İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014


Tibbi terminlərin qısa lüğəti



Yüklə 286,46 Kb.
səhifə36/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   32   33   34   35   36   37   38   39   ...   161
SALAMLIQHAQQINDADNCLR

Tibbi terminlərin qısa lüğəti.
_____A_____
Adaptasiya – canlı orqanizmin inkişaf evolyusiyası prosesində, ətraf mühitin daimi dəyişikliklərinə öyrənməsi.

Addison xəstəliyi – hormonların istehsalının azalması, böyrəküstü qabığın iki tərəfli zədələnməsi ilə müşayiət olunan xəstəlik.

Adsorbsiya – maddə və ya bərk cismin üst qatı tərəfindən qaz, buxar və həll olunan maddələrin hopdurması.

Aftlar – selikli qişaların epiteliyalarının az hissələrinin nekrozu.

Ağrıkəsici – ağrı hissəsinin qarşısının alınması.

Akinez – aktiv hərəkətlərin olmaması.

Alimentar xəstəliklər – qida rasionunda qida maddələrin defisiti və ya çoxluğu ilə bağlı xəstəliklər.

Alkoqolizm – spirtli içkilərin uzun müddətli qəbulu təsiri altında, orqanizmdə yaranan patoloji dəyişikliklər toplusu.

Allergiya – orqanizmin, reaktivliyi yüksək olan müxtəlif maddələrə qarşı yüksək həssaslığı.

Amin turşuları – üzvü maddələrə, zülal molekulların əsas struktur hissəsi.

Anabioz – həyat fəaliyyəti demək olar ki, tam dayanmış lakin qarşısı alına bilən orqanizmin vəziyyəti.

Anamnez – xəstə haqqında və sorğu zamanı müəyyən olunan xəstəliklər haqqında toplu məlumatlar.

Anemiya – və ya qan azığı qan mübadiləsi vahidində eritrositlərin miqdarının azalması ilə səciyyələndirilən vəziyyət.

Angina – limfa toxumasında, daha tez-tez badamcıqlarda iltihab dəyişiklikləri ilə olan kəskin infeksion xəstəlik.

Angispazm – qan dövranının kəskin azalması və nadir hallarda dayanması ilə müşayiət olunan arteriyaların patoloji daralması.

Anoreksiya – qidalanmaya obyektiv tələbat olarkən iştahanın olmaması.

Antihenlər – orqanizmdə parenteral yolla daxil olan spesifik anticimlər yaranmasına səbəb olan hər hansı bir maddə.

Antikoaqulyantlar – qan laxtalanma prosesini saxlayan maddələr.

Anuriya – sidik kisəsinə sidiyin daxil olmaması.

Apnoe – nəfəsin müvəqqəti dayanması.

Arterial hipeertenziya – arteriyalarda yüksək qan təzyiqi.

Arterioskleroz – divarların qalınlaşması ifadə olunan arteriyalarda dəyişiliklər.

Arteriyalar – ağciyərlərdə oksigenlə zənginləşmiş qanın ürəkdən digər orqanlara daşıyan qan damarları.

Artritlər – oynaqların iltihabi xəstəlikləri.

Artiozlar – oynaqların degenerativ-distrofik xəstəliləri.

Asidoz – turşuların çoxluğu ilə bağlı, orqanizmdə turşuluq – qələvi bərabərliyin pozulması.

Ataksiya – hərəkətlərin koordinasoyasının pozulması.

Ateroskleroz – arteriya divarlarının zədələnməsi ilə səciyyələnən xroniki xəstəlik.

Atrofiya – hüceyrə toxuma və orqanların həcminin və ölçülərinin dəyişmələri ilə müşaiyət olunan prosses.

Avitaminoz – insan orqanizmində vitaminin (vitaminin olmaması).

Azotemiya - qanda azot tərkibli maddələrin çox miqdarı.

_____B_____


Balzamlar – azotsuz üzvü birləşmələrdən qarışıqlardan ibarət bitki mənşəli maddələr.

Baş fırlanma - əşyaların və ya öz bədəninin fırlanmasının hiss olunması.

Beyin qan dövranı – beyin sistemində qan dövranı.

Bilirubin – sarı-qırmızı rəngdə olan öz piqmentlərindən biri.

Beyin toxumaları – periferik sinir sisteminin cüt hissəsi.

Boyun toxumaları- periferik sisnir sisteminin cüt hissəsi.

Böyrək – daş xəstəliyi – sidiyin duz və üzvü birləşmələrindən yaranan böyrəklərdə daşların əmələ gəlməsi.

Böyrəküstü – böyrəklərin yuxarı hissəsində yerləşən daxili sereksiya vəziləri.

Bronxial astma – hava çatışmamazlığı ilə səciyyələnən allergik xəstəlik.

Bronxit – bronxların iltihabı.

Bronxspazm – xırda bronxların daralması.

Buynuz təbəqə - göz almasının fibroz qabığının ön hissəsi.


_____D_____


Daxili sereksiya vəziləri – orqanizmin daxili mühitinə aktiv maddələri yaradıb və hasil edən orqanlar.

Dalaq – maddələr mübadiləsində iştirak edən, immun, filtrasiya və qanyaranma funksiyalarını yerinə yetirən parenximatoz orqan.

Damargenişləndirici vasitələr – ümumi arterial təzyiqin və damarların tonusunun qaldıran dərman vasitələri.

Damarların varkioz genişlənməsi – divarın nazik hissəsində qabağa gələn damarların genişlənməsi.

Defekasiya – bağırsaqdan nəcisin ifrazı aktı.

Defvisit - lazım olan elementlərin orqanizmdə olmaması və ya çatışmaması.

Degenerasiya – geri inkişaf prosesinin yüngülləşməsi.

Depiqmentasiya – toxumalarda piqmentlərin itirilməsi.

Deramitlər – dərinin iltihab zədələri.

Dermatozlar – dərinin anadan gəlmiş və ya qazanılan patoloji vəziyyəti.

Dermoqafizm – mexaniki qıcıqlanmada dərinin rənginin dəyişməsi.

Dəmirdefisitli anemiya – dəmir defisiti ilə bağlı anemiya.

Dəri qaşınması – qaşınma ilə müşayiət olunan hissiyyat.

Dərman allergiyası – dərmanlarla törənən allergik reaksiya.

Diareya – islah.

Diatezlər – orqanizmin anadangəlmə və ya qazanılmış xüsusiyyətlər toplusu, adi qıcıqlanmalara özünə məxsus reaksiyaları ilə xarakterizə olunurlar.

Disfalgiya – udqunmanın ağırlaşması.

Dİş kariyesi – dişin bərk toxumalarında inkişaf edən boşluqlar şəklində olan destruksiyası.

Diurez – sidiyin yaranma və fiziki aktı.

Dizuriya – sidik ifrazı pozulmaları.

Duodenit – 12 barmaq bağırsağın selikli qişasının iltihabı.

_____E_____


Eklapsiya – hamilələrin gecikmiş toksikoz formaları.

Ekzantema – dəridə səpkilərin ümumi adı.

Ekzema – dərinin xroniki xəstəlikləri.

Ekzogen psixozlar – somatik xəstəliklər və intoksikalar zamanı yaranan psixi pozuntular.

Emfizema – hava və ya orqanlarda yaranan qazların təsiri altında orqan və toxumaların genişlənməsi.

Emosiyalar – qıcıqlanmalara cavab olaraq yaranan narahatçılıq ilə ifadə olunan, insanın subyektiv vəziyyəti.

Enantema – selikli qişalarda səpkilərin ümumi adı.

Endemiya – müəyyən yaşayış ərazisinə xas olan xəstəliklər.

Ensefalitlər – beynin iltihab xəstəlikləri .

Ensefalopatiya – beynin diffuz xırda xəstəlikləri.

Enterit – yoğun bağırsağın iltihabı.

Enterokolit – nazik və yoğun bağırsağın selikli qişasının iltihabı.

Epilepsiya – qıcolma ilə və nadir hallarda şəxsiyyətinin tanımamaqla müşayiət olunan xroniki xəstəlik.

Eritema – dəri və ya selikli qişanın hiperimik hissəsi

Eroziya – dəri, dodaqların qırmızı hissəsi və selikli qişaların defekti.

Ezofagit – qida borusunun iltihabı.

Əsas mübadilə - tam dincəlmə vəziyyətində orqanizmin fəaliyyəti üçün lazım olan enerjinin minimal miqdarı.
_____F_____
Faringit – qurtlağın selikli qişasının iltihabı.

Fermentlər – canlı orqanizmdə baş verən kimyəvi prosesləri tezləşdirən xüsusi zülallar.

Fibrin – qan laxtalanması prosesində trombanın təsiri altında yaranan, suda həll olunmayan zülal.

Fibrinohen – qan plazmasında həll oluna bilən zülal.

Flebit – venanın iltihabı.

Fleqmona – dərialtı birləşdirici toxumanın irinli iltihabı.

Fobiyalar – müxtəlif əşyalardan, hərəkətlərdən, situasiyalardan qorxma vəziyyəti.

Follikulit – stafilakokların törətdiyi, tük hissələrinin iltihabı.

Frontit – alın sümüyünün selikli qişasının iltihabı.

Furunkulez – furunkulların yaranması ilə səciyyələnən xroniki stalifodermiya.


_____G_____
Gialinoz - hüceyrədən kənar zülal distrofiyasının variantı.

Ginqvit – damaqların selikli qişalarının iltihabı.

Glossit – dil toxumalarının iltihab prosesləri.

_____H_____


Hamiləlik – qadın orqanizmində dölün inkişafı.

Helmintlər – parazitik qurdlar.

Helmintozlar – parazitlik qurdlarla – helmintlər ilə törənən xəstəliklər.

Hemotologiya – qan tərkibi və qan xəstəliklərini öyrənən tibbi bölmə.

Hematuriya – sidikdə qanın olması.

Hemoqlobin – ağciyərdən toxumalara oksigeni daşıyan mürəkkəb zülal.

Hemoliz – eritositlərin dağılma prosesi.

Hen – struktur və funksional irsi vahid.

Hepatit – qaraciyərin iltihab xəstəlikləri.

Hepatozlar – qaraciyər xəstəliklərinin ümumi adı.

Herpes – dəri və selikli qişalarda səpkilərlə müşayiət olunan virus xəstəliklər.

Həzm sistemi – orqanizmin fəaliyyəti üçün lazım olan, qidanın həzm olunmasını təmin edən orqanlar.

Hiperxolesterinemiya – qanda xolesterinin yüksək miqdarı.

Hiperkaliemiya – qan zərdabında kalsiumun yüksək miqdarı.

Hiperostoz – ilik toxumasının həddən çox olması.

Hiperplyaziya – toxuma elementlərinin çox yaranması.

Hipeetenziya – boşluq, tənasül orqanlarda və damarlarda yüksək təzyiq.

Hipertonik xəstəlik – daimi yüksək təzyiq ilə səciyyələnən vəziyyət.

Hipertorfiya – toxuma və ya orqanların həcm və çəkilərinin çoxalması.

Hipervitaminozlar – yüksək dozalar nəticəsində vitaminlərlə intoksikasiya.

Hipo natriemiya – qan plazmasında natriumun miqdarının azalması.

Hipoaratireoz – paraqalxanvari vəzilərinin funksiyalarının çatışmazlığı.

Hipodinamiya - əzələ gücünün azalması.

Hipofunksiya – orqan sistemlərinin və toxumaların fəaliyyətlərinin zəifləməsi.

Hipokaliemiya – qanda kaliumun konsentrasiyasının azalması.

Hipokalsimeya – qanda kasliumun miqdarının aşağı düşməsi.

Hipoqlikemiya –qanda qlükozanın miqdarının normadan aşağı düşməsi.

Hipotenziya – orqanizmdə boşluqlarda təzyiqin azalması.

Hipotiniya – tonusun patoloji azalması.

Hipotireoz – qalxanvarı vəzinin funksiyasının azalması.

Hipovitaminoz – orqanizmdə vitamin çatışmazlığı.

Hirsutizm – qadınlarda çox tüklənmə.

Hopdurma – dəridən dərmanların yeridilməsi.

Huş – fəaliyyətin yüksək təzahür forması.

Hüceyrə - nüvə aparatı və sitoplazmadan ibarət və ətraf mühitlə mübadilə aparmaq qabiliyyətinə malik olan elementar canlı sistem.


Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin