“Tyanşi” BAƏ-nin qəbulu
I. 14-28 gün ərzində xəstəliyin ağırlığı ilə əlaqədar olaraq bağırsağın, damarların və limfaların təmizlənməsi:
1.Xitozan 10 yaşına qədər uşaqlara səhərlər ac qarına kapsulun 1/2 hissəsi (yoğun bağırsağın fəallıq saatında-saat 5-7), 10 yaşından yuxarı 1 kapsul.
Kapsulun tərkibində olan Xitozanı 1 stəkan suda qarışdırıb, 20 damcı limon şirəsi əlavə edib qarışdırmaq, 5 dəqiqə saxlamaq, sonra isə içmək.
2. Antilipid çay 12 yaşa qədər uşaqlara səhər və axşam yeməyindən 1 saat qabaq (böyrəklərin fəallıq saatı) yaşdan asılı olaraq 50-100 ml içmək lazımdır.
Yaşından yuxarı uşaqlara isə gündə 2 dəfə 1 stəkan. Əvvəlcə 100-150 ml qaynanmış suya 1 paket çayı 15-20 saniyəyə salıb (1-ci dəm istifadə olunmur) sonra bu çayı 500 ml qaynar su tutan qaba salıb və ağzını 15-20 dəqiqə bağlı saxlamaq lazımdır. Alınan çayı termosa töküb, üstünə 1 litr qaynar su əlavə edib ilıq halda içmək lazımdır.
3. İkiqat sellüloza axşam, yeməkdən 30 dəqiqə qabaq (21-23-ə qədər) həbin 1/2 hissəsini əzib 1/2 stəkan suda həll edib, 5 dəqiqə qalandan sonra içmək lazımdır.
3 gündən sonra 1 həb. 10 yaşından sonra dozanı 2 dəfə artırmaq olar. Əsas şərt gün ərzində 2 litrə qədər su içmək.
II. 28 gün ərzində pozulmuş mübadilənin bərpası:
4. Uşaqlar üçün biokalsium gündə 2 dəfə səhər və axşam yeməyindən 30 dəqiqə qabaq tam olmayan 1 kofe qaşığı. İçmə rejiminə riayət etmək üçün itburnu dəmi içmək daha yaxşıdır.
5. Biosink axşam yeməyindən 1-1,5 saat sonra 2 kapsul, 100 ml su içmək.
III. 28 gün ərzində hüceyrənin sintezinin artması, qara ciyərin və qalxanabənzər vəzn funksiyasının bərpası:
6. İkan 7 gün ərzində səhər yeməyindən 30 dəqiqə qabaq 1 kapsul, 100 ml su içmək.
Sonra 7 gün ərzində səhərlər 1 kapsul, nahardan əvvəl 1 kapsul. Daha sonra 14 gün ərzində səhərlər 2 kapsul, naharda 1 kapsul. Dozanın artması yalnız fərdi olmalıdır.
İl ərzində kurs 2-dən az olmamalıdır.
Şəkərli diabet
Xəstəlik tam və nisbətən insulinin çatışmaması nəticəsində maddələr mübadiləsinin pozulmasına gətirib çıxaran, 1-ci növbədə karbohidrat mübadiləsinin pozulması (xroniki hiperqlikemiya qanda şəkərin miqdarının yüksək olması) ilə xarakterikdir.
Şəkərli diabet daha çox payız-qış aylarında əsasən 4-10 yaşlı uşaqlarda olur.
Şəkərli diabetin əsas 2 tipini qeyd edirlər: insulin asılı (1-ci tip, yeniyetmə) və insulindən asılı olmayan (2-ci tip, böyük). Uşaqlarda ən çox 1-ci tipli şəkər diabeti qeyd olunur.
1-ci tipli xəstəliyin inkişafında genetik və xarici amillərin birləşməsi aparıcı rol oynayır. Xəstəlik 3 stadiyada keçir: qlükozaya sabitliyin potensial pozulması (potensial diabet), qlükoza sabitliyin pozulması (latent diabet) və açıq şəkərli diabet.
Şəkərli diabet üç “böyük” simptomla xarakterikdir: polidipsiya (susuzluq), poliuriya (sidiyin çoxluğu), əsasən yüksək iştaha fonunda (polifagiya) bədənin çəkisinin azalması. Uşaqların əksəriyyətində yüksək yorğunluq, artan zəiflik, fiziki və zehni iş qabiliyyətinin azalması müşahidə olunur. Yanaqlarda, alında, yuxarı qaşlarda, çənə altında diabetik qızartılar əmələ gəlir. İmmunitetin azalması dərinin göbələk və irinli zədələnməsi ilə müşahidə olunur. Qızlarda həmişə vulvit simptomları olur.
Müalicənin əsas metodlarından biri diyetoterapiya sayılır.
Dostları ilə paylaş: |