Çorlu Yaqub-İakov Çurtaveli kimdir?
Çorlu Yaqub-İakov Çortaveli türkmən əsilli salnaməçidir.
Erməni və gürcü filoloqlarının çoxunun fikrincə, “Müqəddəs Şuşanikin iztirabları”nı İakov Çurtaveli yazmışdır (Меликсетбеков 1939. 3; Чуртавели 1978. 3-76; Кекелидзе 1973. 33; Марр 1901.15). Bundan əlavcə, onların fikrincə, “ermənilərin” VII əsrdə Çor dərəli Saak-Saak Çoraporetsi adlı filosofu olmuşdur (Абегян 1975. 204).
H
Erməni adı altında bir çox xalqlar gizlənir.
ər iki ölkənin alimləri Yaqubun və Saakın hansı nəsildən çıxması barədə susurlar. Onların məntiqinə görə, Saak xristiandırsa, erməni alimidir. Yaxud Yaqub Xram çayı boyunda yazıb-yaradıbsa, gürcü nasiridir. Əslində o tarixi şəxsiyyətlər sadəcə çordərəli və çordağlı deyildilər. Onlar türklərin Çor nəslindən çıxmışdılar.
XIX əsrin sonlarında yaşamış İstanbul arxiyepiskopu Malaxiya Ormanyan yazır ki, erməni adı daşıyan knyazlıqların hər birinin ayrıca kilsələri var. Onlar müstəqil fəaliyyət göstərir və bir-birindən asılı deyildir (Орманян 1913. 48, 50, 208).
M.Ormanyanın qapalı fikirlərinin altında əsil gerçəklik aydın duyulur: – Erməni adı altında gizlənən xırda xalqların çoxu erməni deyildir. Eynilə gürcü alimlərinin gürcü kimi qələmə verdikləri çorlar, şotalar, çolaklar gürcü olmamışlar. Onlar öz dilləri, ayrıca kilsə və monastırları olan etnik qruplar idilər. İstanbul arxiyepiskopu Fransada nəşr etdirdiyi kitabını I Cahan savaşı ərəfəsində yazmışdı. O, Avropanın diqqətini ona yönəldirdi ki, erməni adı altında gizlənən cürbəcür xristian icmaları birləşdirib, Türkiyəni içəridən dağıtmaq lazımdır. Belə də oldu. Ermənilərlə eyni məzhəbdə olan xristian etnik qruplar tədricən erməniləşdilər və Türkiyəni içəridən sarsıtdılar.
F
Amışqa kəndinin sakinləri deyirdilr ki, biz erməni deyilik. Beyrəklə Selcan xatunun xristian övladlarıyıq.
avstos Buzand (IV əsr) yazır ki, Çor vilayətinin başçısı Quqark hakimi ilə birlikdə çar Arşaka qarşı çıxdı və onlar birlikdə Şapuxun (Sasani şahı Şapurun) yanına getdilər (Фавстос Бузанд 1953. 123). Deməli, çorların quqarların qonşuluğunda yerləşən vilayəti gürcülərin iddia etdikləri kimi Çurtav yox, Çor adlanmışdır. Musa Xorenli də çorların yaşadıqları qala və dərəni Çurtav yox, Çor adlandırır (Хоренский 1893. 113, 247). Gürcülər qıpçaq mənşəli tav-dağ, zirvə sözünü və Elam-akkad yazılarından qalma -eli şəkilçisini (Анчабадзе 1959. 193; Меликишвили 1960, 378) salnaməçinin soyadına sonradan artırıblar. Yunan dilli mənbələrdə də şəhərin adı Çortav yox, Çordur. Çor etnonimi yunanca zuar kimi səslənir. (Тревер 1959. 276).
L
Sonrakı gürcü mənbələrində Çor şəhərinin adı Çortav, Uruz şəhərinin adı Rustavi kimi yazıldı.
.M.Meliksetbekov belə hesab edir ki, Çor və Çurtav eyni şəhərdir. O zaman Albaniyanın Ereti mahalında salınan Çor şəhəri Xram çayı boyunda, indiki Bolnisi rayonunun Arıxlı kəndinin yerində idi (Меликсетбеков 1939. 3-4; Чуртавели 1978. 46).
Ər Şuşanın və Bars xanın zamanında Çor şəhəri əsasən Tiflisə yox, Bərdəyə bağlı idi. Belə olmasa, Bars xan Çora gedə bilməzdi (Чуртавели 1978. 64, 76). Eftalitlərin İrana basqını zamanı Qorq Aslanın övladları bir müddət Çora sahib ola bildilər. Çünki bu zaman Aran hakimi tabeliyində olan qoşunu götürüb, sasanilərə köməyə getmişdi.
T
Çorlar V əsrdə Balkan dağlarında güclü dövlət yaratmış, sasaniləri qorxuya salmışdılar.
arixi coğrafiyamıza aid tədqiqatlarda çox zaman Çor şəhər, kənd və qalaları bir-biri ilə dəyişik salınır. Belə çıxır ki, Çor şəhəri bir neçə yox, bir olmuşdur. Əslində çorların Xəzər dənizinin şərqində bir, Cənubi Qafqazda üç yaşayış məskəni olmuşdur.
Ata Çikiyev yazır ki, çorlar V əsrin əvvəllərində Xəzər dənizinin şərqində güclü dövlət yaratmışdılar. Onların basqınlarının qarşısını almaq üçün sasanilər Qorqan keçidini istehkam tikərək bağladılar (Джикиев 1961. 12).
Çorların dövləti dağılandan sonra onların bir qolu xəzərlərin yanına getdi. Bir hissəsi indiki Türkmənistanın Atrek çayı boyunda, Qorqan və Dehistanda yurd saldı (Касумова 2005. 46).
Sasanilərin zamanında Azərbaycanın və İranın xeyli hissəsi türk idi. Onlar I Xosrovun zamanında abxazlarla alanların arasına köçürüldülər (Касумова 2005. 46).
