İmtahan Sualları Pedaqogika elminin təşəkkülu və inkişafı



Yüklə 53,03 Kb.
səhifə11/19
tarix02.04.2023
ölçüsü53,03 Kb.
#92592
1   ...   7   8   9   10   11   12   13   14   ...   19
pedaqogika


Mühitin rolu. İnsan müəyyən mühitdə doğulur və böyüyür. Buna görə də istər-istəməz həmin mühitin təsirinə məruz qalır. "Mühit" anlayışı məzmunca geniş olub, insana təsir göstərən xarici amillər sistemini - insanın həyat və fəaliyyəti üçün zəruri olan təbii və ictimai şəraiti əhatə edir.
Mühit insana müsbət və ya mənfi təsir göstərə bilər. İnsanlar üçün yaradılan əlverişli mənzil-məişət şəraiti, mədəni-maarif, təhsil və sağlamlıq ocaqları, əmək və istirahət şəraiti, insan münasibətləri şəxsiyyətin inkişafına güclü təsir göstərən sosial mühit amillərinə daxildir.
Şəxsiyyətin formalaşmasına sosial mühit daha çox təsir göstərir. Sosial mühit iki cürdür: mikro və makromühit. Mikromühit insanı bilavasitə əhatə edən mühitdir (ailə, məktəb, məhəllə, yoldaşlıq mühiti). Makromühit isə cəmiyyət həyatıdır, geniş sosial mühitdir. İnsanın inkişafına hər iki mühit güclü təsir göstərir. Kiçik yaşlarda mikromühitin təsiri böyükdür. Körpəlikdən heyvan sürüsünə düşən uşaqların həmin heyvanın xüsusiyyətlərini götürməsi faktları məlumdur.
Mikromühit geniş sosial mühitin tərkib hissəsidir. Cəmiyyətdə gedən proseslər ailədə, məktəbdə, əmək kollektivlərində də özünü göstərir. Cəmiyyətin demokratik xarakteri, hüququn aliliyi, ədalət prinsipləri şəxsiyyətin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Valideynlərdən biri məşhur fizik Pifaqordan soruşmuşdu: "Övladımı ağıllı, tərbiyəli böyütmək üçün mən nə etməliyəm?" Böyük alim demişdi: "Əgər övladınız ədalətli cəmiyyətdə yaşayarsa, heç nədən narahat olmayın. Əks halda verdiyiniz tərbiyənin də müsbət nəticəsi olmayacaq".
Cəmiyyət həyatı, onun tələbatları, maddi və mənəvi sərvətləri tərbiyə işində həlledici şərtdir. Şəxsiyyətin tələbatlarını, mənəvi sərvətlərini də cəmiyyət müəyyən edir.

Tərbiyənin rolu. Şəxsiyyətin inkişafında tərbiyə böyük təsir gücünə malikdir. Mühit insana kortəbii, bəzən də mənfi təsir göstərdiyi halda, tərbiyə məqsədyönlü və planlı təsirdir. İnsanın mühitə münasibəti tərbiyə ilə bağlıdır, onunla tənzim olunur. Tərbiyə mühitin müsbət cəhətlərinə istinad edir, onun mənfi təsirlərini neytrallaşdıra bilir. O, insanda mühitin zərərli təsirlərinə qarşı müqavimət gücü formalaşdırmağa qadirdir. Bunun nəticəsidir ki, heç də hamı mühitin mənfi təsirinə eyni dərəcədə məruz qalmır.
Tərbiyə insanın təbii imkanlarının üzə çıxarılması və inkişafına kömək göstərir. O, uşaqların həyat və fəaliyyətini təşkil etməklə onların maraq və qabiliyyətlərinin inkişafına əlverişli şərait yaradır. Son dövrlərdə respublikamızda idmanın və bədii yaradıcılığın müxtəlif sahələrində gənc istedadların (o cümlədən qızlar arasında) yetişməsi yaradılmış əlverişli şəraitin və tərbiyənin nəticəsində mümkün olmuşdur. Çünki istedad qayğı və şərait tələb edir.
Tərbiyə şəxsiyyəti "layihələşdirir", onun ahəngdar inkişafını istiqamətləndirir.
Müxtəlif fəaliyyət növlərində iştirak etməklə uşaq müxtəlif tərbiyə keyfiyyətləri, düzgün davranış adətləri qazanır, ictimai varlıq kimi, şəxsiyyət kimi formalaşır. Cəmiyyətin, müəllim və valideynlərin tələbləri tədricən insanın daxili tələblərinə və mövqeyinə çevrilərək, onun rəftar, davranış və fəaliyyətini tənzim edir. Beləliklə, təhsil özünütəhsillə, tərbiyə isə özünütərbiyə ilə qovuşur.

Yüklə 53,03 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin