İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014



Yüklə 286,46 Kb.
səhifə38/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   34   35   36   37   38   39   40   41   ...   161
SALAMLIQHAQQINDADNCLR

_____T_____
Taxikardiya – dəqiqədə 90 düyündən çox ürəyin açılıb yığılması.

Taxipnoe – nəfəsin dəqiqədə 40-dan çox artması.

Tetaniya – yüksək sinir-əzələ durğunluğu nəticəsində yaranan tonik qıc olmalar.

Tənasül vəziləri – cinsi hüceyrələri istehsal edən orqanlar.

Tənzimlənmiş qida – optimal nisbətdə orqanizmdə lazım olan qida maddələrini təmin edən qidalanma.

Tik - əzələlərin və ya əzələ qruplarının qeyri-ixtiyari stereotip açılıb-yığıması.

Tireoidit – qalxanvari vəzinin iltihabı.

Tonus – sinir mərkəzlərinin bəzi toxuma və orqanların daimi aktivliyi.

Tonzilit – kəskin və xroniki badamcıqların iltihabı.

Tor qişa – göz qabığının daxili qatı.

Traxeir – traxeyanın selikli qişasının iltihabı.

Tripsia – həzmin əsas fermentlərdən biri.

Trofika – müxtəlif toxumaların qidalanma proseslərinin toplusu, boyu, yetkinlik, toxumaların və orqanizmin strukturunun və funksiyaların saxlanması.

Trofvik xoralar – neyrohen-trofik mənşəli xoralar qpupu.

Tromboz – damarlarda qan laxtalanması.

Turqor – yumşaq toxumaların və orqanların mexaniki təsirlərə müqavimət göstərmək qabiliyyəti.

Tüklər – dərinin buynuzvari epielital törəmələri iltihab-patogen qıcıqlanmanı təsirinə orqanizmin reaksiyası.

Tüpürcək – həzmdə iştirak edən, ağız boşluğuna ifraz olunan, tüpürcək vəzilərin sekreti.

Tüpürcək ifrazı – tüpürcək vəzilərin sekretor fəaliyyəti.

_____U_____


Ulduz – ağız künclərinin dəri və selikli qişasının xəstəliyi.

Ur – qalxanvari vəzinin gözə görünən şişi.

Uratlar – sidik turşusunun duzları.

Uraturiya – çöküntü formasında sidik turşusunun və onun duzlarının (urat) ifrazı.

Uremiya – böyrək çatışmazlığında inkişaf edən autointoksiya sindromu.

Uretrit – sidik kanalının selikli qişasının iltihabı.

Uveit – göz damarlarının iltihabı.


_____Ü_____

Ürək – damar çatışmazlığı – ürək və damar çatəşmazlığının birləşməsi.

Ürək artimiyaları – ritmin olmaması, ürəyin qeyri-ritmik işlənməsi.

Ürək çatışmazlığı – orqan və toxumaları qanla təmin etmək qabiliyyətini itirən patoloji vəziyyəti.

Ürək getmə - yıxılma və huşun qısa müddətli itməsi ilə müşahidə olunan, ani inkişaf edən patoloji vəziyyət. Ürəkbulanma və ağız boşluğunda ağırlıq hissi.



_____V_____
Vaskulit – qan damarları divarlarının iltihabı.

Vegeterianlıq – heyvan mənşəli qida məhsullarının tamamilə və ya qismən istisna edən qida sistemi.

Venalar – sağ ürək qulqcığı qanı aparan qan damarı.

Vərəm – vərəm mikrobakteriyaların səbəb olduğu xroniki infeksion xəstəlik.

Vibrasiya – elastikli mexaniki hərəkət.

Vitaminlər – həyat funksiyalarını saxlamaq üçün qida maddələri.

Vitmainologiya – vitaminlərin strukturu və təsirini öyrənən elm.

Vitiliqo – dəri disxromiyalarının növü.


____Y____


Yaddaş – alınmış məlumatın saxlanması, mənimsənilməsi və ötürülməsi xüsusiyyətinə malik olan canlı materiya.

Yododerma – yodun böyük dozalarda uzun müddət qəbulu ilə bağlı dəri zədələri.

Yorğunluq – intenasiv və uzun müddətli iş ilə bağlı, funksional imkanların müvəqqəti azalması.

Yuxusuzluq – yuxunun müxtəlif cür pozulmaları.

Yükboşalma günləri – aşağı kalorili qidalanma ilə xüsusi pəhriz günləri.

_____Z_____


Zəhərlər – zəhərlənməyə səbəb olan maddələr.


Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin