İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014


Endokrinologiyada BAƏ-nin istifadəsi



Yüklə 286,46 Kb.
səhifə154/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   150   151   152   153   154   155   156   157   ...   161
SALAMLIQHAQQINDADNCLR

Endokrinologiyada BAƏ-nin istifadəsi
Anatomo-fizioloji xüsusiyyətləri. Endokrin vəzilər (daxili sekresiya vəziləri) maddələr (hormonlar) yaradır, bu hormonların təsiri nəticəsində uşaq orqanizmi böyüyür və inkişaf edir. Uşaqlığın müxtəlif yaş dövründə müəyyən endokrin vəzinin nisbətən üstünlük təşkil edən təsiri büruzə verə bilər.

Hipofizin somatotrob hormonu (HSH) bədənin böyüməsini və onun ayrı-ayrı hissələrinin böyüməsini tənzimləyir. Bu hormonun çatışmaması boyun ləngiməsinə, çox olması isə böyümənin güclənməsinə gətirib çıxarır. Hipofizin aşağı funksiyasında uşağın böyüməsi anadan olan kimi kəsilmir, yalnız 1-ci ilin sonunda böyüməsi prosesi dayanır. HSH-nın təsiri adətən 6-7 yaşlı uşaqlarda ən çox qeydə alınır.

Mədəaltı vəzin hormonları orqanizmdə maddələr mübadiləsinin prosesinə, o cümlədən mərkəzi sinir sisteminin inkişafına təsir edir. Bu hormonların çatışmaması uşağın fiziki və psixiki inkişafını dayandırır. 5-6 aylarında qalxanabənzər vəz güclü funksiyaya malikdir və onun aparıcı rolu 2-2,5 il saxlanılır.

Bəzi uşaqlarda 1-ci illərdə müxtəlif xəstəliklər nəticəsində böyrəküstü qatın çatışmamazlığı inkişaf edir. Bu onunla əlaqədardır ki, böyrəküstü qatın maddələri pis inkişaf edir.

Cinsi yetişmənin (10-15 yaş) dövründə cinsi vəzilərin hormon məhsullarının artması hesabına endokrin vəzilərin fəaliyyəti baş verir.

Anadangəlmə hipotioz (niksedema)


Bu qalxanbənzər vəzin funksiyasının azalması ilə müşahidə olunan xəstəlikdir.

Xəstəlik hamiləliyin 4-5-ci həftəliyində inkişaf edir və qalxanabənzər vəzin olmaması və ya onun inkişafının ləngiməsi ilə müşahidə olunur. Buna səbəb toksik, kimyəvi, radioaktiv maddələrin və ya rentgen şüalarının təsiridir.

Anadangəlmə hipotioz üçün dölün aşağı fəallığı, ananın hamiləlik müddətinin artmağa meylliyi xarakterikdir. Yeni doğulmuş uşaq böyük kütləyə malikdir (4000 q və artıq). Doğuşdan sonra göbəyin gec düşməsi qeyd olunur. Gec olan müddətdə isə sifətin cizgilərinin kobud olması, geniş açılmış gözlər, ağıza sığmayan böyük dil, yarıaçıq ağız xarakterikdir. Səs aşağı və kobuddur. Uşaqlar əzgin və yuxulu olurlar. Dəri quru və ağdır. Sonralar fiziki və əsəbi  psixiki inkişafın ləngiməsi olur. Əsas simptomlardan biri də yumşaq toxumaların selikli şişməsidir. Miksedemanın yüngül forması 2-5 ildən sonra baş verə bilər.

Müalicənin əsas metodu bütün ömür ərzində qalxanabənzər vəzin preparatları ilə əvəz olunan terapiyadır. Müalicəni 1-ci ayda başlanması nəticəsində xəstələr tam fiziki və zehini cəhətdən yararlıdırlar. Əgər müalicənin başlanması 4-6 həftəlik yaşdan sonra olursa, gələcək tale xoşagəlməzdir.


Diffuzlu-toksik zob (DTZ)
Diffuzlu-toksik zob və ya bazedof xəstəliyi, tireoid hormonların məhsullarının artması və qalxanabənzər vəzin diffuz böyüməsi ilə müşahidə olunan xəstəlikdir.

Müasir dövrdə DTZ-ə autoimmun xəstəliyi kimi baxılır. Xəstəlik törədən amillər viruslu xəstəliklər, emosional gərginlik, artıq insuliasiya ola bilər. Xəstəlik əsasən yeniyetmə yaşdakı qızlarda daha çox inkişaf edir.

Tireoid hormonları yüksək səviyyəsi bütün mübadilələr prosesini pozur, əsəbi həyəcanlanmanı yüksəldir. Hüceyrənin dağılması və oksidləşmə prosesləri əsas mübadilənin yüksəlməsinə səbəb olur.

Xəstəlik adətən 6-12 ay ərzində tədricən inkişaf edir. Yüksək gərginlik, həyəcanlılıq, sabit olmayan əhval-ruhiyyə, yuxunun pozulması və tez yorulma qeyd olunur. Eyni zamanda ürəkdöyünmə, təngənəfəslik, baş və əl-ayaqda səyrimə halları müşahidə olunur. İştaha və susuzluq yüksəkdir, xəstə arıqlayır. Bağırsağın disfunksiyası (qarın işləməsi) və qaraciyərin böyüməsi qeyd olunur. Sifətdə qorxu-nifrət ifadəsi xarakterikdir. Gözdə parıltı yüksəkdir, göz qırpma az olur. Qaşların səyriməsi və şişməsi, onların piqmentasiyasının böyüməsi müşahidə oluna bilər, qalxanabənzər vəz böyüyür.


Qalxanabənzər vəzin xəstəliyində


Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin