Şəkərli diabetdə “Tyanşi” BAƏ-nin qəbulu
(Mədəaltı vəzin fəal saatları 9-11)
I. 28 gün ərzində pozulmuş mübadilənin bərpası və qlükozanın mənimsəməsi və mikrosirkulyasiyanın yaxşılaşdırılması:
1. Qanda şəkərin səviyyəsini aşağı salmaq üçün biokalsium gün ərzində paketin 1/4 hissəsini mədəaltı vəzin fəal saatlarında (saat 9-11) isti suda, süddə, süd sıyrığında həll edib, qəbul etmək lazımdır. Maye rejiminə riayət etmək üçün ən yaxşısı dəmlənmiş itburnu içmək lazımdır. 7 gündən sonra qlükotest etmək lazımdır. Əgər şəkərin miqdarı aşağı düşürsə, dozanı əvvəlki qaydada saxlamaq lazımdır. Şəkərin miqdarı aşağı düşməyibsə, sonrakı 7 gün ərzində səhərlər paketin 1/4 hissəsi və 3 qızdırıcıların fəal saatlarında (saat 21-23-ə qədər) paketin 1/4 –ni qəbul etmək olar. Hər 7 gündən sonra qlükotest etmək lazımdır. Əgər effekt yoxdursa, axşam dozasını 2 dəfə artırmaq lazımdır.
2. Biosink axşam yeməyindən 1-1,5 saat sonra 2 kapsul qəbul edib, üstündən 100 ml su içmək lazımdır.
3. Kordiseps 7 gün ərzində səhər yeməyindən 1-1,5 saat sonra 1 kapsul qəbul edib, 100 ml su içmək lazımdır. Sonra doza fərdi olaraq yaşla əlaqədar 1-dən 4 kapsula qədər (orta hesabla 2 kapsul) fərdi seçilir. 6 yaşına qədər uşaqlara mütləq həkim məsləhəti lazımdır.
II. 28 gün ərzində normal mübadilənin və orqanizmin özünün insulin yaratmasının yüksəldilməsi:
4. Antilipid çay 12 yaşına qədər uşaqlara yaşdan asılı olaraq səhər və axşam yeməklərindən 1 saat qabaq (böyrəklərin fəal saatlarında) 50-100 ml içmək lazımdır. 12 yaşdan sonra gündə 2 dəfə 1 stəkan. Əvvəlcə 1 paket çayı 15-20 saniyəyə (1-ci dəmdən istifadə edilmir) 100-150 ml qaynanmış suya əlavə edib, sonra paketi 500 ml qaynar su tutan qaba salıb ağzını 15-20 dəqiqə bağlı saxlayırlar. Alınan çayı termosa töküb üstünə 1 litr qaynar su əlavə edib ilıq halda içirlər.
5. İkan 7 gün ərzində səhər yeməyindən 30 dəqiqə qabaq 1 kapsul qəbul edib, 100 ml su içmək lazımdır. Sonra 7 gün ərzində 1 kapsul və nahar qabağı 1 kapsul. Daha sonra 14 gün ərzində səhərlər 2 kapsul, naharda 1 kapsul. Dozanın artırılması fərdi olmalıdır.
6. Spirulin 7 gün ərzində gündə 3 dəfə yeməkdən 1-1,5 saat sonra həbin 1/2 hissəsini qəbul edib, 100 ml ilıq itburnu dəmi ilə içmək lazımdır. Sonra gündə 3 dəfə 1 həb. İl ərzində kurs 3-dən az olmamalıdır.
Dostları ilə paylaş: |