İmtahan sualları



Yüklə 73,42 Kb.
tarix02.01.2022
ölçüsü73,42 Kb.
#42304
növüYazı
1234seyf


İmtahan sualları:

  1. Türk adının yaranması haqda ətraflı məlumat yazın

Türklәrin bilinәn tarixinin dörd min illik yaşı var, Asiya, Avropa vә Afrikada müxtәlif adlarla dövlәtlәr vә imperiyalar yaradıblar (Halaçoğlu 2002; 8).

Heredotun Şәrq xalqları arasında adını andığı “Targitalar” tarixçi Hammerin qәdim Sak torpaqlarında yaşayan “Tyrkae”lәr, Hind mәnbәlәrindә adı anılan “Turukha, Turuşka”lar, Ön Asiya mıxi yazılarında anılan “Turukku”lar kimi xalqları, Tövratda adı çәkilәn Nuh Peyğәmbәrin oğlu Yafәsin nәvәsi “Toqharma”nı araşdırıcılar Türklәrlә әlaqәlәndiriblәr. Türk adı ilk dәfә Orxun abidәlәrindә çәkilib vә orda “Türük, Török” şәklindә iki hecalı söz olaraq yazılıb (Orkun 2011; 22).

İngiltәrә üçün işlәyәn Macar әsilli araşdırmaçı Arminius Vamberynin irәli sürdüyü fikrә görә “Türk” adı törәmәk felindәn yaranıb. Ziya Gökalp da “Türk” adını törәli, yәni qanun-nizam sahibi kimi açıqlayıb. Rәşid Rәhmәti Arat 1911-ci ildә “Әski türk şeiri” adlı bir әsәri çap etdirib ki, orada da Türk adı bir uyğurca şeirdә güclü-qüdrәtli mәnasında işlәdilib (Arat 1991; 388). Hәmin şeirdә güclü-qüdrәtli mәnasında işlәdilәn Türk sözünün hәm dә millәt mәnasında olduğu Alman arxeoloqu Albert von Le Coq tәrәfindәn irәli sürülüb, sonra isə Vilhelm Thomsen bu fikri tәsdiqlәyib. Fransız alimi Louis Bazin Türk sözünün mәnaca (semantik) “yaranmış, inkişaf etmiş çox inkişaf etmiş, güclü” anlamları daşıdığını irәli sürüb.

Miladi 420-ci ildә yazılmış bir Pers mәtnindә Türk sözü Seyhun çayından o tәrәf-lәrdәki, yәni Turan deyilәn bölgәdә yaşayan xalqları bildirib. Miladi 515-ci ildә qeydә alınan Çin mәnbәlәrindә isә Türk sözü, “Türk Hun” yәni qüdrәtli Hun adı ilk dәfә dövlәt adı kimi Göytürk dövlәtinә verilib. Bu dövlәti yaradan Aşina oğulları hәmin adı yaratdıqları dövlәtә ad kimi veriblәr. Daha sonralar Göytürk Dövlәtinin böyüyüb imperiyaya çevrilmәsi ilә birlikdә bu dövlәtә tabe olan qohum xalqlar vә tayfalar “Türk” adı ilə anılıblar (Turan 1995; 22). Belәliklә, bu imperiya vasitәsi ilә “Türk” adı etnik deyil, siyasi ada çevrilib (Kafesoğlu 1998; 43-44).

Türk adı daha sonralar coğrafi adlara verilib. Miladi VI әsrdә Orta Asiyaya, yәni Türküstana, 9-10-cu әsrlәrdә isә Volqa çayından Orta Avropaya kimi olan yerlәrә “Türkiyә” deyilib. Şәrqi Türkiyә Xәzәr ölkәsi, Qәrbi Türkiyә isә Macarların ölkәsi kimi anılıb. 13-cü әsrdә isә Misir vә Suriya “Türkiyә” kimi adlanıb. Anadolu coğrafiyası isә 12-ci әsrdәn tutmuş Türkiyә kimi anılmağa başlayıb.


  1. "Oğuz Kağan" dastanının təhlili

Dastan: Millətin ürəyində, könlündə və fikrində dərin təsirlər buraxan tarixi və ictimai hadisələri mənzum şəkildə ifadə edən əsərlərdir. Türk dastan gələnəyinin zirvəsi isə Oğuz Kaqan dastanıdır. Dastan Adəm peyğəmbərin anılması ilə başlayır. Onun orijinal dili belədir:

“Xudayı Təala firiştələrgə aytdı kim torpakdın kişi yasap (yaradıb) can berip yir yüzində öz ornumqa (yerimə) xalifə kılıp koya turur men, tidi isə firiştələr ayıtdılar…” Tanrı cinlərə dedi ki, torpaqdan insan yaradıb, ona can verip yer üzündə öz yerimə xəlifə qıldım dediyində cinlər dedi… (Bahadır, 1996;111-112). Dastan bu cür bir dillə Oğuz Kaqanın həyatını, mübarizəsini və millətinə vəsiyyətini çatdırır.

Hun İmperiyasını yaradan babalarımızın dastanıdır. Araşdırmaçılar Oğuz ilə Mətənin eyni şəxs olduğunu irəli sürüb. Bəzi araşdırmaçılar isə Oğuz Kaqanın Mətə Kaqandan daha əvvəl yaşadığını və müəyyən oxşarlıqlar səbəbi ilə onların eyni şəxs kimi qəbul edildiyi iddiasını irəli sürür. Nə olarsa olsun, Oğuz da, Mətə də biz türklərin ulu babası və əfsanəvi tarixi şəxsiyyətimizdir. Dastan Uyğur Türkcəsi ilə 13-cü əsrdə qeydə alınıb və bu nüsxə Parisdə “Bibliothəguə Nationalə” adlı kitabxananın “Türkcə əsərlər” bölməsində 100-1 nömrəsi ilə qeydə alınıb.

Dastan, Oğuzun dünyaya gəlməsi ilə başlayır və hakimiyyəti altına aldığı Türk ellərini oğulları arasında bölüşdürməsi ilə axıra çatır.

Bu dastandan başa düşürük ki, Azərbaycan, Xorasan, İraq, Anadolu, Balkanlar, Krım, Ukrayna, Qüzey Afrika və Türküstanda dövlət yaradanlar Hun-Oğuz birliyinin nəvə-nəticələridir (Bahadır Han, 1996:235-272).


  1. Şərqi Türküstan Uyğur Muxtar Cümhuriyyəti

Şərqi Türküstan, Türküstanda (Orta Asiya) yaranmış bütün Türk dövlətlərinin mərkəzi olub. Bura, İslam dinini ilk qəbul edən Satuk Buğra Xan, “Divanı Lüğatit Türk”ün yaradıcısı Kaşqarlı Mahmudun və “Qutadqu Bilik”i yazarı Yusif Xas Hacibin məkanıdır.

Şərqi Türküstan, qədim vaxtlarda şərq ölkələrini qərb ölkələri ilə rabitələndirən tarixi İpək Yolunun üstündədir. Bu səbəblə Çinlilər tarix boyu bu coğrafiyaya hakim olmaq üçün hər yola müraciət edib. Türküstan Türkləri miladi 751-ci ildə Ərəblərlə Çin arasında yaranan Talas Döyüşündə Ərəblərin tərəfini tutub və Çinlilər min il Şərqi Türküstan torpaqlarına ayaq qoya bilməyib (Ərkin 2013; 1968).

Şərqdən Türküstan, güneydən Pakistan, Hindistan, Kəşmir və Tibət, cənub-qərbdən və qərbdən Əfqanıstan və Qərbi Türküstan, şimaldan Sibir və şimal-şərqdən Çin və Monqolustanla əhatələnib. Şərqi Türkistan, hal-hazırda 1,65 milyon kvadrat kilometrlik bir sahəyə malikdir, ancaq öncələri bura 1.82 milyon kvadrat kilometr idi. Muxtar cümhuriyyət Cunqarya Hövzəsi, Tanrı Dağları və Tarım Hövzəsi olmaqla üç bölgəyə ayrılıb.

Paytaxtı Urumçi şəhəri və rəsmi dili Uyğur Türkcəsidir. 1993-cü ildə aparılan əhali siyahıyaalınmasında Çinlilərin dediyinə görə Uyğur bölgəsində təqribən 10 milyondan çox Türk yaşayır. Bölgәdә Uyğurlardan özgə Qazax, Qırğız, Özbək və Tatar Türkləri də doğma vәtәnlәrindә yaşayır (Ərkin 2013; 1987).

Bugün Çin hökuməti Uyğur və digər Türk xalqlarında insanları sonsuzlaşdırma siyasətini həssasiyyətlə yeridir (Ərkin 2013; 1973).

Önəmli şəhərləri Kumul, Korla, Turpan, Hotən, Kaşqar, Ağsu, Borəlala, Karamay və Altaydır.



  1. "Uyğur törəyiş" dastanı

Mifoloji çağlardan tutmuş şifahi şəkildə yaranan möhtəşəm Türk dastanlarının qərblilərdən çox sonralar qeydə alınması, bizlərə qarşı qərəzli fikirlər daşıyan qərblilərin də Leon Cahun örnəyində olduğu kimi hər fürsətdə türkə çirkab atmalarının hansı kompleksdən yarandığını əslində aydın şəkildə büruzə verir. Bu gün qərblilərin öyündüyü bütün mifoloji xarakterli dastanların tamamının Türk dastanlarının oğurlandığı, sadəcə olaraq məkan, zaman və adların dəyişdirilyi, bir vaxtlar Avropada kökləşmiş Etrusklar örnəyində olduğu kimi artıq yavaş-yavaş dilə gətirilməkdədir (Bonfante-Swaddling, 2011:11-15).

Qədim türk dastanlarının indiyə kimi gəlib çatmış olanları türk, rus və ya avropalı araşdırmaçılar tərəfindən, çoxluqla da xalqın dilindən qeydə alınıb. Hətta qədim Çin, Pərs və Bizans mənbələrində də bu dastanlara rastlanıb.

Türk dastanları xüsusilə 19-cu əsrdən sonra elmi şəkildə qeydə alınıb. Onlarla bağlı elmi araşdırmalar isə ancaq 20-ci yüzillikdə başlayıb (Gökdağ-Üçüncü, 2015:15). Monqol tarixçisi Ata Məlik Cüveyninin “Tarixi Cihanguşa” adlı əsərində də qeydə alınıb. Temir Buka adına ucaldılan Uyğur abidəsində də dastanla bağlı məlumatlar mövcuddur. Dastanda Uyğurların bir ağacdan dünyaya gələn beş uşağın nə cür Uyğur xalqını təkrarən meydana gətirdiyi mövzu götürülüb. Mani dinini qəbul edən Bögü Kağan dastanın qəhrəmanıdır, ancaq dastanda Mani dininin prinsipləri əvəzinə qədim Türk inamı olan Tenqriçiliyin/Tanrıçılığın əsas motivləri nəzərə çarpır (Ögəl, 2010: 73-90).


  1. Tarixdə Türkiyə haralara deyilib?

Türk adı daha sonralar coğrafi adlara verilib. Miladi VI әsrdә Orta Asiyaya, yәni Türküstana, 9-10-cu әsrlәrdә isә Volqa çayından Orta Avropaya kimi olan yerlәrә “Türkiyә” deyilib. Şәrqi Türkiyә Xәzәr ölkәsi, Qәrbi Türkiyә isә Macarların ölkәsi kimi anılıb. 13-cü әsrdә isә Misir vә Suriya “Türkiyә” kimi adlanıb. Anadolu coğrafiyası isә 12-ci әsrdәn tutmuş Türkiyә kimi anılmağa başlayıb. XI әsrdә qәrbә sarı axan Türk boyları Çin vә Hindistan sәrhәdlәrindәn Bizans vә rus sәrhәdlәrinә kimi olan sahәlәrdә yayılıb. Avropalı sәyyahlar Qıpçaq ellәri dә daxil olmaqla, Tuna çayı sahillәrindәn Altay dağlarına kimi olan bölgәlәri “Böyük Türkiyә” kimi adlandırıb/ Bugün dünyada 300 milyona yaxın Türkün yaşadığı mәlumdur, ancaq Türk dünyası Şәrqi Türküstandan Adriyatik dәnizi sahillәrinә kimi olan coğrafiyalarda bölünmüş, parçalanmış haldadır. Yeni nәsillәrin birinci vәzifәsi bu dünyaya mәnsub Türk xalqlarını tanımaq, öyrәnmәk vә Atatürkün “Köklәrimizә enmәli vә olayların böldüyü tariximizin içindә bütövlәşmәliyik” (Altaylı 2005; 6) şәklindә dilә gәtirdiyi vә hәr bir Türk övladına vәsiyyәti olan bu sözlәrinә әmәl etmәliyik.

  1. Başkurdlar

Rusiya Federasiyasını təşkil edən muxtar cümhuriyyətlərdən biri olub Volqa Federal Bölgəsinə bağlıdır və bölgәnin mərkəzi Nijniy Novqoroddur. Muxtar cümhuriyyәtin paytaxtı isә Ufa şәhәridir. Torpaq sahəsi 143 600 kvadrat kilometrdir. Ölkədə 54 rayon, 21 şəhər, 40 qəsəbə vardır, paytaxtı Ufa şəhəridir, əhali sayı 4 milyon qədərdir. Önəmli şəhərləri Sterlitamak, Beloret, İşimbay, Sibay və Belebeydir. Ölkə, Ural və orta Ural dağlarının qərbində, İdil çayı ilə onun bir qolu olan Ufa Çayı hövzəsində yerləşib. Şimalqərbində Tataristan və Udmurt Muxtar Cümhuriyyəti, şimalında Perm və Sverdlosk, şərqində Çelyabinsk, güneyində Orenburq bölgəsi ilə əhatələnib.

Yeraltı sərvətləri ilə Rusiya Federasiyasının ən varlı ölkəsidir. Neft, qaz, kömür, torf, mis, sink, dəmir, manqan, alüminyum və qızıl mədənlərinə malikdir.

Başqırd adı ilk dəfə 9-cu əsrin mənbələrində anılıb.

8-ci əsrdə İdil və Güney Ural bölgəsində yaşayan başqırdlar daha sonra Qərbi Sibirə də yayılıblar. İndiki torpaqlarında isә 9-cu əsrdə məskunlaşıblar. 13-cü əsrdə Monqol hakimiyyəti tərəfindən Qızıl Orda Dövlətinə tabe edilib, 14-cü əsrdə Özbək Xan zamanında İslam dinini qəbul ediblər. Qızıl Orda Dövləti ləğv olduqdan sonra həmin dövlətin mirasçıları tərəfindən bölüşülüblər. Rusların Qazan Xanlığının işğalı ilə Başqırd yurdu da işğal edilib. Bu vəziyyət hələ də davam edir.

Ruslar yerli xalqın dillərini də dövlət dili kimi 1990-cı illərdə qəbul ediblər, bununla da qardaş xalqlar arasına ayrıseçkilik salıblar. Bu siyasət Tatar-Başqırd ziddiyətinin yaranmasına və ifrata çatdırılmasına xidmət edir (Özbay 2013; 2031-2040). Başqırd Türklərinin dili Tatar, Qazax, Noqay Türklərinin dili ilə qohumdur (Binər 2013; 2048).


  1. "Yaradılış" dastanı

Qədim türk dastanlarının indiyə kimi gəlib çatmış olanları türk, rus və ya avropalı araşdırmaçılar tərəfindən, çoxluqla da xalqın dilindən qeydə alınıb. Hətta qədim Çin, Pərs və Bizans mənbələrində də bu dastanlara rastlanıb.

Türk dastanları xüsusilə 19-cu əsrdən sonra elmi şəkildə qeydə alınıb. Onlarla bağlı elmi araşdırmalar isə ancaq 20-ci yüzillikdə başlayıb (Gökdağ-Üçüncü, 2015:15).

Saxa coğrafiyasından tutmuş Anadoluya kimi olan sahələrdə yaşayan Türk xalqlarının ən tanınmış dastanları:

Yaradılış, Alpərtunqa, Oğuz Kaqan, Bozqurd, Ərgənəkon, Uyğur Törəyiş, Uyğur Köç, Maaday Qara, Ural Batır, Ağ Boz At, Altın Yaruq, Manas, Qara Yorqa, Alpamış, Zayaltülək ilə Hıvhılıv, Qocabaş, Ər Samır, Battal Qazi, Sarı Saltuk, Koroğludur. Altay-Saxa Türkləri arasından Verbitskiy və Radloff tərəfindən qeydə alınmış dastanın iki versiyası mövcuddur. İlk Türk dastanlarının xüsusiyyətinə malik olduğundan həddən artıq önəmlidir. Dastanda Ulu və Tək olan Tanrı inamı hakimdir. Varlığın başlanğıcı olaraq suyun göstərilməsi, səmavi dinlərə məxsus kitabların və digər xalqların kainatın başlanışı ilə bağlı ifadələriylə üst-üstə düşür (Gökdağ-Üçüncü, 2015:19).



  1. Qazaxstan

Keçmiş Sovetlәr Birliyinin ikinci böyük olan ölkәsidir. Ölkә qәrbdәn şәrqә, Xәzәr dәnizindәn Çin sәrhәddinә kimi 3000 kilometr genişlikdәdir. Quzeydә rus stәplәrinә, güneydә Orta Asiyaya, yәni Türküstana kimi uzanıb gedir. Ərazisi 2,7 milyon km2-dir və Asiya qitәsindә Rusiya Federasiyası vә Çindәn sonra üçüncü böyük ölkәdir. 1993 sayımına (statistikasına) görә әhalisinin sayı 16 901 000 nəfərdir.

Sovet dövründә Qazaxıstandakı torpaqlardan kifayәt qәdәr mәhsul almaq mәqsәdi ilә Rusiya, Ukrayna, Belarus vә Moldovadan 150 000 nәfәr aparılaraq mәhsuldar torpaqlarda mәskunlaşdırılıb, ruslaşdırma siyasәti yeridilib. Bu siyasәt dә qazaxların ancaq 45 faizinin öz ana dilindә danışmasına, qalan 55 faizin isə rus dilini mәnimsәmәsinә sәbәb olub. Rus varlığı ölkәnin hәr bir sahәsindә hökmran olub vә Qazaxıstan ordusunun ehtiyat qüvvəsinin 60 faizini ruslar tәşkil edib (Avşar-Solak-Tosun 2013; 269). Ölkәnin quzeyindә Rusiya, güneyindә Türkmәnistan, Özbәkistan vә Qırğızıstan, şәrqdә Çin Xalq Cümhuriyyәti yerlәşir, Xәzәr Dәnizi ilә Aral gölündә dә sahillәri vardır.

Paytaxtı Astana şәhәri, pul vahidi tәngәdir. Almatı, Cambul, Çimkәnd, Türküstan, Karaqanda, Semipalatinsk, Kökçәtav, Kustanay, Turqay, Quryev Baykonur önәmli şәhәrlәridir.

Ölkәnin beşdә biri dağlardan ibarәtdir. Ölkәdә minlәrlә çay mövcuddur vә bunların böyük hissәsi Xәzәr dәnizi, Aral, Balkaş vә Tengiz göllәrinә axır. Qazaxıstan torpaqlarını bir başdan digәr başa kimi keçәrәk Şimal Buzlu okeanına axan çayları isә Irtış, İşim vә Tobuldur (Ölke Raportu 2012).




  1. Çuvaşlar

Çuvaş Türkləri, İdil-Ural bölgəsində yaşayan və özlərini Çıvaş adlandıran və Rusiya Fədərasiyasına bağlı Çuvaş Cümhuriyyətində yaşayan bir türklərdir. Çuvaşların Avropa Hunları və Xəzərlərlə qohum olduqları irəli sürülür (Bayram-Durmuş 2013; 2054). İdil-Ural bölgəsindəki digər cümhuriyətlərdə və vilayətlərdə də çox sayda Çuvaş Türkü yaşayır. Tataristan, Başkurdistan, Mari El, Mordva, Udmurt cümhuriyyəti, Samara, Ulyanov, Orənburq, Saratov, Sverdlov vilayətlərində; Sibirin Tümən, Kəmərov vilayətləri ilə Krasnoyarsk bölgəsində yaşayırlar.

2002-ci ildə aparılan əhali siyahıyaalınmasında 1.637.100 qədər çuvaşın Rusiya Federasiyasında yaşadığı aydın olub.

Çuvaşlar coğrafi və siyasi olaraq dağınıq yaşayırlar və etnik olaraq üç ana qrupa ayrılırlar:

1-Yukarı Çuvaşlar (Turi Çuvaşları). Bunlar Çuvaş Cümhuriyyətinin şimal və şimalqərb bölgələrində yaşayırlar. Kozmodemyaksz, Yadrinsk ilə Nijeqorod vilayətində yaşayan Çuvaşlar Viryal Çuvaşları adlanır və ənənəvi geyim-kecimi ilə bəzi adətləri Marilərə yaxındır.

2-Aşağı Çuvaşlar (Anatri Çuvaşlar). Çuvaş Cümhuriyyətinin güneyində və xaricində Orənburq, Simbirsk, Tataristan, Başqırdıstan və Saratov bölgələrində yaşayırlar. Bunlar digər etnik qruplara nisbətlə dillərini və mədəniyyətlərini daha yaxşı qoruyublar. Ənənəvi Çuvaş inamını hələ də davam etdirirlər və özlərini “Çîn Çîvaş” kimi tanıdırlar.

3-Orta-Aşağı Çuvaşlar (Anat Yençi) isə Cümhuriyyətin şimalşərq və orta hissələrində yaşayırlar. Anat Yençi Çuvaşları dil xüsusiyyətləri yönündən Viryal Çuvaşlarına, adət və ənənə yönündən isə Anatri Çuvaşlarına, yəni Aşağı Çuvaşlara yaxındılar.

Çuvaş adı adı ilk dəfə 16-cı əsrdə rus salnamələrində çəkilib. Knyaz Andrey Mixayloviç Kurbskiy 1551-ci ildə Kazana etdiyi səfəri ilə bağlı qeydlərində Çuvaşların adını çəkib. Bu səbəblə Çuvaş adının kökünün hardan gəldiyi mövzusunda araşdırmaçılar ortaq məxrəcə gələ bilməyib. 18-ci əsrə kimi özlərinin yazılı ədəbiyyatı olmayıb.

Çuvaşların yazılı ədəbiyyatının 19-cu əsrdə yaranmasına baxmayaraq olduqca zəngin bir xalq ədəbiyyatına malikdilər. Xalqın öz adət-ənənəsini hər cürə təzyiqə və asimilyasiya cəhdlərinə baxmayaraq qoruması şifahi xalq ədəbiyyatlarının orjinallığının pozulmadan davam etməsinə səbəb olub.

Çuvaşlar qəhrəmanlıq dastanları, mahnılar, nağıllar, ata sözləri, tapmacalar kimi zəngin bir şifahi ədəbiyyata malikdilər.


  1. “Alpamış” dastanı

Qədim türk dastanlarının indiyə kimi gəlib çatmış olanları türk, rus və ya avropalı araşdırmaçılar tərəfindən, çoxluqla da xalqın dilindən qeydə alınıb. Hətta qədim Çin, Pərs və Bizans mənbələrində də bu dastanlara rastlanıb.

Türk dastanları xüsusilə 19-cu əsrdən sonra elmi şəkildə qeydə alınıb. Onlarla bağlı elmi araşdırmalar isə ancaq 20-ci yüzillikdə başlayıb (Gökdağ-Üçüncü, 2015:15).

Saxa coğrafiyasından tutmuş Anadoluya kimi olan sahələrdə yaşayan Türk xalqlarının ən tanınmış dastanları:

Yaradılış, Alpərtunqa, Oğuz Kaqan, Bozqurd, Ərgənəkon, Uyğur Törəyiş, Uyğur Köç, Maaday Qara, Ural Batır, Ağ Boz At, Altın Yaruq, Manas, Qara Yorqa, Alpamış, Zayaltülək ilə Hıvhılıv, Qocabaş, Ər Samır, Battal Qazi, Sarı Saltuk, Koroğludur. İkinci Dünya Müharibəsi başladığı vaxt bir çox Türkmən şair və yazıçısı hərbi xidmətə alınaraq döyüşlərə aparılıb. Hərbə gedən minlərlə Türkmən gənci ilə birlikdə bu şair və yazıçılar da həlak olublar. Təbii olaraq bu da Türkmən ədəbiyyatı üçün böyük zərbə olub. Bu dönəmdə yazılan şeir, hekayə və romanların mövzusu hərb, hərbin səbəb olduğu izdirablardır. Bu çağda bəzi şair və yazıçılar tanınmağa başlayıb. Ata Atacanov, Hasımqulı Qurbanov, İlmıradov kimi gənclərin adı tez-tez dövri ədəbiyyatda sadalanıb. Bu çağdakı ədəbiyyatda yenə qəhrəmanlıq və vətən sevgisi ən başda gedən mövzulardır. Şairlər, Goroğlu, Manas və Alpamışın adlarını tez-tez çəkiblər.



  1. "Şu" dastanı

“Şu” dastanı haqqında ilkin məlumatlar M.Kaşğarinin “Divani lüğət-it-türk” əsərindən əldə edilmişdir. Lüğətdə dastan ərəb dilində verilib. M.Kaşğarinm “Divani lüğət it-türk” əsərinə daxil edilmiş bu dastan parçasında İsgəndərin adı Zülqərneyn kimi ifadə edilir. Şu e.ə. 4-cü əsrdə yaşamış Saka hökmdarıdır. Dastanda Şunun İsgəndər qoşunlarına qarşı döyüş tədbirləri, düşmənə qarşı türk ordusunun mübarizliyi əksini tapıb. Dastanın sonunda göstərilir ki, İsgəndər geri çəkildikdən sonra Şu Balasaquna gəlir və Şu şəhərini tikir. Dastanda verilən bu məlumatda türkün öz torpağına, yurduna sədaqəti, ona sahib çıxmaq istəyi və əzmi əksini tapır, hər bir türkdə qürur hissini artırır.

  1. Qırğız ədəbiyyatı

Qırğız adına ilk dəfə miladi 731-ci ildə vəfat edən Kül Tigin üçün 732-ci ildə tikilən Orxon abidələrində rastlanıb. Kül Tigin üçün təşkil edilən yuğ mərasimində iştirak edənlər, “yasçı və ağıçı kimi şərqdə gün çıxandan Bükli Çöl xalqı, çinlilər, tibətlilər, avarlar, bizanslılar, qırğızlar…” (Tekin, 2006:25) deyə yad edilərkən çəkilib.

Yuxarıda da işarə edildiyi kimi Yəhudi nəsəbli Fransız səyyahı David Leon Cahun “Qırğız” sözünün “avara, axmaq” mənasına gəldiyini irəli sürsə də qırğızlar özlərinin adının “qırx qız” sözündən törədiyini söylәyib.

Onların “Qırx qız əfsanəsi”nə görə bir xaqanın qızının qırx köməkçisinin olduğu, bir gün səhərə yaxın bir vaxtda sultanları ilə gəzməyə getdikləri, qarşılarına bir çayın çıxdığı, üzünə düşən qızıl rəngindəki maraqlı işığa barmaqlarını batırdıqları və qırxının da ilahi hikmәtlә hamilə qaldığı, bir müddət sonra artıq boylu olduqları başa düşülüncə dedi-qodunun başladığı, xaqanın da onları bir dağa sürgün etdiyi, qızları bu dağda yaşayıb vaxtı gәldikdә uşaqlarını dünyaya gətirdikləri, dünyaya gələn oğlan və qızların vaxtları çatdıqda evlənərək onlardan qırğızların törədiyi (Gökalp, 2015:25-26) qeyd edilib. Qırğızların danışdığı Türkcə aparılan axırıncı araşdırmalara görə bəzi fonətik, qrammatik və leksik yönləriylə ortaq olan Altaycanın Teleut, Telengit, Oyrot diyaləktləri ilə birlikdə Türkcənin şimalqərb alt qrupunda göstərilib (Cumakunova, 2013:1709).

Qırğız yazılı ədəbiyyatı da digər Türk xalqlarının ədəbiyyatları kimi şifahi olaraq başlayıb və özülü bu ədəbiyyat üstündə yaranıb. Onların xalq ədəbiyyatı əsrlər boyu Qırğız xalqının ictimai həyatında aparıcı rol oynayıb. Xalq ozanları hər cür ictimai, siyasi və mədəni hadisələri, təbiətlə bağlı duyğularını, məhəbbətlərini üç təlli “qomuz” adlanan musiqi alətlərilə dilə gətirərək bu gələnəyi əsrlər boyu canlı tutublar (Güngör, 2015:28).



  1. "Satuq Buğra" dastanı

Karakanidin hökmdarı Satuk Buğra Khan'ın İslamı qəbul etməsindən sonra Türk dastanları, 10. yüzyılda İslamı resmi olarak dini olarak kabul etmiştir. İlk dəfə İslamdan sonra yaranan dastan, bu hökmdarın əfsanələrlə zənginləşdirilmiş İslamı qəbul etmək və yaymaq üçün apardığı mübarizələrin anlatımı ilə dünyaya gəldi.
Hz. Məhəmməd, qanadlı atı Burakın göylərə qalxdığı "Mirac Gecəsi" zamanı göylərdə özündən əvvəlki peyğəmbərləri görür. Danişmend adından kimsəni tanıya bilmirlər və Cəbrayıldan kim olduğunu soruşurlar. Cəbrayıl: “Bu bir peyğəmbər deyil. Bu, ölümündən üç əsr sonra yerə enəcək bir ruhdur. Dininizi Türküstanda yayacaq bu ruh "Abdülkerim Satuk Buğra Han" adını alacaq. Hz. Dünyaya qayıtdıqdan sonra Məhəmməd hər gün İslamı Türk ölkəsinə yayacaq bu şəxs üçün dua etdi.

  1. Qırğızstan

Qırğız adına ilk dəfə miladi 731-ci ildə vəfat edən Kül Tigin üçün 732-ci ildə tikilən Orxon abidələrində rastlanıb. Kül Tigin üçün təşkil edilən yuğ mərasimində iştirak edənlər, “yasçı və ağıçı kimi şərqdə gün çıxandan Bükli Çöl xalqı, çinlilər, tibətlilər, avarlar, bizanslılar, qırğızlar…” (Tekin, 2006:25) deyə yad edilərkən çəkilib.

Yuxarıda da işarə edildiyi kimi Yəhudi nəsəbli Fransız səyyahı David Leon Cahun “Qırğız” sözünün “avara, axmaq” mənasına gəldiyini irəli sürsə də qırğızlar özlərinin adının “qırx qız” sözündən törədiyini söylәyib. Ölkәnin torpaqları 198 500 km2-dir, Qazaxıstan, Özbәkistan, Tacikistan vә Çin Xalq Cümhuriyyәti hakimiyyәtindәki Sincan Uyğur Muxtar Bölgәsi, yәni Şәrqi Türküstan ilә sәrhәddir. Ölkәdәki dağların bәzilәri 7500 metr hündürlükdәdir vә bura Orta Asiyanın su anbarı kimidir. Ölkә әhalisinin sayı 4,5 milyondur, paytaxtı Bişkek, rәsmi dili Qırğız türkcәsidir. Ölkәnin ikinci böyük şәhәri Oş olub, burada Özbәkistan türklәri әksәriyyәti tәşkil edir. Ölkә Çuy, Isık Kul (Müqeddes Göl), Oş, Talas, Calalabad, Narin vә Batkәn adlı yәddi idari bölgәyә ayrılıb, çok partiyalı demokratik bir rejimlә idarә edilir, pul vahidi “som”dur (Erdoğan 2002; 441).



  1. "Köç" dastanı

Türk dastanları bozqır mədəniyyətini yaradan ulu babalarımızın həyat mübarizələri ilə doludur. Uyğur ədəbiyyatında qurddan törəmə, göydən enmə, işıqdan yaranma motivləri çox sıx gözə dəyir. Tarixin müəyyən bir çağında yaranmış “Qutlu Dağ” əfsanəsində bir qayanın çinlilərə verilməsi nəticəsində qıtlıq olub və bu səbəblə onlar yurdlarını buraxıb köçüblər. Bununla da onlar Köç dastanını yaradıblar. Miflәr, xalqlarımızın minilliklərin arxasındakı dün-ya¬ görüşünü öyrənmək baxımından olduqca dəyərli mәlumatları qoruyub saxlaya bilmişdir. Dini-mifoloj sistemin, inamların, qәdim dövrә aid dünyagörüş¬ləri¬nin bu günә gəlib çatmasında dastanların, əfsanələrin, nağılların və xalq şeir¬inin xüsusi yeri var. Uyğur¬ların toplayıb çap etdirdiyi miflərin əsksəriyyəti başqa türk xalqlarından toplanmış miflərin oxşarı və ya variantlarıdır.

Uyğurlar türk xalqları arasında ilk oturaq həyata keçənlərdən sayılır. Türk soyunun ən qədim abidələri hesab edilən “Törəyiş” və “Köç” dastanları uyğurların qədim inamlarını və təsəvvürlərini, bu etnosun yaranma tarixini poetik dillə ifadə edən mifik dastanlar sayılır. “Köç” dastanı, “Törəyiş”dәn sonrakı hadisələri özündə əks etdirir.



  1. Saxalar

Bugünkü "Yakut" sözü Əvənk (Mançu-Tungus) dilindən gəlir. Onlar Saxalara Eko deyir. Saxalarla bağlı məlumatları Mançu-Tunquslardan alan Ruslar “e, ə” səsini “ya” səsinə çevirib arxasına –ut şəkilçisini gətirib “Eko” adını Yakut ediblər (Kirişçioğlu 2013; 2093).

1924-cü ildə Saxalı alim Ksenofontov, Cümhuriyyətin anayasa komissiyasına Yakut və Yakutiya sözlərinin yerinə Saxa və Saxastan sözlərinin yazılmasını təklif edərək Yakut sözünün Türkcə olmadığını dilə gətirib, ancaq o vaxt buna qulaq asan olmayıb. Saxalılar 27 Sentyabr 1990-cı ildə öz arzularına nail olub cümhuriyyətlərinin adını Saxa-Yakut Cümhuriyyəti şəklində təsdiqlədiblər (Göməç 1994;22).

Saxa Türklərinin dili Oğuz-Uyğur qrupuna daxildir (Bənzing-Məngəs 1988;5-6). Ölkənin paytaxtı Yakutstk olub bunun Saxacası Dokuuskaydır. Əhalinin sayı 2010-cu ildəki siyahıyaalmaya görə 958 528 qədərdir, ancaq bunun 466 492-ni Saxa Türkləri təşkli edir (Bacanlı 2013; 2079).

Saxa Türklərinin böyük əksəriyyəti Ruslar tərəfindən xristiyanlaşdırılıb, ancaq qədim inamları olan Tanrıçılığı davam etdirənlər də vardır və bu inam getdikcə yayılır.



  1. Tatarlar

Tatar adı tarixin müxtəlif çağlarında fərqli anlamlarda işlədilib. Orxon abədələrində Türk olmayan xalqlara “Tatar” deyilib (Orkun 2011; 31). Monqolların bir tayfasının adı da tatardır, hətta onlar Monqol adını daha sonralar mənimsəyiblər (Kemaloğlu 2013;2013). Ruslar əsrlər boyu Rusiyanın Avropa hissəsində yaşayan və müsəlman olan Türk xalqları üçün qәrәzli olaraq “Tatar” adını işlədiblər. Qazan Xanlığını işğal etdikdən sonra hansı türk yurdunu işğal ediblərsə, o xalqları tatar kimi qələmə veriblər.

Qızıl Orda Dövləti 1437-ci ildə kiçik xanlıqlara bölündükdən sonra Volqa boyundakı türk xalqlarına “Tatar” deyilib. Bugün isə “Tatar” adı yalnız Tatarıstan və Krım türkləri üçün istifadə edilir. Rusiya hələ də Qərbi Sibirdə yaşayan türk tayfalarını tatar kimi qələmə verir, bunda da müəyyən siyasi məqsəd güdür.

Uluğ Məhəmməd Xan 1437-ci ildə Kazan xanlığını yaradıb, ancaq bu xanlıq 1552-ci ildə ruslar tərəfindən işğal edilib. Moskva Çarı İvan, Kazan şəhərini 1556-cı ildə tutduğu vaxt Tatar xalqının böyük əksəriyyətini soyqırımla qılıncdan keçirib, qalanları da zorla xristianlaşdırmağa başlayıb (Çetin 9; 141-142). Lakin Çarlıq dövründə də xanlığın adı Kazan xanlığı kimi qalıb.

Bolşeviklər hakimiyyətə gəldikdə Moskva strateqlәri 1918-ci ildə Tatar-Başqırd Cümhuriyyətini yaradıb. Başqırdlar bundan müxalifət edib və 1920-ci ildə Cümhuriyyətin adı Tatarıstan olaraq qəbul edilib. Tatarlar 30 avqust 1990-cı ildə öz müstəqilliklərini elan etsələr də, Rusiya Federasiyası onların müstəqilliyini tanımayıb (Eberdes 2011;8).

Tatarıstan indi Rusiya Federasiyasının tərkibindədir və paytaxtı Kazan şəhəridir. Ölkə Orta Volqa bölgəsində yerləşir. Şimalında Mari və Udmurt, şərqdə Başqırdstan, qərbdə isə Çuvaş Muxtar Cümhuriyyəti yerləşir. Ölkənin torpaq sahəsi 68 000 km2, əhalisinin sayı 1989-cu ildəki sayıma görə 5 523 000 nəfərdir. Cümhuriyyətdə 18 şəhər, 22 məskun mahal var, dilləri isə türk dillərinin qıpçaq qrupuna daxildir (Ceylan; hacettepe.edu.tr).


  1. Özbəkistan

1218-ci ildə Çingiz xanın rəhbərliyindəki Monqol ordularının Mavəraunnəhrə yürüş etməsi nəticəsində Türk dövlətlərinin Türküstandakı hakimiyyəti sınıb. Monqol hakimiyyəti təqribən 150 il davam edib. XIV əsrin III rübündə Türküstandakı Monqol hakimiyyəti axıra çatıb. Qızıl Orda hökmdarı Özbək Xan Monqol işğalının axıra çatmasından sonra özünə tabe olan Türk tayfalarını birləşdirərək onlara Özbək adını verib. Özbək Xanın nəslindən gələn Əbül Xeyr Xan 1428-ci ildə Fərqana vadisində yaşayan türkləri bir araya gətirərək ulu babası Özbəkin adını qoyduğu Özbək Dövlətini yaradaraq hakimiyyətini gündən-günə genişləndirib. XV əsrin ikinci hissəsində Oyrot və Kalmuk adlı Monqol tayfaları Özbəklərə ardıcıl hücumlar çəkib və bu vəziyyət 50 il davam edib. Əbül Xeyr Xanın nəvəsi Şeybani Xanın 1500 ilində dövlətin rəhbəri olmasıyla birlikdə Monqol hücumları da axıra çatıb. XVI əsrdə Özbəklər Türküstanda vəziyyətə hakim olub, ancaq Şah İsmail Xətayi 1510-cu ildə onlara böyük zərbə vurub. Bunu fürsət bilən Hindistandakı Türk dövlətinin hökmdarı Babür Şah Türküstanı işğal etsə də Özbəklər qarşısında məğlubiyyətə uğrayıb. Bu iki hadisə Özbək Dövlətinin bölünməsinə səbəb olub. XVII əsrdə Özbək dövləti üç yerə bölünüb və öncələri Özbəklərə tabe olan Qazaxlar XVII əsrin başlarında öz siyasi vəhdətlərini yaradıblar. XVIII əsrin başlarında Nadir Şah Türküstanı hakimiyyəti altına alıb, ancaq onun ölümüylə Türküstanda iğtişaşlar təkrar başlayıb. XIX əsrin ikinci hissəsində isə Rus işğalı başlayıb və 126 il davam edib. Çarlığın süqutundan sonra Bolşevik adıyla davam edən Rus hegemonluğu 1924-cü ildə Türküstan bölgəsini beş yerə bölüb, bundan qərəz də Türküstan Türklərinin birliyinin parçalanması, parçala hökm et siyasətinin həyata keçirilməsidir. Özbəkistan Cümhuriyyəti, Sovetlər Birliyinin dağılmasıyla birlikdə 1 Sentiyabr 1991-ci il tarixində öz müstəqilliyini elan edib (Üşenmez, 2013:1779-1780).

Özbəkistanda danışılan dil təqribən 40 milyonluq kütlə tərəfindən danışılır və bu dil Karluk, Qıpçaq və Oğuz olaraq üç qrupa ayrılır.

Özbəkistan Türkcəsi, Qaraxanlı (XI-XIII əsrlər) və Xarəzm (XIV əsr) ədəbi dillərinin davamı kimi Teymurilər hakimiyyəti altında inkişaf edərək Əlişir Nəvainin əsərlərində klassik şəklini alıb. Özbəkistan Türkcəsi XV əsrin əvvəllərindən 1920-ci ilə kimi danışılan Cığatay Türkcəsinin çağdaş nümayəndəsidir (Tekin, 2008:589).


  1. "Ergenekon" dastanı

Mifoloji çağlardan tutmuş şifahi şəkildə yaranan möhtəşəm Türk dastanlarının qərblilərdən çox sonralar qeydə alınması, bizlərə qarşı qərəzli fikirlər daşıyan qərblilərin də Leon Cahun örnəyində olduğu kimi hər fürsətdə türkə çirkab atmalarının hansı kompleksdən yarandığını əslində aydın şəkildə büruzə verir. Bu gün qərblilərin öyündüyü bütün mifoloji xarakterli dastanların tamamının Türk dastanlarının oğurlandığı, sadəcə olaraq məkan, zaman və adların dəyişdirilyi, bir vaxtlar Avropada kökləşmiş Etrusklar örnəyində olduğu kimi artıq yavaş-yavaş dilə gətirilməkdədir (Bonfante-Swaddling, 2011:11-15).

Qədim türk dastanlarının indiyə kimi gəlib çatmış olanları türk, rus və ya avropalı araşdırmaçılar tərəfindən, çoxluqla da xalqın dilindən qeydə alınıb. Hətta qədim Çin, Pərs və Bizans mənbələrində də bu dastanlara rastlanıb.

Türk dastanları xüsusilə 19-cu əsrdən sonra elmi şəkildə qeydə alınıb. Onlarla bağlı elmi araşdırmalar isə ancaq 20-ci yüzillikdə başlayıb (Gökdağ-Üçüncü, 2015:15). Bu dastan, Türklərin yenidən özlərinə gəlməsini, öz birliklərini və dövlətlərini yaratmasını mövzu götürən bir dastandır. Həmədanlı Yəhudi bir ailənin evladı kimi dünyaya gələn Rəşidəddin Fəzlullahı Həmədaninin yazdığı tarixlə birlikdə bir çox mənbədə qeydə alınıb. Müqəddəs dağ və mağaralar, bir xaosdan sonra Türklərin təkrar öz dövlətlərinə və yurdlarına qovuşması dastanda dilə gətirilib (Köprülü, 1986: 56-57).


  1. Türkmənistan

Türkmənisdan türkləri Oğuzların qərbə gedərkən bu bölgədə buraxdıqları boylardan təşkil tapıb. Onların yazılı ədəbiyyatlarının ortaya çıxmasından, yəni 18-ci əsrdən öncə zəngin bir xalq ədəbiyyatları vardı. Bu ədəbiyyatda nağıllar, dastanlar, atalar sözləri, tapmacalar və mahnılarda xalqın yaşayışı, həyat tərzi, gələnək və görənəkləri öz əksini tapıb.

Yaratdıqları “Goroğlu”, “Şasənəm-Qərib” kimi dastanlarda qəhrəmanlıq, vətənpərvərlik və mübarizlik duyğuları yer tutub.

Əbülqazi Bahadır Xanın 17-ci əsrdə yazdığı “Şəcərə-i Tərakimə” adlı əsərdə Türkmənistan Türkcəsiylə yazılan üç şeir yer tutub (Bahadır Han, 1996:209-213).

Türkmənlər 1928-ci ilə kimi Ərəb əlifbasından istifadə edib. 1926-ci ildə Bakıda keçirilən Türkoloji Qurultayından sonra Latın əlifbasına keçmək qərarına gəliblər ve 1928-ci ildən başlayaraq 1929-cu ildə latın əlifbasına keçiblər ancaq, 1940-ı ildə isə Stalinin yaydığı əmrlə Kiril əlifbasını qəbul ediblər. 1993-cü ilin nisan ayının 12-ci günü isə Türkmənistan Məclisinin qərarı ilə təkrar Latın əlifbasına qayıdıblar (Kara, 1998:159).

Türkmən ədəbiyyatı dörd mərhələdə araşdırılır.

1-Rus işğalına kimi olan dövr.

2-Rus işğalından II-ci Dünya Müharibəsinə kimi olan dövr.

3-II-ci Dünya Müharibəsi illərindəki dövr (1941-1945).

4-II-ci Dünya Müharibəsindən indiyə kimi olan dövr.

Rus işğalının yaranmasından öncəki çağlarda Türkmən ədəbiyyatının inkişafında bir mənalı olaraq Mahdumqulunun adı ön plana çıxır. Məxdumqulu mükəmməl yətişmiş ziyalı, ayıq düşüncəli, Türk, Ərəb və Fars dillərindəki əsərləri mütaliə edərək yüksək bir bilik səviyyəsinə çatmış bir şairdir. Şeirlərində vətən sevgisi və qəhrəmanlıq temaları ön plandadır. Ölkəsinin abadlaşması, Türkmənlərin bir-biriylə dostanə ömür sürməsi şeirlərinin əsl temalarıdır və onun şeirləri milli mənsubiyyət şüuruna yüksək səviyyədə malik olan Türkmənlərdəki vətən və el səvgisini daha da gücləndirib.



  1. Noqaylar

Noqaylar öz ədəbiyyatlarının tarixini Orxon-Yenisey abidələri, “Divani-lüğatit-türk”, “Qutadqu bilik”, Əhməd Yə¬səvinin “Divanı-hikmət”, Əhməd Yüknəginin “Atabətül Həqayiq” kimi əsərlərdən başlayırlar (Sikаliеv 1994: 44).

Noqaylar özlərini Qaranoqay və ya "Noqay-qaraqaş" adlandırır. 2002-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən, Rusiya Federasiyasında 90 666 nəfər (Dağıstan, Stavropol, Qaraçay-Çərkəz, Həştərxan (Astraxan) bölgələrində və Çeçenistanda) noqay yaşayır.

Noqaylar XIV yüzildən tarix səhnəsində gö¬rünüblər, ancaq onlar öncəki çağlarda “noqaylar” kimi adlandırılmayıblar. “Noqay” adının bu xalqa verilməsi XIV yüzildə gerçəkləşib. Noqay xanın öz ətrafına topladığı türk tayfaları sonralar birləşib qüdrətli dövlət qurub və rəhbər¬lə¬ri¬nin adını yaşadaraq toplumlarına bu adı qoyublar.

Qaynaqlara görə Noqayın babası Taval XII yüzilin sonlarında Qıpçaq bozqırlarının Aksu-Buq çayı çev¬rəsində yaşayan bir Peçenek tayfasının başçısı olub (Nogay 1997:20). Atasından sonra boyunun başına keçən Noqay, Çingiz xanın nəvəsi Ba¬tunun yürüşlərində iştirak edib, onun ölümündən sonra hakimiyyətə gələn qardaşı Bər¬kə (1255-1266) No¬qayı ordu komandanı təyin edib (ASƏ II:148). Noqay, Qafqaz dağlarını keçərək Bərkəyə qarşı mübarizə yeridən Hülakü və varisləri üzərinə yürüşlər edib, qa¬zan¬dığı zəfərlər şöhrətini daha da artırıb. Beləliklə döv¬ləti Bərkə xanla bərabər hüquqla idarə etməyə başlayıb. Bərkə xanın ölümündən sonra Don və Tuna (Dunay) çayları arasındakı bölgə Noqayın nəzarəti al¬tına keçib (ASE 7:286).

Noqay xan, islamiyyəti yay¬maq üçün Xorasandan və Anadoludan qazilər gətirdib. Şeyx Səfiəddin Ərdəbili öz mü¬ridləri ilə Qıpçaq çölündə və Krım¬da İslam dinini yayıb. 1263-cü ildə Sarı Saltuk Anadoludan on iki min türkmən ailəsi ilə birlikdə gələrək Noqayın hakim olduğu Kırım və Dob¬ru¬ca¬da yerləşib (No¬gay 1997:20).

Noqay xan 1290-cı ildə böyük post qazandırdığı Tox¬ta Xanın xəyanətinə məruz qalıb. Toxta yerini möhkəmləndirdikdən sonra özünə tərəfdarlar toplayıb, Noqay xanın fəaliyyətini məhdudlaşdırmağa çalışıb. Uzun sürən bu gizli qarşıdurma 1298-ci ildə açıq toqquşmaya çevrilib. Baş verən döyüşdə Noqay məğlub olub, əsgərləri və tə¬rəf¬darları əsir alınaraq qul bazar¬larında satılıb. 40 ilə yaxın Qızılorda dövlətində aparıcı şəxs olan, beş hökmdarı yola salan Noqay xan 1300-cü ildəki toqquşmaların birində bir rus tərəfindən qətlə yətirilib.



  1. Qaraqalpaqıstan

Orta Asiya bölgəsində yaşayan Qaraqalpaq türkləri Aral gölü sahilində, Qazaxıstan, Özbəkistan və Türkmənistan cümhuriyyətlərinin sərhədlərinin kəsişmə nöqtəsində yerləşir. Qarqalpaqıstanın böyük hissəsi çöldür. Paytaxtı 190 min nəfər əhalinin yaşadığı Nüküs şəhəridir və ölkənin sahəsi 165 000 km2-dir. Ölkənin 9 böyük şəhəri və 13 məskunlaşmış bölgəsi mövcuddur. Ölkənin təbii sərvətləri neft və qazdır. Kənd təsərrüfatında pampıqçılıq önəmli yer tutur. Əhalinin yarıdan çoxu kəndlərdə yaşayır və qaraqalpaqlar əhalinin 60 faizini təşkil edir ki, bu say təqribən 400 min qədərdir. Əhalinin 31 faizini özbək, qazax,türkmən və tatarıstan türkləri təşkil edir, qalanları isə ruslar və digər etnik qruplardır (Avşar-Solak-Tosun 2013; 289-290). Özbəkistanın Xarəzm, Fərqana, Türkmənistanın Daşauz, Qazaxıstanın bəzi yerlərində, Rusiya Federasiyasının Astraxan vilayətində, həmçinin Əfqanıstanda da Qaraqalpaqlar yaşayır. Qaraqalpaqların dili türk dilləri içində qıpçaq-noqay alt qrupuna daxildir (Taşağıl 2001; 427).

  1. Altay türkləri

Altay Türkləri, müxtəlif Türk boylarının bölgədə qalanlarının qaynayıb qarışmasıyla yaranmış bir Türk topluluğudur. İndiyə kimi aparılan araşdırmalarda qüzey və güney olmaqla iki qrupa ayrılıblar. Qüzey qrupuna Tuba, Kumandı və Çalkandu; güney qrupuna isə Teleüt, Telengit və Altay-kiji Türkləri daxildir (Dilək 2013; 2101).

Dağlıq Altay Muxtar Cümhuriyyəti güneydə Monqolustan, cənubqərbdə Çin və qərb bölgəsində Qazağstanla sərhəddir.

Altay türklərinin bugün yaşadıqları coğrafiya tarixdə böyük Türk dövlətlərinin, Türk imperiyalarının məkanı olub. Buranın önəmini illər əvvəl Pazırık Kurqanında tapılan qızıl libaslı döyüşçü diqqətə layiq şəkildə əks etdirmişdi. Altay Muxtar Cümhuriyyəti torpaqlarında Hun, Göytürk xaqanlıqları ilə Uyğur və Qırğız dövlətləri yaranıb. Daha sonralar isə Kitan, Nayman dövlətləri ilə Çingiz xanın rəhbərliyində Türk-Monqol hakimiyyəti yaranıb. 18-ci əsrdən sonra isə Rus işğalı ilə birlikdə Rus əsarəti də başlayıb. 1922-ci ildə Bolşeviklər Oyrot Muxtar Cümhuriyyətini qurub, 1948-ci ildə Oyrot adı dəyişdirilərək Dağlıq (Qorno)-Altayskiy adı verilib. O gündən sonra bura Dağlıq Altay Muxtar Cümhuriyyəti kimi yad edilir və yenə də Rus işğalı davam edir. Dağlıq Altay, El Qurultayı adlı məclis tərəfindən idarə edilir, ancaq dövlәt dairәlәrindә rus dili hakimdir.

Altay türkləri qədim Türk inamı olan Tanrıçılığa inanır, ancaq xristian missionerlərinin fəaliyyətləri və ardınca da gələn kommunist təzyiq və ateizm bu dinin gələcək nəsillərə orijinal şəkli ilə köçürülməsinə böyük nisbəttə əngəl olub. Ancaq Altaylılar dinlərinin dəyişdirilməsi məqsədilə edilən bütün təzyiqlərə baxmayaraq milli dinlərini və gələnəklərini qoruyub saxlayıblar. Qәdim Tanrıçılıq inamı getdikcә vüsәt qazanır.



  1. Çingiz Aytmatovun əsərləri

Çağdaş Qırğız ədəbiyyatının ən görkəmli ziyalısı şəksiz ki Çingiz Aytmatovdur. O yalnızca qırğızların deyil, Türk dünyasının böyük ədəbi şəxsiyyətidir. Aytmatov, Rusça vasitəsilə qərb ədəbiyyatını təqib edib və unudulmaz əsərlər yaradıb (Cigitov, 2006:18-19).

Çingiz Aytmatovun atası Törəkul görkəmli bir dövlət xadimi idi, ancaq öz ana dilinə yiyə durduğuna görə 1937-ci ildə tutulub və Çingiz 9 yaşında olarkən 1938-ci ildə güllələnib. Anası tatar olan Nagima Xanım məhəlli teatrda aktrisa kimi işləyərək onu oxudub. Çingiz 8-ci sinifi qurtardıqdan sonra Cambul zootexnika məktəbinə daxil olub. 1948-53-cü illər arasında Bişkekdə Kənd Təsərrüfatı Universitetində təhsil alıb. Ana dilindəki əsərləri 1952-ci ildən çap olunmağa başlayıb. Məktəbi bitirəndən sonra üç il Maldarlıq Elmi Tədqiqat İnstitutunda işləyib. 1956-cı ildə Moskvada Ali Ədəbiyyat Kursuna daxil olması atasının həmin ildə bəraət qazanmasından sonra olub. Kursu bitirdiyi il Qırğız türkcəsində yazdığı “Üz-üzə” hekayəsi Oktyabr jurnalında çap olunub. Həmin il “Yeni Dünya” adlı jurnalda bir neçə hekayəsi və ona şöhrət qazandıran “Cəmilə” povesti çap olunub.

Sovetlər Birliyi dövründə SSRİ millətvəkili, Qırğızstan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Yazıçılar Birliyi və Kinematoqrafçılar Birliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin rəhbərliyi vəzifələrini yeridib. 1990-94-cü illər arasında Sovetlər Birliyi, onun dağılmasından sonra da Rusiya Federasiyasının Beneluks ölkələrində səfir işləyib. 2008-ci ilə kimi Qırğızstanın Fransa, Belçika, Lüksemburq və Hollandiya səfiri vəzifələri ilə yanaşı Xarici Ədəbiyyat jurnalının baş redaktoru, Issıkkul Forumu adlı uluslararası intellektual hərəkatın təşəbbüskarı kimi vəzifə yeridib. 2008-ci ilin İyun ayının 10-cu günü Almaniyanın Nürnbərg şəhərində müalicə olunduğu xəstəxanada Haqqa köçüb.

Əsərləri: Gün var əsrə bərabər, Fuji-Yama, Ağ Gəmi, Əlvida Gülsarı, Cəmilə, Dağlar və Seteplərdən Nağıllar, Torpaq Ana, Çingiz Xana Küsən Bulud, Edam Kötüyü, Uşaqlığım, Qırmızı Alma, Dəniz Kənarıyla Qaçan Alabaş, Əsrdən Uzun Gün, Köşək Gözü, Ana Tarla, İlk Durnalar. Dağlar Düşəndə romanı 2007-ci ildə yazdığı son əsəridir.



  1. Qaqauzlar

Qaqauzlar Oğuz türklərinin qərb qrupuna daxildir, ancaq bəzi tarixi və siyasi səbəblərə görə xıistian dinini mənimsəyiblər. Çağdaş statistik qaynaqlarda dünya xalqları sırasında onların da adı çəkilir. Qaqauzlar haqqında ensiklopedik soraq¬ça¬larda vərilən bilgilər bir-birindən o qədər də fərqlənmir. Ək¬səriyyətində, türk xalqı olan qaqauzlar əsasən Moldova, Ukrayna, Qazaxıstan, Quzey Qaf¬qaz, Bolqarıstan, Rumıniya, Yunanıstan, Türki¬yə və Amerikada yaşayırlar, sayları 200 min¬dən artıqdır, - deyə yazılır.

Moldoviya Cümhuriyyətindəki Qaqauz Yeri Muxtar Vilayətinin 26 kəndində və Komrat, Çadır-Lunqa, Vulkaneş rayonlarında toplu, Baserabya rayonunda bolqar, ukrayn, moldav xalqları ilə qarışıq şəkildə yaşayırlar. 1994-cü il dekabrın 23-də Qaqauz Yeri Muxtar Vilayətini yaradıblar və türk dilinin güney-batı (oğuz) ləhcəsində danışırlar. 1957-ci ildən 1993-cü ilədək kiril əlifbası əsasında yaradılmış əlifba¬dan istifadə ediblər. Sovetlər Birliyi dağıldıqdan sonra bir çox türk xalqları kimi onlar da 1996-cı ildən latın əlifbasına keçiblər (İsayev 1998:89).

Qaqauz Yeri Muxtar Cümhuriyyətinin paytaxtı Komratdır. Bölgə bu gün də xalq arasında və coğrafi vahidlərdə Bucaq adlanır.

Qaqauz türklərinin ədəbi dilinin inkişafında 20-ci yüzilliyin ilkin on illiklərində yaşamış nüfuzlu din xadimi Mixail Çakırın yazdığı və tərcümə etdiyi Xristian dininə məxsus duaların, tarixi və etnoqrafik mə¬qalələrin rolu olsa da, əsaslı dəyişiklik 1957-ci ildə Kiril əlifbasının qәbulundan sonra baş verib. Orta məktəblərdə dərslər ana dildə keçirilməyə baş-lanıb, qəzetlərdə qaqauz türkcəsində səhifələr hazırlanıb, dərsliklər çap olunub.

Qaqauz türklərinin yazılı ədəbiyyatının formalaşmasında Mixail Çakırdan (1861-1938) sonra Nikolay Arabacı (1893-1960), Nikolay Tanasoğlu (1895-1979), Dionis (Dəniz) Tana¬soğ¬lu (1922-2006), Todur Zanet (1958) və özgələrinin böyük əməyi olub.

Qaqauz folklorunu ilk dəfə V. Moşkov toplayıb. Varşova¬dakı Rus ordusunun həkimi V. Moşkov kənd-kənd gəzərək folk¬¬lora və etnoqrafiyaya aid materialları toplayaraq 1904-cü ildə çap etdirib, ancaq o qaqauzları ayrı bir millәt kimi qәlәmә verib (Moşkov 1904). Atanas Manov da, V. Moşkov kimi qaqauzları fərqli bir millət kimi öyrənməyə çalışıb (Manov 1939:107). Bütün bunların arxasında Ru¬si¬yanın parçalayıcı siyasəti dayanır.



  1. Krım Tatarları

Qaradənizin qüzeyində yerləşən Krım Yarımadasının əsas xalqı olan Krım Türkləri, Türk xalqının önəmli bir hissəsidir. 1944-cü ildə Stalinin sürgün siyasəti nəticəsində hәr mahalda ancaq 20 dəqiqə möhlət verilərək şəxsi əşyalarını götürmələri tələb edilib və heyvan qatarlarına doldurulub Sibirin buzlu cəhənnəminə sürgün edilməzdən qabaq Krımın güney sahillərində Yalıboyu deyilən yerdə yaşayan Krım Türkləri Oğuz Türkcəsinin hakim olduğu bir dildə danışırdı. Çöl deyilən bölgədə yaşayanlar isə, yəni Krımın qüzey hissəsindəki düzlüklərdə və Kərç Yarımadasında yaşayanlar Qıpçaq xarakterli bir Türkcə ilə danışırdı.

Krımda İslam dini aralarında rusların da yer tuttuğu şərqi slavyan xalqlarını təqribən iki əsr hakimiyyəti altında saxlayan Qızıl Orda Dövləti zamanında buradakı Türklər tərəfindən qəbul edilib.

Krım xanlığı 15-ci əsrdə yaranıb və Osmanlı Dövlətinin tərkibinə daxil olaraq üç yüz il onunla birgə hərəkət edib. Ancaq 18-ci əsrdə Osmanlı Dövlətinin qüdrətini itirməsi səbəbi ilə 1768-ci ildə başlayıb 1774-cü ildə başa çatan Osmanlı-Rus hərbində Osmanlı ordusu məğlub olub və Kiçik Qaynarca Sazişi imzalanıb. Bu sazişin imzalaması nəticəsində Krım Osmanlının əlindən çıxıb, 1783-cü ildə də Rusiya tərəfindən tamamilə hakimiyyət altına alınıb. Bununla da Krım Türklərinin fəlakəti başlayıb. Tarixin müxtəlif dövrlərində sürgünlər yaranıb. Ən dəhşətlilərindən biri 1928-ci ildə sovetləşmə siyasətinin yeridilməsi nəticəsində yaranıb və on minlərlə Krım Türkü “kulak” olduqları iddia edilərək Ural bölgəsi, Sibir və digər yerlərə sürülərək kütləvi şəkildə məhv edilib. İkinci Dünya Müharibəsi əsnasında Krım Yarımadası Almanlar tərəfindən işğal edilib, ancaq Alman ordularının məğlubiyyətə uğrayıb geri çəkilərkən keçdikləri məskun mahalların tamamına od vurub yandırıb və hərbdə istifadə edə biləcəkləri Krımlıları əsir götürüb aparıblar. Ruslar, Krımı işğal etdikdən sonra Krım Türklərini Almanlarla əməkdaşlıq etməklə ittiham edib və Stalinin 11 May 1944-cü ildə imzaladığı qərarnamə ilə 17-18 may gecəsi Krım türklərinin tamamı Sibirə, Orta Asiyaya sürgün edilib (Kırımlı;kirimdərnəgi.org=456).


  1. Karaimlər

Karay, İbrani dilində oxumağı bilən anlamındadır.

Karaylar və Krımçaklar Krımın yerli xalqı olub burada ən qədim dövrdə məskunlaşanlardır. Xəzər Xaqağanlığının davamçıları olan Karaylar və Krımçaklar Musəvidilər, ancaq Musəvilik dini Karaylarda və Krımçaklarda fərqlidir. Karaylar və Krımçaklar Krım Xanlığı dövründə Bağçasaray, Balaklava, Sudak, Kəfə, Manqup və Karasubazarda məskunlaşıblar. Bunu Övliya Çələbi də öz səyahətnaməsində qeyd edib (Təməlkuran-Çəvik-Aktaş 1980; 374-375, 377-378, 394, 412-413, 441).

Xəzərlər, İdil çayı sahillərində və Krım Yarımadası arasında öz xanlıqlarını yaradıblar. Xəzər, tәk başına bir xalqın adı deyildir. Ön Bulqarlar, Sabirlər və Qərbi Göytürk boylarından ibarət bir topluluqdur. Öncələri Göytürk dövlətinə tabe olan Xəzərlər 558-ci ildə Göytürk dövlətinin qərbi qolu kimi Xəzər Dövlətini yaradıblar və Şimali Qafqazda hakimiyyətlərini möhkəmləndirdikdən sonra Persiya və Bizans İmperiyası üstünə axınlar ediblər. Göytürk Dövləti 630-cu ildə dağılandan sonra öz müstəqilliklərini elan ediblər və Xəzər Dənizinə öz adlarını qoyublar. Öncələri Göytanrı İnamına malik olan Xəzərlər 742-ci ildə Musəviliyi qəbul ediblər. Şərqdən gələn Peçeneklərin ardıcıl hücumları ilə dövlətləri zəifləyib və 1048-ci ildə də Kiev Knyazlığı tərəfindən ləğv edilib, xalqları da digər Türk tayfalarının olduğu yerlərə köçüb onlarla qaynayıb-qarışıblar. Bir hissəsi Krıma, bir hissəsi də Şərqi Avropaya üz tudub (Güllüdağ 2013; 1959-1966).

İsrailoğullarının Xaxamları Hz. Musadan sonrakı dövrlərdə Tövrata əlavələr ediblər, ancaq Karaylar bu əlavələri qəbul etməyiblər və Tövratdakı “on əmr”i əsas götürüblər. İbadətlərini “Kenesa” adlandırdıqları ibadətxanalarda yerinə yetirirlər. Dini ibadətlərində “Ey İsrailoğlu” əvəzinə “Ay Karayoğlu” deyirlər. İbadətlərini Karay Türkcəsi ilə edirlər, Allaha “Yəhova” əvəzinə “Təngri” ya da “Alla” deyir, Kenesalara ayaqqabılarını çıxarıb daxil olurlar. Dəstəmaza oxşar şəkildə əllərini-üzlərini yuyur, əllərini açıb dua edir və salavat çevirmiş kimi üzlərini sığallayırlar. Özlərinə məxsus rüku və səcdədən ibarət namaz qılırlar (Kuzgun pdf; 1-4).




  1. Kumuklar

Qumuqlar Dağıstan Muxtar Cümhuriyyətinin şimal-şərqində Xəzər dənizi sahilindəki dağlıq bölgələrdə yaşayırlar. Sovetlər Birliyi dövründə Türkiyə, Çeçenistan, Quzey Osetiya, Suriya və İrana köç ediblər. Qumuqlar Dağıstan Muxtar Cümhuriyyətində başda Mahaçqala olmaqla, Temirxanşura, İzbərbaş, Qızılyurd, Xasavyurd, Qızılyar və Kaspiysk kimi şəhərlərdə məskunlaşmışlar, əhalisinin sayı 1996-cı ildəki sayıma görə 251.000 nəfərdir, Dağıstan xaricində isə 100 000 nəfərə qədər qumuq yaşayır (Erel 1961; 48-50). Qumuqlar, yaşadıqları yerləri “yurd” adlandırırlar (Tavkul 2005; 29/39).

Qumuqlar miladi 7-ci əsrdə bölgə Xəzər Dövlətinin hakimiyyəti altına daxil olduqda Oğuz-Qıpçaq tayfalarının qaynayıb-qarışması nəticəsində formalaşıblar. 1917-ci ildə Quzey Qafqaz xalqlarının müstəqillik mübarizələrində aktiv iştirak ediblər. Ruslar 1918-ci ildə Dağıstanı işğal edib və üç il sonra da Dağıstan Muxtar Cümhuriyyətini yaradıblar. Qumuq Türkcəsi, Dağıstan Muxtar Cümhuriyyətində danışılan yeddi rəsmi dildən biridir. Sovetlər Birliyinin dağılmasından sonra öz siyasi, mədəni və iqtisadi hüquqlarını qorumaq məqsədi ilə Tənglik adı altında öz milli təşkilatlarını yaradıblar. Bu təşkilat fəaliyyətini bugün də davam etdirir (Kurtuluş 2002;373).

Qumuqlar özlərini Xəzərlərin və Əmir Teymur İmperiyasının mirasçısı adlandırırlar.


  1. Xakaslar

Xakas Muxtar Cümhuriyyəti şimalında və şimalşərqində Rusiya Federasiyasının Krasnoyarsk, qərbində Kəmərova, güneyində Dağlıq Altay və Tıva Muxtar Cümhuriyyəti ilə əhatələnib. Soyan Dağları ölkəni güneydən çevrələyir.

Xakasların sayı 1989-cu ildə aparılan sayıma görə 100 minə qədərdir. Ölkədə qırxa yaxın etnik xalq yaşayır (Arıkoğlu 2013; 2131).

Xakas Cümhuriyyəti Böyük Yenisey (Kim suu) çayına qarışan Uybat, Uyus (Üüs/Ögüs), Ərba, Askiz, Abakan çayları ilə qollarının olduğu sulaq bir bölgədədir. Ölkənin güneyində Sayan dağları yerləşir. Bu dağlar qədim Türk abidələrində “Kögmən” kimi yad edilib. Xakaslar bu dağların güneyində yaşayan Tıvalılara Soyan deyir, dağların adı da bundan törəyib (Butanayəv 1995;6). Ölkənin üçdə ikisi dağlıq və meşəlikdir. Ən böyük şəhərləri isə paytaxt Abakan ilə Minusinskdir. Paytaxtda təqribən 150 min əhali yaşayır. Xakaslar çoxluqla Askiz və ətrafında məskunlaşıb.

Qədim Çin mənbələrində Xakasların adı Hakas, Hyaqas, Haqas, Syatszyası, Syagəsi, Həgəsi, Həhə, Hyakya kimi qeydə alınıb (Butanyayəv 1995;5). Ruslar isə Xakaslara “Tadar” deyir. Xakaslar Kaçin (Haaş, Haas), Saqay, Kızıl, Koybal, Bəltir, Şor kimi Türk boylarından formalaşıb.

Xakas Türklərinin danışdığı dil Oğuz-Uyğur qrupuna daxildir. Xakas Türkcəsinə ən yaxın dil Çində yaşayan Sarı Uyğurlar və Fuyü Qırğızlarının danışdığı Türkcədir. Əsrlərdən bəri qonşuluqda yaşadıqlarına görə Altay və Tıva Türklərinin danışdığı dillərlə də aralarında oxşarlıqlar yaranıb. Xakas Türkcəsi sözlərdəki ünlülərin (sait) daralma prinsipinə görə Tatarıstan Türkcəsinə də oxşayır.


  1. Qaraçaylar-Malkarlar

Qaraçay və Malkar türkləri Qafqazda Qaraçay-Çərkəz və Kabardin-Balkar muxtar cümhuriyyətlərində yaşayırlar. Bunların dili Türk ləhçələrinin şimal-qərb qrupunda yer alan qıpçaq qrupuna daxildir (Tavkul 2003;3).

Şimali Qafqaz xalqları arasında yer alan Qaraçaylar və Malkarlar əsrlərdir ki, Kuban çayının yuxarısında və Elbrus dağının gündoğan və qərb tərəfindəki sıldırımlı bölgələrində yaşayan qədim bir türk tayfasıdır. Onlar ayrı-ayrı deyil, eyni dil və mədəniyyətə mənsub türk tayfalarıdır.

Tarixi araşdırmalara əsasən Qaraçay-Malkarlar XV yüzillikdə Kabartay çərkəzlərinin təzyiqi nəticəsində iki hissəyə bölünüblər və Qaraçay adı o tarixdən sonra Qafqazda anılmağa başlayıb (Tavkul 1991;137).

Qaraçay-Malkarların sayı 200 000 nəfərdən artıqdır. 30 000-ə qədər Qaraçay türkü də Stalin tərəfindən represiya siyasəti zamanı Orta Asiyaya sürgün edilib, onlar hələ də oralarda yaşayırlar (Dinkçi 2007;hunturk.net).



  1. Şor türkləri

Şor türkləri Rusiya Federasiyasında Dağlıq Şorya deyilən bölgədə yaşayır. Ruslar onlara “Şortsı, Şorets, Şorka” deyir. Onlar “Kuznetsk Tatarları, Tadar Kiji” kimi də adlandırılırlar. Onlar özlərinə “Tadar” və ya “Tadar kiji” deyir (Lvova-Oktyabrskaya-Sagalayəv-Usmanova 2013;10-13).

Şor coğrafiyası Altay və Sayan Dağları arasında yerləşir. Bu bölgədə nadir bitkilər və heyvanlar vardır. Kömür, dəmir, qızıl mədənləri çıxarılır. Ölkənin qüzeydən güneyə uzunluğu 200 km, şərqdən qərbə isə 150 kilometrdir.

Şor türkləri Kəmərovonun güneyində, Tom çayının Mrassu, Kondom və Abə qolları ətrafında, Çumış çayı sahilində məskunlaşıblar. 1989-cu ildəki əhalinin siyahıyaalınmasına görə sayları 13 795 nəfərdir və bölgənin yerli xalqıdır.

Şorlar “söök=sümük” adlandırdıqları boylara bölünürlər. Kondom çayının ətrafında yaşayan boyların ən böyüklərinin adı Şor idi, bu ad daha sonra onların tamamının adına çevrilib. Şorlar 20-ci əsrin başlarında Qara Şor, Sarı Şor, Üzüt Şor deyə üç boy şəklində adlandırılıb (Babatürk 2013; 2142-2143).

Şor Türkcəsindəki sözlərdən qonşu Türk boylarından alınanlardan savayı hərhansı Ərəb və ya Fars sözünə rast gəlinmir (Akalın; turkoloji.cu.ədu.tr). Bu səbəblə Türkoloji araşdırmaları yönündən Şorca həddən artıq önəmlidir.


  1. Əhməd Yüknəginin həyat və yaradıcılığı

Şair Səmərqənd tərəflərində Yüknəg kəndində dünyaya gəlib və Qaraxanlı Dövlətində 11-ci əsrin sonları ilə 12-ci əsrin əvvəllərində yaşayıb. Həyatı ilə bağlı o qədər də kifayətli məlumat yoxdur. Ərəb və Fars dillərini mükəmməl öyrənib, təfsir, hədis və fiqh kimi İslami elmlər sahəsində təhsil alıb. Əli Şir Nəvai onunla bağlı olaraq “Ədib Əhməd əslən Türkdür və türklər arasında onunla bağlı çoxlu mənqəbələr yayılıb. Onun anadangəlmə kor, ancaq fitri bir zəkaya sahib qabiliyyətli şəxs olduğu rəvəyat edilir” deyib (Banarlı I, 1971: 241).

Yüknəginin yazdığı “Atabətül Həqayiq”, Xaqaniyə Türkcəsi ilə yazılıb və Məlik Dad Sipehsalar Məhəmmədə təqdim edilib. Əsər giriş hissəsində 40 beyit, əsil mövzu və son hissədə 101 dördlükdən ibarətdir. Yüknəgi, əsərini yazma səbəbini altı bəyitlik bir qəzəl ilə açıqlayıb. Əsərin əsl hissəsi başdan axıra kimi dördlüklər şəklindədir. Əsərdə elmin bəhrəsi, biliksizliyin zərərləri, dilin qorunması, dünyanın faniliyi, təvazö və kibr, əliaçıqlıq və xəsislik, hərislik, kərəm və himmətin yaxşılıqları dilə gətirilib, zəmanənin mənfiliğindən şikayət edilib. Əsərin tamamı 512 misradan ibarətdir və bu yönüylə “Qutadqu Bilig”dən xeyli kiçik həcmdədir. Ancaq islam-türk xarakterli ədəbiyyata məxsus ikinci əsər olması yönündən dil tarixi və ədəbiyyat yönündən həddən artıq dəyərlidir. “Qutadqu Bilig” beytlər şəklində və məsnəvi tərzində yazılmış olmasına baxmayaraq “Atabətül Həqayiq” dördlüklər şəklində yazılıb, ancaq vəzn və qafiyə yönündən o qədər də mükəmməl deyil (Banarlı I, 1971:242-243). Əxlaqi və öyüd-nəsihət xarakterli olduğundan tamamilə hikmət tərzində yazılıb. Əsərdə Əhməd Yüknəgiyə aid olmayan üç hissə vardır. Birincisinin kim tərəfindən yazıldığı məlum deyil. İkinci hissə “Seyfi” təxəllüsü ilə şeirlər yazan Seyfəddin Barlasa məxsusdur. Üçüncü isə Əmir Teymur zamanında yaşamış dövlət xadimi Arslan Xoca Tarkana məxsusdur ki, Arslan Xoca, Ədib Əhməd Yüknəginin anadangəlmə kor olduğuna işarə edib.

Əsər 1906-cı ildə İstanbul Darülfünun müəllimi Nəcib Asim bəy tərəfindən Ayasofya Kitabxanasından aşkar edilib və 1918-ci ildə “Hitabətül Həqayiq” adıyla İstanbulda nəşr edilib. Əsərin müqayisəli və mükəmməl nəşri Rəşid Rəhməti Arat tərəfindən həyata keçirilib. Bu çapda əsərin həm indəksi həm də Uyğur hərfli nüsxəsi də çap edilib (Arat, 1992: 78-80).


  1. Qədim Türk ədəbiyyatı:poeziya və nəsr

Qədim türk ədəbiyyatının başlanışını müxtəlif çağlarda ozanların yaratdığı dastanlar təşkil edir.

Hər bir qədim xalqın mifoloji xarakterə malik ilahları və ya tarixi qəhrəmanlarını mövzu götürən dastanlar o millətlərin milli mədəniyətlərinin, milli şuurlarının və milli duyğularının əsəridir. Bizlər kimi qədim yunanlılar, perslər (qədim farslar), hindlilər, finlilər, germanlar bu cür dastanları yaradıblar.

Milli xarakterli dastanların yarana bilməsi üçün o millət qədim zamanlarda yaşamalı, tarixlərində iztirablı bir yol keçməli, böyük hadisələrlə üzləşməli, dastani bir ruha malik olmalıdır (Köprülü, 1986:41-42).

Hər millət tarixdə öz ruhuna uyğun dastanlar yaradıb. Türk dünyasının hansı coğrafiyasına baxsaq orda mükəmməl bir dastan gələnəyinin olduğunu müşahidə edərik. Buna misal olaraq Qırğız türklərinin adının hardan gəldiyi məsələsindəki yanaşmaları verməyimiz uyğun olardı.

Yəhudi nəsəbli Fransız səyyahı David Leon Cahun “Qırğız” sözünün “avara, axmaq” mənasına gəldiyini irəli sürüb. Ancaq qırğızlar özlərinin adının “qırx qız” sözündən törədiyini söylәyib.

Onların “Qırx qız əfsanəsi”nə görə bir xaqanın qızının köməkçiləri olan qırx qız bir gün səhərə yaxın bir vaxtda sultanları olan xanımla gəzməyə gediblər. Qarşılarına bir çay çıxıb və bu çay, üzünə düşən qızıl rəngindəki işığı əks etdirirmiş. Qızlar da bu maraqlı anda barmaqlarını çayın suyuna batırıblar və qırxı da ilahi hikmәtlә hamilə qalıb, ancaq öncələri özlərinin bundan xəbəri olmayıb. Lakin bir müddət sonra artıq boylu olduqları başa düşülüncə dedi-qodu başlayıb, xaqan da onları bir dağa sürgün edib. Qızlar dağa üz tutub orda yaşayıblar vә vaxtı gәldikdә uşaqlarını dünyaya gətiriblər. Onların dünyaya gətirdiyi oğlan və qız uşaqları vaxtları çatdıqda evlənib və bunlardan qırğızlar törəyib (Gökalp, 2015:25-26).



  1. “Alp Ər Tonqanın ölümünə ağı”

Qədim vaxtlarda yaradılan ədəbiyyat şifahi idi və saqular da şifahi şəkildə dilə gətirilir, xalqın yaddaşına həkk olunur, nəsildən nəslə ötürülürdü. Bunlar ölən qəhrəmanların ardınca təşkil olunan “yuğ” mərasimlərində dilə gətirilir və həmin qəhrəmanların yaxşılıqları, igidlikləri ifa edilirdi. Şifahi ədəbiyatımızın ilkin örnəklərindən biri də Sak hökmdarı Alp Ər Tunqanın ölümü münasibəti ilə yazılan bir saqudur.

Alp Ər Tunqa öldi mu Alp Ər Tunqa öldü mü?

İsiz ajun kaldı mu Qarı dünya qaldı mı?

Ödlək öçin aldı mu Fələk öcün aldı mı?

Əmdi yürək yırtılur. İndi ürək yırtılır.
Ulşıp ərən börləyü Kişilər, qurdlar kimi ulaşır

Yırtıp yaka orlayu Yaxa cırıb hönkürür

Sıkrıp üni yurlayu Fit çalar tək fəryad edir

Sıqtap közi örtilür. Ağlamaqdan gözlər yaşlı… (Kurnaz,2004;108)




  1. “Altun yaruk”

Uyğurların Orxon Çayı ətrafında yaşayarkən Bögü Kaqan vaxtında Mani dinini mənimsəmələri və ardınca da Buddizmə yönəlmələri nəticəsində hər iki dinə məxsus əsərləri Uyğur Türkcəsinə tərcümə ediblər. Onlar qəbul etdikləri 14 hərfli əlifba ilə ölməz əsərlər yaradıblar. Türküstanda Qara Hoço bölgəsində aparılan arxeoloji qazıntılarda tapılan əsərlərdə dualar, ilahilər, əfsanələr və Mani kosmoqoniyası yer tutub. Buddizmə məxsus əxlaqi dəyərlərə malik “Altun Yaruq” adlı əsərin orijinal dili Sanskritcədir və Uyğur Türkcəsinə Çincədən tərcümə edilib. 31 hissədən ibarət olan “Altun Yaruq” Budda dini və Buddanın həyatı ilə bağlı məlumat təqdim edir.

  1. Türk buddist nəsri və əsərlərin adları

Tıva türklərini digər türk xalqlarından ayıran ən önəmli xüsusiyyət onların Buddist-Lamaist olmasıdır. Buddizm bu bölgədə 13-14-cü əsrlərdə yayılıb. Ancaq qamlıq inamı da əldən buraxılmayıb. Buddizmdə ancaq kişilər Lama (din xadimi) ola bilir, Qamlıqda isə qadınlar da qam ola bilir. Lamalar Buddizmlə bağlı kitabları oxuyub öz işlərini həyata keçirir, ancaq qamların yazılı mənbəsi yoxdur. Qamlar əllərindəki qavalı çomaq ilə çalıb bədahətən alqış deyirlər. Lamalar ancaq Buddaya dua edir. Qamlar isə Əərən dedikləri gözəgörünməz iyələrlə əlaqə yaradıb onlar vasitəsilə ruhlarla görüşürlər. Qamların libasları və onların üstünə bəntdədikləri quş teləkləri, ilanlar, halqalar, gümüşü güzgü nə varsa tamamı qamın köməkçiləridir. Hər bir qamın əlaqədə olduğu ruhlarla onların gücü-qüdrəti fərqli olduğundan hər bir qamın müalicə edəcəyi xəstəliklər də fərqlidir (Arıkoğlu, 2013:2114).

Tıva xalq bilimi (folkloru) əsrlər boyu xalqın həyatının bir parçası kimi davam edib. Şifahi xalq ədəbiyyatının ən önəmli parçası da qəhrəmanlıq dastanlarıdır. Bu dastanlar qədim Türk dastanlarının irsini davam etdirib. Dastanlar misra başı qafiyəli olub ümumiyyətlə qopuzun müşayiətində qamlar tərəfindən dilə gətirilib.



  1. Əhməd Yəsəvinin həyat və yaradıcılığı

Əhməd Yəsəvi Qərbi Türküstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində dünyaya gəlmişdir.
Orta Asiya Türkləri arasında İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Əhməd Yəsəvinin doğum tarixi dəqiq bilinmir.
Əhməd bin İbrahim bin İlyas Yəsəvi - Pir Sultan, Xoca Əhməd, Kul Xacə Əhməd kimi də tanınmışdır. O, ilk təlim və tərbiyəsini Yəsi şəhərində almış və bu şəhərin adını özünə təxəllüs götürmüşdür.
Kiçik yaşlarında anasını itirən Əhməd ilk dərslərini Sayramın ən məşhur vəlilərindən olan atası Şeyx İbrahimdən almışdır. Amma o 7 yaşında ikən atası da vəfat etmişdir. Atası öləndən sonra əvvələcə Yəsidə Arslan Babadan dərs alan Əhməd, qısa zaman içində təhsildə böyük uğurlar qazanmışdır. Arslan Baba dünyasını dəyişəndən sonra o, Buxaraya yollanmış və burada böyük övliya Yusif Həmədaninin şagirdi olmuşdur. Həmədanidən icazət və xilafət alan Əhməd Yəsəvi müəlliminin vəfatından sonra bir müddət Buxarada qalıb burada şagird yetişdirmişdir.
Əhməd Yəsəvinin əsas əsəri sayılan "Divani-hikmət" əslində müəllifdən əsrlərcə sonra Yəsəvi dərvişləri tərəfindən tərtib edilmişdir. Bu səbəbdən ərin mətninin dili XI əsrin deyil, daha sonrakı yüzilliklərin dil xüsusiyyətlərinə malikdir. "Divani-hikmət" qafiyə sistemi və vəzn baxımından qoşmalara bənzəyən dördlüklərdən və əruz vəznində yazılmış qəzəllərdən ibarətdir.

  1. Orta Asiyada təsəvvüf ədəbiyyatının ilkin mərhələsi

İslam dinini qәbul etmәklә Türklərin hәm ictimai hәyatlarında, hәm dә әdәbiyyatlarında böyük dәyişikliklәr mәydana gәldi.

Tәsәvvüfün bir din yolu, yoxsa fәlsәfә olduğu mәsәlәsi mübahisә mövzusudur. İslam tәsәvvüfünün oxşarına xristiyan mistik anlayışında da, digәr dinlәrdә dә rastlanır. Hindlilәrin Brahma dinindә “yogilik” vardır. Yogilikdә bәdәnin fiziki duyğularından xilas olması üçün bir sıra tәlimlәr hәyata keçirilir. Buddizmdә “Nirvana” deyilәn yoxluğa qovuşma әsas götürülür. Bunlardan hәrәkәtlә tәsәvvüfün dә digәr mistik anlayışlardan fәrqi olmadığı aydın olur. Dinin әsas prinsipi mәnәvi hәyatın mükәmmәllәşdirilmәsidir. Belә olduqda mistisizm dә dinin özülü olur (Mәrmәr, 2014:34).

Tәsәvvüf sözü, şәrq mәnbәlәrinә әsasәn “yun” anlamına gәlәn “sof” vә ya “saflıq” mәnasındakı “safa” sözündәn törәdildiyi irәli sürülüb. Qәrb mәnbәlәri isә Kuşeyri Risalәsini әsas götürüb. Kuşeyri, tәsәvvüf sözünün Әrәb dilindәki “sof” kökündәn törәdildiyinin sәhv olduğunu, Qrek dilindә hikmәt mәnasına gәlәn “sofya” sözündәn götürüldüyünü vә “filosof” sözündәki “sof” ilә eyni mәnaya gәldiyini vә bunun zamanla tәsәvvüf şәklindә dilә gәtirildiyini irәli sürüb (Mәrmәr, 2014:34).

Hansı sözdәn yaranırsa-yaransın tәsәvvüf, ölümlü lakin Tanrı tәrәfindәn şәrәflәndirilәrәk yaradılan insanın xilqәtinә zidd olan pis әmәllәrdәn vә fikirlәrdәn özünü tәmizlәyәrәk әzәli vә әbәdi olan Tanrıya çatmaq cәhdidir.

Tәsәvvüf, yeganә yaratma qüdrәtinә malik olan Tanrının vәsfini vә kainatın yaranmasını “vәhdәti vücud” anlayışı ilә izah edәn dini-fәlsәfi bir yoldur (Akarpınar-Arslan, 2015:354).


  1. Mövlananın həyat və yaradıcılığı

Mövlana Cәlalәddini Rumi 1207-ci ildә Bәlh şәhәrindә dünyaya gәlib. Әsl adı Cәlalәddindir. Atası, o dövrdә Bәlh bölgәsinin әn tanınmış alimlәrindәn biri olan vә “Sultanüs ulәma” ünvanlı Bahaәddin Vәlәddir. Anası isә Mömünә Xatundur. Bahaәddin Vәlәd, Xarәzm bölgәsi Monqol işğalına mәruz qalmazdan qısa bir müddәt öncә ailәsi ilә birlikdә Bәlhdәn ayrılaraq İrana gedib. Orda tanınmış mütәsәvvif Fәridüddin Әttar ilә görüşüb, daha sonra Hicaza vә Mәkkәyә ordan da Şam yoluyla Anadolu Sәlcuqlu dövlәtinin әn qüdrәtli dövründә Anadoluya daxil olub. Ailәsi qısa müddәtli olsa da Anadolunun müxtәlif yerlәrindә yaşayıb daha sonra da Qaramana gedәrәk bir müddәt burada yaşamalı olub. 1221-ci ildә Anadolu Sәlcuqlu Sultanı Әlәәddin Keykubadın dәvәtinә uyaraq Konyaya gәdәrәk orda mәskunlaşıb. Konyada mәdrәsәdә müәllim işlәyib vә burada böyük hörmәt qazanıb 1230-cu ildә dә dünyasını dәyişib (Mengi,2015:51). Bahaәddin Vәlәdin tәlәbәsi Seyyid Bürhanәddin Mühәqqiq Tirmizi Mövlana Cәlalәddini Ruminin müәllimi olub vә ona tәsәvvüf elmini öyrәdәrәk yetişdirib. Mövlana, bir tәrәfdәn tәdris ilә mәşğul olarkәn digәr tәrәfdәn dә müәllimindәn zahidanә mәlumatlar alaraq düşüncә dünyası şәkillәnib. Mövlanaya 9 il dәrs deyәn müәlliminin vәfatı ona böyük tәsir edib vә Mövlana öz daxili dünyasına çәkilәrәk toplumdan tәcrid olub. Onun bu tәnha yaşayışı 1244-cü ilә kimi davam edib. Bu tarixdә Konyaya gәlәn Şәms Tәbrizi ilә tanışması Mövlananın hәyatında dönüş nöqtəsi olub (Köprülü, 1986: 246).

  1. Xakaslar haqda ətraflı yazın

Xakas Muxtar Cümhuriyyəti şimalında və şimalşərqində Rusiya Federasiyasının Krasnoyarsk, qərbində Kəmərova, güneyində Dağlıq Altay və Tıva Muxtar Cümhuriyyəti ilə əhatələnib. Soyan Dağları ölkəni güneydən çevrələyir.

Xakasların sayı 1989-cu ildə aparılan sayıma görə 100 minə qədərdir. Ölkədə qırxa yaxın etnik xalq yaşayır (Arıkoğlu 2013; 2131).

Xakas Cümhuriyyəti Böyük Yenisey (Kim suu) çayına qarışan Uybat, Uyus (Üüs/Ögüs), Ərba, Askiz, Abakan çayları ilə qollarının olduğu sulaq bir bölgədədir. Ölkənin güneyində Sayan dağları yerləşir. Bu dağlar qədim Türk abidələrində “Kögmən” kimi yad edilib. Xakaslar bu dağların güneyində yaşayan Tıvalılara Soyan deyir, dağların adı da bundan törəyib (Butanayəv 1995;6). Ölkənin üçdə ikisi dağlıq və meşəlikdir. Ən böyük şəhərləri isə paytaxt Abakan ilə Minusinskdir. Paytaxtda təqribən 150 min əhali yaşayır. Xakaslar çoxluqla Askiz və ətrafında məskunlaşıb.

Qədim Çin mənbələrində Xakasların adı Hakas, Hyaqas, Haqas, Syatszyası, Syagəsi, Həgəsi, Həhə, Hyakya kimi qeydə alınıb (Butanyayəv 1995;5). Ruslar isə Xakaslara “Tadar” deyir. Xakaslar Kaçin (Haaş, Haas), Saqay, Kızıl, Koybal, Bəltir, Şor kimi Türk boylarından formalaşıb.

Xakas Türklərinin danışdığı dil Oğuz-Uyğur qrupuna daxildir. Xakas Türkcəsinə ən yaxın dil Çində yaşayan Sarı Uyğurlar və Fuyü Qırğızlarının danışdığı Türkcədir. Əsrlərdən bəri qonşuluqda yaşadıqlarına görə Altay və Tıva Türklərinin danışdığı dillərlə də aralarında oxşarlıqlar yaranıb. Xakas Türkcəsi sözlərdəki ünlülərin (sait) daralma prinsipinə görə Tatarıstan Türkcəsinə də oxşayır.


  1. Qədim Türk ədəbiyyatı, dastanlar haqda nə bilirsiniz?

Qədim türk ədəbiyyatının başlanışını müxtəlif çağlarda ozanların yaratdığı dastanlar təşkil edir.

Hər bir qədim xalqın mifoloji xarakterə malik ilahları və ya tarixi qəhrəmanlarını mövzu götürən dastanlar o millətlərin milli mədəniyətlərinin, milli şuurlarının və milli duyğularının əsəridir. Bizlər kimi qədim yunanlılar, perslər (qədim farslar), hindlilər, finlilər, germanlar bu cür dastanları yaradıblar.

Milli xarakterli dastanların yarana bilməsi üçün o millət qədim zamanlarda yaşamalı, tarixlərində iztirablı bir yol keçməli, böyük hadisələrlə üzləşməli, dastani bir ruha malik olmalıdır (Köprülü, 1986:41-42).

Hər millət tarixdə öz ruhuna uyğun dastanlar yaradıb. Türk dünyasının hansı coğrafiyasına baxsaq orda mükəmməl bir dastan gələnəyinin olduğunu müşahidə edərik. Buna misal olaraq Qırğız türklərinin adının hardan gəldiyi məsələsindəki yanaşmaları verməyimiz uyğun olardı.

Yəhudi nəsəbli Fransız səyyahı David Leon Cahun “Qırğız” sözünün “avara, axmaq” mənasına gəldiyini irəli sürüb. Ancaq qırğızlar özlərinin adının “qırx qız” sözündən törədiyini söylәyib.

Onların “Qırx qız əfsanəsi”nə görə bir xaqanın qızının köməkçiləri olan qırx qız bir gün səhərə yaxın bir vaxtda sultanları olan xanımla gəzməyə gediblər. Qarşılarına bir çay çıxıb və bu çay, üzünə düşən qızıl rəngindəki işığı əks etdirirmiş. Qızlar da bu maraqlı anda barmaqlarını çayın suyuna batırıblar və qırxı da ilahi hikmәtlә hamilə qalıb, ancaq öncələri özlərinin bundan xəbəri olmayıb. Lakin bir müddət sonra artıq boylu olduqları başa düşülüncə dedi-qodu başlayıb, xaqan da onları bir dağa sürgün edib. Qızlar dağa üz tutub orda yaşayıblar vә vaxtı gәldikdә uşaqlarını dünyaya gətiriblər. Onların dünyaya gətirdiyi oğlan və qız uşaqları vaxtları çatdıqda evlənib və bunlardan qırğızlar törəyib (Gökalp, 2015:25-26).



  1. Karaylar-Krımçaklar haqda ətraflı məlumat yazın

Karay, İbrani dilində oxumağı bilən anlamındadır.

Karaylar və Krımçaklar Krımın yerli xalqı olub burada ən qədim dövrdə məskunlaşanlardır. Xəzər Xaqağanlığının davamçıları olan Karaylar və Krımçaklar Musəvidilər, ancaq Musəvilik dini Karaylarda və Krımçaklarda fərqlidir. Karaylar və Krımçaklar Krım Xanlığı dövründə Bağçasaray, Balaklava, Sudak, Kəfə, Manqup və Karasubazarda məskunlaşıblar. Bunu Övliya Çələbi də öz səyahətnaməsində qeyd edib (Təməlkuran-Çəvik-Aktaş 1980; 374-375, 377-378, 394, 412-413, 441).

Xəzərlər, İdil çayı sahillərində və Krım Yarımadası arasında öz xanlıqlarını yaradıblar. Xəzər, tәk başına bir xalqın adı deyildir. Ön Bulqarlar, Sabirlər və Qərbi Göytürk boylarından ibarət bir topluluqdur. Öncələri Göytürk dövlətinə tabe olan Xəzərlər 558-ci ildə Göytürk dövlətinin qərbi qolu kimi Xəzər Dövlətini yaradıblar və Şimali Qafqazda hakimiyyətlərini möhkəmləndirdikdən sonra Persiya və Bizans İmperiyası üstünə axınlar ediblər. Göytürk Dövləti 630-cu ildə dağılandan sonra öz müstəqilliklərini elan ediblər və Xəzər Dənizinə öz adlarını qoyublar. Öncələri Göytanrı İnamına malik olan Xəzərlər 742-ci ildə Musəviliyi qəbul ediblər. Şərqdən gələn Peçeneklərin ardıcıl hücumları ilə dövlətləri zəifləyib və 1048-ci ildə də Kiev Knyazlığı tərəfindən ləğv edilib, xalqları da digər Türk tayfalarının olduğu yerlərə köçüb onlarla qaynayıb-qarışıblar. Bir hissəsi Krıma, bir hissəsi də Şərqi Avropaya üz tudub (Güllüdağ 2013; 1959-1966).

İsrailoğullarının Xaxamları Hz. Musadan sonrakı dövrlərdə Tövrata əlavələr ediblər, ancaq Karaylar bu əlavələri qəbul etməyiblər və Tövratdakı “on əmr”i əsas götürüblər. İbadətlərini “Kenesa” adlandırdıqları ibadətxanalarda yerinə yetirirlər. Dini ibadətlərində “Ey İsrailoğlu” əvəzinə “Ay Karayoğlu” deyirlər. İbadətlərini Karay Türkcəsi ilə edirlər, Allaha “Yəhova” əvəzinə “Təngri” ya da “Alla” deyir, Kenesalara ayaqqabılarını çıxarıb daxil olurlar. Dəstəmaza oxşar şəkildə əllərini-üzlərini yuyur, əllərini açıb dua edir və salavat çevirmiş kimi üzlərini sığallayırlar. Özlərinə məxsus rüku və səcdədən ibarət namaz qılırlar (Kuzgun pdf; 1-4).



  1. Kaşqarlı Mahmudun həyat və yaradıcılığı

Kaşqarlı Mahmud Türkcənin və Türkologiyanın ən görkəmli nümayəndəsi, Türkologiyanın yaradıcısıdır. O, İslam dinini ilk olaraq rəsmi şəkildə qəbul edən Qaraxanlı dövləti xanədanına mənsubdur. Aparılan axırıncı araşdırmalara görə 1008-ci ildə Opal bölgəsində dünyaya gəlib və 1105-ci ildə də burada dünyasını dəyişib, Qaraxanlılara məxsus ailə qəbristanlığında dəfn edilib (Sərtkaya, 1999:130-132).

1055-ci ildə babası Məhəmməd Yağan Təkin ilə öz qardaşı Şərqi Qaraxanlı Dövlətinin hökmdarı Süleyman Arslan xan arasında müharibə yaranıb, Süleyman Arslan xan əsir düşüb. Məhəmməd Yağan Təkin Şərqi Qaraxanlı taxtını əlinə keçirib, 18 ay hakimiyyət sürüb və bu müddətdən sonra taxtı könüllü olaraq oğlu Hüseyn Çağrı Təkinə təhvil vermək məqsədilə toy təşkil edib. Məhəmməd Yağan Təkin xanın kiçik arvadı taxt-tac öz oğlu İbrahim Təkinə qalsın deyə ziyafət zamanı Məhəmməd Yağan Təkin və bəzi şahzadaların yeməyinə zəhər qoyaraq onların həlakına səbəb olub. Kaşqarlı Mahmudun atası Hüseyn Çağrı Təkin də bu tәxribat zamanı zәhәrlәnәrәk hәlak olub. Hadisədən dərhal sonra Qaraxanlı taxtına namized olacaq kim varsa aradan götürülüb və İbrahim xan tək başına qalaraq taxtın sahibi olub. Kaşqarlı Mahmud da təqibdən yaxa qurtarmaq üçün Qərbi Qaraxanlı torpaqlarına üz tutaraq hadisələrin gedişatını izləməyə başlayıb, ancaq yeni xaqanın xəfiyyələri onu tutmaq üçün hәr yerdә axtarıb. O da uzun müddət gizli həyat tərzi sürüb və yerini daimi olaraq dəyişdirib, özünü araşdırıcı alim və səyyah kimi tanıdıb (Əskər, 2008:29-30).

Kaşqarlı Mahmud, Mədrəsəi Səciyədə riyaziyyat, astronomiya, dil, ədəbiyyat, tarix, coğrafiya, kimya, fəlsəfə, hüquq, təbabət, ilahiyyat və psixologiya kimi sahələrdə mükəmməl bir təhsil alıb, Ərəbcə, Farsca və Soğdcanı öyrənib, Farabi, İbn-i Sina, Biruni kimi görkəmli alimlərin və Çin, Hind müəlliflərinin əsərlərini oxuyaraq xaqan namizədi kimi yetişdirilib (Cafəroğlu, 2015:16-20).


  1. Qüzey Qıbrıs Türk Cümhuriyyəti

Qıbrıs adası Şərqi Ağdənizdə yerləşib. Bura həddən artıq strateji önəmə malikdir. Türkiyəyə 71 kilometr məsafədə yerləşən Ada, 1571-ci ildə bir illik bir döyüşdən sonra Osmanlı hakimiyyətinə daxil olub (Güzəl 2013; 1887). Osmanlı Dövlətinin taqətdən düşdüyü və torpaqlarının Avropalı ölkələr tərəfindən bölüşüldüyü 19-cu əsrdə İngiltərə Osmanlı Dövlətinə dəstək verərək Qıbrıs Adasında bir hərbi düşərgə qurmasını və Adanı birlikdə idarə etmələrini təklif edib, Osmanlı Dövləti də bunu qəbul edib. Ötən zaman içində adada Türklərlə birlikdə yaşayan Rumlar Yunanıstanın aşkar dəstəyi ilə dəfələrlə soyqırımlar törədiblər.

1960-cı ildə iki toplumlu bir Qıbrıs Dövləti yaransa da Rumlar 1974-cü ildə Türklərə hücum çəkərək soyqırım törədib və Türkiyə məcbur qalaraq vəziyyətə müdaxilə edib. Sonrakı prosesdə də Qüzey Qıbrıs Türk Cümhuriyyəti yaradılıb. Cümhuriyyətin paytaxtı Lefkoşadır və 313 626 nəfər yaşayır (Bulunç 2013;1906-1907).



  1. Yusif Has Hacibin həyat və yaradıcılığı

1020-ci ildə anadan olmuş 1075-ci ildə vəfat etmişdir.
Türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan "Qutadqu-bilik" ədəbiyyat tariximizdə xüsusi yer tutur. Bu əsər vaxt etibarı ilə türk dilində yazılmış, həm də türklərin İslamı qəbul etmələrindən sonra əruz vəznində yazılmış bu gün bizə məlum olan ilk poemadır. XI əsr şairi Yusif Balasaqunlu böyük dilçi, lüğətçi alim Mahmud Qaşqarlının müasiri və yerlisidir. Poemanın adını "Səadət biliyi", "Bəxtiyarlıq sənəti", "Xoşbəxtliyə aparan elm" kimi çevirmək olar. "Qut" səadət, xoşbəxtlik deməkdir. Yusif Balasaqunlu 1015-1018-ci illər arasında Doğu Türküstanın Balasaqun şəhərində dünyaya gəlib. 1068-ci ildə Qaşqar şəhərinə köçüb. Orada 18 ay ərzində bu əsər üzərində işləyib və 1069-cu ildə "Qutadqu-biliy"i Qaraxanlılar dövlətinin – Məşriqin və Çinin hökmdahı Tabğaç Buğra xaqana ərmağan etmişdir. Minnətdarlıq əlaməti olaraq xaqan Yusif Balasaqunluya Ulu Xas Hacib (saray naziri, saray işlərinin rəhbəri) vəzifəsini vermişdir.
Ərəb və tacik (fars) dillərində belə əsərlərin mövcudluğunu, türk dilində isə "Qutadqu biliy"in ilk örnək olduğunu qeyd edən müəllif əsərinin dilini xaqaniyyə adlandırırdı. Mütəxəssislərin fikrincə "Qutadqu biliy"in dili türk dillərinin cənub-qərb qrupuna, yəni Oğuz qrupuna yaxındır. 13200 misradan, 6520 beytdən ibarət, məsnəvi şəklində yazılmış poemanın içində rübai formasından da istifadə olunur. "Qutadqu biliy"in vəzni əruzun kəsik (qısa) mütəqarib bəhri kimi müəyyənləşdirilir. Əsərin giriş hissəsi nəsrlə yazılmışdır.

  1. Anadoluda təsəvvüf ədəbiyyatının inkişafı

Türklәr İslam dinini qәbul etdikdәn sonra Quranı başa düşә bilmәk üçün Әrәb dilini mükәmmәl öyrәnmәk mәcburiyyәtindә qalıblar. Mavәraunnәhr vә Xorasan saraylarında hakim olan Fars dili vә әdәbiyyatı da Türk ziyalılarına öz tәsirini bağışlayıb. Bu tәsir XIII-cü әsrin sonlarından tutmuş 19-cu әsrin ikinci hissәsinә kimi davam edib (Mermer, 2014:15-17).

Bu әdәbiyat, vәzn vә nәzm biçimlәrindәn tutmuş şeirin hәr cürә motiv vә ilhamından tutmuş mövzularına kimi bütün gәlәnәklәrini әhatә edәrәk müәyyәn bir әsas daxilindә vә hökmdarların himayәsi altında yaranıb. Saray şairlәrinin hökmdarlar üçün bәlaqәtli mәdhiyyәlәr düzdüklәri qәsidәlәr, idәal qәbul edilәn gözәl qadın vә qızların vәsfi, vüslata çatmayan bir eşqin izdirabları ilә duyğularını dördlüklәrin qәlibinә sığışdıran rübailәr, eşq macәralarının dilә gәtirildiyi mәsnәvilәr bu әdәbiyyatın әhatә dairәsindә idi (Mermer, 2014:34).




  1. Mövlananın əsərləri

Movlana әsәrlәrini Fars dilindә yazıb.

Mәsnәvi (Movlana bu әsәrini Hüsamәddin Çәlәbinin arzusuna uyaraq yazıb). Mәsnәvi, Anadoluda әsrlәrdәn bәridir insanların zövqlә oxuduğu vә qulaq asdığı әxlaqi dәyәrlәrlә dolu bir әsәrdir. Tәsәvvüf anlayışı ilә yazılan әsәrdә eşq, sәbr, cәhd, tәvәkkül, elm, idrak, hәqiqәt, surәt, mәna, tәqlid, hicab kimi yüzlәrlә sözün anlamını mәsnәvidә tapmaq mümkündür. 7-ci әsrdәn 13-cü әsrә kimi İslam dünyasında yaranan fikirlәrin tәkamülü; Hz. Mәhәmmәdin hәdislәrinin gerçәklәşmәsi; xalqın dilindәki sözlәr, hekayәlәr mәsnәvidә öz әksini tapıb.

Mәsnәvi, “Hakim Sәnai” vә sufi şair “Fәridüddin Әttar”ın “İlahinamә”, “Mәntiqüt Tayr”, “Әsrarnamә” adlı әsәrlәrini tәqlid edәrәk yazıb. Әsәr tamamilә öyrәdici mahiyyәtdәdir, 26 min beytdәn artıqdır. Mәsnәvi, İslam tәsәvvüf әdәbiyyatının әn tanınmış örnәyidir (Köprülü, 1986:247).

Divanı Kәbir (Böyük dәftәr anlamındakı bu әsәri müxtәlif sahәlәrә mәxsus şeirlәrindәn ibarәtdir). Divan, Mövlananın ikinci mәnzum әsәridir. Digәr әsәrlәrinә nisbәtlә lirizm bu әsәrindә daha güclü şәkildә özünü göstәrir. Mövlana “Divanı Kәbir”dә daha çox tәsәvvüf eşqini dilә gәtirib. Әsәrdә Şәms Tәbrizinin tәsiri aydın şәkildә özünü göstәrir. Divanda rübailәr dә yer tutub (Mengi,2015:53).

Mәktubat (Bu әsәrini başda Sәlcuqlu hökmdarlarına vә dövrün idarәçilәrinә nәsihәt mәqsәdi ilә yazıb. Әsәrdә 147 mәktub vardır).

Fihi Ma Fih (Onun içindәki içindәdir anlamındadır). Mövlananın müxtәlif mәclislәrdә etdiyi çıxışlardan ibarәtdir. Әsәri oğlu Sultan Vәlәd yığaraq bir araya gәtirib. Mövlana bu әsәrini Muinüddin Süleyman Pәrvanәyә bağışlayıb.

Mәclisi Sәba (Mövlananın yeddi mәclisdә etdiyi çıxışlardan ibarәtdir. Orda müxtәlif hәdislәr şәrh edilib. Hüsamәddin Çәlәbi vә ya oğlu Sultan Vәlәd tәrәfindәn qeydә alınıb).

“Sevgidә günәş kimi ol, dostluq vә qardaşlıqda axarsu kimi ol, sәhvlәri örtmәdә gecә kimi ol, tәvazödә torpaq kimi ol, öfkәdә ölü kimi ol, hәr nә olursan ol, ya olduğun kimi görün, ya göründüyün kimi ol”.




  1. Qədim vaxtlarda türkiyə haralara deyilirdi?

Türk adı daha sonralar coğrafi adlara verilib. Miladi VI әsrdә Orta Asiyaya, yәni Türküstana, 9-10-cu әsrlәrdә isә Volqa çayından Orta Avropaya kimi olan yerlәrә “Türkiyә” deyilib. Şәrqi Türkiyә Xәzәr ölkәsi, Qәrbi Türkiyә isә Macarların ölkәsi kimi anılıb. 13-cü әsrdә isә Misir vә Suriya “Türkiyә” kimi adlanıb. Anadolu coğrafiyası isә 12-ci әsrdәn tutmuş Türkiyә kimi anılmağa başlayıb. XI әsrdә qәrbә sarı axan Türk boyları Çin vә Hindistan sәrhәdlәrindәn Bizans vә rus sәrhәdlәrinә kimi olan sahәlәrdә yayılıb. Avropalı sәyyahlar Qıpçaq ellәri dә daxil olmaqla, Tuna çayı sahillәrindәn Altay dağlarına kimi olan bölgәlәri “Böyük Türkiyә” kimi adlandırıb/ Bugün dünyada 300 milyona yaxın Türkün yaşadığı mәlumdur, ancaq Türk dünyası Şәrqi Türküstandan Adriyatik dәnizi sahillәrinә kimi olan coğrafiyalarda bölünmüş, parçalanmış haldadır. Yeni nәsillәrin birinci vәzifәsi bu dünyaya mәnsub Türk xalqlarını tanımaq, öyrәnmәk vә Atatürkün “Köklәrimizә enmәli vә olayların böldüyü tariximizin içindә bütövlәşmәliyik” (Altaylı 2005; 6) şәklindә dilә gәtirdiyi vә hәr bir Türk övladına vәsiyyәti olan bu sözlәrinә әmәl etmәliyik.

  1. Qaqauz ədəbiyyatı

Qaqauzlar Oğuz türklərinin qərb qrupuna daxildir, ancaq bəzi tarixi və siyasi səbələrə görə xristian dinini mənimsəyiblər.

Qaqauz Yeri Muxtar Cümhuriyyətinin paytaxtı Komratdır. Bölgə bu gün də xalq arasında və coğrafi vahidlərdə Bucaq adlanır. Azərbaycanın Qəbələ rayonunda da Komrat adlı dağ və pir ocağının olması maraqlıdır. Bucaq adlı yer adları Türk dünyasının hər bir küncündə vardır.

Qaqauz yerində bir kənddə Orumbet Oğlu adlı bir tatar yaşayırmış və kəndin hakimiymiş. Onun "Komur (Kömür) At", yəni “qara at” adında bir atı varmış. Cıdırların əksəriyyətini onun atı qazanırmış. Bu Tatarın atının adını həmin kəndə qoyublar. Komur at adı zamanla təhrif olaraq Komrat şəklini alıb. Kırımda, Türküs¬tanda, xüsusən də qaraqalpaqların yaşadığı bölgələrdə Komrat toponimi geniş yayılıb. Bu mövzuda özbək və qaraqalpaq araşdırıcılarının maraqlı məqalələri çap olunub.

Qaqauz folklorunu ilk dəfə V. Moşkov toplayıb. Varşava¬dakı Rus ordusunun həkimi V. Moşkov kənd-kənd gəzərək folk¬¬lora və etnoqrafiyaya aid materiallar toplayaraq onu 1904-cü ildə çap etdirib (Moşkov 1904). Atanas Manov da, V. Moşkov kimi qaqauzları fərqli bir millət kimi öyrənməyə çalışıb (Manov, 1939:107). Bütün bunların arxasında Ru¬si¬yanın ayrımçılıq siyasəti dayanır.



  1. Məxdumqulu Fəraqi

Şair Dövlət-Məmmədin oğlu, türkmən ədəbiyatının görkəmli nümayəndəsi Məhtumkulu 1733-cü ildə, müxtəlif türkmən tayfalarının yaşadığı Kopetdağın ətəyində, Ətrak çayının hövzəsində yerləşən Hacı Qovuşan kəndində anadan olmuşdur. Məhtumkulunun ailəsi oturaq Göklən tayfasının, Gerkez qəbiləsinin, Qışıq qoluna aiddir.Yetkin çağlarında Məhtumkulu özünə Fərağı ləğəbini götürüb. Erkən yaşlarından ərəb və fars dilində kitab oxumasını, atasının zəngin kitabxanasına borcludur. Bundan başqa Məhtumkulu uşaqlıqdan zərgərlik və dəmirçiliklədə məşğul olub. 1753-cü ili Buxara xanlığında Qızıl-Ayağdaki İdris-Baba mədrəsəsində oxuduqdan sonra, 1754-cü ildə Buxaranın məşhur Kəkildaş mədrəsəsindədə bir il oxuyur. Burada o öz dövrünün savadlı adamlarından sayılan mövlana Nuri-Kazım ibn Baharla tanış olur və onunla birlikdə səyahətə çıxaraq Özbəkistan, Tacikistan, Əfqanıstanı keçərək gəlir Hindistanın şimalına. 1757-ci ildə hər ikisi o dövrün elm mərkəzlərindən biri və çoxlu mədrəsəsi olan Xivə şəhərinə gəlirlər. Burada Məhtumkulu Şirqazi xanın 1713-cü ildə tikdirdiyi mədrəsəyə daxil olur. 1760-ci ildə atasının ölümü ilə əlaqədar o vətəninə qayıdır. Sevdiyi qızın başqasına ərə verilməsi və iki böyük qardaşının ölümü ona böyük zərbə olur. Qardaşlarına olan niskil onun şeirlərində iz buraxmışdır. Lakin bununla onun məhrumiyətləri bitmir. O evlənir, lakin onun iki oğlu gənc yaşlarında vəfat edirlər. 1760-cı ildə sonra ölümünə kimi o Manqışlaqa,Həştərxana, Azərbaycana oradanda Yaxın və Orta Şərq ölkələrinə səyahət edir. Məhtumkulunun əsas nailiyəti, klassik ədəbiyyatı folklor ilə yaxınlaşdırmasıdır. O həmçin türkmən ədəbiyatını ərəb və fars təsirlərindən xeyli azad edib.Şair 1783-cü ildə vəfat edib. Məhtumkulu türkmənlərin birləşməsini istəyirdi. Bu onun yaradıcılığında yer almışdır. Türkmənlərin özlərini ayrı-ayrı tayfalara aid edən bir millət hesab edirdi. Məhtumkulunun yaradıcılığı Azərbaycanın görkəmli yazıçıları Molla Pənah Vaqifə və Molla Vəli Vidadiyə çox təsir etmişdir. Həmçin Məhtumkulu özüdə heç şübhəsiz Azərbaycan ədəbiyyatından təsirlənmişdir.

  1. Türkmən şifahi xalq ədəbiyyatı

Türkmənisdan türkləri Oğuzların qərbə gedərkən bu bölgədə buraxdıqları boylardan təşkil tapıb. Onların yazılı ədəbiyyatlarının ortaya çıxmasından, yəni 18-ci əsrdən öncə zəngin bir xalq ədəbiyyatları vardı. Bu ədəbiyyatda nağıllar, dastanlar, atalar sözləri, tapmacalar və mahnılarda xalqın yaşayışı, həyat tərzi, gələnək və görənəkləri öz əksini tapıb.

Yaratdıqları “Goroğlu”, “Şasənəm-Qərib” kimi dastanlarda qəhrəmanlıq, vətənpərvərlik və mübarizlik duyğuları yer tutub.

Əbülqazi Bahadır Xanın 17-ci əsrdə yazdığı “Şəcərə-i Tərakimə” adlı əsərdə Türkmənistan Türkcəsiylə yazılan üç şeir yer tutub (Bahadır Han, 1996:209-213).

Türkmənlər 1928-ci ilə kimi Ərəb əlifbasından istifadə edib. 1926-ci ildə Bakıda keçirilən Türkoloji Qurultayından sonra Latın əlifbasına keçmək qərarına gəliblər ve 1928-ci ildən başlayaraq 1929-cu ildə latın əlifbasına keçiblər ancaq, 1940-ı ildə isə Stalinin yaydığı əmrlə Kiril əlifbasını qəbul ediblər. 1993-cü ilin nisan ayının 12-ci günü isə Türkmənistan Məclisinin qərarı ilə təkrar Latın əlifbasına qayıdıblar (Kara, 1998:159).



  1. Cənubi Azərbaycan ədəbiyyatı

Cənubi Azərbaycan şifahi və yazılı ədəbiyyatı üçüncü yüzillikdir ki, mürəkkəb və çətin ictimai-siyasi şəraitdə öz missiyasını şərəflə yerinə yetirir: zəngin ədəbi salnamə mənsub olduğu xalqın həyat tərzini, mənəvi dünyasını, fikir və düşüncəsini, sevinc və kədərini, mübarizəsini, gələcəyə ümidini əks etdirməklə yanaşı, onun milli-azadlıq hərəkatı uğrunda mübarizə yollarını işıqlandırır...

Cənubi Azərbaycan ədəbiyyatı milli sərvətimizdir. Bütöv Azərbaycan parçalandıqdan sonra yüz illər boyunca əsarət altında yaşayan Cənubi Azərbaycan xalqının mənəvi dəyərləri elmi-tədqiqat obyekti kimi ardıcıl öyrənilməmişdir.

Böhranlı, ayrılıq illərində ictimai-siyasi fikir bahadırları Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Şeyx Məhəmməd Xiyabani, Səttarxan, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Seyid Cəfər Pişəvəri, Əli bəy Hüseynzadə tarixin ədalətsizlik rüzgarına sinə gərib öz əməlləri ilə xalqın mübarizəsinə, millət kimi əbədi yaşamasına mənəvi dayaq oldular. Bu azman fikir karvanının ənənəsini yaşadan canlı klassiklər—otaylı-butaylı müasir ədəbiyyatımızı yaradanlar sırasında akademik, Xalq yazıçısı Mirzə İbrahimov bütöv Azərbaycanın mücahidi kimi nəzəri cəlb edir.

Mirzə İbrahimov Təbrizdə “Vətən yolunda” qəzetinin redaktoru, Cənubi Azərbaycan demokratik inqilabi hərəkatının iştirakçısı olmuş, ictimai fikrin oyanmasında, ana dilinin qorunmasında, xalqın öz milli azadlığı uğrunda mübarizəsində misilsiz xidmətlər göstərmişdir.

Mirzə İbrahimov 1946-cı ildə Milli demokratik hərəkatın süqutundan sonra da—(1946-1993-cü illərdə) Cənubi Azərbaycanda ədəbi, tənqidi fikrin və ədəbiyyatşünaslığın inkişafı sahəsində heyrətamiz işlər görmüşdür. Cəsarətlə demək olar ki, yeni ədəbi mərhələnin yaranması və formalaşmasına ciddi təsir göstərmişdir.


  1. Tıva Türkləri

Tıva Muxtar Cümhuriyyəti də Rusiya Federasiyası daxilindədir. Ölkənin güneyində Monqolustan, şərqində Buryat Muxtar Cümhuriyyəti, şimalqərbində İrkutsk Oblastı, qüzeyində Krasnoyarsk və Xakas Muxtar Cümhuriyyəti yerləşib. Sayan Dağları ölkəni başdan-başa əhatələyib (Arıkoğlu 2013; 2111).

Tuvalılar özlərini “Tıva” kimi tanıdır, çünki Ruslar onlara “Tuva” deyir. Tıva sözü, III-IV-cü əsrlərdə Çinin şimalında böyük bir dövlət yaradan Toba Türklərindən gəlir. Bunlar haqdakı ən əhatəli araşdırmanı Wilhelm Eberhard aparıb. Çin mənbələrində Toba Türkləri “Tabqaç” şəklində ifadə edilib (Əbərhard 1943;19-30).

Tıva Cümhuriyyəti 1917-ci ildə yaranan inqilabdan sonra Sovetlər Birliyinə daxil olmayaraq 1944-cü ilə kimi müstəqil bir dövlət kimi yaşayıb.

1998-ci ildə aparılan əhali sayımına görə Tıvada 309 700 nəfər yaşayır. Tıvalıların sayı isə 206 900-dür.

Tıvalılar ümumiyyətlə Lamaizm və Göytanrı inamındadır (Tosun 2013; 2121-2125).


  1. Həmdullah Suphi Tanrıövərin gördüyü işlәr

Qaqauz yazılı ədəbiyyatının yaranması və formalaşmasında 1931-1944-cü illərdə Türkiyənin Rumıniyada səfiri işləmiş Həmdullah Süphi Tanrıöverin böyük xidmətləri olub. Bir zaman Türk Ocaqları başqanı olan bu millətçi insan diplomatik vəzifəsini yerinə yetirməklə yana¬şı, ölkədəki müsəlman və xristian türklərin yaşadıqları kəndləri gəzərək qaqauzlar yaşayan kənd və qəsəbələrdə 26 məktəbin açılmasına nail olub. Məktəblərdə dərslər ana dilində-türkcə keçilib. Dobruca türklərindən və Rumıniyanın Məci¬diyə şəhərindəki Müsəlman Seminariyası adlı məktəbin məzunlarından, Türkiyədən müəllimlər və kitablar gətirdərək soydaşları ara¬sında milli şüurun inkişafına təsir edib. Türki¬yədən gələn aydınlar vətənə döndükdən sonra qaqauzlardan topladıqları folklor örnəklərini, müşahidələrini, gördüklərini qəzet və jurnallarda, ensiklopediyalarda çap etdirib mövzunu gündəmdə sax¬layıblar (Kösoğlu-XII, 1999: 191).

Həmdullah Süphi Tanrıöverin Rumıniyadan seçib Türkiyəyə oxumağa göndərdiyi qaqauz gənclərinin çoxu İkinci Dünya Savaşından sonra SSRİ-nin “qapılarını möhkəm-möhkəm bağladığından” geri dönə bilməsələr də, Türkiyədə qaqauz məsələsini gündəmdə saxlayıblar. Bu gənclərdən biri də Doğan Dan adlı şəxsdir, “Akınçılar Kö¬yü” adıyla yazdığı romanını o dövrün ən çox oxunan “Var¬lıq” jurnalında 1938-1939-cu illər arasında çap et¬dir¬ib. Qaqauz etnoqrafiyası və folkloruna dair zəngin məlumata malik bu roman və yazarı uzun illər diqqətdən kənarda qalıb (Argunşah 2001:142).



  1. Qaqauz ədəbiyyatının yaranması və formalaşması

Qaqauzlar Oğuz türklərinin qərb qrupuna daxildir, ancaq bəzi tarixi və siyasi səbələrə görə xristian dinini mənimsəyiblər.

Qaqauz Yeri Muxtar Cümhuriyyətinin paytaxtı Komratdır. Bölgə bu gün də xalq arasında və coğrafi vahidlərdə Bucaq adlanır. Azərbaycanın Qəbələ rayonunda da Komrat adlı dağ və pir ocağının olması maraqlıdır. Bucaq adlı yer adları Türk dünyasının hər bir küncündə vardır.

Qaqauz yerində bir kənddə Orumbet Oğlu adlı bir tatar yaşayırmış və kəndin hakimiymiş. Onun "Komur (Kömür) At", yəni “qara at” adında bir atı varmış. Cıdırların əksəriyyətini onun atı qazanırmış. Bu Tatarın atının adını həmin kəndə qoyublar. Komur at adı zamanla təhrif olaraq Komrat şəklini alıb. Kırımda, Türküs¬tanda, xüsusən də qaraqalpaqların yaşadığı bölgələrdə Komrat toponimi geniş yayılıb. Bu mövzuda özbək və qaraqalpaq araşdırıcılarının maraqlı məqalələri çap olunub.

Qaqauz folklorunu ilk dəfə V. Moşkov toplayıb. Varşava¬dakı Rus ordusunun həkimi V. Moşkov kənd-kənd gəzərək folk¬¬lora və etnoqrafiyaya aid materiallar toplayaraq onu 1904-cü ildə çap etdirib (Moşkov 1904). Atanas Manov da, V. Moşkov kimi qaqauzları fərqli bir millət kimi öyrənməyə çalışıb (Manov, 1939:107). Bütün bunların arxasında Ru¬si¬yanın ayrımçılıq siyasəti dayanır.



  1. David Leon Cahunun etdiyi səhv

Qırğız adına ilk dəfə miladi 731-ci ildə vəfat edən Kül Tigin üçün 732-ci ildə tikilən Orxon abidələrində rastlanıb. Kül Tigin üçün təşkil edilən yuğ mərasimində iştirak edənlər, “yasçı və ağıçı kimi şərqdə gün çıxandan Bükli Çöl xalqı, çinlilər, tibətlilər, avarlar, bizanslılar, qırğızlar…” (Tekin, 2006:25) deyə yad edilərkən çəkilib.

Yuxarıda da işarə edildiyi kimi Yəhudi nəsəbli Fransız səyyahı David Leon Cahun “Qırğız” sözünün “avara, axmaq” mənasına gəldiyini irəli sürsə də qırğızlar özlərinin adının “qırx qız” sözündən törədiyini söylәyib.

Onların “Qırx qız əfsanəsi”nə görə bir xaqanın qızının qırx köməkçisinin olduğu, bir gün səhərə yaxın bir vaxtda sultanları ilə gəzməyə getdikləri, qarşılarına bir çayın çıxdığı, üzünə düşən qızıl rəngindəki maraqlı işığa barmaqlarını batırdıqları və qırxının da ilahi hikmәtlә hamilə qaldığı, bir müddət sonra artıq boylu olduqları başa düşülüncə dedi-qodunun başladığı, xaqanın da onları bir dağa sürgün etdiyi, qızları bu dağda yaşayıb vaxtı gәldikdә uşaqlarını dünyaya gətirdikləri, dünyaya gələn oğlan və qızların vaxtları çatdıqda evlənərək onlardan qırğızların törədiyi (Gökalp, 2015:25-26) qeyd edilib.


  1. Karaylar-Krımçaklar haqda yazın

Karay, İbrani dilində oxumağı bilən anlamındadır.

Karaylar və Krımçaklar Krımın yerli xalqı olub burada ən qədim dövrdə məskunlaşanlardır. Xəzər Xaqağanlığının davamçıları olan Karaylar və Krımçaklar Musəvidilər, ancaq Musəvilik dini Karaylarda və Krımçaklarda fərqlidir. Karaylar və Krımçaklar Krım Xanlığı dövründə Bağçasaray, Balaklava, Sudak, Kəfə, Manqup və Karasubazarda məskunlaşıblar. Bunu Övliya Çələbi də öz səyahətnaməsində qeyd edib (Təməlkuran-Çəvik-Aktaş 1980; 374-375, 377-378, 394, 412-413, 441).

Xəzərlər, İdil çayı sahillərində və Krım Yarımadası arasında öz xanlıqlarını yaradıblar. Xəzər, tәk başına bir xalqın adı deyildir. Ön Bulqarlar, Sabirlər və Qərbi Göytürk boylarından ibarət bir topluluqdur. Öncələri Göytürk dövlətinə tabe olan Xəzərlər 558-ci ildə Göytürk dövlətinin qərbi qolu kimi Xəzər Dövlətini yaradıblar və Şimali Qafqazda hakimiyyətlərini möhkəmləndirdikdən sonra Persiya və Bizans İmperiyası üstünə axınlar ediblər. Göytürk Dövləti 630-cu ildə dağılandan sonra öz müstəqilliklərini elan ediblər və Xəzər Dənizinə öz adlarını qoyublar. Öncələri Göytanrı İnamına malik olan Xəzərlər 742-ci ildə Musəviliyi qəbul ediblər. Şərqdən gələn Peçeneklərin ardıcıl hücumları ilə dövlətləri zəifləyib və 1048-ci ildə də Kiev Knyazlığı tərəfindən ləğv edilib, xalqları da digər Türk tayfalarının olduğu yerlərə köçüb onlarla qaynayıb-qarışıblar. Bir hissəsi Krıma, bir hissəsi də Şərqi Avropaya üz tudub (Güllüdağ 2013; 1959-1966).

İsrailoğullarının Xaxamları Hz. Musadan sonrakı dövrlərdə Tövrata əlavələr ediblər, ancaq Karaylar bu əlavələri qəbul etməyiblər və Tövratdakı “on əmr”i əsas götürüblər. İbadətlərini “Kenesa” adlandırdıqları ibadətxanalarda yerinə yetirirlər. Dini ibadətlərində “Ey İsrailoğlu” əvəzinə “Ay Karayoğlu” deyirlər. İbadətlərini Karay Türkcəsi ilə edirlər, Allaha “Yəhova” əvəzinə “Təngri” ya da “Alla” deyir, Kenesalara ayaqqabılarını çıxarıb daxil olurlar. Dəstəmaza oxşar şəkildə əllərini-üzlərini yuyur, əllərini açıb dua edir və salavat çevirmiş kimi üzlərini sığallayırlar. Özlərinə məxsus rüku və səcdədən ibarət namaz qılırlar (Kuzgun pdf; 1-4).



  1. Yunis Əmrənin həyat və yaradıcılığı

Yunis Әmrәnin, Anadoluda Sәlcuqlu hakimiyyәtinin axıra çatıb bәyliklәrin yaranmağa başladığı bir çağda dünyaya gәldiyi 13 vә 14-cü әsrin ilk rübünә kimi yaşayıb Qәrbi Anadoluda yetişdiyi irәli sürülür (Köprülü, 1986: 265).

Yunis Әmrә ilә bağlı mәlumatlar olduqca kifayәtsizdir. Tәzkirәlәrin içindә yalnızca Aşıq Çәlәbinin “Mәşairüş Şüәra” adlı әsәrindә onunla bağlı tanıdıcı bir mәlumat vardır (Mengi, 2015:67).

Bir çox tanınmış ozan kimi onun da harda dünyaya gәldiyi vә ömür sürdüyü mәlum deyil. Ancaq bir çox alim onun әsәrlәrinә baxıb Әskişәhir vilayәtinin Mihalıççıq qәsәbәsinin Sarıköy kәndindә ömür sürdüyünü fikirlәşir.

Yunis, çağdaşları Mövlana, Geyikli Baba, Әhmәd Fakih kimi şәxsiyyәtlәrin adını әsәrlәrindә anıb. Bunlardan vә Bayәzid Dövlәt Kitabxanasında olan bir әlyazma әsәrdәki mәlumatlara әsasәn onun 1320-1321-ci ildә 82 yaşında dünyasını dәyişdiyi qeyd edilib. Bu mәlumatdan yola düşülәrәk onun 1240 vә ya 1241-ci ildә dünyaya gәldiyi irәli sürülür (Mengi, 2015:67).



Onun hәyatı ilә bağlı ancaq bәzi rәvayәtlәr vardır vә bunlara әsasәn Yunis Әmrә mәktәbdә o qәdәr dә bacarıqlı bir şagird ola bilmәyib. Atası da bunu görәrәk onu daha mәktәbә getmәyә qoymayıb öz işlәrinin başında dayanmasını istәyib. Yunis dә hәm әkin-biçin işiylә mәşğul olub, hәm dә ora-bura sәfәrlәr edib. Bu әsnada qıtlıq yaranıb vә belә bir vaxtda Hacı Bәktaş Vәli ilә tanış olub. O, Hacı Bәktaş Vәlinin yanına gәdәrәk biraz buğda istәyib, Hacı Bәktaş da onun hörmәtcil hәrәkәtlәrini görüb Anadoluda tanınmış bir Babai şeyxi olan Tapduq Әmrәyә yollayıb. Yunis Әmrә, Tapduq Әmrәnin dәrgahına gedib vә onunla tanış olub. Tapduq Әmrә dә Yunisә dәrgaha yanacaq odun daşıma işini tapşırıb. Yunis Әmrә, uzun müddәt әrzindә özünü sevdirib. Tapduq Әmrә ona qızı ilә ailә qurmasını vә dәrgahda qalmasını istәyib. Yunis Әmrә dәrgahda uzun müddәt qalsa da dәrviş sifәtini qazana bilmәyib vә dәrgahdan ayrılaraq bir çox islam ölkәsini gәzib, çoxlu insanlarla tanış olub vә şeirlәrinin әksәriyyәtini dә bu dönәmdә yazıb. Şәxsiyyәti kamillәşdikdәn sonra tәkrar Sakarya hәvalisinә qayıdıb. Şeyxinin dünyasını dәyişmәsindәn sonra onun müridlәri gәlib dәrgahda Yunisin әtrafında cәmlәşib. Yazdığı şeirlәri, ilahilәri xalq arasında dalğa-dalğa yayılıb (Köprülü, 1986: 265-266).

  1. Bulud Qaraçorlu Səhənd

Bulud Qaraçorlu Səhənd (1926, Marağa, Şərqi Azərbaycan ostanı – 1979, Tehran) — 1926-cı ildə Azərbaycanın qədim elm və mədəniyyət mərkəzi olan Marağa şəhərində anadan olmuşdur. Əsli Qaraçorlu (Göytürk dövlətini yaradan Aşina oğulları dəmirçi idi və onların iki tayfası xüsusi qılınc buraxırdı. Hər tayfa da istehsal etdiği qılınca öz adını vermişdi. Tayfalardan birinin adı “Bilgətəkini”, digəri isə “Qaraçori” idi. Hər iki tayfanın nişanı buraxdıqları qılıncın üstündə xüsusi şəkildə həkk olunurdu. Göytürk imperiyasının sərhədləri Azərbaycan’ı da əhatə edirdi. Bulud Qaraçorlunun nəsli Göytürkləri yaradan həmin Qaraçori tayfasına gedib çıxır.)[1] tayfasına mənsub idi .Valideynləri haqda Səhəndin təbirincə desək, atası "əyri-üyrü bir xətlə öz adını cızmalardı, tayfada ağ-qaradan başı çıxan təkcə anası idi ki, o da düz-qələt, fəqət Quran oxuyardı". Azsavadlı zəhmətkeş ata və anasının oxşamaları, nağılları, söhbətləri, öyüdləri onun qanına, yaddaşına hopur, elini, ulusunu sevən bir gənc kimi yetişdirirdi.

  1. Türkiyə ədəbiyyatı

Paytaxtı Ankara olan ölkənin sahəsi 783,562 km2-dir. 1923-cü ildə əhalisinin sayı 12 500 000 nəfər olduğu halda, 1950-ci ildə 20 000 811 min nəfərə çatıb. Hal-hazırda isə 81 milyon nəfərdir. Ölkə Doğu, Güneydoğu, Qaradəniz, Akdəniz, Ege, Mərmərə və İç Anadolu olmaq üzrə yeddi coğrafi bölgəyə ayrılıb. Rəsmi dövlət dili Türkiyə Türkcəsi, pul vahidi “lirə”dir.. Türk (Osmanlı) toplumunda 18-ci əsrdən sonra qərb mədəniyyətini mənimsəmək istiqamətində bir sıra işlər görülmüşdür. Hərbi və siyasi sahədəki inkişaf bir müddət sonra ədəbiyyata də təsir göstərməyə başladı. Xüsusən də qərbi görən və bura ilə yaxından tanış olan ədəbiyyatçılar yeni bir ədəbiyyatın ilk müjdəçiləri oldular. Qərb təsiri nəticəsində formalaşan türk ədəbiyyatının başlanğıcı kimi Tərcümani Əhval (1860) qəzetinin nəşri qəbul edilməkdəir. Çünki bu qəzet rəsmi, ya da yarı rəsmi bir orqan deyil, özəl şəkildə dərc edilən ilk türk qəzeti idi. Belə bir şəkildə başladığı qəbul edilən yeni dövr ədəbiyyatı aşağıdakı dövrlər üzrə öyrənilir: Tanzimat dövrü, Sərvət-i Fünun dövrü, Fecr-i Ati dövrü, Milli ədəbiyyat dövrü, Cümhuriyyət dövrü və sonrakı dövr.
1. Tanzimat ədəbiyyatının aparıcı nümayəndələri

Namiq Kamal, Şinasi, Əhməd Midhad, Ziya Paşa, Mahmud Əkrəm, Əbdülhalq Həid Sami Paşazadə Sezai və başqaları


2. Sərvət-i Fünun ədəbiyyatının aparıcı nümayəndələri

Recaizade Mahmud Ekrəm, Tofiq Fikrət, Cənab Şəhabəddin, Xalid Ziya Uşaqlıgil, Mehmet Rauf və başqaları


3. Fecr-i Ati ədəbiyyatının aparıcı nümayəndələri

Əhməd Həşim, Emin Bülend Serdaroğlu, Hamdullah Sübhi Tanrıöyər, Fuad Köprülü, Yaqub Qədri Qaraosmanoğlu və başqaları


4. Milli ədəbiyyatın aparıcı nümayəndələri

Ömər Seyfədin, Mehmed Akif Ersoy, Xalide Edip Adıvar, Rəşad Nuri Güntəkin və başqaları


5. Cümhuriyyət və sonrakı dövr ədəbiyyatının aparıcı nümayəndələri

Ziya Osman Səba, Yaşar Nəbi Nayir, Nazim Hikmət, Orxan Vəli Kanık, Oktay Rifat, Cahid Qüləbi, Hüseyn Rəhmi Günpinar, Peyamr Safa, Kamal Tahir, Əziz Nesin, Necati Cümali, Selim İleri, Fakir Baykurt və başqaları.



  1. İslamdan qabaqkı Türk ədəbiyyatı növləri

Türklərin ana vətəni Orta Asiyadakı mədəni yaradıcılığının hamısı bu günə qədər gəlib çıxmayıb. Türk dilində ilk yazılı əsərləri 6-cı əsrdən qaldığını nəzərə alsaq bu dövrün ədəbiyyatı ilə bağlı əsas sənədlərin əldə olmadığını deyə bilərik. Mahmud Kaşğari nin 11-ci əsrdə yazdığı "Divanü Lüğat-it-Türk" (Türk dilləri Sözlüyü) adlı kitabında dövrün şifahi əsərləri yazılı şəkildə özünə yer tapıb. Şifahi ədəbiyyat ənənəsində şeir ilk yerdə durur. Kam, baksı, ozan, şaman adlandırılan ilk şairlər qopuz deyilən simli bir alətin müşayiəti ilə şeirlərini səsləndirirdi. Aprınçur Tigin, Çuçu, Kül Tarkan, Çisuya Tutunq, Asıq Tutunq Sunqku Seli və Kalim Keyşi əsərlərindən nümunələr olan ilk şairlər arasındadır. İlk türkcə yazılı əsərlər 6-cı əsrdən qalan Yenisey yazıları və 8-ci əsrdən qalan Orxun yazılarıdır. Xüsusi ilə Şer dilində yazılmış olan Orxun yazıları türk dünyasının ümumi yaşamı, mədəniyyət və sənət sahəsində müxtəlif istiqamətlərdən əngin bilgilərlə boldur.

  1. Osman Türkayın həyat və yaradıcılığı

Osman Türkay 1927-ci ildə Girnə vilayətinin Ozanköy kəndində danyaya gəlib, 2001-ci ildə də ömrünü həmin yerdə başa vurub. Londonda jurnalistlik və fəlsəfə təhsili alıb. Şeirlərini Varlıq və Beşbarmaq jurnallarında çap etdirib. Sonralar Londonda yaşamağa başlayaraq İngilis dilində şeirlər yazıb. Şeirləri Yunan, İspan, Çex dillərinə tərcümə edilib. Əsərləri: Yeddi Telli, Uyurgəzər, Bəəthovən’də Aydınlığa Uyanmaq, Əvrənin Düşündə Gəzgin, Qiyamət Günü Gözləmçiləri.

  1. Mixail Çakır

Qaqauz türklərinin ədəbi dilinin inkişafında 20-ci yüzilliyin ilkin on illiklərində yaşamış nüfuzlu din xadimi Mixail Çakırın yazdığı və tərcümə etdiyi Xristian dininə məxsus duaların, tarixi və etnoqrafik mə¬qalələrin rolu olsa da, əsaslı dəyişiklik 1957-ci ildə Kiril əlifbasının qәbulundan sonra baş verib. Orta məktəblərdə dərslər ana dildə keçirilməyə baş-lanıb, qəzetlərdə qaqauz türkcəsində səhifələr hazırlanıb, dərsliklər çap olunub.

Qaqauz türklərinin yazılı ədəbiyyatının formalaşmasında Mixail Çakırdan (1861-1938) sonra Nikolay Arabacı (1893-1960), Nikolay Tanasoğlu (1895-1979), Dionis (Dəniz) Tana¬soğ¬lu (1922-2006), Todur Zanet (1958) və özgələrinin böyük əməyi olub. Qaqauz türklərinin ədəbi dilinin inkişafında 20-ci yüzilliyin ilkin on illiklərində yaşamış nüfuzlu din xadimi Mixail Çakırın yazdığı və tərcümə etdiyi dini duaların, tarixi və etnoqrafik mə¬qalələrin rolu olsa da əsaslı dəyişiklik 1957-ci ildə Kiril əlifbasının qəbulundan sonra baş verib. Orta məktəblərdə dərslər ana dildə keçirilməyə baş¬layıb, qəzetlərdə qaqauz türkcəsində səhifələr hazırlanıb, dərsliklə çap olunub (İsayev 1998:89).



Qaqauz türklərinin yazılı ədəbiyyatının formalaşmasında Mixail Çakırdan (1861-1938) sonra Nikolay Arabacı (1893-1960), Nikolay Tanasoğlu (1895-1979), Dionis (Dəniz) Tana¬soğ¬lu (1922-2006), Todur Zanet (1958) və özgələrinin böyük əməyi olub.

  1. “Manas” dastanı

Manas Dastanında Manasın əsgərləri qarşısında çıxış edərkən “qırx igidim” deyə səslənməsi, Türk dastanlarında və nağıllarında “qırx igid”, “qırx qız” motivinin çox yayğın olduğunun dəlilidir (İnan, 1987: 238). Bu düşüncədən hərəkətlə Leon Cahunun qırğızlarla bağlı fikrinin nə qədər səthi və qərəzli olduğu aydın olur. Həcm etibarilə "Manas" dünya folklorunun ən böyük əsəridir. Türk dünyasının şah əsərlərindən olan bu dastan bütün türk xalqları tərəfindən sevə-sevə oxunulur.
Qırğızların “Manas” dastanı dünya xalqlarının şifahi ədəbiyyatının möhtəşəm zirvələrindən biridir. Vətənin azadlığını, müstəqilliyini hər şeydən uca tutan, müqəddəs ata yurdunu yadellilərin işğalından qorumaq üçün xalqı mübarizəyə çağıran, türk xalqlarının həyat və məişətini, adət-ənənələrini, torpaq sevgisini özündə yaşadan “Manas” dastanı əsrdən-əsrə, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatmışdır.
"Manas"ın kökləri qədim əsrlərə gedib çıxır. Bununla belə 1995-ci ildə dastanın YUNESKO-nun qərarı ilə 1000 illiyinin qeyd olunması səbəbindən onu X əsrə aid edirlər. "Manas" Qırğızıstanda bu gün də genişlənməkdədir. Çağdaş manasçılar ona yeni-yeni motivlər və çalarlar əlavə edirlər. Eposun manasçılar tərəfindən söylənilmiş 18-dən çox variantı qeydə alınmışdır. Yaranma tarixi hələlik dəqiqləşdirilməmişdir.

  1. V. Radlovun türk dastanlarının toplanması və nəşrində xidmətləri

Altay-Saxa Türkləri arasından Verbitskiy və Radloff tərəfindən qeydə alınmış dastanın iki versiyası mövcuddur. Əsərin Uyğurca olan ilk nüsxəsi 1439-cu ildə Heratda əldə edilib. İkinci nüsxəsi isə Ərəb dilindədir. Əsəri ilk dəfə Radloff tərəfindən 1900-cü ildə çap etdirib. Çora Batır, Koplandı Batır, Əsəbay Batır, Edige, Ər Tarqın kimi epik dastanlarda Krım türklərinin qəhrəmanlarının həyatları və mübarizələri dilə gətirilib. Bu dastanların dəyişik çalarları Qazax, Özbək, Qaraqalpaq, Noqay və digər türk tayfalarında da qarşımıza çıxır. Bu dastanlar 1896-cı ildə Radloff, 1980-ci ildə də Cəfər Bəkirov tərəfindən qeydə alınaraq nəşr etdirilib. Altay folkloru ilә bağlı ilkin fikirləri etnoloq Nikolay İvanoviç Ananin irəli sürüb. Onun yığdığı xalq әdәbiyyatı nümunəlәrini dә Rus dilinә Mixail Vasilyeviç Çevalkov tәrcümә edib. Ananindәn sonra 1960-cı ildә bölgәyә gedәn Wilhelm Radloff yığdığı 8 nağıl, 6 dastan, 6 әfsanә, 50-dәn artıq mahnı, 4 yanıltmac vә iki alqışı 1866-cı ildә Obraztsı Narodnoy Literaturı Tyurskıx Plemen Yujnoy Sibiri adlı әsәrinin birinci cildindә St. Peterqburqda çap etdirib.

  1. Bulud Qaraçorlu Səhəndin yaradıcılığı

Bulud Qaraçorlu Səhənd (1926, Marağa, Şərqi Azərbaycan ostanı – 1979, Tehran) — 1926-cı ildə Azərbaycanın qədim elm və mədəniyyət mərkəzi olan Marağa şəhərində anadan olmuşdur. Əsli Qaraçorlu (Göytürk dövlətini yaradan Aşina oğulları dəmirçi idi və onların iki tayfası xüsusi qılınc buraxırdı. Hər tayfa da istehsal etdiği qılınca öz adını vermişdi. Tayfalardan birinin adı “Bilgətəkini”, digəri isə “Qaraçori” idi. Hər iki tayfanın nişanı buraxdıqları qılıncın üstündə xüsusi şəkildə həkk olunurdu. Göytürk imperiyasının sərhədləri Azərbaycan’ı da əhatə edirdi. Bulud Qaraçorlunun nəsli Göytürkləri yaradan həmin Qaraçori tayfasına gedib çıxır.)[1] tayfasına mənsub idi .Valideynləri haqda Səhəndin təbirincə desək, atası "əyri-üyrü bir xətlə öz adını cızmalardı, tayfada ağ-qaradan başı çıxan təkcə anası idi ki, o da düz-qələt, fəqət Quran oxuyardı". Azsavadlı zəhmətkeş ata və anasının oxşamaları, nağılları, söhbətləri, öyüdləri onun qanına, yaddaşına hopur, elini, ulusunu sevən bir gənc kimi yetişdirirdi.

  1. Mirzəli Möcüz

Mirzəli Möcüz Hacıağa oğlu(d. 29.03.1873- ö. 25.09.1934)-Azərbaycan şairi.
Mirzəli Möcüz Şəbüstəri yoxsullaşmış tacir ailəsdində doğulmuşdur.16 yaşından İstanbulda tacirlik edən qardaşlarının yanında yaşamış,kitab satmaqla məşğul olmuş, ilk şeirlərinidə burada yazmışdır.1905-ci ildə vətənə qayıtmışdır.Realist-demokratik Molla Nəsrəddin ədəbi məktəbinin,xüsusilə Mirzə Ələkbər Sabirin Möcüz yaradıcılığına qüvvətli təsiri olmuşdur.Əsasən satirik şeirlər yazmışdır. Şah üsuli-idarəsinin,istibdadının,zülm və istismarının, cəhalət və möhvumatın, qadın hüquqsuzluğunun,imperializmin tənqidi Möcüz satiralarının əsas mövzusudur.Yaradıcılığında vətənpərvərlik və milli azadlıq ideyalarının tərənnümü, maarif və mədəniyyətə çağırış da mühüm yer tutur.Ana dili uğrunda mübarizədə fəal iştirak etmi,şeirlərini sadə xalq dilində yazmışdır.

  1. Mövləvilik

Mövləvilik (osmanlıca: مولويه, türkcə, farsca, ərəbcə mövləvi deyilir) — Avropada "rəqs edən dərvişlər" cəmiyyəti adlandırılan sufi cəmiyyətidir. Onun adı mövlana, yəni bizim ağamız sözündən götürülmüşdür. Təriqət Mövlanə Cəlaləddin Ruminin (1207-1273) adı ilə bağlıdır. Rumi Bəlxdə dünyaya gəlmişdir. 1213-cü ildə atası və ilk müəllimi Bəhaəddin Vələd ailəsi ilə birlikdə Hicaza, daha sonra Səlcuqluların hakimiyyəti altında olan Konyaya köçmüşdür. 1244-cü ildə onun ölümündən sonra təhsilini atasının davamçısı Bürhanəddin Tirmizidən almış, mədrəsədə dərs deməyə başlamışdır. Həmin dövrdə Cəlaləddin kübravilər təriqətinin "ayıqlıq" adlandırdığı mənəvi yola üstünlük vermiş, lakin 1244-cü ildə dərviş Şəms Təbrizi ilə görüşdükdən sonra sufiliyin "eşq" yolunun tərəfdarı olmuş və ilhamını fars poeziyasının bədii obrazlarından almışdır.
Mövlanə öz təriqətini sonralar formalaşdırmışdır. Vəfatından sonra isə bu təriqət onun adını daşımış və ardıcılları tərəfindən inkişaf etdirilmişdir. Mövləvilər təriqətinin xüsusi mənəvi yolu vardır. Bu onu digər təriqətlərdən əsaslı şəkildə fərqləndirir. Bundan başqa, onlar Mövlanənin "Məsnəvi" adlı poetik kitabına böyük əhəmiyyət verirmişlər. Mövlanənın başqa əsərləri də olmuş və onlar türk ədəbiyyatı inciləri hesab olunmuşlar. Cəmiyyətin Avropadakı adı mövlana sufilərinin xüsusi zikr mərasimi ilə bağlıdır. Həmin mərasim zamanı sufilər musiqi alətlərinin təranələri altında bədənlərini müxtəlif şəkildə hərəkət etdirir, o cümlədən sağ ayaqlarını yerə dayayaraq hərlənirlər. Cəmiyyətin mərkəzi Konya şəhərində, mövləvilərin fəaliyyəti isə əsasən Kiçik Asiya hüdudlarında idi. Mövləvi sufilərinin Türkiyədə öz mövləviyyəxanaları (məktəb-yataqxanaları) və təkkələri (ribatın türk variantıdır) vardır. 1925-ci ildə Türkiyə hökumətinin dekreti ilə bütün təkkələr bağlanmış, Konya şəhərindəki mövliyyəxana isə şəhər muzeyinə çevrilmişdir. Son illərdə cəmiyyət öz fəaliyyətini bərpa etmişdir. Təriqətin başçıları varislik yoluyla təyin olunur və varislik zənciri Mövlanəyədək yüksəlir. Onlar öz şeyxlərini "çələbi" adlandırırlar. Təriqətin mərkəzi dərgahı (asitanı) Türkiyənin Konya şəhərində yerləşir. Mövləvilərin dərgahları başqa sufi təriqətlərinin dərgahlarından daha böyükdür. Bu, mövləvilərin mənəvi ayinlərinin özəlliyi ilə izah olunur. Onları yerinə yetirmək üçün böyük ərazi lazımdır. Mövləvi təriqətinin xüsusi zikrləri vardır. Onlar öz yığıncaqlarında (səmalarda) musiqi sədaları altında rəqsə bənzəyən hərəkətlər edirlər. Hərəkət zamanı mövləvilər (səmazənlər) bir yerdə dayanaraq uzun müddət fırlanırlar. Buna görə də Avropada onları "fırlanan dərvişlər" adlandırırlar. Onların toplantılarında əsasən ney musiqi alətindən istifadə edilir.

  1. Mövlananın ədəbi şəxsiyyəti

Movlana әsәrlәrini Fars dilindә yazıb.

Mәsnәvi (Movlana bu әsәrini Hüsamәddin Çәlәbinin arzusuna uyaraq yazıb). Mәsnәvi, Anadoluda әsrlәrdәn bәridir insanların zövqlә oxuduğu vә qulaq asdığı әxlaqi dәyәrlәrlә dolu bir әsәrdir. Tәsәvvüf anlayışı ilә yazılan әsәrdә eşq, sәbr, cәhd, tәvәkkül, elm, idrak, hәqiqәt, surәt, mәna, tәqlid, hicab kimi yüzlәrlә sözün anlamını mәsnәvidә tapmaq mümkündür. 7-ci әsrdәn 13-cü әsrә kimi İslam dünyasında yaranan fikirlәrin tәkamülü; Hz. Mәhәmmәdin hәdislәrinin gerçәklәşmәsi; xalqın dilindәki sözlәr, hekayәlәr mәsnәvidә öz әksini tapıb.

Mәsnәvi, “Hakim Sәnai” vә sufi şair “Fәridüddin Әttar”ın “İlahinamә”, “Mәntiqüt Tayr”, “Әsrarnamә” adlı әsәrlәrini tәqlid edәrәk yazıb. Әsәr tamamilә öyrәdici mahiyyәtdәdir, 26 min beytdәn artıqdır. Mәsnәvi, İslam tәsәvvüf әdәbiyyatının әn tanınmış örnәyidir (Köprülü, 1986:247).

Divanı Kәbir (Böyük dәftәr anlamındakı bu әsәri müxtәlif sahәlәrә mәxsus şeirlәrindәn ibarәtdir). Divan, Mövlananın ikinci mәnzum әsәridir. Digәr әsәrlәrinә nisbәtlә lirizm bu әsәrindә daha güclü şәkildә özünü göstәrir. Mövlana “Divanı Kәbir”dә daha çox tәsәvvüf eşqini dilә gәtirib. Әsәrdә Şәms Tәbrizinin tәsiri aydın şәkildә özünü göstәrir. Divanda rübailәr dә yer tutub (Mengi,2015:53).

Mәktubat (Bu әsәrini başda Sәlcuqlu hökmdarlarına vә dövrün idarәçilәrinә nәsihәt mәqsәdi ilә yazıb. Әsәrdә 147 mәktub vardır).

Fihi Ma Fih (Onun içindәki içindәdir anlamındadır). Mövlananın müxtәlif mәclislәrdә etdiyi çıxışlardan ibarәtdir. Әsәri oğlu Sultan Vәlәd yığaraq bir araya gәtirib. Mövlana bu әsәrini Muinüddin Süleyman Pәrvanәyә bağışlayıb.

Mәclisi Sәba (Mövlananın yeddi mәclisdә etdiyi çıxışlardan ibarәtdir. Orda müxtәlif hәdislәr şәrh edilib. Hüsamәddin Çәlәbi vә ya oğlu Sultan Vәlәd tәrәfindәn qeydә alınıb).


  1. Türkmən ədəbiyyatının yaranması və inkişafı

Türkmənisdan türkləri Oğuzların qərbə gedərkən bu bölgədə buraxdıqları boylardan təşkil tapıb. Onların yazılı ədəbiyyatlarının ortaya çıxmasından, yəni 18-ci əsrdən öncə zəngin bir xalq ədəbiyyatları vardı. Bu ədəbiyyatda nağıllar, dastanlar, atalar sözləri, tapmacalar və mahnılarda xalqın yaşayışı, həyat tərzi, gələnək və görənəkləri öz əksini tapıb.

Yaratdıqları “Goroğlu”, “Şasənəm-Qərib” kimi dastanlarda qəhrəmanlıq, vətənpərvərlik və mübarizlik duyğuları yer tutub.

Əbülqazi Bahadır Xanın 17-ci əsrdə yazdığı “Şəcərə-i Tərakimə” adlı əsərdə Türkmənistan Türkcəsiylə yazılan üç şeir yer tutub (Bahadır Han, 1996:209-213).

Türkmənlər 1928-ci ilə kimi Ərəb əlifbasından istifadə edib. 1926-ci ildə Bakıda keçirilən Türkoloji Qurultayından sonra Latın əlifbasına keçmək qərarına gəliblər ve 1928-ci ildən başlayaraq 1929-cu ildə latın əlifbasına keçiblər ancaq, 1940-ı ildə isə Stalinin yaydığı əmrlə Kiril əlifbasını qəbul ediblər. 1993-cü ilin nisan ayının 12-ci günü isə Türkmənistan Məclisinin qərarı ilə təkrar Latın əlifbasına qayıdıblar (Kara, 1998:159).



  1. Türkmən ədəbiyyatının mərhələləri və xüsusiyyətləri

Türkmən ədəbiyyatı dörd mərhələdə araşdırılır.

1-Rus işğalına kimi olan dövr.

2-Rus işğalından II-ci Dünya Müharibəsinə kimi olan dövr.

3-II-ci Dünya Müharibəsi illərindəki dövr (1941-1945).

4-II-ci Dünya Müharibəsindən indiyə kimi olan dövr.

Rus işğalının yaranmasından öncəki çağlarda Türkmən ədəbiyyatının inkişafında bir mənalı olaraq Mahdumqulunun adı ön plana çıxır. Məxdumqulu mükəmməl yətişmiş ziyalı, ayıq düşüncəli, Türk, Ərəb və Fars dillərindəki əsərləri mütaliə edərək yüksək bir bilik səviyyəsinə çatmış bir şairdir. Şeirlərində vətən sevgisi və qəhrəmanlıq temaları ön plandadır. Ölkəsinin abadlaşması, Türkmənlərin bir-biriylə dostanə ömür sürməsi şeirlərinin əsl temalarıdır və onun şeirləri milli mənsubiyyət şüuruna yüksək səviyyədə malik olan Türkmənlərdəki vətən və el səvgisini daha da gücləndirib.

Məxdumqulu yalnızca özündən sonra yetişən Seydi, Zəlili, Molla Nəpəs, Talıbi və Mətəçi kimi şairlərə təsir etməyib; 19-cu əsrdə yetişən Qaraqalpaqların Günxoca, Öteş kimi şairlərinə də öz təsirini bağışlayıb. Şeirlərinin əksəriyyəti Qaraqalpaq Türkcəsinə köçürülüb.

18-ci əsrdə Məxdumquludan özgə Dövlətməmməd Azadi, Məqrubi, Şabəndə, Şeydayi, Nurməhəmməd Andalıp kimi şairlər yetişib. Nurməhəmməd Andalıp, Qayıbi və Şabəndənin şeirlərində Xoca Əhməd Yəsəvinin təsiri aydın görünür. O, “Leyli-Məcnun” və “Yusup-Züleyxa” dastanlarını da yazıb. Oğuznamə adlı mənzuməsində Oğuzların tarixi və onlarla bağlı rəvayətləri dilə gətirib.

19-cu əsrin axırları və 20-ci əsrin əvvəllərində Dovan, Qara, Yağmır, Durdı, Dövlətməmməd Balğızıl, Molladurdı, Kormolla, Zinhari kimi şairlər yetişib.


  1. Türk xalq şeri

Türk Xalq Şiirinin ənənəsi, Türklərin İslamı qəbul etməzdən əvvəl dastan dövrü adlandırılan şifahi ənənənin davamıdır.

Türklər müsəlman olduqdan sonra bu ədəbi ənənənin müxtəlif xüsusiyyətlərini qoruyaraq, İslamı qəbul etməklə başlayan böyük mədəni dəyişikliklərə uyğunlaşdılar və yeni görünüşlərlə öz mahiyyətlərini itirmədən günümüzə davam etdilər. Xalqın ortaq zövqünü və dəyərlərini əks etdirən bu ədəbi ənənəyə "xalq ədəbiyyatı" deyilir. Xalq ədəbiyyatı şeir ənənəsi üç əsas qolda irəliləmişdir. Bu ənənələr:


1. Anonim xalq şeiri

2. Aşiq tərzi xalq şeiri

3. Dini-mistik xalq şeiri
Divan ədəbiyyatının şeir ənənəsindən bəhs edərkən belə bir ayrılığa toxunmadıq. Ancaq xalq ədəbiyyatında bu fərqi vermək bir zərurətdir.


  1. Qərbi Trakya Türk ədəbiyyatı

Osmanlı Dövlətinin tənəzzülündən sonra Türkiyə Cümhuriyyəti ilə Yunanıstan arasında qol çəkilən Lozan sazişi, Yunanıstan hakimiyyətində qalan Qərbi Trakya türkləri üçün önəmli bir ünsürdür. Çünki bu sazişlə onlar milli kimliklərini, dillərini və mənliklərini qoruya biliblər. Halhazırda bölgədə rəsmi azlıq statusunda olmaq şərti ilə Yunan təzyiqi altında 150 min Türk yaşayır.

Qərbi Trakya türklərinin ədəbiyyatları miladi 7-ci əsrdən bəri yaşayır, ancaq burdakı türklər təqribən 1918-ci ildən bəri yunanıstan hakimiyyətindədir.

Qərbi Trakyadakı türk xalq ədəbiyyatı Balkanlar bölgəsində yaşayan türklərin ədəbiyyatından fərqlənmir. Bugün Bolqarıstan, Rumınya, Bosna-Hərsək, Qaradağ, Kosova, Makedoniya, Albaniya və Yunanıstanda olmaqla iki milyondan artıq Türk yaşayır. Adı çəkilən bölgələr bəş yüz il qədər Osmanlı hakimiyyətində qalıb, ancaq Osmanlı Dövləti onların nə dininə, nə dilinə, nə inamına, nə də mədəniyyətinə toxunub. Lakin 1984-cü ildən başlayaraq Jivkov zamanında Bolqarıstandan zorbazorluqla köçürülən türklərin vəziyyəti məlumdur. Xüsusi ilə keçmiş Yuqoslaviya hakimiyyətindəki türklərin vəziyyəti də Bolqarıstandakı türklərdən geri qalmırdı.

Qərbi Trakya Türk ədəbiyyatının kökləri qədim Türk ədəbiyyatından qidalanıb. Bu bölgədə aparılan araşdırmalarda qədim Türk inamı olan Tanrıçılığın izlərinin hələ də bölgədə yaşadığı aşkarlanıb. Buradakı xalq ədəbiyyatı əvvəlliklə ümumi Türk ədəbiyyatı, digər tərəfdən də Anadolu Türk Xalq ədəbiyyatı və mədəniyyəti ilə möhkəm əlaqələrə malikdir. Şifahi ədəbiyyat gələnəyi bugün də bütün cah-cəlalı ilə yaşayır və yazılı ədəbiyyatla atbaşı addımlayır.

Yunanıstan hakimiyyətindəki Qərbi Trakya Türk ədəbiyyaytının mənbələri bunlardır:

1-Qərbi Trakya, Türkiyə və digər Balkan ölkələrində olan müxtəlif cönklər, divanlar və məcmüələr.

2-Lozan sazişindən bu tərəfə Qərbi Trakyada Türkcə yayımlanan qəzet, jurnal və kitablarda yaradılan ədəbiyyat və onların arxivi.

3-Türkiyəyə mühacirət edən Qərbi Trakya Türklərinə məxsus xalq ədəbiyyatı haqda aparılan araşdırmalar.

4-Qərbi Trakya xaricində olmaqla Türkiyə və digər ölkələrdə yayımlanmış və ya çap üzü görməmiş kitablar, məqalələr, məruzələr, dissertasiyalar və s.


  1. Qaqauz Muxtar Cümhuriyyətini yarandan siyasi və ədəbi olaylar

Qaqauzlar Oğuz türklərinin qərb qrupuna daxildir, ancaq bəzi tarixi və siyasi səbəblərə görə xıistian dinini mənimsəyiblər. Çağdaş statistik qaynaqlarda dünya xalqları sırasında onların da adı çəkilir. Qaqauzlar haqqında ensiklopedik soraq¬ça¬larda vərilən bilgilər bir-birindən o qədər də fərqlənmir. Ək¬səriyyətində, türk xalqı olan qaqauzlar əsasən Moldova, Ukrayna, Qazaxıstan, Quzey Qaf¬qaz, Bolqarıstan, Rumıniya, Yunanıstan, Türki¬yə və Amerikada yaşayırlar, sayları 200 min¬dən artıqdır, - deyə yazılır.

Moldoviya Cümhuriyyətindəki Qaqauz Yeri Muxtar Vilayətinin 26 kəndində və Komrat, Çadır-Lunqa, Vulkaneş rayonlarında toplu, Baserabya rayonunda bolqar, ukrayn, moldav xalqları ilə qarışıq şəkildə yaşayırlar. 1994-cü il dekabrın 23-də Qaqauz Yeri Muxtar Vilayətini yaradıblar və türk dilinin güney-batı (oğuz) ləhcəsində danışırlar. 1957-ci ildən 1993-cü ilədək kiril əlifbası əsasında yaradılmış əlifba¬dan istifadə ediblər. Sovetlər Birliyi dağıldıqdan sonra bir çox türk xalqları kimi onlar da 1996-cı ildən latın əlifbasına keçiblər (İsayev 1998:89).

Qaqauz Yeri Muxtar Cümhuriyyətinin paytaxtı Komratdır. Bölgə bu gün də xalq arasında və coğrafi vahidlərdə Bucaq adlanır.

Qaqauz türklərinin ədəbi dilinin inkişafında 20-ci yüzilliyin ilkin on illiklərində yaşamış nüfuzlu din xadimi Mixail Çakırın yazdığı və tərcümə etdiyi Xristian dininə məxsus duaların, tarixi və etnoqrafik mə¬qalələrin rolu olsa da, əsaslı dəyişiklik 1957-ci ildə Kiril əlifbasının qәbulundan sonra baş verib. Orta məktəblərdə dərslər ana dildə keçirilməyə baş-lanıb, qəzetlərdə qaqauz türkcəsində səhifələr hazırlanıb, dərsliklər çap olunub.

Qaqauz türklərinin yazılı ədəbiyyatının formalaşmasında Mixail Çakırdan (1861-1938) sonra Nikolay Arabacı (1893-1960), Nikolay Tanasoğlu (1895-1979), Dionis (Dəniz) Tana¬soğ¬lu (1922-2006), Todur Zanet (1958) və özgələrinin böyük əməyi olub.

Qaqauz folklorunu ilk dəfə V. Moşkov toplayıb. Varşova¬dakı Rus ordusunun həkimi V. Moşkov kənd-kənd gəzərək folk¬¬lora və etnoqrafiyaya aid materialları toplayaraq 1904-cü ildə çap etdirib, ancaq o qaqauzları ayrı bir millәt kimi qәlәmә verib (Moşkov 1904). Atanas Manov da, V. Moşkov kimi qaqauzları fərqli bir millət kimi öyrənməyə çalışıb (Manov 1939:107). Bütün bunların arxasında Ru¬si¬yanın parçalayıcı siyasəti dayanır.



  1. Balkan Türk ədəbiyyatının yaranması və formalaşması

Balkanlarda Türk varlığının kökləri çox qədim vaxtlara kimi gedib çıxır. Bəzi araşdırmaçılar Hun axınlarının I-ci əsrdən buralara üz tutduğunu irəli sürüb və 4-cü əsrdə Avropadakı Hun varlığı daha da güclənib (Bozkurt, 2002: 273). Balkanlar, türk mədəniyyətinin görkəmli izlərini daşıyan bir coğrafiyadır və türklər tarixin ilkin çağlarından tutmuş həm şimaldan həm də cənubdan buralara gəlib məskunlaşıblar. Öncələri Hun, Bulqar, Uz (Oğuz), Pəçənək, Kuman, Qıpçaq, Səlcuqlu və Osmanlı Dövlətinə mənsub türk boyları gəlib buralardaki soydaşlarının sayını artırıblar. Buralarda 500 ildən artıq davam edən Türk hakimiyyəti saysız-hesabsız memari əsərlərin yaradılmasına, böyük şəhərlərin tikilməsinə səbəb olub. Burada yaradılan Türk mədəniyyəti bu gün də bütün cah-calalı ilə yaşayır. Balkan coğrafiyası Türk ədəbiyyatına çox görkəmli simalar hədiyyə edib. Ədirnə şəhərindən 150, Gəliboludan 30, Bosnadan 26, Vardar Yenicəsindən 20, Üsküpdən 18, Manastırdan 17 və digər yərlərdən də bir çox şair yetişib (İsen, 1997: 17)

Anadoluda yaradılan Türk ədəbiyatının görkəmli nümayəndələri olan Yahya Kamal Bəyatlı, Yaşar Nabi Nayır, Nəcati Cumalı kimi bir çox şair və yazıçı Balkanlarda yaşayan türklərin yətirmələridir (Karakuş-Uçkun,2014:137).

Osmanlı Dövləti, Qanuni Sultan Süleymanın dünyasını dəyişməsindən sonra durğunluq, 1699-cu ildə qol çəkilən Karlofça Sazişi ilə də geriləmə dövrünə daxil olub. Fransız İnqilabının təsirilə başlayan millətçilik hərəkətlərinin Balkan ölkələrinin xalqları tərəfindən başladılması və burada yaşayan türklərə yönələn qırğınlar səbəbiylə Anadoluya tərsinə köç hərəkəti başlayıb. Bu köçlər, tarixin bəlkə də ən izdirablı və ürək ağrıdıcı olaylarıdır. Ən sonuncu köç dalğası da 1989-cu ildə Bolqarıstan prezidenti Todor Jivkov rejimi tərəfindən yaradılıb və üç yüz mindən artıq türk Anadoluya köçüb. Balkan köklü türklərin Anadoludakı sayı təqribi olaraq yeddi milyon qədərdir. Hal-hazırda Balkan coğrafiyasında on milyona yaxın türk yaşayır. Bunlar tarixin heç bir çağında Anadolu ilə əlaqələrini üzməyiblər və aradaki əlaqələri getdikcə daha da möhkəmləndiriblər (Karakuş-Uçkun,2014:137-138)


  1. Bolqarıstan Türk ədəbiyyatı

Türklər, XIV-cü əsrdən başlayaraq 20-ci əsrin əvvəllərinə kimi Asiyanın dörd bir küncüylə birlikdə Balkan Yarımadasında Bolqarıstan başda getməklə Rumelinin hər tərəfini bürüyüblər. Bolqarıstan, Yunanıstan (Qərbi Trakya), Yuqoslaviya, Avusturya, Albaniya, Macarıstan, Rumıniyanın bir hissəsində Türk mədəniyyəti əsrlər boyu hakim olub. Ədirnə, Üsküp, Saraybosna, Prizrən, Priştinə, Sofiya, Belqrad, Monastır, