BİOLOJİ AKTİV ƏLAVƏLƏRİN NÖVLƏRİ
Məhsullar şərti olaraq 3 qrupa bölünür:
1) Təmizləyicilər – orqanizmdən şlakları (orqanizmin öz fəaliyyəti nəticəsində əmələ gəlmiş tullantılar), sərbəst radikalları, ağır metal duzlarını və digər kimyəvi, zəhərli maddələri çıxarırlar.
2) Tamamlayıcılar – orqanizmi onun normal fəaliyyət göstərməsi, güclü immunitetin olması, özünü bərpa edə bilməsi üçün lazım olan mikroelementlər, vitaminlər, provitaminlər, doymamış yağ turşuları, amin turşuları, sellüloza və s. ilə təmin edirlər.
3) Bərpaedicilər - orqanizmin dəyişmiş funksiyalarını bərpa edir, artıq yaranmış xəstəlikləri aradan qaldırmağa kömək edir. Bu BAƏ parafarmasevtlər adlandırırlar. Yəni onlar əsasən xəstəliklərin müalicəsində istifadə olunur.
Amma bu bölgü şərtidir, çünki hər bir məhsul qismən də olsa bu sadalanan 3 xassəyə malikdirlər. Məsələn, "antilipid çay " həm orqanizmdən zəhərli maddələri çıxarır, orqanizmi qan səviyyəsində təmizləyir, həm orqanizmi C, B qrup vitaminləri ilə təmin edir, həm də bərpaedici iş görür – qan təzyiqini normallaşdırır.
Dostları ilə paylaş: |