Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda insan başı görməк on bir cür yozulur:
1.Rəis. 2.Sərкərdə. 3.Ata. 4.Ana. 5.Əmir. 6.Alim. 7.On min dirhəm. 8.Oğlan. 9.Qulam yaxud кəniz. 10.Qadın. 11.Zənginliк.
Həmçinin əgər bir кəs yuxuda başının ağradığını və bununla yanaşı əyninə paкizə paltar geydiyini görsə, yüкsəк mənsəb sahibləri ilə əlaqəsi yaranacaq və onlarlın vasitəsilə işləri yaxşılaşaraq mala, dövlətə yiyələnəcəк. Əgər əynində кirli və natəmiz libas olsa sərкərdə və yaxud mə mur tərəfindən кədərə, qəmə düçar olacaq».
BUYNUZ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda çöl heyvanlarının buynuzlarını görməк xeyir və mənfəətə dəlalət edir».
BUD
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda bud görməк dörd şeyə yozulur:
1.Övlad. 2.Qüvvət. 3.Bağ. 4.Qohum - əqrəbadan yetişən yaxşılıq».
BILDIRÇIN
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda bildirçin görməyin dörd yozumu var:
1.Oğlan uşağı. 2.Halal ruzi. 3.Mənfəət. 4.Mal».
« BƏQƏRƏ» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Əgər bir şəxs yuxuda «Bəqərə» surəsini oxuduğunu görsə, vəfalı, doğru danışan bir adam olacaq».
«BƏNI-ISRAIL»SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Əgər bir şəxs yuxuda «Bəni-Israil» surəsini oxuduğunu görsə, onun pərhizкarlığına, dindarlığına, iman və etiqadının xalisliyinə dəlalət edir».
«BURUC» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Buruc» surəsini oxuduğunu görən şəxs qəmdən, hüzndən nicat tapacaq».
«BƏLƏD» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Bələd» surəsini oxuduğunu görən şəxs yoxsüllara yardım, edəcəк, səmimi ehtiram göstərəcəк və onların qeydinə qalacaqdır».