlı salnaməçisi vardı (Марр 1909. 50; Шанид­зе 1938. 10). Bu necə ermənidir ki, Daşyan soyadı daşı­yır və sitayiş etdiyi 5 siklop daşa türkcə Beştaşen deyir?

XIX əsrdə Gürcüstanın A.Saracişvili adlı tanın­mış alimi və din xadimi olmuşdur. O, ilk dəfə olaraq Şota Rustavelinin “Bars dərisi geymiş koma” poema­sında 13 şübhəli beyt tapdı (Марр 1910. III; Грузинс­кое 1987. 19). Bundan sonra əsərin tədqiqatında yeni istiqamətin əsası qoyuldu.

A.Saraçişvili Saraclı nəslindən olub, xristianlığı qəbul etmişdi. Ancaq həmin nəslin əsas hissəsi dinini dəyişməmiş, gürcülər arasında assimilyasiya olunma­mışdır. İndi Saraclı Gürcüstanın böyük türk kəndlə­rindən biridir.

A
Şirvanşahların Abxaziyaya köçən övladları orada Şervaşidze adı ilə tanınmışdır.


.Apakidze yazır ki, Gürcüstanda IX əsrdə, bəl­kə də ondan qabaq Kulbaki adlı şəhərcik olmuşdur (Апакидзе 1968. 62, 281). Kulbaki polisonimi Kulbak etnonimindən törəmişdir, -i şəkilçisini şəhərin adına gürcülər sonradan artırmışlar.

Kulbak teonim mənşəli etnonimidir. Qədim türk yazılı abidələrindən birində Tanrı Qulu Qulbak ifadə­sinə rast gəlirik. Baq eyni zamanda KarabaqAkbaq etnonimlərinin köküdür.

Abxazların 2 zadəgan nəsli Şervaşidze soyadı daşıyırdı. Onlardan biri Sarek Şervaşidze XVIII əsrdə yaşamış, tanınmış eristavlardan biri olmuşdur (Анча­бадзе 1976. 67). Başqa bir Abxaziya knyazı Xatun Şervaşidze idi (Буачидзе 1983. 224).

Həm Sarek, yəni Sarı, həm də Xatun türk sözlə­ridir. N.Y.Marr istisna olmaqla gürcü tədqiqatçı­ları təsdiq edirlər ki, Şervaşidze soyadı Şirvanşah titu­lundan törəmişdir. Məlumdur ki, tarixən Şirvan­şahlar­la gürcülər yaxın siyasi əlaqələrdə və hərbi ittifaqda olmuşlar. Şirvanşahların Abxaziyaya köçən nəsilləri sonralar Şervaşidze adı ilə tanınmışlar.

X
Xilə nəslindən “erməni” katolikosu Nerses Klaetsi çıxmışdır.
IX əsrdə yaşamış gürcü ziyalılarından biri Xelaşvili soyadı daşıyırdı. (Дондуа 1967. 200). Bun­dan əlavə, Gürcüstanda Xeladze nəsli olmuşdur.

O
Şürvaşidze nəsli Şamaxıdan Abxaziyaya köçən şirvanşahların qalıqlarıdır.


la bilsin ki, Xelaşvili və Xeladze soyadları xala – ananın və ya atanın bacısı sözündən törəmişdir. Ancaq bundan başqa, türk dillərinin tarixi leksikasında totem mənşəli Xela etnonimi də vardır.

Nəzərə alsaq ki, gürcü mənbələrində bu nəslin adı Xaladze, Xalaşvili kimi yox, Xeladze və Xelaşvili kimi yazıya alınmışdır, onda bu antroponimin Xela totem adından törəməsi daha inandırıcı görünür.

Xela nəslinin başqa bir qanadı XII əsrdə Konya sultanlığı ərazisində yurd salmışdı. Onların mərkəzi qalası Kela adlanırdı. Erməni mənbələrində həmin qalanın adı Kla kimi yazıya alınmışdır (Абегян 1975. 379).

Kela nəslindən “erməni” katolikosu Nerses Klaetsi çıxmışdır. N.Klaetsi 1166-cı ildə katolikos se­çilmişdir. O, ermənilərin çoxsaylı mənəvi rəhbərlərin­dən biridir ki, türkdür.

K
Xilə nəslindən “erməni” katolikosu Nerses Klaetsi çıxmışdır.
ela VIII-X əsrlərdə döyüşkən peçeneq boyla­rından biri idi (Budaqov, Qeybullayev 2002. 41). Belə hesab edirik ki, Abşerondakı Xilə kəndi Xela nəslinin yurd yerlərindən biridir. İndiki Əmircan kəndi keçmiş­də Xilə adlanırdı. Xilə kəndinin özünəməxsus Xilə buta xalça çeşnisi vardı (Керимов III. 1983. 80, 89).

Xilə totem mənşəli etnonimdir. Çin salnaməsi “Tundyan”da deyilir ki, tukyular (Çin dilində “r” səsi yoxdur, onlar türklərə tukyu deyirlər) ala atlara xela deyirlər (Əbgiрахманов 1979. 67). Eyni zamanda türklərin Ala adlı tayfası Xilə də adlanırdı.

X
Musa peyğəmbərin dönəmində Xilə qəbiləsi İordan çayı boyunda yaşayırdı.
ilə haqqında ilkin bilgilər e. ö. II-I minilliklərə aiddir. Musa peyğəmbər öz hümməti ilə Misirdən qo­vulanda – e. ö. XV əsrdə amonitlər tərə­findən sıxışdı­rılan xilələr İordan çayı yaxınlığında ya­şayırdılar (Генрих Грець 1.112, 115, 129-130).

Belə hesab edirik ki, Xilə qəbiləsi Anadoluya və Cənubi Qafqaza XI əsrdə yox, e. ö. VII əsrdə – İude­ya­nın Babil tərəfindən işğalından sonra gəlmişdir. On­ların ölkəsi yunan mənbələrində Qileada adlandırılır.

XII-XVIII əsr salnamələrində Bebutaşvili (Дон­дуа 1967. 310), Dadaşneli (Бакрадзе 1878. 356), Bal­taşvili (Вакрадзе1878. 27), Kapanişvili (Цагарели 1894. 1,5), Ceyranişvili (Шанидзе 1938. 54. 55) so­yadlarında təsadüf olunur. Ceyran nəslinin müsəlman qanadı indi Gürcüstanın Qara Çöp mahalında yaşayır və özünü Ceyranlıq adlandırır.

C
İndiki Əmircan kəndi əskidə Xilə adlanırdı.


eyranaşvili soyadlı gürcü alimlərindən biri Qa­rayazı (Saqareco) mağara-monastırından X-XI əsrlərə aid Er dilində yazılı kitabə tapmışdır (Шанидзе 1938. 54, 54). Kaplanişvili David XVII əsrin məşhur kilsə şairi olmuşdur (Цагарели 1804. 121).

II İraklinin Babaş adlı saray məmuru vardı (Дондуа 1967. 205). Abxazların 2-ci nəsli XVIII əsr­də Klıç və Kantemir adı daşıyırdı (Анчабадзе 1976. 67).

I Tamarın atasınn maliyyə naziri Kutlu Arslan idi (Кекелидзе 1973. 190). Eyni zamanda, gürcü na­ğıllarında Yaman Badridze, Acal Badridze, Aban Ka­banidze, Yusup Yamanidze obrazlar var (Хаханов 1895. 331-332, 340-341; Хаханов 1897. 166).

Gürcülərin XVIII əsrdə məşhur zadəgan nəsillə­rindən biri Karagöz olmuşdur (İоселиани 1860. 19). Asim Əfəndi (XVII əsr) yazır ki, karagöz ovçu quş­dur. Onunla durna ovlayırlar (Ögel 1971. 368). Demə­li, qaragöz qartalın böyük cinslərindən biri olmuşdur.

Qaragözlə yanaşı qartalın bir cinsi alagöz adla­nırdı. XX əsrin əvvəllərində Kars vilayətində Alagöz adlı kənd vardı (Пагирев 1913. 19). Ermənilərin Ara­qats adlandırdıqları Alagöz dağının və nəslinin adı qartala tapınma ilə bağlıdır. Alagöz nəsli Qazi Bürha­nəddinin zamanında (1444-1498) xristian olub, mon­qolların tərəfini saxlayırdı.

Sənan Azər yazır ki, Qaragözlü İranda yaşayan türk tayfalarından biridir (Sanan Azer 1942. 12). V.A.Savina onların bir qolunu keçən əsrin ortalarında Xorasan yaxınlığında görmüşdü (Савина 1961. 51).

B
Tula nəslindən baqrationlara qədərki Gürcüstanın katalikosu Antoni Tuladze çıxmışdır.
aqrationlara qədərki Gürcüstanın Antoni Tu­ladze adlı katolikosu olmuş, XI əsrdə yaşamışdır (Ха­ханов 1898. 64). Tula totem mənşəli etnonimdir. 1287-1290-cı illərdə Kızıl Orda dövlətini Tula Buqa adlı xan idarə etmişdir (Греков 1950. 85, 86). İbn-Rustanın yazdığına görə, Tula tayfası xəzərlərin qon­şuluğunda yaşayırdı (Баскаков 1985. 16).

T


Tulalar, Tülkülü, Dəvəçi adlarını dəyişmək bir qalanın bünövrəsini dağıtaq deməkdir.
ula etnotoponimləri türk xalqlarının yaşadıqları ölkələrdə geniş yayılmışdır. Monqolların “Gizli ta­rix”ində Selenqa çayının bir qolu Tola adlandırılır (Oğuznamə 1992. 36.63). İndi Dağlıq Altayda Tula adlı çay var (Молчанова 1979. 222). Bundan əlavə, Tomsk və Kutais quberniyalarında Tula adlı kəndlər olmuşdur (Географ IV. 2874. 167, 246. Tula qədim türk etnoslarından biridir. Murad Adcı yazır ki, ruslar Tula vilayətində yaşayan qıpçaqları Tula tatarları adlandırırdılar (Мурад Аджи 1998. 243). Totemi Tula iti olan etnos Azərbaycanda da yurd salmışdır. Onların bir kəndi Tulalar adlanırdı (Ərazi 1979, 198).

Şərqi Anadoluda hardasa Tula adası olmuşdur. Buzanlı Favstos (IV əsr) yazır: – Mamuk nəslindən sparapet Manvel çar Varazdatı məğlub edib, Tula adasına göndərildi (Шопен 1852. 123). Babəkin za­manında Alağöz dağının ətəyində Tula yaşayış məs­kəni vardı. Səid Nəfisi yazır: – Afşin ilə Sumbat ara­sındakı düşmənçilik açıq bir şəkil aldı. Alağöz dağının ətəyindəki Tula dərəsində döyüş oldu. Afşinin qoşunu məğlubiyyətə uğradı (Səid Nəfisi 1940. 137).

T
Tula Kənan nəslindən olub, çar və peyğəmbər Davidin dönəminə yaxın yaşamışdır.
ula kultu haqqında ən qədim bilgilər e. ö. II minilliyə aid Misir mənbələrindədir. “Ölülər kitab”ın­da Tola mifik qəhrəmandır. O, çay ilə yuxarı üzərək Dadu adlı yerə çatır. İ.İ.Meşşaninov güman edir ki, həmin çay Kür çayı, Dadu Qafqaz dağlarıdır (Меща­нинов 1927. 37).

Yəhudi tarixçilərinə görə, Tula Kənan nəslinin knyazlarından biri olub, e. ö. 1349-cu ildə hakimiyyə­tə gəlmişdir (Шопен 1866. 48). Henrix Qrets isə belə hesab edir ki, Tula Avimelixin əmisi və ya dayısı oğ­ludur (Генрих Грець 1. 127). Musa Xorenlinin fikrin­cə, yəhudi mənbələrindəki Avimelex, elə Suriya salna­mələrindəki Ambakdır.

İ
Tula Kənan torpağından Misirə köçən, sonra oradan Albaniya və İberiyaya dönən türk etnoslarından biridir.
osif Flaviyə (I əsr) görə, Avimelex, yəni Ambak Kedarın kənizdən olan oğludur (Иосиф Флавий 52390. 276). Məlumdur ki, Kedar və ya Heydər baba övladları Azərbaycanın ən qədim nəsillərindən biri ol­muşdur. Deməli, kedarların bir qolu olan Tula bir zaman Kənan tayfa ittifaqının tərkibində Azərbaycan­dan Misirə köçmüş və yenidən vətənə dönmüşdür.

Musa Xorenli yazır ki, Tola Kənan (Kentuni) mənşəli H’Ay knyazıdır (Шопен 1866. 48). Onun nəsli Misirə köçüb getmişdir. Tulanın H’Ay knyaz­larından biri olması hələ onun erməni olması deyil. İltisaqi dilli Ay və ya H’Ay nəsli ermənilərin yox, bizim əcdadlarımızdır.

Kür çayının sağ sahilindən tapılan IV-V əsrlərə aid bir yəhudi baş daşında yazılıb: – Bu qəbir İosif bar Qazanındır (Апакидзе 1968. 200-201). Bundan əlavə, Loridə kilsə divarına yazılan duada başqa bir Qazanın adı çəkilir (Марр 1911. 145). Adları çəkilən hər 2 mü­qəddəs türkdür. Ancaq onların biri yəhudi, biri xristian dinli olmuşdur.

Gürcüstanın ruslar tərəfindən işğalına qədər Qa­zan mahalı ayrıca bir eristavlıq idi (Вахушти 1976. 42, 116), yəni etnik-inzibati vahid idi. Bu da onu gös­tərir ki, son əsrlərə qədər Qazan nəsli qonşu ölkədə öz etnik cizgilərini qoruya bilmişdir. Erməni salnamə­lərində onların adı Ksan formasında yazıya alınmışdır.

K
Sapar nəsli İberiyada Safar şəhərini salmışdır.
azan Azov dənizi sahillərində yaşayan bulqar tayfalarından biridir. Onların bir hissəsi Volqa və Ka­ma çayları arasına köçüb, Kazan şəhərini salmış (Сат­таров 1985. 37; Юсупов 1971. 229-230), bir hissəsi xəzər və suvarların tərkibifndə Güney Qafqaza gəl­mişdir. Bundan əlavə, IV əsrdə Sünikə gələn hun tayfa başçılarından birinin adı və ya soyadı Kazan olmuşdur (История Агван 1861. 84).

Q.F.Sattarov Kazan şəhərinin adını qaz zoonimi ilə bağlayır (Саттаров 1971. 161). N.A.Baskakov isə belə hesab edir ki, türk dillərindən rus dilinə keçən Kazanoviç soyadı qazan sözündən törəmişdir (Баска­ков 1979. 246).

B
Sapareli Katalikos Arsen türklərin Safar nəslindən çıxmışdır.
elə hesab edirəm ki, ikinci fikir daha doğrudur. Çünki qazan urza, bərəkət rəmzi idi. Qərbi Altaydakı Tuyaxtar kurqanlarından tapılan qəbirdə ölünün əlində ağac qınlı bıçaq, ayağının yanında qazan var (Ögel 1988. 144).

IX əsrdə Kaxetidə Sapareli Arsen adlı salnaməçi yaşamışdır (Чуртавели 1978. 49). O, sonralar gürcü­lərin katolikosu seçilmiş, 882-ci ölmüşdür (Меликсет­беков 1939. 4). Sapareli Arsen – Safar nəslindən olan Arsen deməkdir.

Ç.R.Qabaşvili yazır: – Safar şəhəri Gürcüstanın qədim tarixində mühüm rol oynamışdır (Габашвили 1949. 6). O, VI əsrdə İberiyanın iri şəhərlərindən biri idi (Бакрадзе 1878. 362). X-XI əsrlərdə orada kitab­xana işi inkişaf etmişdi. Həmin dövrdə Safar müsəl­man şəhəri idi. Şərq ədəbiyyatının seçmə nümunələri orada yerli dilə tərcümə edilirdi.

Bundan əlavə, Axalsix şəhərinin 7 km-də orta əsrlərdə Safar adlı monastır olmuşdur (Габашвили 1


Əhəməni şahı Kir Babilin bir vilayətinə çevrilən Sapar ölkəsini tutdu. Bundan sonra Sapar nəslinin şimala doğru miqrasiyası başladı.
949. 16-17). Həmin monastırı Kaxetidən qərbə köçən Safar nəsli salmışdır.

Safar qəbiləsi e. ö. II-I minilliklərdə indiki İraqın şimal-şərqində yaşayırdı. Onların ölkəsi qədim kita­bələrdə Sapar və Sippar adlandırılır (Арутюнян 1985. 144; Рагозина 1903. 364, 366; Оппенхейм 1990. 21). Kir Babili tutanda Safar artıq Babilin bir vilayətinə çevrilmişdi (Рагозина 1903. 364, 366). Belə hesab edirik ki, Safar nəsli Qafqaza Əhəmənilərin təzyiqi nəticəsində köçmüşdür.

S
Qoqol nəslinin bir qolu IX əsrdə Dnepr çayı boyundan İberiyaya köçmüş, Qoqel kəndinin və Qoqel monastırının əsasını qoymuşdur.
afar teonim mənşəli etnonimdir. E. ö. III minilliyin sonlarında iltisaqi dilli xattilərin inancına görə Saparua tufan tanrısı idi (Камменхубер 1980. 29). Assur çarı III Salmanasar öz kitabəsinə belə cüm­lə yazdırıb: – Musasirin 46 yaşayış məskəni ilə birlik­də Sapar qalasını tutdum (Пиотровский 1959. 58). Deməli, e. ö. I minilliyin əvvəllərində Sapar 47 yaşa­yış məskənindən ibarət ölkə olmuşdur.

Gürcüstanda məşhur knyaz nəsillərindən biri Aslan adlanırdı (Хаханов 2020. III). Bundan əlavə, XIII əsrdə Kaxeti və Eretinin Aq Arslan Bakurçi adlı hakimi olmuşdur. O, baqrationların tərəfdarı deyildi. Monqolların vassalı kimi hər iki vilayəti idarə edirdi (История Грузии 1946. 256).

Çar Georginin Kutlu Arslan adı qoşun başçısı vardı. O, eyni zamanda, Lori dərəsinin hakimi idi (Джанашвили 1900. 53). Kutlu xeyirli, bərəklətli deməkdir.

İberiyanın xırda knyaz nəsillərindən biri Qoqol idi. Onların adı IX-X əsr salnamələrində QoqolQo­qel variantlarında yazıya alınmışdır (Бакрадзе 1887. 27).

Qoqol nəslinin az bir hissəsi Don və Dnepr çayları arasından İberiyaya gəlmiş, çoxu Ukraynada yurd salmışdır. N.A.Baskakov yazır ki, Qoqol türk nəslidir. Onlar Ukraynadan Polşaya köçüb, sonradan Rusiyaya qayıtmışlar (Н.А.Баскаков 1979. 76).

Polşa kralı Dnepr çayının sol sahilini özünə tabe etmək üçün 1672-ci ildə Qoqol nəslindən Yevstafini Ukraynaya getman təyin etdi (Запорожская старина 1938. 45). Ukrayna Rusiyaya birləşdiriləndən sonra Qoqol nəslinin seçmə adamları Moskvaya və Peter­burqa köçdülər. Onlardan biri Henrix Qoqel 1775-ci ildə Rusiya imperiya zadəganları şurasına daxil edildi. (Баскаков 1979. 76).

Qoqel soyadı totem mənşəli olub, göyərçinə ta­pınma ilə bağlıdır. Rusiya zadəganlarının gerblər kita­bında Qoqol nəslinin gerbi verilmişdir. Gerb qalxan şəklindən ibarətdir. Onun üstünə dimdiyində meyvəli zeytun budağı tutan göyərçin şəkli həkk olunmuşdur (Баскаков 1979. 77).

A
Qoqol nəsli bir müddət Ukraynanı idarə etmişdir.


bxazların bir neçə nəsli keçi totem adı daşıyırdı. Həmin nəsillərin adı kilsə salnamələrində Keçi, Kaçi, Kaçibadze, Kaçia formalarında yazıya alınmış­dır (Джанашвили 1900. 156; Мамулиа 1979. 175; Марр 1897. 301; İoселиани 1843. 126; Конда­ков 1904. 277).

K
İberiyaya qızıl keçi bütünü Aran nəsli gətirmişdir.


eçi və ya kaçilər əvvəlcə İberiyada yaşamış, sonradan şimal-qərbə – Abxaziyaya köçmüşlər. Nəzə­rə alsaq ki, qızıl keçi bütünü İberiyaya Aran nəslindən Azo gətirmişdir (Мамулиа 1979. 175), de­məli keçiyə sitayiş edən soydaşlarımız Makedoniyalı İsgəndərin zamanında İberiyada yaşayırmış. L.M.Me­liksetbekova görə, Kaçi Armazi tanrısıdır (Меликсет­беков 1938. 39-40). İberiya çarı Armazın heykəlinin sağ tərəfində qızıldan keçi bütü qoyulmuşdu (Марр 1897. 301).

Bundan əlavə, İberiyada Kaçian adlı qədim mə­bəd olmuşdur (Географ 1. 1868. 131). Həmin məbəd yunanların Kaçios adlandırdıqları (Шопен 1866. 223) kaçilərin ibadət yeri idi.

K
Bəzi mənbələrə görə, qızıl keçi bütünü Kür çayı boyuna buntürklər, bəzilərinə görə, Aran nəsli gətirmişdir.
eçi bir knyazlıq kimi XVIII əsrə qədər Abxa­ziyada mövcud olmuşdur (İoселиани 1843. 126). Öv­liya Çələbi (XVII əsr) yazır ki, Keçi Abaza tayfasıdır. Onlar Qaqra şəhəri yaxınlığında Elbrus dağından axıb, Qara dənizə tökülən Lopo çayı boyunda yaşayırlar. Onların 70 kəndi var. Çox cəsur tayfa olan keçililər dö­yüşə 10 minlik seçmə qoşun çıxardırlar (Эвлия Че­леби 1983. 33. 49).

Keçi, kaçi totem mənşəli etnonimdir. Volqa bul­qarları keçiyə kaçi deyirdilər. Volqa çayı sahilin­dəki Kaçi saray şəhərini XII əsrdə onlar salmışlar (Буша­ков 1992. 32).

Keçiyə tapınma Altay türklərində XX əsrin əv­vəllərinə qədər qalırdı. Altay şamanları öz əcdadların­dan birini Kaçi Kam adlandırırdılar (Анохин 1924. 111).

Keçiyə etiqad ilk Misir fironlarının əcdadları KamKuş nəsillərinin inancında e. ö. IV-III minil­liklərdə var idi. Henrix Qretsə görə, İsrail oğulları ke­çiyə etiqadı Misirdə ikən onlardan mənimsəmişlər (Ген­рих Грець 1. 52. 55).

Belə hesab edirik ki, keçiyə tapınan etnoslar Xəzər ətrafından Misirə köçmüş, sonra Kənan qəbilə­ləri ilə birlikdə İudeyaya, oradan Qafqaza qayıtmışlar.

Abxaz folklorunda Dabran mifoloji obrazı var. O, keçilərin hamisidir (Марр 1927. 132). Davran, türk dillərindəki dıbır – erkək keçi, təkə zoonimindən törə­mişdir. Gürcülərin müasir dilçi alimlərindən biri Ta­kaşvili soyadı daşıyır. Təkə nəslindən olan xristian professor yazır ki, çar Qorq Aslanın adının ikinci tərəfi türk sözüdür (Грузинское 1987. 19, 29-30).

G
Torqay, yəni Torağay Kaxetinin 2-ci adıdır.
ürcüstanda çar Zenonun qohumlarından biri Kaftar soyadı daşıyırdı (Джанашвили 1908. 108). Sultan Saba Orbelianinin əcdadlarından biri Kaplan Orbeliani olmuşdur (Хаханов 2020, III). XVIII əsrdə yaşamış gürcü zadəgan nəsillərindən biri Baburaşvili adlanırdı (Чубинашвили 1948. 111). Bunlar hamısı türk totem adları olub, ayrı-ayrı yırtıcı heyvanlara sita­yişlə bağlıdır.

Albaniyadan Kaxetiyə köçən etnoslardan biri Torqa adlanırdı (İoселиани 1866. 6, 7). Torqa və Tor­qay türk dillərində torağaya deyilir.

Kaxetinin şöhrətli knyaz nəsillərindən biri Çolak olmuşdur. “Albaniya tarixi”ndə onların adı Çolax, er­məni tarixçilərinin əsərlərində Çolak, gürcü salnamə­lərində ÇolakaÇolakaşvili formalarında yazıya alınmışdır (Никольский 1896. 20; Хоренский 1893. 21; Хаханов 1895. 102; Хаханов 1901. 31; Albaniya tarixi 1993. 142).

P
Bunlar necə gürcü nəslidir ki, Kaftaraşvili, Baburadze, Kaplanişvili soyadı daşıyır?


.İoselianiyə görə, Çolaq nəsli Kaxetiyə Albani­yadan gəlmişdir (İoселиани 1866. 3,5; 1993. 5). Orta əsr müsəlman tarixçiləri Çolax nəslini Axsax da adlan­dırırlar. İber və Alban mənbələrində bəzən Çolaq nəsli Cxaq adlandırılır (İoселиани 1866. 5; Albaniya tarixi 1993. 5). Bu da elə çolaq, çıxaq deməkdir.

Gürcüstanda Çolaq nəslindən görkəmli şair və dövlət xadimləri çıxmışdır. Həmin şairlərdən biri Şota Rustavelinin davamçısı idi (Хантадзе 1970. 102). Ço­lak nəslindən Nodar Çolakaşvili Nadir şahın Dehli səfərində iştirak etmişdi (İoселиани 1866. 12). Çolaq nəslinin knyazları Əmir Teymurun zamanında Araqvi eristavları olmuşlar (İoселиани 1866. 59).

P.İoseliani yazır: – Çolak nəslinin adı tatar və ya erməni dilindəki axsaq sözündəndir (İoселиани 1866. 5). Musa Xorenliyə görə, Çolax h’ayların tayfa başçı­larından biridir (Хоренский 1893. 21; Никольский 1896. 82). Çolaklar H’Ay tayfa ittifaqına daxil olub­larsa, bu o demək deyil ki, onlar ermənidir (Джафар­сой 2008. 80-86).

M
Çolax iberlərlə yanaşı h’ayların hakim nəsli olmuşdur.


usa Xorenli yazır: – Armenak çayı (Araz ça­yını keçib, düşərgə saldı. Bir yaşayış məskənini oğlu Çolaxın adı ilə Çolakert adlandırdı (Хоренский 1893. 21; Никольский 1896. 82). Nəzərə alsaq ki, Arme­nakın totem adı Alagözdür, deməli Çolak Alagöz nəs­lindən çıxmışdır. Alagöz dağının ətəyindəki Çolakert yaşayış məskəni XIX əsrə qədər qalır, yerli əhali hə­min kəndi Çolax adlandırdı (Никольский 1896. 73).

Çolak nəslinin son nümayəndələri özlərini Ço­laxlı və Axsaxlı adlandırır, ayrımlar arasında yaşa­yırdı. Yesayi Həsən Cəlallının yazdığına görə, onların yaylağı hardasa Gəncə yaxınlığında olmuşdur (Хасан Джалалян 1989. 46). Çolaxlı nəslinin başqa bir qolu XVI əsrdə Anadoluda köçəri yürüklər arasında qeydə alınmışdı (Еремеев 1969. 11).

Çolax nəslinin xristian qolu XI əsrdə səlcuqların təzyiqilə Krıma köçmüşdür. Belə hesab edirik ki, Sudak şəhərinin monaxının 1249-cu ildə yazdığı sal­namədə adı çəkilən türk əsilli xristian din xadimi Çolak (Посольство… Имеретию 1926. 220) onların son nümayəndələrindən biridir.

Gürcülərin knyaz nəsillərindən biri Tumanişvili (Чубинашвили 1948. 117), sonralar isə Tumanov (Хаханов 2020. 11) adlanırdı. Tumanişvili gürcü fa­miliyası türk dillərindəki Duman sözündən törəmişdir.

X
Gürcülər Duman qalasının adını Dmanisi şəklinə salıblar.
IX əsrdə özbəklərin bir tayfası Tuman adlanır­dı (Budaqov, Qeybullayev 2002. 179). Fəzlullah Rəşi­dəddinə və Əbülqazi Bahadur xana görə, türkmən tayfa başçılarından biri Tuman xan olmuşdur (Раши­даддин 1987. 111. 71). Eyni zaman­da, Misirin çərkəz əsilli sultanı Tuman bay adı daşıyırdı. O, Sultan Səlimin çağdaşı idi (Faruk Sümər 1992. 348).

Dədəmiz Qorqudun kitabında Duman tayfasının Gürcüstandakı iqamətgahı Tumanın qalası adlandırılır (KDQ 1988. 118). Sonralar gürcülər həmin şəhərin adını Dmanisi şəklinə salıblar.

Tuman tayfasının əsas hissəsi Ərəb xilafəti dövründə şimal-şərqi Qafqazda yaşayırdı. Əhməd ibn-Asam əl-Kufi (X əsr) yazır: – Mərvan İbn-Məhəmməd Sərirdən sonra Tuman qalasını tutdu. Qalanın hakimi hər il Dərbəndə gəlib, xərac verməli idi (Ахмад ибн Асам ал-Кифи 1982. 55).

N
Çolax iberlərdən qabaq, h’ayların hakim nəsillərindən biri idi.


.A.Baskakova görə, Tumansкий rus familiyası türk mənşəli olub, tümen, yəni çoxluq sözü ilə bağlıdır (Баскаков 1979. 199-200). Düzdür, tuman, yəni du­man sözündə çoxluq anlamı var. Duman çoxlu damcı­lardan ibarətdir. Ancaq duman etnonimi birbaşa çox­luqla yox, dumana sitayişlə bağlıdır.

Kayı İnal xan öləndən sonra oğlu olur. Bayat boyundan Korkut məsləhət bilir ki, uşağa Tuman, yəni duman adı qoysunlar. Divan adamları razılaşmırlar ki, bu ad xan oğluna yaraşmaz. Korkut deyir: – Düzdür, duman yolları görünməz edir, yolçuları azdırır. Ancaq onun xeyri zərərindən daha çoxdur, çünki çöllərə nəmlik gətirir, otları göyərdir, sürülər otlayıb kökəlir (Рашидаддин 1987. 71).

Əski türk inancında dumana ikili münasibətin izlərini başqa şəxs adlarında da görürük. Çobani şah­larından birinin adı Kor Duman olmuşdur. Övliya Çə­ləbi yazır ki, onun qəbri Ərzincan şəhəri yaxınlı­ğındadır (Эвлия Челеби 1983. 246).

Q.Ə.Qeybullayev yazır ki, Duman tayfasının adı ərəb mənbələrində ilk dəfə VII əsr hadisələri ilə bağlı çəkilir (Budaqov, Qeybullayev 2002. 178). Əksinə, e. ö. II-I minilliklərə aid mixiyazılı kitabələrdə onların Anadoluda və Elamda daha öncədən yaşadıqları göstə­rilir. E. ö. II minilliyə aid Xett sənədlərində Du­man ölkəsindən, şəhərindən və etnosundan bəhs edilir. Bundan əlavə, Orta Anadoludan tapılan Kül təpə mixi yazılarında Tuman qonşu ölkənin patriarxıdır (Ян­ковский 1968. 102; Капанцян 1947. 128; Арутюнян 1985. 104. 180).

E
Duman indiki Türkiyə ərazisində: 1. etnos, 2. şəhər, 3. ölkə olmuşdur.
lam hökmdarlarından birinin Tuman adı (e. ö. 663-653) idi. Assuriya hökmdarı Aşşurbanipal ilə döyüşdə öldürülən Tumanın adı assur kitabələrində Teumman kimi yazıya alınmışdır (Никольский 1896. 68; Юсифов 1968. 86).

Belə hesab edirəm ki, Ön Asiyanın qədim etnoslarından biri olan Duman e. ö. VII əsrdən - əhəmənilərin zühurundan sonra Qafqaz dağlarının ətəklərinə çəkilmişdir.

A
İberiyanın Kosidze və Kozişvili nəsilləri Albaniya çarı Quzunun törəmələridir.
.S.Xaxanov yazır ki, gürcülərin KosidzeKozişvili nəsilləri Pompeylə vuruşan Albaniya çarı Kuzunun törəmələridir (Хаханов 1897. 159). Bizim üçün maraqlıdır ki, yəhudi mənşəli gürcü arxeoloqu A.S.Xaxanov Plutarxın Kozis kimi göstərdiyi bu tarixi şəxsiyyətin adının Quzu olduğunu təsdiq edir.

Kuzu Anadolunun qədim etnoslarından biri olmuşdur. Fikrimizcə, İtaliyada Etrusk tayfa ittifaqına qoşulan Kozi (Энеида 680. 105) nəsli onların bir qoludur. Troyanın işğalından – e. ö. 1260-cı ildən sonra onlar Eneyin arxasınca İtaliyaya köçmüşlər.

Kuzu etnonimi qoyuna sitayişlə bağlıdır. Qoyuna sitayişlə bağlı alban və iber dillərində kozman etnik adı mövcud olmuşdur. İberiyanın ilk xristian müqəd­dəslərindən biri Kozman İqrexelidze idi (Джанаш­вили 1908. 330). Eyni zamanda, Albaniyanın xristian şəhid­lərindən birinin totem adı Kozman olmuşdur (Alba­niya tarixi 1993. 76). İqrex və Kozman türk sözləridir. İqrek arxaik hərbi termin olub, kəmənd deməkdir. Kozman isə 12 yaşar qoça deyilir.

K
Quzu nəslinin bir qolu Troyanın işğalından sonra İtaliyaya köçmüşdür.


ozman şəxs adı son zamanlara qədər gürcü dilində mövcud olmuşdur. XVII əsrdə yaşamış İmereti yepiskopu Kozman soyadı daşıyırdı (Вахушти 1976. 242). XX əsrin əvvəllərində Borçalı, Qori və Qazax qəzalarında Kozman adlı kəndlər vardı (Пагиров 1913. 138).

Gürcülərin bir nəsli Arquniani soyadı daşıyırdı. Bundan əlavə, Albaniyanın Baq vilayətində Arquna­kert kəndi vardı (Albaniya tarixi 1993. 198). İndiki Qarasu çayı Arsak nəslindən I Tiranın zamanında Arqun adlanırdı. Həmin Arqun çayı indiki Ermənistan ərazisindəki Ayğır göldən başlayırdı (Шопен 1852. 247, 291).

A
Albaniyadakı Arqunakert yaşayış məskənini türklərin Arqun nəsli salmışdır.
rqun türk etnonimidir. V.V.Radlov XIX əsrin sonlarında Sibirdə olarkən Qırğız və Kızıl tayfaları arasında Arqun nəsillərinin yaşadığını görmüşdü (Радлов 1989. 635, 720). K.Ş.Şaniyazov yazır ki, Ar­qun qıpçaq tayfasıdır (Шаниязов 1974. 130).

Arqun totem mənşəli etnonimdir. Mahmud Kaşğari yazır ki, arqun vəhşi ayğırla ev madyanının balasına deyilir (MK 1. 2006. 164).

X
Çuqureti və Qara Çuxur eyni mənşəli yer adlarıdır.
VI əsrdə qədər Kür çayının sol sahilində Çuqureti adlı şəhər olmuşdur (Бакрадзе, Берзенов 1870. 86). Buna uyğun olaraq Dədəmiz Qorqudun kitabında Qara Çuxur eponimi var. Dastanda deyilir: – Oğuz elində 4 igid üzüniqablı gəzərdi. Onların biri Qara Çuxur idi.

Dastanda igidlər belə öyülür: – Atdığı sapan daşı yerə düşməzdi, yerə düşsə toz kimi sovrulardı. Daşın oyduğu süxurda 7 il ot bitməzdi. Çuqureti və Qara Çu­xur motivi arxaik türk inancından gəlir. Abşerondakı Qaraçuxur qəsəbəsinin adı həmin motivə bağlıdır.

İberiya çarı I Barsmanın nəslindən Azuk adlı çar çıxmışdır. L.M.Meliksetbekova görə, həmin Azuk elə Arzuk və ya Arsokdur (Меликсет­беков 1938. 29). Azuk çarın totem adı olub, ayıya tapınma ilə bağlıdır. Qıpçaq qrupu dillərində ayıya azıx, azuk deyilir. İberiyadakı Azux kəndinin və Qarabağdakı Azıx ma­ğarasının adları eyni mənşəlidir. XIX əsr rus sənəd­lərində Azıx kəndinin adı Azuk kimi göstərilmişdir (Сборник сведений о Кавказе. т. 3, Тифлис, 1875).

Eyni zamanda Azuk nəslindən XI əsr “erməni” tarixçisi Asoxik çıxmışdır. Asoxikin xristian adı Ta­ronlu Stepandır (Абегян 1975. 139-140, 290). Erməni dilçiləri iddia edirlər ki, Asoxik tarixçinin ləqəbidir. Tutaq ki, belədir. Erməni alimi nəyə görə özünə türk ləqəbi götürürdü? V.V.Radlov, V.V.Bartold, K.Ş.Şa­niyazov yazırlar ki, Azıx/Azuk qıpçaq tayfasıdır (Рад­лов 1893. 129; Шаниязов 1974. 135; Бартольд 1965. 533).

B
Nil vadisindəki Asoxis şəhəri Azux qıpçaq boyunun əski yurd yerlərindən biridir. –is yunan şəkilçisidir.
iz o firkin tərəfdarı deyilik ki, Azuk nəslinin hamısı Albaniya və İberiyaya orta əsrlərdə qıpçaqların tərkibində gəlmişdir. İlk öncə ona görə ki, qıpçaqların, xəzərlərin, bulqarların Qafqaza axınları daha əski çağlarda başlamışdır. Təsadüfi deyil ki, iber və gürcü salnamələrində onlar öncəki qıpçaqlar – yeni qıpçaq­lar, qədim xəzərlər – yeni xəzərlər kimi xatırlanırlar.

Misirli Ptolomeyin (e. ö. III əsr) zamanında Nil çayının aşağı axarında Asoxis adlı şəhər olmuşdur (Иосиф Флавий 1991. 44). Asoxis Azıx etnosunun yurdu deməkdir, -is yunan şəkilçisidir.

A
Azıx nəsli e. ö. I minilliyin sonlarında Misirdə şahlıq etmişdir.
zıx nəsli güclənib, bir müddət Misirin bir neçə vilayəti üzərində hökmran olmuşdur. İosif Flavi kahin Manetona isti­nadən yazır ki, Asoxem Yeqipet çarı idi. O, Antioxdan qabaq qoşun yeridib, Yerusəlimi tutdu (Вигуру 1897. 413).

Asoxem “totemi azıx olan” deməkdir. Qədim yəhudi mənbələrində -em şəkilçisi teofor mənşəli ad­lara artırılır. Əgər eranın I əsrində İberiyada Azuk totem adlı tarixi şəxsiyyət vardısa, deməli Azıx nəsli Albaniya və İberiyada daha əski çağlardan yaşamışdır.

Gürcülərin qədim soyadlarından biri Kakabid­zedir (Какабидзе 1967. 3-196). Kaka qədim bir nəs­lin adıdır. Həmin nəsil yalnız Gürcüstanda yox (Ва­хушти 1976. 246), indiki Türkiyə ərazisində də ya­şayırdı. Onlardan Xaxalı adlı qoşun başçısı çıxmış­dır. Sərkərdə Xaxali Qonio qalasının rus kazakların­dan geri alınmasında böyük igidlik göstərmişdi (Эв­лия Челеби 1983. 218).

Kaka etnoniminə e. ö. II minilliyə aid Xett abi­dələrində təsadüf edirik. Boğaz köydən tapılan mixi­yazılı kitabədə göstərilir ki, Xaxali xettlərə düşmən olan etnoslardan biridir (Гиоргадзе 1985. 221).

K
Kaka nəslinin bir qolu Troyanın işğalından sonra İtaliyaya köçmüşdür.
aka nəslinin bir qolu Troyanın işğalından sonra İtaliyaya köçmüş və Etrusk tayfa ittifaqına qoşul­muşdur. Fikimizi e. ö. I minillikdə Tibr çayının sağ sahilində Kaka yaşayış məskəninin olması (Энеида 680. 47) təsdiq edir.

Kakabidze və Kekelidze oxşar soyadlarıdır. Ke­kelidze nəslindən tanınmış gürcü alimi K.S.Kekelidze çıxmışdır (Кекелидзе 1973. 3. 210).

Vaxtilə Şamaxıda Qeqeli (Список 1922. 78), Zəngilanda Gəgəli (Ərazi 1979. 48) kəndlərinin olma­sı göstərir ki, Kaka, Keke nəsilləri Azərbaycanda da yaşanmışdır.

M


Soğanlı eli Gürcüstanda gürcülərdən qabaq yurd salmışdır. İudeyadakı Soqana şəhərinin əhalisi onların qədim əcdadlarıdır.
ahmud Kaşğarinin “Divan”ında kəklik kekəlik adı ilə verilmişdir. Ehtimal ki, Kakabidze və Kekelid­ze soyadları kəkliyə tapınma ilə bağlıdır.

Gürcü dilinin tarixi onomaloji leksikasının təd­qiqi bir daha göstərir ki, Azərbaycan xalqının əc­dadları Kür boyunda baqrationlardan qabaq yaşamış­dır.

İudeyada e. ö. I minillikdə Soqana adlı şəhər olmuşdur (Иосиф Флавий 1991. 203, 482). Belə hesab edirik ki, Borçalı mahalında qeydə alınmış Soğanlı eli (Budaqov, Qeybullayev 2002. 144) onların son qalıqlarıdır.

Q.Ə.Qeybullayevə görə, Soğanlı eli Qafqaza XIII əsrdə monqolların tərkibində gəlmişdir (Buda­qov, Qeybullayev 2002. 281). Ancaq mənbələrin təd­qiqi göstərir ki, onlar Ön Asiyada eradan əvvəl yaşayır­dılar.

Dədəmiz Qorqudun kitabında Soqan Sarı eponi­mi var (Бартольд 1999. 235). İberiya folklorunda və yazılı mənbələrində sarı rənglə bağlı antroponimlər çoxdur. Onlardan biri Sarı Danadır. Sarı Dana soyadı bədii tərcümələrdə Sari Dan, Sari Dana, salnamələrdə Sari Danişvili variantlarında yazıya alınmışdır (Марр 1910. XV).

Ç
Axısqa türkləri arasında Çaxruxgillər nəsli vardı.


ariça Tamarın saray şairlərindən birinin soyadı Caxruxadze idi. Əslən Albaniyanın Toz mahalından olan şair Tamarın müsəlmanlar üzərində qələbələrini tərənnüm edirdi. Çaxruxadze Şota Uruztavelinin çağ­daşı idi (Джанашвили 1900. 1683; İoселиани 1860. 61-62; Шота Руставели 1885. 22). P.İoseliani şair Çaxruxadzeni gürcülərin Vergilisi adlandırılar (İoсе­лиани 1860. 65).