Çorlar da həmin tayfalardan biridir. Onlar Dərbənd keçidini qorumaq üçün Beşbarmaq dağı ilə Dəmir qapı arasına köçürülmüş, buradan Albaniyanın və İberiyanın başqa vilayətlərinə yayılmışlar. Bəzi gürcü tarixçilərinə görə, çorlar İberiyada özlərinə kiçik bir mahal yaratmışdılar (Амиранашвили 1956. 11).
Q
Çorları ərəblər Sul, yunanlar Zuar, ermənilər Çoq adlandırırdılar.
.Ə.Qeybullayevə görə, Çor knyazlığı Beşbarmaq dağı ilə Dərbənd arasında yerləşmişdir (Гейбуллаев 1975. 36). Nikita Emin Musa Xorenlinin kitabının 1893-cü il nəşrinə izahında yazır ki, erməni tarixçilərinin əsərlərindəki Çoq və ya Çor qapısı Dərbənddir (Хоренский 1893. 261).
Əldə olan mənbələrin tədqiqi göstərir ki, Q.Ə.Qeybullayevin Çor qapısının yeri ilə bağlı fikri daha dəqiqdir. Musa Xorenli onu da qeyd edir ki, çor eyni zamanda tayfa adıdır (История Армении 1893. 113, 247, 297).
Təbəri (839-923) yazır: – Xosrov Anuşirvan Sul keçidi yaxınlığında yaşayan Sul tayfası ilə müqavilə bağladı və xəzərlərin üstünə getdi (Артомонов 1962. 125). Həmin sullar çorlardır. N.Q.Piqulevskaya yazır ki, çorlar ərəb mənbələrində Sul adlanır (Пигулевская 1941. 44).
B
Şimal-şərqi Qafqazdakı turuxmenlərin Çor nəsli qədim çorların qalıqlarıdır.
elə hesab edirik ki, XIX əsrin sonlarında şimal-şərqi Qafqazda müşahidə edilmiş Çor turuxmen nəsli (Володина 2371. 73) qədim çorların son qalıqlarıdır. Bundan əlavə, indiki Ermənistanın Kapan mahalında XIX əsrdə Çor kəndi qeydə alınmışdı (Шопен 1852. 67). O zamankı hadisələrin təhlili göstərir ki, Şuşanik Dərbənd və ya Kapan mahalındakı Çorda yox, Xram çayı boyundakı Çorda dəfn edilmişdir.
Ç
Bakıya gələn Şollar suyu çorların tarixi vətənindən başlayır.
orlar tarixi mənbələrdə erməni və ya gürcü yox, türk tayfası kimi xatırlanırlar. XIX əsrdə 22 Tuva qəbiləsindən biri Çor adlanırdı. V.V.Radlov belə hesab edir ki, həmin çorlar elə şorlardır (Радлов 1989. 594, 745). Deməli, Bakıya gələn Şollar suyu çorların qədim torpaqlarından başlayır.
M
Çorlar Xəzər xaqanlarının tərəfində ruslarla vuruşurdular.
.İ.Artamonova görə, Çor Xəzər tayfasıdır (Артамoнов 1962. 400; Кулаковский 1914. 87). Əslində isə onlar ayrıca bir etnik toplum olub, öz dövlətləri dağılandan sonra Xəzər xaqanlığı ərazisində, Albaniya və İberiyada, hətta Türkiyənin Avropa hissəsində yurd salmışlar. Osmanlı tarixçiləri yazırlar ki, Sultan Səlim qəflətən Çorlu qalasında vəfat etdi (Faruk Sümər 1992. 20).
Mari Brosse yazır ki, İberiyada yaşayan tayfaların çoxu gürcü deyildir. Onlar müxtəlif qaçqın tayfalardır. Müxtəlif tarixi dönəmlərdə Kür çayı boyuna gəlib, orada yurd salmışlar (Мари Броссе 708. 5). Çorlar da onlardan biridir. Bu qədər tarixi faktların qarşısında Çorlu Yaqubun gürcü, Çorlu Saakın erməni kimi qələmə verilməsi gülünc görünür.
Musa Kaqankatuklu yazır ki, ter-Abas Albaniya katolikosluğunun mərkəzini Çor şəhərindən Bərdəyə köçürtdü (История Агван 1861. 90, 91). Bu, onu göstərir ki, çorlar Albaniyada xristianlığın yayılması zamanı ölkənin aparıcı etnoslarından biri olmuşlar.
Ç
Çor teqin Göytürk xaqanlığında yüksək rütbə idi.
or türk dövlətçilik tarixində yüksək rütbə adıdır. Bir sıra türk xalqları xaqan seçilməzdən qabaq dövlətdə çor titulu daşımışlar (Rəcəbov, Məmmədov 1893. 49; Гумилев 1967. 238). Kapaqan xaqanın əvvəlki titulu Çor idi (Осман Фикри Серткая 1987. 16-17).
Çor ilk öncə bədxah ruhlardan biri olmuş, sonra onun adı etnik ada çevrilmişdir. Yəni türk etnoslarından biri özünü sitayiş etdiyi bədxah ruhun adı ilə adlandırmışdı. Bəzi Sibir xalqlarının inancına görə, Çor Aza adlı qorxunc bir ruh insanların bədəninə girib, yoluxucu xəstəlik törədir (Сатлаев 1974. 151). Qaşqay türkləri qoyun və keçi sürülərinə düşən xəstəliyə Çor deyirdilər (Şahin 1988. 139).
Z.Ş.Didebulidzeyə görə, Çor “qanlı-qadalı yer” deməkdir (Дидебулидзе 1983. 33). Bu məna çor etnoniminin əski mənalarına uyğun gəlir.
Bu gün dilimizdə çor sözü qarğış kimi işlənir.
Ayrısı çor desə, can deyər ona,
Mən qurban oluram, bəyənmir məni.
Ç
Gürcüstandan Qarabağa köçən qaraçorlular çorların bir qoludur.
or tayfası Gürcüstanda və Azərbaycanda sonralar Qaraçorlu adı ilə tanındı. Mirzə Adıgözəl bəy yazır ki, Gürcüstanın qədim ellərindən olan qaraçorlular Pənah xanın şan-şövkətini eşidib, Qarabağa köçdülər (Mirzə Adıgözəl bəy 1950. 20). Qaraçorluların bir hissəsi Cənubi Azərbaycanda yaşayır, XX əsrin ortalarına qədər öz etnik cizgiləri ilə seçilirdi. Sənan Azər 1942-ci ildə İstanbulda nəşr etdirdiyi “İran türkləri” kitabında göstərilir ki, Çor İranda yaşayan kiçik türk tayfalarından biridir (Sanan Azer 1942. 12).
Çor qədim dünyanın zəngin şəhər mədəniyyəti yaratmış xalqlarından biri olmuşdur. Ancaq onların xristianlıqdan əvvəlki tarixi öyrənilməmişdir. Belə görünür ki, onlar eranın V əsrində Xəzər dənizinin şərqində güclü dövlət yaratmış, dövlətin süqutundan sonra Albaniyaya və İberiyaya – alanlara abxazların arasına köçürülmüşlər.
Çorlar e. ö. II minilliyin əvvəllərində Suriyanın qərbində yaşayırdılar. Suriya onların adı ilə Çor ölkəsi adlanırdı. Sami dilli kitabələrdə Çoria Suria kimi yazıya alınırdı.
F
Sasanilər çorları abxazlarla alanların arasına köçürtdülər.
inikiyanın adada yerləşən Tir şəhərini çorlar salmışlar. Tirlilər, yəni çorlular Aralıq dənizində ticarəti əllərinə almış, e. ö. II minilliyin sonu, I minilliyin əvvəllərində qüdrətli dəniz dövlətinə çevrilmişdilər.
Z.A.Raqozina yazır ki, Suriyanın Tir şəhəri əvvəllər Çor adlanırdı (Рагозина 1902. 496). Müəllif əsərin başqa bir yerində qeyd edir ki, Tir şəhəri elə Çordur (Рагозина 1902. 499).
Suriya, yəni Çoriya əhalisi sami mənşəli deyildi. Ernst Renan yazır ki, Ərəbistan səhralarından gələn Kənan tayfaları sonradan onları samiləşdirdilər (Эрнст Ренан 2750. 34).
Suriyalılar irqi cəhətdən ağ və qara olmaqla 2 yerə bölünürdülər (Шопен 1866. 203). Ölkənin şərqi Kələ, qərbi Çor adlanırdı (Эрнст Ренан 2750. 118).
Ç
Suriya ölkə adı Çoriyanın samiləşmiş variantıdır.
ar Davidin və oğlu Süleyman peyğəmbərin zamanında Çor şəhərinin çarı Xiram idi. Süleyman peyğəmbər ona 20 kənd verib, sarayını bəzəmək üçün qızıl almışdı (Рагозина 1902. 498). Hərbi gəmilərin və ticarət donanmasının sahibi olan Xiramın var-dövləti İudeya və İsrail çarlarından az deyildi. Finikiyanın Xiram kultunun son qalıqları Əsli və Kərəm adı ilə Azərbaycan folkloruna daxil oldu.
Gürcü tədqiqatçılarının bəzilərinin gümanına görə, “Şuşanikin iztirabları”nı Yaqub Qudezi yazmışdır (Глонти 1936. 235). Biz bu fikrin doğruluğuna əmin olmasaq da, Kuta etnik adının tarixi-etimoloji mənasını aydınlaşdırmağı lazım bilirik. Çünki e. ö. 24-cü əsrə aid Şumer gil lövhələrində Kür-Araz mədəniyyətinin daşıyıcıları olan kutilər (Əlimirzəyev 2011. 50) Kuta adlandırılır (Струве 1961. 57).
Q
Kuta şəhəri öncə Kutaion, sonra Kutais adlandırılırdı.
ədim Ön Asiya tarixinin tanınmış tədqiqatçıları Q.Maspero və B.A.Turayev də kutilərin əsl adının Kuta olduğunu təsdiq edirlər (Тураев 1913. 78; Масперо 1916. 160; Волков 1914. 20). Son elmi tədqiqatlara görə, Azərbaycan tarixində siyasi idarəçiliyin formalaşmasında önəmli yeri olan kutalar Dəclə və Fərat çayları arasına Urmiya vadisindən köçüblər. A.N.Əlimirzəyev kutaların türklərlə qohumluğunu qəbul etməsə də, yazır ki, onların siyasi mərkəzi indiki Kərkük ərazisi olmuşdur (Əlimirzəyev 2011. 50).
Kutalar bir-birinin ardınca Şumer, Elam və Misirin şəhərlərini tutdular (Ямпольский 1959. 92; Струве 1961. 57; Хинц 1987. 75).
Kutaların özlərinə məxsus adət-ənənələri, dini inancları, dövlət idarəçiliyi vardı. Z.İ.Yampolski yazır ki, onlar Nil vadisini tutub, qədim Misir məbədlərinim statusunu dəyişdirirdilər (Ямпольский 1959. 92).
K
Kuta elə kutilərdir.
utaların Elam və Şumer şəhərində ağalığı e. ö. 22-ci əsrin sonlarına qədər davam etdi. Onlar e. ö. 2120-ci ildə Elamdan, bir qədər sonra Ur şəhərindən qovuldular (Хинц 1987. 78; Струве 1961. 57). Şumer yazılarında kutalar “dağların əjdahası” və “tanrıların düşməni” adlandırılır (Тураев 1913. 94). Bizim üçün maraqlıdır ki, kutalarla azərbaycanlılar arasında müəyyən etnogenetik bağların olduğunu güman edən tədqiqatçılar var. XIX əsrin sonlarında Diala çayı boyundakı Şeyx xan yaşayış yerindən Kuta çarının barelyefi tapıldı. E. ö. III minilliyin 2-ci yarısına aid olan barelyefin başında Şuşa tipli türban var. Hökmdar kəmərində balta, sol əlində yay ilə təsvir olunmuşdur. O, sağ əli ilə sadaxdan ox çəkir. Ayağının altında yerə yıxılıb aman diləyən düşmən var. Fransız arxeoloqu E.Q.Ami həmin Kuta hökmdarı ilə Şuşa azərbaycanlıları arasında oxşarlıqlar görür (Дьяконов 1954. 25-27).
Kutalar artıq e. ö. I minilliyin əvvəllərində öz əvvəlki qüdrətini itirmiş, tamamilə zəifləmişdilər. Assurlar e. ö. 720-ci ildə onların bir hissəsini məğlub etdikləri İsrail oğullarının torpaqlarına köçürdülər (Тураев 1913. 66). Belə hesab edirik ki, onların Qafqaza miqrasiyası bundan sonra başlamışdır.
R
Kuta şəhəri Tiflisdən qədimdir.
odoslu Apolloniyin “Arqonavtika” poemasında Kutaion tayfası haqqında məlumat verilir. Gürcü tarixçilərinin fikrincə, onlar Kutais şəhərini salanlardır (Лордкипанидзе 1978. 26). Daha qədim mənbələrdə Kutais şəhəri Kuta kimi yazıya alınmışdır (Шопен 1866. 277; Барамидзе, Ватейшвили 1978. 159). Deməli, kutaların ayrı-ayrı qolları Azərbaycan və Acar xalqlarının tarixi təkamülündə müəyyən rol oynamışdır.
Sonra Kuta şəhəri Kolxida çarlarının iqamətgahına çevrildi (Ашхацава 1925. 30). Nəzərə alsaq ki, Kolxida çarlığı e. ö. VI-IV əsrlərdə mövcud olmuşdur, kutaların e. ö. 720-ci ildən sonra Qafqaza köçdüklərini düşünmək olar. Assurlar onların bir hissəsini tabe edərək xaraba qoyduqları İsrailə köçürmüş, bir hissəsini isə Qara dənizin Şərq sahillərinə qovmuşlar. Gürcü tarixçiləri yazırlar ki, Kutais şəhəri Tiflisdən çox qabaq salınmışdır (Бакрадзе, Берзенов 1870. 1).
Kuta etnonimi Kuta teonimindən törəmişdir. Mari Brosse tanrı Kotanın adını Qotla eyniləşdirir (Буачидзе 1983. 149). Əgər akademik Brosse Qot deyərkən hindavropa mənşəli tanrını nəzərdə tutursa, bu mümkün deyil. Çünki kutalar Urmiya vadisində yaşayanda – e. ö. 24-cü əsrdə hindavropalılar hələ Ön Asiyada görünməmişdilər.
K
Kutaları Radoslu Apolloniy Kutaion-tanrı Kutanın övladları adlandırır.
uta-türk etnogenetik bağlarını yalnız Şeyx xandan tapılan barelyef təsdiq etmir. Kuta çarlarının adları da bunu göstərir. Xita, Yarlaq, Sarlaq kutaların ən tanınmış hökmdarları idi (Əlimirzəyev 2011. 50, 59, 225, 277).
Yarlaq və Sarlaq Şumer yazılarında Yarlaqab, Sarlaqab adlandırılır. A.N.Əlimirzəyev həmin adları Yarlaq qoca, Sarlaq qoca kimi mənalandırır. Əslində ab türk dillərindəki aba-ağa sözünün köküdür. Nəzərə alsaq ki, Şumer kitabələrində bəzən sözün son hecası yazılmır, bu adların Yarlaq aba, Sarlaq aba olduğunu düşünmək olar.
Kutanın ilk hökmdarı Xitanın adı xüsusilə maraq doğurur. Xita nəslindən çıxan adamlar yalnız kutalar üzərində hökmranlıq etməmişlər. E. ö. XVIII əsrdə Elamın Avan vilayətinin Xita adlı hakimi olmuşdur (Юсифов 1968. 55).
X
Kutalarla xatalar-sonrakı xataylar qohumdur.
ita Kuta tayfa ittifaqına daxil olan etnoslardan biri idi. Gah xitalar, gah da kutalar Kuti tayfa ittifaqına başçılıq edirdilər. Düşünmək olar ki, həmin xitalar xettlərdən qabaq Anadoluda yurd salmış xattilərdir. A.N.Kammenxuber yazır ki, xattilər e. ö. III minillikdə Kızıl İrmak çayı boyunda yayılmışdılar (Камменхубер 1980. 105).
E. ö. II minilliyin əvvəllərində özlərini Nesili adlandıran hindavropalılar xattilərin torpaqlarını tutdular. O dövrün mənbələrində nesililər məğlub etdikləri xalqın adı ilə Xeta, Cheta, Xate adlandırılmağa başladılar (Грозный 1938. 26-29; Источники 63413. 144).
A
Xattilərin əsil adı Xata olmuşdur.
nadolunun qədim dillərinin tədqiqatçılarına görə, Xatti dili qeyri-sami və qeyri-hindavropa mənşəli olmuşdur (Иванов 1980. 134; Грозный 1938. 21, 26-27, 28-29).
B.Qroznı yazır ki, xettlər xattilərin dilindən çoxlu sözlər götürüblər (Грозный 1938. 27). Söz yox ki, həm Xatti, həm Xett tayfa ittifaqının tərkibində müxtəlif dillərdə danışan etnoslar vardı (Источники 63413. 146). Tədqiqata cəlb etdiyimiz mənbələrə istinadən qəti əminliklə bildiririk ki, onların arasında türk etnosları olmuşdur. Həmin yazıların dilində çoxlu sözlər var ki, o sözlər türk dillərində indi də işlənir. Həmin sözlərdən bəzi nümunələr veririk:
Eştan – dan yeri, işıq, günəş tanrısı (Иванов 1980. 136). Eş türk dillərindəki işıq sözünün köküdür. Dan isə elə dan yeri deməkdir.
Kam Ama – cadugər qadın (Камменхубер 1980. 203). Kam türk dillərindəki kam-kahin sözüdür. Ama türk dillərinin bulqar qrupunda 1. anaya, 2. qadına deyilir.
Z
Xətayinin əcdadları ataya ata, anaya ama, yerə zir, tanrıya dinqir deyirdilər.
ir – həyət, qapı (Камменхубер 1980. 203), Bu söz türk dillərinin bulqar-çuvaş qrupunda indi də torpaq, yer mənalarında işlənir.
Apar – aparılmış, uzaqlaşdırılmış (Мериджи 1980 . 147).
E – ev (Мириджи 1980. 246). Şuşa və Şumer yazılarında da e sözü “ev” mənasında işlənmişdir.
Annaş – ana, papaş-ata (Камменхубер 1980. 206). Azərbaycan türkcəsində ana toyuğa anaş toyuq deyilir. Babaş isə kişi adı kimi işlənir.
Er – döyüşçü (Сейрек 1980. 185, 187).
Dinqir – tanrı (Сейрек 1980. 169).
Tabar – hakim (Мериджи 1980. 242, 243). Buna uyğun olaraq türk dillərində təpmək feli və eltəbər titulu vardır.
Tata – ata (Мериджи 1980. 242).
Ara – uzun (Мериджи 1980. 246). Buna uyğun olaraq türk dillərində aralanmaq, yəni uzaqlaşdırmaq feli var.
Şepşep – başmaq (Камменхубер 1980. 43) və s.
-ma inkar şəkilçisi (Хинц 1987. 90, 100; Марр 1914. 31; Юсифов 1968. 224).
İlik arkı – arxasınca gələn, varis (Юсифов 1968, 208, 390).
Aplu – vərəsəlik hüququ olan oğul (Юсифов 1968. 390). Çuvaş dilində avlu oğlu deməkdir.
Zer şu – sulanan tarla, bostan (Юсифов 1968. 219).
Zu – yeri şumlamaq (Юсифов 1968. 222, 227). Lu şumlamaq, sürmək sözlərinin köküdür.
Aqe – suyun axması (Юсифов 1968. 226).
K
Gürcüstan yalnız gürcülərin vətəni deyildir.
uk – səma, göy (Юсифов 1968. 250). Türk dilində göyə kok, gök deyilirdi.
Girə-çəki (Юсифов 1968. 279). Girə girvənkə sözünün köküdür.
Arper – titul (Марр 1914. 16). Alper Tonqa-Turan xaqanı.
Hemen – həmən, həminki (Марр 1914. 26).
Gizza – kəs (Марр 1914 31).
Akka-atta – ata-ana (Марр 1914. 35).
Tədqiqata cəlb etdiyimiz mənbələr göstərir ki, Gürcüstan tarixən yalnız gürcülərin, Armini yalnız ermənilərin vətəni olmamışdır. Gürcü və ermənin ədəbiyyatı yalnız gürcülərin və ermənilərin ədəbiyyatı deyildir. Bu ədəbiyyatda bizim payımız vardır. Biz heç kəsin payına əl uzatmırıq. Eynilə istəmirik ki, bizim tarixi haqlarımızı dansınlar.
Qorq Aslan dastanı – eposdan salnaməyə
A
Qorq Aslan hələ yeniyetmə ikən Aran hərbi dəstəsinin tərkibində sasanilərin Hind səfərində iştirak etmişdi.
ran nəslinin süqutundan sonra İberiyada Parnauz hakimiyyətə gəldi. Parnauzun övladları e. ö. III əsrdən VII əsrə qədər İberiyanı idarə etdilər. Həmin nəslin son qüdrətli nümayəndəsi Qorq Aslan (446-499) olmuşdur (Джуаншериани 1986. giriş; Хантадзе 1970. 30).
Çox gənc yaşlarında hakimiyyətə gələn Vaxtanq Qorq Aslan qısa müddətdə ölkəni öz qılıncı altında birləşdirdi. Qara dənizin şərq sahilləri istisna olmaqla bütün İberiyanı vahid bir dövlətə çevirdi (Бакрадзе, Берзенов 1870. 18).
Qorq Aslan hələ yeniyetmə ikən Sasani şahı Firuzun Hind səfərində iştirak etmiş (Вермишев 1904. 115), cəsur bir döyüşçü kimi ad çıxarmışdı. Bu barədə Bizans tarixçiləri yazır, ancaq gürcü tarixçiləri susurlar. Çünki onlara ana xəttilə Bərdənin hakim nəslindən olan (İoселиани 1866. 91, 94; Джуаншериани 1986. 58. 59) İberiya çarının Aran mənşəyindən danışmaq maraqlı deyildir.
“
Aran hakiminin 12 minlik qoşunu olmasaydı, Qorq Aslan hakimiyyətə gələ bilməzdi.
Qorq Aslaniani” dastanında bu barədə məlumat verilmir. Çox ehtimal ki, 1709-1717-ci illərdə çar VI Vaxtanqın göstərişi ilə həmin bilgilər mətndən çıxarılmışdır.
Sasanilərin eftalitlərin basqını nəticəsində zəifləməsindən istifadə edən Aran hakimi Varaz Bakur bacısı oğlu Qorq Aslana 12 minlik qoşun verdi. (Джуаншериани 1986. 63). Həmin qoşunun köməyi ilə Vaxtanq 3 il ərzində dağlı tayfaları tabe etdi. Yunanları ölkədən qovub çıxartdı (Джуаншериани 1986. 80, 83, 91).
Kaxeti və Eretinin Ucarma, Kərəm, Uruztav (Rustavi), Çor şəhərlərini tutdu (Джуаншериани 1986. 91-93). Sasanilərə qarşı xristianlıqdan bir ideoloji dayaq kimi istifadə edərək həmin şəhərlərə yepiskoplar təyin etdi. Ucarma şəhərini özünün iqamətgahına çevirdi (Джуаншериани 1986. 83, 91).
Q
Qorq Aslan gürcü deyil, hansısa türk boyunun başçısıdır.
orq Aslan yalnız Eretini tuta bilmədi. Ereti Albaniyaya bağlı olan ayrıca knyazlıq – eristavlıq idi (Джуаншериани 1986. 83, 91). Eristav bir nəsildən olan erlərin, yəni döyüşçülərin başçısına deyilirdi.
Qorq Aslanın Kür çayının sağ sahilində tutduğu vilayətlərdən biri Taşiskari adlanırdı (Джуаншериани 1986. 84, 135). Taş türk, kar sami dillərində daş de-məkdir. V əsr erməni mənbələrində həmin mahal Taşir, yəni daş ər adlandırılır. Çox güman ki, gürcülər VI Vaxtanqın zamanında Taşər vilayətinin adını Taşiskari formasına salıblar.
Gürcülərin öz tarixi qəhrəmanlarına çevirdikləri Qorq Aslan nəinki gürcü, heç iber də deyildi. Mari Brosseyə istinadən İ.O.Senkovski yazır ki, o, iber yox, hansısa türk tayfasının başçısı olmuşdur (Хантадзе 1970. 83).
V
Qorq Aslanın atının adı Dayça idi.
axtanqın adı, titulu, hətta atının adı türk dillərinin tarixi leksikası əsasında izah olunur. O, üç illik uğurlu döyüşdən sonra özünə qızıldan arxası aslan, önü qurd başı formasında dəbilqə düzəltdirmiş, bundan sonra Qorq Aslan adı ilə tanınmışdı (Джуаншериани 1986. 30; Патканов 1883. 218; Хаханов 1895. 294).
Müasir gürcü alimləri İberiya çarını Qorqasar və Qorqasal adlandırırlar. Halbuki V əsrdə qələmə alınmış və X əsrdə redaktə edilmiş “Kartlinin dönməsi”ndə çar Qorq Aslan adlandırılır (Джуаншериани 1986. 13).
Kerop Patkanov yazır ki, qədim gürcü salnamələrində çarın adının Qorqasar və Qorqasal formasına az, Qorq Aslan variantına çox təsadüf edilir (Патканов 1883. 217). Dastanın Çərkəz variantında da çarın adı Qorqasal deyil, Qorq Aslandır (Картлись-Цховреба 1905. 182).
E
Erməni və gürcü alimləri aslanın türk sözü olduğunu etiraf edirlər, ancaq çarın türklüyü ilə barışa bilmirlər.
rməni və gürcü alimləri aslanın türk sözü olduğunu etiraf edirlər (Патканов 1883.218; Хаханов 1897. 149; Вермишев 1904. 96. 117). Ancaq çarın türklüyü ilə barışa bilmirlər. Kerop Patkanov iddia edir ki, Vaxtanqın ləqəbi Qorq olmuş. Aslan adı ona səlcuqlar Anadolunu tutandan sonra əlavə edilmişdir (Патканов 1883. 218).
Söz yox ki, Kerop Patkanov V əsrdə qələmə alınmış “Kartlinin dönməsi”ndən xəbərsiz deyildi. Orda aydın şəkildə Vaxtanqın adı Qoqrasal yox, Qorq Aslan kimi yazılmışdır (Джуаншериани 1936. 13). Ən yaxşı halda erməni və gürcü tədqiqatçıları təsdiq edirlər ki, aslan türk, qorq fars sözüdür (Патканов 1883. 208; Вермишев 1904. 114).
Qorq hindavropa mənşəli söz olsaydı, o, fars dilindən başqa digər qohum dillərdə də işlənərdi. Digər hindavropa dillərində qurda qorq yox, volf, volk deyilir. Fikrimizcə, qorq sözü türk dillərindəki qorxutmaq felinin köküdür.
Ö
Gürcüstanın IV-V əsrlərə aid qəbir daşlarında türk adları var.
zbəklərin “Xannamə” dastanına görə, Yafəs övladları anadan aslan və qurd balası kimi doğulurlar. Qurdlar böyüyəndə döyüşçü, aslanlar xaqan olurlar. Vaxtanqın dəbilqəsinin arxasındakı aslan təsviri onu bildirir ki, o, qurd kimi, yəni vassal hakim kimi aslan tərəfindən himayə olunur. Aslan onun dayısı Varaz Bakur idi. O, Bərdədə Aran taxtında oturub, bacısı oğlu Qorq Aslan vasitəsilə İberiyanı idarə edirdi.
Belə hesab edirik ki, Qorq Vaxtanqın adı yox, totem adıdır. Totemi qorq, yəni qurd olan nəsil İberiyada sasanilərdən qabaq yaşayırdı. Onların arşakidlər dövründə Qorqian adlı qala-şəhəri olmuşdur (Хоренский 1809. 83). Başqa bir Qorq şəhəri Diyarbəkirin 20 km. qərbində yerləşirdi (Патканов 1879. 25).
1872-ci ildə Gürcüstandan tapılan IV-V əsrlərə aid bir sinə daşında yazılıb: – Bu qəbir əziz ata İequdundur. Onu Qorq da adlandırırlar (Аnакидзе 1968. 194-195). Yenə o dövrə aid başqa bir sinə daşında yazılıb: – Bu qəbir İosif bar-Qazanındır (Аnакидзе 1968. 200-201).
Göründüyü kimi, hər 2 qəbirdə yəhudi dinli, ancaq türk əsilli adamlar dəfn olunmuşdur. İequd, İosif yəhudi, Qorq və Qazan türk adlarıdır. Qorq nəslinin bir zaman yəhudi dinli olduğunu digər mənbələr də təsdiq edir. Onların adı Qorqia şəklində e. ö. I minilliyin əvvəllərində çəkilir. Qorqia İudeya çarı Davidin ətrafında toplaşan tayfalardan biri idi (Хоренский 1809. 30).
Mari Brosse yazır ki, köçkün tayfaların Kür çayı boyuna miqrasiyaları tarix boyu fasilələrlə davam etmişdir (Мари Броссе 1879. 5). Məcburiyyət qarşısında öz bərəkətli torpaqlarından Qafqaz dağlarının ətəklərinə sıxışdırılan etnoslardan biri də Qorq idi.
“
Kür çayı boyunca qışlaqlarda – Bərdə ilə Tiflis arasında tarixən türklər və albanlar yaşamışlar.
Çar Davidin tarixi”ndə göstərilir ki, Tiflislə Bərdə arasında Kür çayı boyunca qışlaqlarda çoxlu türk tayfaları yaşayırlar (Меликсетбаков 1939. 9). Həmin məlumatı başqa mənbələr də təsdiq edir. Göstərilir ki, Albaniya ilə İberiya arasındakı məhsullar vadilərdə türklər və albanlar yaşayırlar (Вермишев 1904. 6).
Öncə qeyd etdiyimiz kimi, Qorq Aslanı İ.O.Senkovski iber yox, hansısa türk tayfasının başçısı hesab edir (Хантадзе 1970. 83). Fikrimizcə, hansısa türk tayfası ifadəsi Aslanın Qorq nəslinə aiddir.
Qorq Aslan yalnız bacarılı bir sərkərdə, qoşun başçısı deyildi. O həm də dövrünə görə mahir bir dövlət adamı, incə siyasətçi idi. Onun bir arvadı Bizans imperatoru Levin qızı (Патканов 1883. 208), ikincisi sasanilərin Aran hakimi Bakurun bacısı idi (Джуан-шериани 1986. 58, 59).
Qorq Aslan şəraitdən asılı olaraq gah Bizansın tərəfində sasanilərə, gah sasanilərin tərəfində yunanlara qarşı vuruşurdu. O, Antioxiya kilsəsindən asılı olan Metex kilsəsini sökdürüb, yerində müstəqil iber kilsəsi tikdirmişdi (Армения и Рим 1848. 216).
P
İberiya müstəqil dövlət olsaydı, onun gerbi və möhürü olardı.
.İoseliani yazır: – Qorq Aslan sasani meylli idi (İоселиани 1866. 91. 94). Əslində o, sasaniləri sevmir, ancaq onlarla münasibətləri də korlanmaq istəmirdi. Onun qızıl dəbilqəsinin arxasına atəşpərəst məbədinin təsviri həkk olunmuşdu (Буачидзе 1983. 153). Qasmon Buaçidze bunu onunla əsaslandırır ki, Vaxtanqın anası atəşpərəst doğulmuşdur. Ancaq onun İrana meyl etməsini yalnız bununla bağlamaq olmaz. Qorq Aslan ilk qələbələrini çalıb, qızıldan dəbilqəsini düzəltdirəndə sasanilərin tərəfində idi. Hind səfərində göstərdiyi igidliyə görə ona səlahiyyət verilmişdi ki, yunanları ölkənin qərbindən qovub, dağlı tayfaların basqınlarının qarşısını alsın. Dəbilqədəki məbədin təsviri sasanilərdən asılılığa işarədir. Qorq Aslan o zaman Bizansın vassalı olsaydı, dəbilqəsinə xaç təsviri döydürərdi. Yaxud o, gürcü tarixçilərinin iddia etdikləri kimi, müstəqil hökmdar olsaydı, dövlətin gerbi və möhürü olardı. Arxeoloji qazıntılar zamanı İberiya dövlətinin gerbi və möhürü tapılmamışdır (Мари Броссе 556. 104).
Q
Qorq Aslan öləndə xristian qaydası ilə yox, türk adəti ilə dəfn edildi.
orq Aslanın sasanilərlə münasibəti sonradan pozuldu. Eftalitlər İranın şərq vilayətlərini tutanda Aran hakimi Bərdəni boş qoyub, sasanilərə köməyə getdi. Qorq Aslan bu fürsətdən istifadə edib, ona aid olmayan vilayətləri, Kür çayının sağ sahilindəki şəhərləri tutmağa başladı. Bərdə vasitəsilə sasanilərə bağlı olan həmin şəhərlər Safar, Bazar, Kərəm, Ucarma və b. idi. O şəhərlərin tutulması İranla toqquşmanı qaçılmaz etdi.
Qorq Aslan son döyüşdə qüvvələr nisbətini düz-gün hesablamamışdı. O, Ucarma şəhəri yaxınlığında İran meylli qüvvələrin ox yağışına düşüb, ağır yaralandı və həmin yaradan öldü (Джуаншериани 1986. 92-94) Qorq Aslan öləndə xristian qaydası ilə yox, əski türk adəti ilə dəfn edildi. Onun qohumları göy paltar geyinib yaxalarını cırdılar və öz başlarına kül ələdilər.
Q
Gününü göy əskiyə bükdülər deyimi burdandır.
orq Aslanın ölümü ilə e. ö. III əsrdən İberiyanı idarə edən Parnauz nəslinin süqutu başladı (Джуан-шериани 1986. 46). Ancaq bu nəsil birdən-birə İberi-yanın tarixindən silinib getmədi. Knyazlıq şəklində ölkənin baqrationlar tərəfindən işğalına qədər davam etdi (Патканов 1883. 223).
Q
Qorq Aslanın anasının adı xu + Aranze – gözəl Aran qızı idi.
orq Aslanın anası Aran nəslindən idi. O, V əsr salnamələrində xu + Aranze – gözəl Aran qızı adlandırılır (Джуаншериани 1986. 58, 59). Cavanşirin salna-məsində Vaxtanqın atı Taiçi adlandırılır (Джуаншериани 1986. 116). Bu da dayça deməkdir. Salnamənin rusca nəşrinin redaktoru yazır ki, erməni mənbələrində Qorq Aslanın atının adı Tatçik kimi verilmişdir. Tatçik at adı qaçağan anlamında türklərdə və ərəblərdə də vardır (Джуаншериани 1986. 116).
Tatçik və ya taiçi türk dillərindəki dayça sözünün qismən dəyişdirilmiş formalarıdır. Əbu Osman Cahiz əl-Bəsri (VIII əsr) yazır ki, türklər sürətlə qaça-qaça dönə bilən atlara day deyirlər.
Cavanşirdən fərqli olaraq V əsr erməni tarixçiləri Yeqişe və Qazar Parpetsi Qorq Aslanı cəsur sərkərdə və döyüşçü kimi təsvir etmirlər. Onlara xoş gəlmir ki, iber qoşunlarının başçısı sasanilərlə döyüşdə erməniləri sonadək müdafiə etməmişdir (Патканов 1883. 216).
Kerop Patkanova görə, Qorq Aslan Cavanşirin təsvir etdiyi kimi, qüdrətli qəhrəman və cəsur bir fateh deyildir. Sadə bir hərbi başçı və knyazdır (Патканов 1883. 216). Ermənilərin necə təsvir etməsindən asılı olmayaraq Qorq Aslan öz dövrünün böyük simalarından biri idi. Çünki 54 illik hakimiyyəti dövründə o, çoxdilli və çoxdinli iberiyanı (Джуаншериани 1986. 116; Вермишев 1904. 100) öz qılıncı altında birləşdirə bilmişdi (Бакрадзе, Берзенов 1870. 18).
E
rməni və gürcü alimləri Qorq Aslan dastanının nə zaman yazıya alınması haqqında eyni fikirdə deyillər. Son illərdə nəşr olunan əsərlərə inansaq, Cavanşir xalq arasında yayılmış rəvayətləri XI yüzildə qələmə almışdır (Джуаншериани 1986. 7). Köhnə nəsil tədqiqatçılar isə bildirirlər ki, Cavanşir bu əsərini VIII əsrdə yazmışdır (Патканов 1883. 213; Хаханов 1897. 146, 148).
B
Qorq Aslan dastanını Cavanşir nəslindən Cavanşir yazıya almışdır.
elə bir sual qarşıya çıxır: – Hər şeyi qədimləşdirməyə çalışan qonşularımız nə məqsədlə əsərin yazılmasını 3 yüz il geri çəkirlər? Düşünürük ki, bu, onların Aran nəslindən olan salnaməçini gürcüləşdirmək istəyi ilə bağlıdır. Erməni və gürcü tədqiqatçıları əsərin özündən ağız dolusu danışsalar da, onun müəllifinin etnik mənsubiyyətinə toxunmuşlar.
Onlar bircə yerdə qeyd etmirlər ki, Qorq Aslan dastanını albaniyalı Cavanşir yazıya almışdır. Cavan-şir nəslindən olan salnaməçi VIII əsrdə İberiyaya yenicə gəlmişdi. O, belə tezliklə iberləşə bilməzdi və təbii ki, əsərini iber dilində yaza bilməzdi. O, XI əsrdə yaşasa idi, əsərini iber dilində qələmə almalı idi.
Ç
Dastan Aran dilində yazılmışdır. VIII əsrdə Gürcüstanda gürcü dili yox idi.
ox ehtimal ki, özü Arandan olan Cavanşir salnaməni Aran dilində yazmışdır. Yazıçının soyadı-nın sonundakı -iani şəkilçisi onun Cavanşir nəslindən çıxdığını bildirir. Urartu yazılarından qalma -iani şə-kilçisi (Мещанинов 1978. 136) gürcü və iber salnamələrində soyadları yaradır. Bu baxımdan Cuanşeriani – Cavanşir nəslindən olan deməkdir.
Aran Qarabağının elatları tarix boyu cənubdan gələn basqınların qarşısında şimala çəkilmiş, Gürcüstanın meşəlik dağlarına sığınmışlar. Bu barədə Qarabağ tarixçilərinin əsərlərində bilgilər var. Ağa Məhəmməd xan Qacar Şuşaya qoşun yeridəndə Qarabağ elatları Gürcüstana köçmüşdülər. II İrakli onlara yaylaqlarda yer vermişdi.
T
Qorq Aslanın anası Cavanşirin həmyerlisi, bəlkə də soydaşı idi.
əhlükə sovuşandan sonra köçkünlər geri qayıdırdılar. Cavanşir nəsli də Gürcüstandan geri qayıtmış, Qarabağda 32 tayfadan ibarət güclü bir elat yaratmışdır. XIV əsrin sonlarında Cavanşir atlıları Əmir Teymurun ordusuna qoşulub Anadoluya getdi-lər. XVIII əsrdə Nadir şah tərəfindən Xorasana sürgün olundular.
İllər keçdi, onlar qürbətdə qalmayıb, vətənə döndülər. Qonşularımız soruşsalar ki, Qorq Aslan dastanını kim yazıya almışdır? Tərəddüdsüz bildiririk: – Cavanşir nəslindən Cavanşir.
Q
Qorq Aslanın ulu babalarından birinin adı Asparuk olmuşdur.
orq Aslanın yalnız özü yox, əcdadları da türk totem adları daşıyırdılar. Onlardan biri III əsrdə sasanilərin vassalı kimi İberiyanı idarə edən Asparuk idi (Ломтатидзе 1958. 293). Həmin Asparuk Parfiya mənşəli Bakurun nəvəsi idi (Шопен 1866. 261).
A
Asparuk qurdun yox, qurddan böyük bir yırtıcı heyvanın adıdır.
sparuk öləndə Armaz dağının döşündəki eristavların qəbiristanında dəfn edildi. Onun sinə daşı ar-xeoloji qazıntı zamanı tapılmışdır. Sinə daşının üzə-rində mərhumun təsviri aydın görünür (История Гру-зии 1946. 74).
Asparuk türk adıdır. O adı daşıyan tayfa başçılarından biri VII yüzildə Dunay Bolqar dövlətinin əsasını qoymuşdur. N.A.Baskakov Asparuk və Baruk adını türk dillərindəki bürü-qurd sözü ilə əlaqələndirir (Баскаков 1979. 243). Düzdür, türk dillərində börü zoonimi vardır (Киргизско-русск. 1965. 153). Eyni zamanda Buri Altay qəbiləsidir (Баскаков 1980. 201).
Ancaq Asparuk qurdun yox, başqa bir yırtıcı heyvanın adıdır. Türk dillərində arbörü, asbörü qurd-dan böyük yırtıcı heyvanlara deyilir. Mahmud Kaşğari qədim bir türk mahnısından belə bir sətir verir: – Yesin seni asböri (МК I. 2006. 146).
Biz indiyəcən babalarımızın Albaniya və İberiyada yaratdıqları xristian türk mədəniyyətinə yiyə durmamışıq. Biz onlara yiyə durmadıqca, qonşularımız ədəbi və tarixi abidələrimizə yeni iddialar qaldıracaqlar.
Əgər gürcü alimləri Zaza Aleksidzenin dili ilə deyirsə, VII əsrin əvvəllərində Bərdə şəhəri daxil olmaqla Aran əhalisinin xeyli hissəsi gürcüləşmişdi (Aleksidze 2003a. 28), onda top qapımızın ağzındadır.
Yaxud Gürcüstanın keçmiş prezidenti Eduard Şevarnadze Sinay perqamentini iki ölkənin tarixi coğrafiyasının bəzi problemlərinə aydınlıq gətirəcək bir sənəd adlandırırdısa, deməli narahat olmağa dəyər.
Dostları ilə paylaş: |