İber dualarında türk müqəddəsləri
A
Kaxeti mağara-monastırlarının divarlarında uyğur və gürcü əlifbaları ilə türkcə dualar var.
rxaik dualar xalq ədəbiyyatımızın dəyərli nümunələridir. Onlarda əski inanclarımızın, gerçək və mifik düşüncəmizin izləri qalmışdır. Həmin duaların bir qismi mağara-monastırların divarlarına yazılmış, qayaların daş yaddaşına həkk olunmuşdur. Bir qismi isə perqament üzərində son əsrlərə qədər qorunub qalmışdır.
Kaxeti və Eretinin mağara monastırlarının divarlarına X-XI əsrlərdə 4 dildə dualar yazılmışdı. Gürcü, uyğur, fars, erməni əlifbaları ilə yazılmış o duaların çoxu 1937-ci ildə pozuldu. O zaman Tiflisdə Şah Abbas məscidini sökən qonşularımız mağara-monastırların yazılarını məhv etdilər.
Həmin duaların bir hissəsi hansısa türk dillərində idi. Köhnə nəsil erməni və gürcü alimləri onların türk dillərində yazıldığını etiraf edirlər (Джанашвили 1908. 192, 285; Меликсетбеков 1940. 153-158; Чубинашвили 1948, 18, 20; Шанидзе 1938, 44, 54, 55). Bəziləri isə iddia edirlər ki, o dualar naməlum h’Er dilində yazılmışdır. Gürcü tarixçiləri h’Ereti sakinlərinin türklüyü barədə susmağı üstün tuturlar. Yalnız onu bildirirlər ki, iberlərin şərq qonşuları olan erlər Alban tayfa ittifaqının tərkibində olmuşlar (Шанидзе 1938, 54, 55).
“
Naməlum” Er və Kax dillərində bozbasi, çixirtma kimi yemək adları vardı (Буачидзе 1983. 272). O dillərdə bulağa çoxrax, axsağa çolak, 9-a tokuz deyirdilər. P.İoseliani yazır ki, həmin sözlər tatar və ya erməni sözləridir (İoселиани 1866, 5-14).
Qarayazı kompleksinə aid olan Mroval-mta mağarasının divarına belə bir dua yazılmışdı: - Ari tanqri, ari acalsez. İisa ki xaça çəktənk, rahmat gəlgil biza. Akaki Şanidzeyə görə, X əsrə aid olan bu tipli dualar “naməlum” Er dilindədir (Шанидзе 1938. 44. 55).
E
Bakur qaraçay və balkar dillərində qırmızı misə deyilir.
r dilinin leksikası bu duadakı sözlərdən ibarətdirsə, orada naməlum bir şey yoxdur. Başqa 2 duanı opponentlərimiz rus dilinə belə çevirmişlər: – Христе, помилуй Кацая. Христе, памяни душу Бакурдухту (Шанидзе 1938. 55).
İberlərin xristianlıqdan öncəki tanrılarından biri Qaim eyni zamanda Kaçay adlanırdı (Меликсекбеков 1938. 40). Nəzərə alsaq ki, e. ö. III əsrdə İberiya 8 eristavlıq idi, deməli Merkuriyə uyğun gələn Kaçay 8 tayfadan birinin totem tanrısı olmuş, sonra həmin teonimdən antroponim və etnonimlər törəmişdir. İkinci duadakı Bakur duxt Bakur nəslindən zadəgan bir qızın addır.
Bakur Albaniya və İberiyanın siyasi tari-xində böyük rol oynamış türk nəslidir. 488-ci ildə Bərdə yaxınlığında keçirilən kilsə məclisində Kaqan Kaytuk qəbiləsinin başçısı Bakur iştirak etmiş, öz qəbiləsi adından kilsə məclisinin qərarını imzalamışdı (Alba-niya tarixi 1993. 72, 75).
B
Bakur ölkəsinin mənəvi atası kimi ermənilərə yox, iberlərə meyl edirdi.
akur nəslindən Nerses VIII əsrin ortalarında Albaniya katolikosu seçilmişdir. O, əvvəlcə Girdman yepiskopu idi, sonra bütün albanların patriarxı olmuşdur. (Albaniya tarixi 1993. 145, 176, 177). Nerses katoli-kosun xristian adıdır. Əsl adı və ya totem adı isə Bakurdur.
Bakur bir din xadimi kimi ermənilərə yox, İberiya katolikosu Kuriona (Kür nəslinin patriarxına) meyl edirdi (Орманян 1913. 45). Ona görə də ermənilərin katolikosu Argeşli İlya ərəblərin əli ilə onu aradan göldürtdü.
Bakur nəslinin başqa bir başçısı Sunik hakimi idi. V əsrin əvvəllərində yaşamış Bakur məşhur sazəndə və rəqqasə Nazinikin ağası idi (Армения и Рим 1848. 325). Bakur nəslinin Çen Bakur qolu iberləri İran ağalığından xilas etmiş, sasanilərin ölkədən qovub çıxartmışdır. Həmin nəsildən I Bakur (231-296), II Bakur (514-528), III Bakur (557-570) illərdə İberiyanı idarə etmişlər (İoселиани 1866. 18; Budaqov, Qeybullayev 2002. 72). Çen Bakurlar çarlıq etmədikləri dönəmlərdə İberiyanın qoşun başçıları və böyük knyazları olmuşlar. Vaxtanq Qorq Aslanın (446-499) vaxtında onlar Marqvi və Takveri vila-yətlərinin eristavı idilər (Джуаншериани 1986. 83, 91).
X
Bakur nəsli İberiyanı İran ağalığından xilas etdi.
Kilsə salnamələri etibarlı mənbə deyil. Lazım gələndə ona əlavələr edilmiş, bəzən də ən qiymətli bilgilər mətndən çıxarılmışdır.
I-XII əsrlərdə yəhudi mənşəli baqrationlarla türk əsilli Çen Bakur nəsli hakimiyyət uğrunda qanlı döyüşlər apardılar. Nəticədə yəhudi hiyləgərliyi türk cəsurluğuna üstün gəldi. Çar Georginin zamanında bakurlar böyük itgilər verdilər. O dövrün tarixçiləri yazırlar ki, baqrationlar onların kökünü kəsdilər. Georginin əmri ilə 1117-ci ildə onların adı kilsə salnamələrindən çıxarıldı (Армения и Рим 1848. 251-252; Патканов 1883, 252, 260).
Bakurianilərin sağ qalan nümayəndələri Gəncəyə – Şəmsəddin Eldənizin yanına gəldilər. Eldəniz gürcüləri məğlub edəndən sonra Əlincə qalasını və çevrəsindəki kəndlərin idarəsini onlara tapşırdı.
Qorq Aslanın dayısının – Aran hakiminin adı Bakur idi. İber salnamələrində onun adı Varaz Bakur kimi yazıya alınmışdır (Джуаншериани 1986. 63). Varaz mehranilərdən gəlmə titul və ya ləqəbdir. Cavanşirin atası Qriqorun da adının qarşısında Varaz ləqəbi vardı.
X
Erməni Kerop Patkanova görə, Bakur nəsli türk, Azərbaycanlı İqrar Əliyevə görə qeyri-türk olub.
IX əsrin sonlarında qaşqayların arasında Paqir tirəsi müşahidə edilmişdi (Şahin 1988. 42). Belə hesab edirik ki, onlar qədim bakurların son qalıqlarıdır.
İndikilərdən fərqli olaraq köhnə nəsil erməni tarixçisi K.Patkanov yazır: – Əlimizdə olan mənbələr göstərir ki, Bakur nəsli türkdür (Патканов 1883. 253).
Göytürk dövrü abidələrindən Kara Bunun yazısında belə cümlə var: – Ər atım Baqir (Rəcəbov, Məmmədov 1993. 325). Deməli, Bakur yalnız etnonim deyil. O, eyni zamanda alplıq və ərənlik qaydasına görə, bəylərə verilən titul olmuşdur.
Mahmud Kaşğarinin “Divan”ında bakur sözü mis mənasında verilmişdir (MK III. 2006. 366). Yunus İmrənin şeirlərində də baqır sözü həmin mənadadır (Yunus İmrə 2004. 303). Qaraçay, balkar, başqurd və kumuklar indi də qırmızı misə bakur deyirlər (Хабичев 1975. 47).
B
Bir çox türk dillərində qırmızı misə bakur deyilir. Buna uyğun olaraq dilimizdə paxır – qalayı getmiş mis sözü var.
akur etnik adı silaha sitayişlə bağlıdır. Dəmirin və poladın kəşfindən qabaq insanlar silahlarını misdən və bürüncdən düzəldərdilər. Bürünc dövrünün sonlarında Elamın Paxir işşan adlı hökmdarı olmuşdur. O, e. ö. 1330-cu ildə kassitləri qovub, Elam vilayətlərini özünə tabe etmişdi (Хинц 1987. 98).
B
akur nəslinin tarixini yalnız Çin Türküstanında və Cənubi Qafqazda öyrənmək mümkün deyil. Belə hesab edirik ki, bir müddət Parfiya hökmdarı olmuş Bakur o nəslin qüdrətli nümayəndələrindən biridir. Strabonun yazdığına görə II Urudun oğlu Bakur (e. ö. I əsr) Roma qoşunlarına ağır zərbələr vurmuşdur (Кемал Алиев 1987. 34, 112).
G
üney Azərbaycanda – Mərənd yaxınlığında salınmış Bakur şəhəri Bakur nəslinin tarixi vətəni olmuşdur. Erməni tarixçiləri həmin şəhəri Bakurakert adlandırırlar (История Армении 1808. 266; Шопен 1852. 85; Шопен 1866. 54).
X-XI əsrlərdə yazıya alınan bəzi dualarda elə adamların adları çəkilir ki, həmin adamlar xristianlıqdan qabaq yaşamış tarixi şəxsiyyətlərdir. İberlər hələ İudeyada yaşayarkən onları öz müqəddəsləri sırasına daxil etmiş, xristianlıqdan sonra da onları unutmamışlar.
İber dualarının birində Asaf nəslinin adı çəkilir (Джанашвили 1908. 173). Asaf nəsli Tovuzdakı Azaflı camaatının əcdadlarıdır. O nəsil İudeya tarixinə görkəmli şəxsiyyətlər vermişdir. Onlardan biri çar və peyğəmbər Davidin (e. ö. XI əsr) saray şairi Asaf idi. Asaf eyni zamanda dövrünün böyük bəstəkarı və duaçısı olmuşdur (Генрих Грець 1. 218).
B
Bəzi tarixçilərə görə, Azaflı David peyğəmbərin öz nəslidir.
Azaflı kəndinin sakinləri David peyğəmbərin nəslinin son qalıqlarıdır.
əzi tarixçilərə görə, Asaf David peyğəmbərin öz nəslidir (Велльгаузен 1909. 191). Əgər belədirsə, Tovuz rayonunun Azaflı kəndində müqəddəs peyğəmbərlərimizdən birinin övladları yaşayırlar. Onları yalnız Azaflı Mikayılın soydaşları kimi yox, David peyğəmbərin uzaq nəsli kimi sevməliyik.
Azaflı nəslinin qüdrətli nümayəndələrindən biri İoaxim ben – Asaf olmuşdur. O, e. ö. VIII əsrin sonları – VII əsrin əvvəllərində Yerusəlim sarayının baş naziri idi. (История еврейск 1914. 445). Ben-Asafın e. ö. 701-ci ildə düzəldilən möhürü arxeoloji qazıntılar nəticəsində tapılmışdır (bax: səh. 61). Möhürün üzərində qanadlı bəbir təsviri var. Bəbirin başı yırtıcı quş şəklindədir. Bu da onu göstərir ki, möhürün sahibinə hakimiyyəti Göy, yəni Tanrı vermişdir.
Yəhudi tarixçiləri yazırlar ki, Asaf Aranın qardaşı oğludur. O, Avraamın zamanında yaşamışdır (Велльгаузен 1909. 33). Nəzərə alsaq ki, İbrahim peyğəmbər e. ö. 1875-ci ildə vəfat etmişdir ( Шопен 1866. 47), deməli azaflılar Azərbaycanın ən qədim nəsillərindən biridirlər.
Azaflıların tarixən saldıqları şəhərlərdən biri Asafat adlanırdı. Ibn Xordadbeh (IX əsr) yazır ki, Asafat Yəməndə şəhərdir. O, qədimdə Durna adlanırdı (Ибн-Хордадбех 1986. 317).
A
Azaflılar dəmirçilərlə birlikdə Gürcüstanla Azərbaycan arasında sultanlıq yaratdılar.
zaflılar assurların və əhəmənilərin təzyiqi ilə şimala köçdülər. Albaniyada İslam, İberiyada xristian dinini qəbul etdilər. Onların adı orta əsr salnamələrində Azaflı və Azaxlı variantlarında yazıya alınmışdır.
Ərəblər Tiflisi tutub, Sarıçin ordusunun köməyilə müsəlman əmirliyini yaradanda xristian azaflılar Abxaziyaya köçdülər. X əsrdə Afon mağara monastırında yurd saldılar. Düşünürük ki, həmin monastırda yaşayan fələstinli qoca İasaf (Полиевктов 1926. 215) Azaflı nəslinin patriarxlarından biri olmuşdur. İosafın yaşadığı İber monastırının xarabalığı XIX əsrin sonlarına qədər qalırdı (Цагарели 1886. VI, XXVII).
Azaflıların müsəlman hissəsi Tiflisdən xeyli aşağıda Kür çayı boyundakı qışlaqlarda yaşayırdı. Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara bölünəndə onlar gürcülərin nüfuz dairəsinə düşdülər. Kartli çarlığının 1760-cı ilə aid vergi dəftərində göstərilir ki, Azaklı-Demirçi min evdən ibarət sultanlıqdır (Новые архивные 2777. 129).
Azaflıların bir hissəsi də İrəvan bəylərbəyliyinin tərkibində idi. XIX əsrin ortalarında İrəvan quberniyasında 3 Azaxlar kəndi qeydə alınmışdı (Шопен 1852. 509). Həmdullah Qəzvini (XIV əsr) yazır ki, Təbriz yaxınlığındakı kəndlərdən biri Asak adlanır (Həmdullah Qəzvini 1986. 50).
Azov dənizi orta əsr müsəlman mənbələrində Azak, bəzən də Azav adlandırılır (Bakıxanov 1951. 82; Бартольд III. 1966. 520-521). Azov dənizi sahilində yaşayan Urum türklərinin Azavlı Dosmambet adlı bəyi olmuşdur (İrуnа Дrуqа 2005. 214-215). Kazak bəyinin Dosmambet-Dost Məhəmməd adından görünür ki, o, müsəlman olmuşdur.
A
Azap, yəni Azov Dana şəhərinin sonrakı adıdır.
zak, Azay, Aza, Azaf eyni adın müxtəlif variantlarıdır. Mahmud Kaşğari yazır ki, Azak Oğuz bəy-lərindən biridir (MK IV. 2006. 61, 720). Azov dənizi-nin adı həmin bəyin adı ilə orta əsr müsəlman mənbə-lərində Azap formasında yazıya alınmışdır. V.V.Bar-tolda görə, Azak və ya Azap qədim Tana şəhərinin sonrakı adıdır (Бартольд III. 1966. 520-521).
V əsrdə Albaniyanın Asay adlı çarı vardı (Albaniya tarixi 1993. 19, 211). Düşünürük ki, həmin Asay Urartuya düşmən olan Aza nəslinin sonrakı başçılarından biridir. Çar Argisti e. ö. 782-ci ildə Göyçə vadisinə qoşun yeridəndə Aza tayfası Araz çayının sol sahilində yaşayırdı (Меликишвили 1960. 421; Никольский1896. 43, 47).
Urartu ilə Assuriya arasındakı ziddiyyətlərdən istifadə edən Aza nəsli e. ö. VIII əsrin ortalarında Mannada hakimiyyəti ələ aldı. Erməni tarixçilərinin fikrincə, Aza Manna çarlarından birinin adıdır (Капанцян 1947. 42-43). Əslində Aza çarın nəslinin adı-dır. Urartu çarlarının basqını zamanı onların həm nəsli, həm də ölkəsi Aza adlanırdı (Никольский 1896. 43. 77).
Öncə qeyd olunduğu kimi, Azaf Aranın qardaşı oğlu və İbrahim peyğəmbərin çağdaşıdır (Велльгау-зен 1909. 33). Deməli, totem tanrısı Azav olan nəsil hələ İbrahim dönəmində – e. ö. XIX əsrdə tək olan Tanrıya tapınmış, sonralar təkallahlı İudeyanın hakim nəsillərindən birinə çevrilmişdir. İberiyanın mağara yazılarında xatırlanan Asaf həmin nəslin nümayən-dəsidir.
İ
Azaq bay e. ö. III minilliyin ortalarında Şumerin Kiş şəhərini idarə etmişdir.
.M.Dyakonov yazır ki, Azaq bəzi qədim Ön Asiya etnoslarının inancında bitkilərin hamisi sayılırdı. O, öz xüsusiyyətləri ilə şumerlərin yaradıcı tanrısı Nipurta bənzəyir (Дьяконов 1990. 218).
Azaq eyni zamanda etnosun adıdır. Həmin etnos özünü tapındığı tanrının adı ilə Azak, bəzən də Azap adlandırırdı. Həmin nəslin başçılarından biri e. ö. III minilliyin ortalarında Şumerin Kuş şəhərini tutmuşdu. Mixiyazılı kitabələrdə onun adı Azaq bay kimi göstərilmişdir (Тураев 1913. 80).
Ö
El İudeyanın bəzi qədim etnoslarının dilində həm əl, həm allah deməkdir.
z qonşularından fərqli olaraq şumerlər Azaqı iblis kimi təsəvvür edirdilər (Крамер 1965. 109, 180). Bu da ondan irəli gəlir ki, İki çay arasının yaradıcı tanrısı Nipurt olan sami tayfaları ilə bitki tanrısı Azak olan Turan etnosları arasında daimi mübarizə gedirdi.
Azak/Azap nəslinin adı mixiyazılı kitabələrin bəzilərində Aza kimi göstərilir. Xett hökmdarı II Murşil (e. ö. 1345-1320) Aza ölkəsinə basqın etmişdi (Капанцян 1947. 28). Belə hesab edirik ki, Naxçıvan Muxtar Respublikası ərazisindəki Yuxarı Aza və Aşağı Aza kəndlərinin əhalisi qədim Azaf nəslinin son qalıqlarıdır.
Azaf nəsli daha sonra Suriyanın bir hissəsini idarə edirdi. Belə hesab edirik ki, çar Azail Azaf nəslinin başçılarından biridir.
Avraam Norov yazır ki, Suriyanın Azail adlı çarı olmuşdur. O, e. ö. 335-ci ildə hakimiyyətə gəlmişdir (Авраам Норов 1854. 127). Azail “totem tanrısı Azaf olan” deməkdir. El İudeyanın bəzi qədim etnoslarının dilində həm əl, həm allah mənasını bildirirdi.
E
E. ö. II minilliyə aid Likiya qəbir daşında Azalı adı var.
. ö. II minilliyə aid Likiya mixi yazılarında Azalı nəslinin adı çəkilir. Ancaq qəbir daşı üzərindəki Azalı sözünü bəzi tədqiqatçılar şəxs adı hesab edirlər (Нойман 1980. 349). Bizim üçün maraqlıdır ki, iltisaqi dilli likiyalıların kitabələrində Aza adı -lı şəkilçisi ilə işlənmişdir.
İ
Baruk nəslinin başçılarından biri real tarixi şəxsiyyət olub, eradan qabaq VII əsrdə yaşamışdır. O, peyğəmbər İeremiyin davamçılarından biri idi.
ber dualarından birində peyğəmbər Moiseydən sonra Baruk adı çəkilir (Джанашвили 1908. 293). Baruk Kənan zadəganlarındana biri olub, Moiseylə birlikdə Misirdən qovulmuşdu. Ancaq bu, o demək deyil ki, Baruk sami etnosudur. Kənan tayfa ittifaqında şimal köçəriləri var idi ki, baruklar da onlardan biridir.
Duada adı çəkilən Baruk real tarixi şəxsiyyət olub, eradan qabaq VII əsrdə yaşamışdır. O, peyğəm-bər İeremiyin sadiq davamçılarından biri idi (Грець 2. 1907. 265, 298). Əslində Baruk İeremiyin şagirdinin adı deyil, nəslinin adıdır. Baruk nəslinin patriarxları Baruk soyadı daşıyırdılar.
Ptolomeyin (II əsr) “Coğrafiya”sında göstərilir ki, Baruka Albaniyanın bir vilayətidir (Гейбуллаев 1986. 8). Baruka-barukların ölkəsi deməkdir. -a, -ia sami mənşəli qədim yazılarda totem adlarından etno-nimlər yaradır (Марр 1922. 58; Марр 1927. 86; Блейхштейнер 1936. 195; Мещанинов 3166. 45).
Barukların əsas hissəsi Albaniyaya köçməzdən qabaq Araz çayının sağ sahilində yaşayırdı. Onların adı erməni tarixçilərinin əsərlərində Parox formasında yazıya alınmışdır. Qaradağ mahalındakı Paruk kəndinin (Sanan Azer 1942. 13) əhalisi onların son qalıqlarıdır.
Musa Xorenli yazır ki, h’ayların çarı Armenak Araz çayını keçib düşərgə saldı. Saldığı yurdlardan birini oğlu Paroxun adı ilə Paroxot – Paroxun evi adlandırdı (Хоренский 1893. 21; Никольский 1896. 82).
Ə
Paroxot Barukun otağı, yəni kəndi deməkdir.
slində Parox H’Ay nəslindən deyildi. Xristian və yəhudi salnamələrində bir qayda olaraq vassal nəsillərin başçıları hakim nəslin başçısının oğlu kimi təqdim edilir. Baruk da yeni tayfa ittifaqının tərkibində Suriyadan yuxarı Araz boyuna köçən etnoslardan biri idi.
Paroxot kəndinin adı baruk totem adından və türk dillərindəki ot-otaq sözünün kökündən ibarətdir.
M
Baruk Geqamın
- Göylər qızının oğludur.
usa Xorenli əsərin başqa bir yerində yazır ki, Parox Geqamın (Шопен 1866. 44), yəni göylər qızı-nın oğludur. Bu da təbiidir. O zaman yuxarı Araz boyunun etnosları göyə, yerə, suya sitayiş edirdilər (Мещанинов 1927. 3, 4, 7, 8).
Baruk, As Parux, Ar Paruk türk totem adlarıdır. Baruk o zaman totem sayılan qurdun, Barak itin adıdır. Erməni dualarında daha çox Barakın, gürcü dualarında Barukun adı xatırlanır. M.Q.Canaşvili belə hesab edir ki, erməni dualarındakı Varax elə Baruxdur (Шопен 1866. 298; Джанашвили 1908. 293).
Bizim fikrimizcə, Baruk və Barak eyni yox qohum etnosların adlarıdır. Erməni salnamələrində həmin etnonim parax və varax formalarında yazıya alınmışdır. Tədqiq etdiyimiz mənbələrdən görünür ki, baruklarla müqayisədə baraklar daha geniş coğrafi ərazilərdə yayılmışlar.
488-ci ildə Bərdə yaxınlığında keçirilən Albaniya kilsə məclisində As Parakos adlı qəbilə başçısı iştirak etmişdi (Albaniya tarixi 1993. 75). Həmin qəbilə başçısının adı As Barak olmuşdur. –os yunan dilindən alınma şəkilçidir (Патканов 1883. 244; Абаев 1. 1949. 168).
F
Fərab şəhərinin əski adı Barak olmuşdur.
ərab şəhərinin əski adı Farak (Письменные памятники 1979.6), yəni Barak olmuşdur. Əbdürrəşid Bakuvidə Fərab mahalının adı Barak şəklindədir. Bundan əlavə, Şaş (Taşkent) şəhəri yaxınlığında As Barak adlı dağ vardı. Ərəb dilli mənbələrdə As Barak dağının adı As Bara formasında yazıya alınmışdır (Bakuvi 1992. 124).
“
Türkiyənin təriqət şeyxlərindən biri Barak baba (XII əsr) idi.
Manas” dastanının Altay versiyasında Bay Ba-rak eponimi var. O, Alp Manasın atasıdır (Бартольд 1999. 50, 206, 308). Ərəblərin türk əsilli Boz Barak adlı qoşun başçısı olmuşdur. O, Afşinin tərəfində Babəkə qarşı vuruşurdu (Ахмад ибн Асам ал-Куфи 1982. 46).
A
Barak Naftali nəslindən çıxmışdır. Naftali Yaqub peyğəmbərin nəslidir.
nadoluda yaşayan baraklardan Barak baba adlı təriqət şeyxi çıxmışdır. O, Yunus İmrənin (XIII əsr) müəllimi Tapdıq İmrənin mürşidi idi (Yunus İmrə 2004. 4). Faruk Sümər yazır ki, artıq XVI əsrdə baraklar Anadolunun güclü tayfalarından biri idilər (Faruk Sümər 1992. 201).
İber dualarında Barakın adının Musa peyğəmbərdən sonra xatırlanması onun yəhudi dinli icmaların birinin rəhbəri olmasına işarədir. Bu cür mənbələri öyrənməklə biz xristianlıqdan öncəki tariximizin bir çox qaranlıq məqamlarına aydınlıq gətirə bilərik. Əldə etdiyimiz mənbələrin təhlili belə bir fikri əminliklə irəli sürməyə imkan verir ki, türk xalqlarının əcdadları hər üç səmavi dinin yaranmasında və yayılmasında həlledici rol oynamışdır.
Yəhudi tarixçilərinə görə, Barak Kənan mənşəli knyazlardan biridir. O, Kənan tayfa birliyinə aid olan Naftali nəslindən çıxmışdır. Naftali Bibliyaya görə, peyğəmbər İakovun nəslidir (Эрист Ренан IV. 225, 226).
Naftali və Dana nəsilləri hələ eradan öncə XV əsrdə – Musa peyğəmbərlə Misirdən qovulanda təkallahlı idilər. Ancaq onlar Yaxveni tanımırdılar. Tək tanrının timsalı kimi Dana adlandırdıqları qızıl buğa bütünə sitayiş edirdilər. İnanırdılar ki, Dana İnaxın, yəni inəyin oğludur. Ona görə də çar və peyğəmbər David (e. ö. XI əsr) Yaxveni ümumisrail tanrısına çevirmək istəyəndə onların ciddi müqaviməti ilə qarşılaşdı. O dövrün əfsanələrində heyrətlə bildirilir ki, Kat, Dana, Naftali nəsilləri atların ayağına dolaşan ilanlar kimi, öz azadlıqları uğrunda vuruşurdular (Грець 1. 87; Грець 2. 1907, 30, 39, 69, 96; Иосиф Флавий 52390, 97).
Sonralar Dananın İnax adı ilə Ellada panteonuna daxil olmuşdur.
K
Dana nəsli atların ayaqlarına dolaşan ilanlar kimi öz azadlığını qoruyurdu.
ənan tayfa ittifaqında birləşən şimal köçəriləri, o cümlədən Barak nəsli Daviddən və oğlu Süleymandan sonra uzun müddət öz azadlıqlarını qorudular və VII əsrin ortalarına qədər qızıl dana bütünə tapınmaqda davam etdilər (Грець 2. 1907. 30, 39, 69, 96).
İber duaları ilə yanaşı biz alban, kopt, yəhudi, süryani folklor nümunələrini tədqiqata cəlb etsək, orada dilimizin və tariximizin çox qiymətli nümunələrini tapa bilərik.
A
Alaverdeli İosif Alaverdi mahalından və ya nəslindəndir.
zərbaycanın tarixi toponimləri arasında Paraxlar, Göz Barax etnotoponimlərinin varlığı göstərir ki, qədim barakların bir neçə qolu Azərbaycan ərazisində yurd salmışdır.
İ
ber dualarında hörmətlə xatırlanan müqəddəs-lərdən biri Alaverdeli İosifdir (Цагарели 1804. 104). Gürcü dilçiləri bildirirlər ki, Alaverdeli Alaverdili deməkdir.
Alaverdili Yusif Suriyadan Kaxetiyə gələn 13 müqəddəs atadan biri idi. O, VI əsrdə öz nəslinin və ya mahalının adını daşıyan monastırın əsasını qoydu. Gürcü tarixçiləri İosifin hansı nəsildən çıxması barədə susurlar. Sadəcə bildirirlər ki, o, suriyalı 13 müqəddəs atadan biridir (Грузия и Армения 1848. 108, 236; Хаханов 1895, 328; Чубинашвили 1948. 4).
A
Alaverdili Yusif Suriyanın Sam nəslindən çıxmayıb..
laverdi monastırı VII əsrdən yepiskopluq mərkəzinə çevrildi və XIX əsrə qədər fəaliyyət göstərdi. Öncə Kaxetinin, XII əsrdən sonra Gürcüstanın əsas ziyarətgahlarından biri oldu (İoceлиани 1843. 34; İoceлиани 1858. 21; İoceлиани 1866. 17, 62).
İ
Ala nəslinin ölkəsi Assuriya mixi yazılarında Alaya, Urartu kitabələrində kur Ala adlandırılır.
osif Alaverdelinin Suriyadan gəlməsi onun sami əsilli olması deyil. Suriyada əskidən Sam, Kam və Yafəs övladları yaşayırdılar. Alaverdelinin çıxdığı Ala Sam nəsli deyildir.
Ernst Renan yazır ki, Suriyanın yerli əhalisi Sami mənşəli deyildi. Ərəbistan səhrasından gələn xanaanlar onları samiləşdirdilər (Эрнст Ренан 2750. 34). Ancaq digər tarixçilər bu fikri təsdiq etmirlər. Bildirirlər ki, samilər Suriyanın yerli ağ irqini sonadək məhv edə bilməmişlər (Шопен 1866. 203).
Alaverdili Yusif Suriyanın qeyri-sami əhalisinin – ağ irqinin nümayəndəsi idi. Bizim üçün maraqlıdır ki, Alaverdi soyadının tərkibində verdi feli aşkar görünür.
İosif Suriyanın Ala nəslindən çıxmış yeganə din xadimi deyildir. Ondan 3 üz il qabaq – ilkin xristianlıq dövründə Suriyanın Ala adlı din xadimi vardı (Кекелидзе 1961. 89).
Ala nəslinin əsas hissəsi eradan öncə II-I minilliklərdə Van, Urmiya və Ararat bölgələri arasında yaşayırdı. Herodot onları Alarodien adlandırır. Alarodienlər Urartu dövlətinin süqutundan sonra əhəmə-nilərə ildə 200 talant vergi verirdilər (Меликсетбеков 1942. 44; Струве 1941. 307; Пиотровский 1944. 138; Пиотровский 1846. 33) və öz daxili müstəqilliklərini saxlayırdılar.
A
H’Aylar Masis dağını Ala, Ararat dağını İz Ala adlandırırdılar.
larodienlərin ölkəsi Assuriya kitabələrində Alaya, Urartu mixiyazılı abidələrində kur Alau adlandırılır (Меликишвили 1960. 416; Арутюнян 1985. 17).
İ.İ.Şopen yazır ki, ermənilər əskidə Masis dağını Ala, Ararat dağını İz Ala adlandırdılar (Шопен 1852. 4). Ermənilər Van bölgəsinə gələnə qədər Ala və İz Ala nəsilləri o ərazilərdə yaşayırdı.
Bu fakt onu göstərir ki, Ala və İz Ala nəsilləri Van gölü ilə Ararat dağı arasında ermənilərdən qabaq yaşamışlar.
V.V.Struve yazır ki, İz Ala ölkəsi Assuriyanın şimalında yerləşirdi (Струве 1968. 17). Məlumdur ki, Assuriyanın şimalında yaşayan etnosların çoxu Urartu tayfa ittifaqına daxil olmuşdur. Ala – Herodotun “Tarix”indəki Alarod onlardan biri idi.
Ala, İz Ala ilə yanaşı Alagöz oroniminin kökündə Ala totem adı durur.
A
Ala nəslinin dili Yafəs dillərinə yaxın olmuşdur.
la sözünün türk dillərində uca, müqəddəs mənaları da vardır. Nikita Emin Musa Xorenlinin “Tarix”inin 1893-cü il nəşrinə izahında yazır ki, türklər Araqats dağının adını azca dəyişdirərək Alagöz şəklinə salıblar (Хоренский 1893. 225).
Ə
Alaca, Araqats və Ararat sözləri erməni dilində heç bir məna bildirmir (akad. İ.İ.Meşşaninov).
ksinə, Alağöz dağının adını ermənilər çox sonradan Araqats eləyiblər. İlk erməni salnamələrindən 1000-1500 il qabaq yazılmış mixiyazılı abidələrdə qats sözü yoxdur. Qats-qaz və ala erməni sözləri deyil. İ.İ.Meşşaninov yazır ki, Alaca, Ararat və Araqats sözləri erməni dilində heç bir məna bildirmir (Меща-нинов 1932. 14). N.Y.Marr da Alagöz və Araqats sözlərinin erməni sözü olmasına şübhə ilə yanaşır (Марр 1936. 133).
Herodota görə, Ala Kiçik Asiya irqidir (Тураев 1913. 72), yəni indiki Türkiyənin yerli etnoslarından biridir. N.Y.Marrın fikrincə, Ala nəslinin dili Qaf-qazın Yafəs dillərinə yaxın olmuşdur (Марр 1936. 183).
Nəzərə alsaq ki, Yafəs dilləri türk ari və sami dillərinin qatışığıdır (Шор 1931. 223-244; Юшманов 1948. 395-406), onda Ala və Alaverdi totem adlarının mənşəyi üzərində çox dayanmağa ehtiyac yoxdur.
Alaverdi sözü türk dillərindəki ala totem adından, verdi felindən və -li şəkilçisindən ibarətdir.
Dostları ilə paylaş: |