Çaxrux şairin nəslinin adıdır. Çaxrux nəsli deportasiyaya qədər Gürcüstanda Axısqa türkləri arasında yaşayır və həmin nəslin nümayəndələri özlərini Çaxruxgillər adlandırırdı (Asif Hacılı 1998. 119).

İ
İlahə Ananın bütünü İberiyaya çar Saurmak gətirmişdir.
beriyanın Saurmak adlı 2 çarı olmuşdur (Гамкрелидзе 1961. 19). Onlardan birincisi e. ö. 139-124-cü illər arasında ölkəni idarə etmişdir. L.M.Meliksetbekov güman edir ki, ilahə Ananın bütünü İberiyaya həmin Saurmak gətirmişdir (Меликсетбеков 1938. 25. 27).

Başqa bir Saurmak V əsrdə yaşamışdır. O zaman spasalar – qoşun başçısı olan Saurmak gələcək çar Vaxtanq Qorq Aslanın atabəyi idi (Джуаншериани 1986. 58; Меликсетбеков 1968. 25). N.Y.Marrın fikrincə, sərkərdə Saurmak Qorq Aslanın əmisi və ya dayısı olub, əvvəllər farslara xidmət edirmiş (Марр 1901. 13).

G
Türk əsilli Surmak 2 dəfə ermənilərin patriarxı seçilmişdir.
ürcüstanda Saurmak adlı qədim bir məzarlıq vardı (Дидебулидзе 1983. 15). Çox ehtimal ki, o, Saurmak nəslinin qəbiristanı olmuşdur.

V-VII əsr erməni tarixçilərinin əsərlərində Saurmak adına Sormak və Surmak variantlarında rast gəlirik. IV əsrdə yaşamış Arzan knyazının adı (yəqin ki, soyadı) Sormak idi (Хоренский 1809. 160, 163). Başqa bir Surmak V yüzildə yaşamışdır. O, Bozlu (Bznuni) mahalının yepiskopu idi (Шопен 1852. 296). Yeqişenin (V əsr) yazdığına görə, yepiskop Surmakın qəbiləsi Mamuk nəslindən Vardanın tərəfində İranla vuruşurdu (Егише 1971. 42).

Surmak 2 dəfə – 428-ci və 437-ci ildə erməni­lərin patriarxı seçilmiş, 444-cü ildə ölmüşdür (Орман­ян 1913. 29-30). Bizim üçün maraqlıdır ki, Sibirdə Uluq Xem çayının bir qolu Surmak adlanır (Радлов 1989. 599).

İ
Yevrey adı Parlak türkcə parıldamaq feilindən törəyib.


beriya çarı Qorq Aslanın nəsli çar Parnakdan başlayır. Gürcü və erməni salnamələrində Parnakın nəsli Parnauz Parnavazean adlandırılır. Parnauz əmr edir ki, ölkədə hamı iber dilində danışsın (Вермишев 1904. 102). 499-cu ildə Qorq Aslanın ölümü ilə İberiyada Parnauz nəslinin süqutu başladı (Джуаншериани 1986. 46) və 570-ci ildə sona yetdi.

Parnak adına epitafiya mətnlərində daha çox Parlak formasında təsadüf edirik. Krımdan eranın II əsrinə aid yəhudi başdaşı tapılmışdır. Həmin qəbir daşı Parlak adlı adamındır. Parlakın özü yəhudi, atası bütpərəst idi (Хвальсон 1866. 183).

A.İ.Xvalsona görə, iber adı Parnak zəndcə, yevrey adı Parlak türkcə parıldamaq feilindən törəmişdir (Хвальсон 1866. 181).

İ
Ermənilər üzərində hökmran olan Parnakın adı türkcə parıldamaq felindəndir.


ltisaqi dilli h’ayların (indiki flektiv dilli erməni­lərin yox) Parnak adlı 2 hökmdarı olmuşdur. I Parnak e. ö. 1531-ci ildə hakimiyyətə gəlmiş, II Parnak Troya mühasirəsi zamanı (e. ö. 1260-1254) yaşamışdır. II Parnak Assuriyanın vassalı kimi ölkəni idarə edirdi (Шопен 1852. 99-100). Asoxikə görə, II Parnak e. ö. 805-ci ildə hakimiyyətə gəlmişdir (Асохик 1864. 244-245).

Əslində Parnak və ya Barnak Ön Asiyanın qədim bir etnosunun adıdır. E. ö. II minilliyə aid Assur mənbələrində göstərilir ki, onların ölkəsi Həmədan yaxınlığında yerləşir (Мещанинов 1926. 218; Solmaz Qaşqay 206. 125).

Sonradan Parnak nəsli tarixi vətənlərindən şima­la sıxışdırılmış, Şərqi Anadoluda və Qərbi Qafqazda yurd salmışlar. XIX əsrdə Borçalı mahalında Barnak adlı yaşayış yeri vardı. Oradan xett dövrünə aid kera­mika tapılmışdır (Мещанинов 1927. 5). Bundan əla­və, XVII əsrdə Minqreliyada Pernak adlı qala olmuş­dur (Эвлия Челеби 1983. 222).

Düşünürük ki, Sibirdəki Barnaul və Gürcüstan­dakı Marneuli Barna – Barnak etnik adının qismən dəyişilmiş formalarıdır.

G
Anca nəslinin görkəmli sənət adamları Anceli soyadı daşıyırdılar.
ürcü dilində bu gün də işlənən qədim soyad­larından biri Ançabadzedir. Ancabadze nəslinin maha­lı indiki Ermənistan, Gürcüstan və Türkiyə arasında idi (Джанашвили 1900. 156; Марр 1911. 110. 112). İndi həmin ərazidə Anca adlı kilsə (Бакрадзе 1878. 353) və kəndlər var (Шопен 1852. 495).

Anca mahalı və kilsəsi orta yüzil gürcü salnamə­lərində Anci adlanır. Anci kilsəsi P.İoselianinin yazdı­ğına görə, I Tamarın vaxtında tikilmişdir (İoселиани 1866. 25). Anca kilsəsinin özünəməxsus ikonaçılıq məktəbi var idi. Həmin məktəbin yetirmələri öz nəsillərinin adı ilə Anceli soyadı daşıyırdılar (Амиранашвили 1956. 9). Artıq IX əsrdə Anci kilsəsi yepiskopluq mərkəzinə çevril­mişdi (İoселиани 1866. 25).

A
Xett kitabələrində Anca ölkəsi Ancaka adlanır.
nca mahalı çar Parnauza qədər İberiyaya tabe deyildi. Əfqan mənşəli erməni Kerop Patkanov “Qə­dim İber salnaməsi”nə istinadən yazır ki, çar Parnavaz yunanların vilayətinə gəlib, Anci mahalını ələ keçirdi (Патканов 1883. 235).

Söz yox ki, Anca yunan nəsli deyildi. Onların ölkəsi İran ilə Bizans arasında yerləşdiyinə görə, gah Bizansın, gah da əhəmənilərin və sasanilərin təsiri altına düşürdü.

Musa Xorenli Anca nəslini Ancevaçik adlandı­rır. Yazır ki, Ancevaçik Bosfor mahalının bir vilayəti­dir (Хоренский 1893. 293). Nəzərə alsaq ki, qədim Bosfor mahalı indiki Naxçıvan Muxtar Respublikasını əhatə edirdi, deməli Anca – sonrakı İncə nəsli Araz çayı boyunda əskidən yaşamış, sonralar şimala köç­müşdür. İ.İ.Şopen yazır ki, Ancevaçik qəbiləsi əvvəl­lər Bosfor mahalının cənubunda yaşayırdı (Шопен 1866. 166).

E
Musa Xorenlidə Anca nəsli bəzən Y’Encak adlandırılır.


. ö. II minilliyə aid Xett kitabələrində Anca öl­kəsi Ancaka kimi göstərilmişdir (Капанцян 1947. 50). Ancak Anca etnoniminin arxaik formasıdır. -a, -ia ölkə, etnik mənsubiyyət bildirən şəkilçidir (Хинц 1987. 17; Марр 1927. 86; Мещанинов 3166. 45).

E. ö. II-I minilliyə aid assur mixiyazılı kitabələ­rində Anca nəslinin adı Ancak formasındadır. İranın Nayafehabad kəndindən tapılan kitabədə Assuriya hökmdarı II Sarqonun dilindən deyilir: – Ancak xal­qının ölkəsinə yaxınlaşdım, şəhərlərini tutdum (Sol­maz Qaşqay 2006. 44).

Əgər e. ö. I minilliyin əvvəllərində ansakların öl­kəsi və şəhərləri varmışsa, deməli o zaman onlar Araz çayının cənubunda yaşayan güclü etnoslardan biri olmuşlar.


Yəhudilər Ancakı Avdan adlandırırdılar.


Bibliya”da Ancakın adı Y’Encak kimi xatırla­nır. Göstərilir ki, onların bir knyazı çar və peyğəmbər Daviddən sonra yaşamışdır (Шопен 1866. 48).

Musa Xorenli Anca nəslinin patriarxlarını Y’En­sak, Anca övladlarını Ancevaçik, Anca dərəsini Anca­xadzor, Anca nəslindən çıxan döyüşçüləri Y’Encaetsi adlandırır (Хоренский 1893. 289, 293, 297). Göstərir ki, Ancak H’Ay və Malxaz nəslindən çar olub, assur­lara vergi verirdi (Хоренский 1893. 297; Шопен 1852. 48, 58, 1242).

Asoxikin (XI əsr) yazdığına görə, Y’Encak H’Ayın sonrakı törəmələrindən olub, e. ö. 1242-ci ildə hakimiyyətə gəlmişdir (Асохик 1964. 245).

A
Albaniyanın Yafəs və Aran nəslindən ilk hökmdarların­dan biri Ancak olmuşdur.


ncakın H’Ay nəslindən çıxması heç də onun erməni olması demək deyil. Bizim üçün maraqlıdır ki, Albaniyanın Yafəs və Aran nəslindən ilk hökmdar­larından biri Ancak olmuşdur (Albaniya tarixi 1993. 19).

Suriya salnamələrində bəzən Ancak etnonimi Y’Encak formasında göstərilmişdir. Yəhudilər isə Ancakı Avdon adlandırırdılar (Хоренский 1808. 35, 84).

A

Misirin 14 qıpçaq boyundan biri Ancaoğlu adlanırdı.
ncak nə h’ay, nə alban, nə də yəhudi nəslidir. Onlar Ön Asiyanın qədim etnoslarından biri olub, e. ö. XIV-XIII əsrlərdə güclənərək kənanlar, h’aylar və albanlar üzərində hökmranlıq etmişlər.

Misir tarixçisi an-Nuveyni (XIV əsr) yazır ki, Nil vadisində yaşayan 11 qıpçaq tayfasından biri özünü Ancaoğlu adlandırır (Шаниязов 1974. 76). Deməli, Anca başqa qıpçaq nəsilləri ilə birgə Ana­doludan Krıma köçmüş, oradan dəniz yolu ilə Misirə gəlmişdir.

Ş
İncək və İncəli kəndlərinin əhalisi bir zaman Albaniyada hökmranlıq etmiş Ancak nəslinin son qalıqlarıdır.
əkidə İncək, Qazaxda İncə, keçmiş İrəvan quberniyasında İncəli (Шопен 1852. 495) kəndlərinin olması göstərir ki, qədim Ancak nəslinin bir hissəsi Azərbaycanda məskunlaşmışdır.

XVIII əsrdə yaşamış gürcü katolikoslarından birinin adı Besarion olmuşdur (Вахушти 1976. 120). Bu adın kökündə totem mənşəli Basar etnonimi durur. Basar və Keçər etnosları birləşərək Basarkeçər maha­lını yaratmışlar.

Qədim türk abidələrindən III Uybat kitabəsində belə bir cümlə var: – Bəg ərigcə sabıkbasar eçimiz – Bəy ərənlik, igidlik qaydasına görə, sabıkbasar böyük qardaşımızdır (Rəcəbov, Məmmədov 1993. 276).

Sabıkbasar monoteizmdən qabaq totem olmuş itin bir cinsinin adıdır. İndi də Azərbaycan tərəkə­mələri çoban itlərinə Qurdbasar, Ayıbasan adları verir­lər (Azərbay­can etnoqrafiyası. I, 1979, 231).

K.Ş.Şaniyazov yazır ki, Basar qıpçaq tayfala­rından biridir (Шаниязов 1974. 131).

X
Çar Beşkenin qızının adı Köşək olmuşdur.


I əsrdə yaşamış çar Beşkenin gəlininin adı Köşək olmuşdur. Gürcü salnamələrində həmin qadının adı Xoşak və Xoaşak formalarında yazıya alınmışdır (Джанашвили 1908. 241). Bundan əlavə, çar Georgi­nin qıpçaq əsilli Xоşak Çokali adlı sərkərdəsi vardı. O, çar öləndə Kubasarın və Kutlu Arslanın tərəfində çari­ça Tamara qarşı çıxmışdı (История Грузии 1946. 214).

Xoşak qadın adı dəvə balasına tapınma ilə bağlıdır. Türk dillərində dəvənin balasına xoşək, kö­şək deyilir. Bundan əlavə, Azərbaycan dilinin ləhcələ­rində ağacın meyvələri yetişməmiş dibinə töküləndə deyirlər ki, ağac xoşəklədi. XIX əsrin ortalarında İrəvan quberniya­sında Köşəkli kəndi qeydə alınmışdır (Шопен 1852. 495).

E. ö. VII əsrdə Midiyada Köşək adlı kənd vardı. Erməni tarixçiləri həmin kəndin və adını Xo­şakunik kimi yazıya almışlar (Алиев 1960. 255). Bu da “Köşək nəslindən olanlar” deməkdir.

Ç
Naxçıvandakı Cuğa şəhəri Çoqa nəslinin qədim yurdudur.


okali soyadına gəldikdə o, etononim mənşəli­dir. Çoka, yəni Cuğa nəslinin yuxarı Araz çayı boyun­da məbədi vardı. Orada xristianlıqdan qabaq buğa bütü qoyulmuşdu (Шопен 1866. 276).

Musa Xorenliyə istinadən tərtib edilən VII əsr “Erməni coğrafiyası”nda göstərilir ki, Çuğa və ya Cuqa Qoxten mahalında, Araz çayının sahilində, Naxçıvanın 30 verstliyində qədim şəhərdir (Хоренс­кий 1893. 293; Шопен 1852. 64). Cuğa nəslinin bir qolu şimala köçmüş, Kutais quberniyasında Çoqa qəsəbəsini (Географ IV. 2874. 719, 738) salmışdır. Gürcüstanda Tibet çayının bir qolu onların adı ilə Çoqa adlanırdı (Пагирев 1913. 159). Tədqiqatçıların ümumi fikrinə görə, Çuğa tayfası Azərbaycanda ilk orta əsrlərdən yaşamışdır (Шопен 1866. 216; Kemal Алиев 1987. 27).

Çuğa türk etnonimidir. Tonyukuk abidəsində Kuz Çuqay yaşayış yerinin adı çəkilir (Малов 1951. 65). Bundan əlavə, Şah Təhmasibin Cuğa Sultan Təkəlu adlı əmiri olmuşdur (Fərzəliyev 1983. 51).

L.M.Meliksetbekova görə, İberiyanın qonşulu­ğunda Dirili adlı ölkə olmuşdur. Gürcü salnamələrində həmin ölkə Trialia, Trialeti adlandırılır (Меликсетбе­ков 1941. 125; Патканов 1883. 238).

Diri Alban tayfalarından biridir. Onlar VII əsrin əvvəllərinə qədər Uti tayfa ittifaqına daxil idilər (Ме­ликсетбеков 1942. 35, 48; Ломтатидзе 1958. 205). Sonra onlar İberiyaya köçüb Dirili yaşayış məs­kənini saldılar. Q.A.Lomtatidze yazır ki, Dri tarixi vilayəti İberiyada IV-VI əsrlərdə mövcud olmuşdur (Ломта­тидзе 1958. 265, 293). K.P.Patkanov yazır ki, ermə­nilər Gürcüstanın Trialeti vilayətini Trel adlandı­rırlar (Патканов 1883. 238). Nəzərə alsaq ki, erməni dilində sözün bəzən əvvəlində, bəzən sonunda gələn saitlər yazılmır, onda Trel adı Dirili kimi oxunmalıdır.

V
Aşıq Qurbani Albaniyanın Diri nəslindən çıxmışdır.


axtilə İranın Kirmanşah mahalında Dirili (Sanan Azer 1942. 14), Zəngilanda Diri (Ərazi 1979. 49) kəndləri vardı. Azərbaycanda və Anadoluda Diri Baba türbələri xalqın səcdəgah yerləri idi. Həmin tür­bələrdə Diri nəslindən çıxan təriqət dərvişləri dəfn olunurdu. Bütün bunlara istinadən düşünmək olar ki, Dirili Qurbani Albaniyanın qədim Diri nəslindən çıx­mışdır.

Gürcü tarixçiləri yazırlar ki, Orbeliani nəslindən Sulxan arvadı öləndən sonra David Qaraca monastırı­na gəlmiş, orada monax olandan sonra Saba adı almış­dır (Орбелиани 1959. 3-6).

S
Sabaçi qədim Misirdə Ay kultu olub, Mena kultuna yaxın idi.
ulxan Saba Orbeliani əslən Çin Türküstanının olan Urbat nəslindəndir. V.V.Radlov yazır: – Türklər içinə süd töküb saxladıqları dəri tuluğa Saba deyirlər (Радлов 1989. 263).

Orta əsrlərdə Cənubi Azərbaycanda Savə (Сей­феддини 1978. 233), Dunay çayı boyunda Sava adlı şəhər vardı (Онисание 1953. 26, 27, 61). Azərbay­candakı Savə şəhəri 8500o 0511ʹ uzunluq, 3600o 0511ʹ en dairəsində yerləşirdi.

Qədim Ön Asiya panteonunda Sabaçi kultu olmuşdur. Sabaçi Ay kultu olub, Mena kultuna yaxın idi (Армения и Рим 1848. 315). Fikrimizcə, Urbat nəslindən Sulxanın Saba ləqəbi Ay kultu ilə bağlıdır.

Y
Saba Kuş ittifaqına daxil olan boylardan biri idi.


əhudi tarixçisi İosif Flaviyə görə, Saba Kam nəslindən Kuşun oğludur (Иосиф Флавий 52390. 26-27). Məlumdur ki, Kam və Kuş nəsilləri Ön Asiyadan Nil vadisinə köçmüş, sonra Anadoluya və Qafqaza qayıtmışdır.

Gürcüstanın istedadlı söz ustadlarından biri Ley­la Eradze olmuşdur. O, klassik Azərbaycan ədəbiyya­tından gürcü dilinə tərcümələr edirdi.

E
Adanadan balkanlara köçən atenlər Atena şəhərini saldılar. Afina şəhərin yunan adıdır.
radze soyadı teonim mənşəli Er etnonimindən törəmişdir. Er Albaniyanın qədim nəsillərindəndir biri idi. Onların ölkəsi gürcü salnamələrində Ereti adlandı­rılır (Джанашвили 1900. 44, 55; Дондуа 1967. 36).

Leonti Mroveliyə (XI əsr) görə, Ereti tarixi ma­halı İori və Alazan çayları arasında yerləşirdi. Onun şimal sınırları Qafqaz dağları, cənub sərhədi Kür çayı idi (Мамедова 1987. 26). Erlərin ölkəsi əvvəlcə indiki İrəvan çuxurunu əhatə edirdi. İrəvan erlərin qədim vətənidir.

Musa Xorenli qədim Ön Asiya panteonunda əbədi kişi gözəlliyinin timsalı sayılan Eri (Дьяконов 1990. 100; Вагнер 1901. 34; Пиотровский 1944. 277) Gegecik Er adlandırılır. Bu da Göyçək Er demək­dir. H’Ay dilindəki geg türk adı dillərindəki gökçək sözü­nün köküdür.

İberiyanın qədim nəsillərindən biri Aten olmuşdur. Aten gürcü dilindəki Ateni (Шопен 1866. 279) soyadının qədim variantıdır. N.Y.Marr yazır ki, Gürcüstanda bir neçə kəndin salındığı dərə Atena adlanır ( Марр 1910. XII, XIV). Aten dərəsində xristianlar XI əsrdə Sion monastırı tikdilər (İoселиани 1866. 97).

E. ö. II minilliyə aid Xett yazılarında Türkiyənin indiki Adana şəhəri Atania adlanır (Капанцян 1947. 40). Atania atenlərin ölkəsi deməkdir. Başqa bir Xett kitabəsində göstərilir ki, Atan xalqı indiki Türkiyə ilə Suriya arasında yaşayır (Меруджи 1980. 263).

E. ö. I minilliyin əvvəllərinə aid bir Assur kitabəsində deyilir: – Sare şəhərini tutub, oradan Dur-Atanate şəhərinə keçdim (Solmaz Qaşqay 2006. 52). Sare Şimali İraqdakı Sarı, Dur-Atanate Türkiyədəki Adana şəhəridir.

T
Xett kitabələ­rindəki Atania elə Afinadır (Av­raam Norov).
royanın işğalından sonra Atena əhalisinin bir hissəsi Balkan yarımadasına köçüb, Afina şəhərini salmışdır. Qədim yunan yazılarında bir qayda olaraq sözün ilk hecasındakı “t” səsi “f” səsinə çevrilir.

Q.Noymana görə, Likiya yazılarındakı Atanazi afinalı deməkdir (Нойман 1980. 337). Deməli, Afana­si xristian adının ilkin forması Atanazi olmuşdur.

Avraam Norov yazır ki, qədim mənbələrdəki Atena elə Afinadır (Авраам Норов 1828. 146). El­lada folklorunda ilahə Afina: – 1. Troya şəhə­rinin, 2. cəsurların hamisidir (Вагнер 1901. 58). Deməli, Afina Troyanı işğal edən yunanların yox, şəhəri müdafiə edən asiyalıların ilahəsi olmuşdur. Troyanın işğalın­dan sonra Eneyin ətrafına toplaşan qızlar Atel gölü sahilində Afina bayramı keçirirdilər (Мюлештейн 1938. 51).

A
Troya panteonunda ilahə Atena cəsurların hamisi sayılırdı.


tan / Aten etnonimi dəvəyə sitayişlə bağlıdır. Türkmənlər erkək dəvənin bir cinsinə atan deyirlər. Təsadüfi deyil ki, xettlərin tabe etdiyi xatti şəhər­lərindən biri Tiveliya (totemi dəvə olanlar) adlanırdı (Гиоргадзе 1985. 211).

Türk mənşəli gürcü soyadlarından biri Təkədir. Həmin ad orta əsr salnamələrində Takaşvili və Ta­kayşvili formalarında yazıya alınmışdır.

Təkə türkmən tayfalarından biridir. Əbülqazi Bahadur xan yazır ki, Salor elində Toytutmaz adlı adam vardı. Təkələr onun nəslindəndirlər (Кононов 1958. 74).

Ə
Atel, Etil, İtil türk boyunun və Volqa çayının qədim adıdır.


slində Ön Asiyanın qədim etnoslarından biri olan təkələr Salur deyildilər. Onlar sonradan Salur tay­fa ittifaqına daxil olmuşlar. E. ö. II-I minilliyə aid ya­zılı mənbələrdə təkələr Taka, TekaEl Teke adlan­dırılır (Генрих Грець 2. 1907. 84-85).

Erməni və gürcü tarixçilərinin iddia etdiyi kimi, Təkə nəsli Qafqaza XI yüzildə gəlməmişdir. Onların bir hissəsi e. ö. II minillikdə Aralıq dənizinin şərq sa­hillərində yurd salmış, sonradan daha güclü etnosların təzyiqilə şimala çəkilmişdir. Bu barədə həm yəhudi mənbələrində, həm “Səcəreyi-tərakimə”də yetərincə bilgilər var.

A
Tək allahı tanıyan peyğəmbər Amos Təkə nəslindən çıxmışdır.
.N.Kononov güman edir ki, türkmənlərin Nil vadisinə axını XI əsrdə baş vermişdir. Ancaq onun əksinə olaraq İ.İ.Şopen yazır ki, türkmənlərin və digər şərq xalqlarının Misirə axınları e. ö. 23-cü, 18-ci və 13-cü əsrlərdə olmuşdur.

Fikrimizdə, gürcülərin Takaşvili nəsli sonrakı türkmənlərin yox, Yudeyada yurd salan qədim t­lərın törəmələridir.

Henrix Qrets yazır: – Peyğəmbər Amos Teka və ya El Teke nəslindən idi. Eradan öncə VIII əsrdə yaşamış bu peyğəmbər tək Allahı tanıyırdı və büt­pərəstlərlə bütün əlaqələri kəsdi (Генрих Грець 2. 1907. 85).

Takaşvili soyadı totem mənşəli olub, keçiyə və ya marala tapınma ilə bağlıdır. Mahmud Kaşğari yazır: – Türklər erkək maralın bir türünə təkə deyirlər. Həmin heyvanın buynuzlarından yay düzəldilir (MK III. 2006. 216).

Cavaxetinin knyaz nəslindən Sarıqaz adlı zadə­gan çıxmışdır. Onun adı salnamədə Sarıqas forma­sında yazıya alınmışdır. Sarıqaz Sabakın oğlu idi (Апакидзе 1968. 164).

Musa Xoneli (XII əsr) yazır ki, Astara ölkəsin­dən Astara­biadze adlı cəngavər çıxmışdır (Хаханов 1897. 160. 226).

A
Musa Xonelinin poemasında Astara ölkənin, Astarabidze cəngavərin adıdır.
starta, Astarta vaxtilə Kənan nəslinin sevgi ilahəsi olmuşdur (Вагнер 1901. 86). B.A.Turayev yazır ki, Astarta finikiyalıların Afroditasıdır (Тураев 1903. 41).

Finikiyanın Kənan nəslindən olan kahinləri bə­dənlərini qılınc ilə doğrayıb, qanlarını ilahə Astaranın bütünə çiləyərdilər (Грець 2. 1907. 41). E. ö. VIII əsrdə Efreim nəslindən olan Kənan knyazları Astaranı İudeyanın azad sevgi kultuna çevirdilər (Ген­рих Грець 2. 1907. 107).

İ.M.Dyakonova görə, Astara qərbi samilərin İştarıdır (Дьяконов 1990. 157). P.Keppen yazır ki, o, xaldeylərin ilahəsidir (Кеппен 1837. 358). B.A.Tura­yevin fikrincə, Astarta samilərin ilahəsi olub, bəzi cəhətlərinə görə, xettlərin əslində xattilərin Ana ilahəsinə bənzəyir (Тураев 1903. 66).

A
N.Gəncəvinin qadınının adı Apak olmuşdur.


leksey Nakko yazır ki, Astarta kultu Ön Asiya mənşəli deyil. O kultun tarixi kökləri Asiya qitəsinin dərinliklərindən gəlir (Накко 1873. 94).

Azərbaycan ərazisində Astara şəhəri mövcud­dursa, deməli Astara kultunun daşıyıcıları ölkəmizdə məhdud ərazidə olsa da, məskunlaşmışdır. Onlar Kə­nan mənşəli xalq olub, Ön Asiyada İrandilli etnos­lardan qabaq yaşamışlar. Ona görə də talışları birmə­nalı şəkildə İran mənşəli xalq saymaq doğru deyil. Onlar Azərbaycan türklərinin qan qardaşı olub, son­radan barsların təsiri altına düşmüşlər.

Gürcüstan tarixçilərindən biri Apakidze soyadı daşıyır (Апакидзе 1968. 158). Eyni zamanda, XVIII əsrdə gür­cülərin bir nəsli Apakidze adlanırdı. Həmin nəsildən Apakidze Yevdemon adlı yepiskop çıxmışdır (Бак­радзе 1890. 72).

A.A.Baramidze və D.L.Vateyşviliyə görə, Apa­kidze gürcü soyadı deyil (Барамидзе, Ватейшвили 1978. 163).

Apak türk etnoslarından birinin adıdır. Özbə­kistanda yaşayan sarı qıpçaqların bir nəsli Abaxlı adla­nırdı (Шаниязов 1974. 124). Bundan əlavə, usun­ların Abak adlı xanı vardı. Onun atası Çingiz xanın çağdaşı olmuşdur (Валиханов 1984. 273-274).

F
Apaq fars yox, qıpçaq adıdır.


ikrimmizcə, N.Gəncəvinin xanımının adı Afaq yox, Apak olmuşdur. Dərbəndin şimalında yaşayan qıpçaq xanı öz qızına farsca afaq-günəş adı verə bilməzdi.

Musa Xorenliyə görə, h’ayıların arasında 2 Apaxunik nəsli yaşamışdır (Хоренский 1893. 296-297). Ancaq yanlış olaraq bəzi tədqiqatçılar (Шопен 1852. 297) onları erməni nəsli sayırlar.

Musa Xorenliyə görə, Apaxuni tayfası çar Abqa­rın zamanında (Хоренский 1893. 80) indiki Suriyanın şimalında yaşayırdı. Sonra onlar oradan Ararat vadi­sinə və Albaniyaya köçmüşlər. Artıq Arqun xanın za­manında apaxunilər Ararat vadisində məskunlaşmışdı (Абегян 1975. 467).

Amaras yepiskopu Mxitarın məktubuna yepis­kop Apak cavab yazmışdı (Albaniya tarixi 1993. 86). Deməli, Apakunik (totemi apak olanlar) VI-VII əsr­lərdə ayrıca kilsəsi və yepiskopu olan xristian türk et­noslarından biri imiş.

M
Abaşidze soyadının kökündə Abas sözü durur.

usa Kaqankaytukluya görə, H’Apak Yafəs nəslindən 19-cu Albaniya çarıdır (История Агбан 1861. 31). Ancaq kitabın Azərbaycan di­linə tərcümə­sində həmin ad Həvəng formasında veril­mişdir (Alba­niya tarixi 1993. 19). Keçmiş Borçalı qəzasındakı Əpəkli (Пагирев 1913. 302) Azərbaycan kəndinin sa­kinləri qədim Apak nəslinin son qalıq­larıdır.

İberiya mənbələrindəki qədim soyadlarından biri Abazdır. Çar Barsmanın ikinci adı Abaz olmuşdur (Кипшидзе 1918. 41). Bundan əlavə, gürcü dilinin ta­rixi leksika­sında tez-tez Abaşidze soyadına rast gəli­rik. Abaşidze soyadının kökündə Abas etnonimi durur.

Aban və ya Abas Ön Asiyanın qədim nəsillə­rindən biridir. Qədim “İber salnaməsi”ndə göstərilir ki, Abas ölkəsi kuşanların qonşuluğunda yerləşir (Пат­канов 1883. 213).

Abas nəsli V əsrdə güclənib, iberləri məğlub et­di. Onların patriarxı Qorq Aslanın imperator Levin qı­zından olan oğlu Tevtası əsir tutub, gözlərini çıxartdı (Патканов 1883. 208).

A
Abas boyu İberiyaya köçməzdən Albaniyada Şəki çayı boyunda yaşayırdı.


bas nəslindən çıxan knyazlar Acariyanı və İbe­retini idarə etmişdir. Onlardan Abaşidze David 1702-1709-cu illərdə İmereti hakimi olmuşdur. Həmin Da­vidin ləqəbi Koç idi (Церетели 1898. 84; Хаханов 1898. 84).

İ.İ.Şopen yazır ki, Abas tayfası əvvəllər Şake (Şəki – İ.C.) çayı boyunda yaşayırdı (Шопен 1866. 285). Erməni və gürcü tarixçiləri belə hesab edirlər ki, həmin çay indiki Alazandır. Dion Kassi yazır ki, Ro­ma sərkərdəsi Pompey İberiya üzərinə gedərkən Abas çayı sahilində dayanmışdı (Армения и Рим. 1848. 176; Кемал Алиев 2010. 282). Belə hesab edirik ki, Gür­cüstandakı Abastumani şəhəri (Хаханов 1898. 67) Abas və Tuman ellərinin qarışıq yurd yeridir.

Eyni zamanda VI əsrdə yaşamış Aran yepiskopu Abas (İoселиани 1866в. 5) və 551-596-cı illərdə Alba­niya katolikosu olan ter-Abas (Касумова 2005. 44) Abas nəslindən çıxmışdır.

V.Maknevə görə, Abaşidze Acar soyadı gürcü mənşəlidir (Макнев 1902. 4). İ.A.Orbeli belə hesab edir ki, Abas 930-cu ildə erməniləri məğlub edib, Kars şəhərini tutan sarmat sərkərdəsidir (Орбели 1956. 11). N.Y.Marr isə yazır ki, Abas ermənilərin çarıdır (Марр 1907. 3.)

Ə
Abaşev rus familiyası türk mənşəlidir (N.A.Baskakov)
slində Abas nə gürcü tayfasıdır, nə sarmat, nə də erməni. Onlar sarmatlar, peçeneqlər, xəzərlərlə hər­bi ittifaq yaradaraq erməniləri və gürcüləri məğlub etmişlər. N.A.Baskakova görə, Abas peçeneq (Баска­ков 1969. 226-227). Q.F.Sattarova görə, Abasxəzər (Сaт­тaров 1980. 40) qəbiləsidir. Çuvaşiyada Abaşevo kən­dinin (Чуваши 1970. 297) varlığı göstərir ki, abas­lar Volqa bulqarlarının da mənşəyinə daxil olmuşlar.

A
Misir kahini Manetona görə, Abas Dananın oğludur.


baş nəslinin bir hissəsi Rusiyaya köçmüş, sa­rayda və orduda yüksək vəzifələr tutmuşdur. N.A.Bas­kakov yazır ki, Rusiyanın Abaşev knyaz familiyası türk mənşəlidir (Баскаков 1979. 216).

Abas tayfası Troya müharibəsi dövründə Anado­luda yaşayırdı. Homerin və Vergilinin tədqiqatçıları yazırlar ki, “İliada” və “Eneida” poemalarındakı Aban və Abas eyni etnosun adıdır (Энеида 1971. 409).

Çox ehtimal ki, suriyalı salnaməçi Mar Abas Katina (III əsr) Abas nəslindəndir. Musa Xorenli onun salna­məsindən mənbə kimi istifadə etmişdir (Шопен 1866. 297).

E. ö. II minilliyə aid Assuriya kitabələrində Abas etnonimi Abaşley formasındadır. Onlar o zaman qaş­qayların qonşuluğunda (hardasa Kızıl İrmak çayı yaxınlığı) yaşayırdılar (Арутюнян 1985. 8. 104).

E. ö. I minilliyə aid Urartu mixiyazılı abidələ­rində Abaş ölkəsi uru Abaşini kimi yazıya alınmışdır. Urartu çarı Menuanın kitabəsində deyilir ki, Abas qəbiləsinin qala divarları ilə möhkəmləndirilmiş şəhə­rinə çatdım (Арутюнян 1985. 8).

Misir kahini Manetonun salnaməsində bildirilir ki, Abas Yegiptli Dananın oğludur (Роллен 1751. 270). Nəzərə alsaq ki, qızıl dana bütünə sitayiş edən Dana qəbiləsi ilahə İnəyin övladları sayılırdı, onda Abas nəslinin türk mənşəyi bir daha təsdiq olunar.

Abas qəbiləsi e. ö. IV minilliyin sonlarında Kam və Kuş tayfa ittifaqının tərki­bində Nil vadisinə köç­müş, min il sonra – e. ö. 23-cü əsrdə hiksoslar tərə­findən Efiopiyaya qovulmuşdur. Ona görə də bəzən Efiopiya H’Abaşia adlandırılır.

X


Qubadakı Xınalıq kəndinin adı Xuna etnonimindən törəmişdir. Xuna türk boyu arilər və samilərlə qarışmış, nəticədə Xınalıq dili yaranmışdır.
II əsr gürcü ədəbiyyatının görkəmli nümayən­dələrindən biri Xuna nəslindən olan Musadır. Gür­cüstan ədəbiyyatı tarixinə o, Mose Xoneli kimi daxil olmuşdur. M.Xoneli “Amiran Darecaniani” poeması­nın müəllifi, iber dilindən gürcü dilinə keçid dövrünün görkəmli söz ustadıdır (Хаханов 1895. 331; Хаханов 1897. 160, 168, 226; Шота Руставели 1982. 330, 333; Буачидзе 1983. 96).

Xuna qıpçaq tayfalarından biridir. XIX əsrdə Xuna tayfasının bir qolu Özbəkistanda yaşayan sarı qıpçaqlar arasında müşahidə edilmişdi (Шаниязов 1974. 124).

Xuna tayfasının əsas hissəsi Güney Azərbay­canda yaşayırdı. Buradakı Xuna şəhərini onlar salmış­lar. Əl-Biruni (XI əsr) yazır ki, Xuna şəhəri həm də Xunəc adlanır (Vəlixanlı 1974. 145). Yaqut Həməviyə görə, Xunəc şəhərinin əsl adı Xunadır. Xuna Zəncan şəhərindən 2 günlük yolun üstündə yerləşir (Йакут ал-Хамави 1983. 24).

Qarabağda Xonaşen, Gəncə quberniyasında Xı­na­lı (Список 1922. 14), Borçalı mahalında Xona (Bu­daqov, Qeybullayev 2002. 39) kəndlərinin varlığı göstərir ki, Xuna tayfasının son qalıqları Albaniya və İberiyada yurd salmışdır.

X
Tirik, yəni diri, ölməz Elam mənşəli addır.
una etnik adı totem mənşəli olub, ceyrana və ya ata sitayişlə bağlıdır. Qədim özbəkcə-farsca “Sanq­lax” sözlüyündə xuna sözü “erkək ceyran” mə­nasında verilmişdir (Умаров 1988. 74). “Kitabi-Dədə Qor­qud”dakı Qara Günə, yazılı mənbələrdəki Əmir Günə adları (Ибрахим Эфенди Печеви 1988. 92) da totem mənşəli olub, xuna zoonimindən törəmişdir.

İ.İ.Şopen yazır ki, Xona tayfasının adı kartvelcə xune və uticə qune “at” sözündən törəmişdir (Baharlı 1993. 22). Nəzərə alsaq ki, iber, gürcü, uti dillərinin tarixi leksikasında xəzər və qıpçaq sözləri çoxdur və həmin dillər Mari Brosseyə görə, qatışıq dillərdir (Ха­ханов 1897. 130), xuna sözünün türk dillərindən bir çox Qafqaz dillərinə keçməsi şübhə doğurmur.

İ
Bakur nəsli iberləri fars ağalığından xilas etmişdir.
beriyanın Barsmandan sonrakı çarlarından biri­nin adı Derik olmuşdur (Кипшидзе 1918. 47). Əslin­də Derik çarın adı yox, totem adıdır. Bu fakt göstərir ki, çoxtayfalı İberiyada Derik boyu bir müddət başqa­ları üzərində hökmran olmuşdur.

Dirik adına qədim türk yazılı abidələrində 2 dəfə rast gəlirik. II Elegeşt abidəsində deyilir: – Bəg tarkan bilgə Tirig bən. Eyni zamanda 2-ci Kızıl Çira abidə­sində belə bir cümlə var: – Aslan Külük Tirik oğlu ben (Rəcəbov, Məmmədov 1993. 301, 318).

Dirik adına ilk olaraq e. ö. III minilliyin sonla­rına aid Elam kitabələrində təsadüf edirik. Elamın son Kuti mənşəli hökmdarının adı Tirikan olmuş və e. ö. 2103-cü ildə öldürülmüşdür (Хинц 1987. 78).

İberiyada, daha sonra Gürcüstanda geniş yayıl­mış türk soyadlarından biri Bakurdur. Bakur nəslinin adı sonrakı salnamələrdə və dövlət sənədlərində Baku­riani, BakuradzeBakradze variantlarında yazıya alınmışdır. Həmin nəsildən tanınmış dövlət, din və elm xadimləri çıxmışdır.

Gürcüstandakı çenlərin Çen Bakur adlı tayfa başçısı vardı. Şahzadə Vaxuştinin yazdığına görə, I Bakur (231-296), II Bakur (364-379), III Bakur (557-570)-ci illərdə İberiyanı idarə etmişdir (Хаханов 1898. 67; Хаханов 1897. 50; Армения и Рим 1848. 251, 252, 254; İоселиани 1866а. 13; Географ IV. 132).

Bundan əlavə, Aran hakimi və Qorq Aslanın dayısı Varaz Bakur ləqəbi daşıyırdı (Джуаншериани 1986. 63). Başqa bir Bakur Qorq Aslanın zamanında Maraqvi və Takveri eristavı idi. İlk İberiya çarlarından biri Barsmanın oğlunun adı Bakur olmuşdur. Başqa b


Türk dillərində qırmızı misə bakur deyilir.
ir Bakur – Qorq Aslanın nəvəsi Ana çayının Kürə tö­küldüyü yerdə Şuşanikin əri Bars xanı saqqallayıb, bədəninin parçalarını ağacdan asmışdı (Джуаншери­ани 19896. 83, 91, 93, 97).

Bakur tayfasının bir neçə qolu eranın əvvəllə­rində Albaniyada yurd salmışdı. 488-ci ildə Bərdə ya­xınlığındakı yaylaqda keçirilən kilsə məclisində Bakur qəbiləsinin başçısı iştirak etmişdir. Bundan əlavə, Al­baniya katolikosu Nersesin soyadı Bakur idi (Albaniya tarixi 1993. 75. 177).

B
Slavyan dillərindəki baqrovıy rəng adı baqr, bakur – qırmızı mis sözündən törəmişdir.
akradze, Bakuriani soiyadları türk dillərindəki bakur “mis” sözündən törəmişdir. Əski türk inancında silah hazırlanan metallar, o cümlədən mis önəmli yer tutur. Silah hazırlanan metallara olan ehtiram bir çox etno­nimlərin yaranmasına səbəb olmuşdur.

“Divanü-luqat-it-türk”də bakur sözü “mis” mə­na­sındadır (MK III. 2006. 366). Yunus İmrənin şeirlə­rində mis mənasında “baqır” sözü işlənmişdir (Yunus İmrə 2004. 303). M.A.Xabiçev yazır ki, türk dillərin­dəki baqur-mis sözü baqr (багровый свет) şəklində slavyan dillərinə keçmişdir (Хабичев 1975. 47).

Gürcü dilində türk soyadları çox olmuşdur. Nə­zərə alsaq ki, çar VI Vaxtanqın əmrilə qədim salnamə­lərə çoxlu düzəlişlər edilmişdir (Хантадзе 1970. 122-123), deməli türk adlarının çoxu tərcümə olunan mətn­lərdən çıxarılmışdır.

Qədim salnamələrin və orta əsr sənədlərinin əsli əlimizdə olsaydı, biz orada daha çox türk adları tapıb tədqiqata cəlb edə bilərdik.




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin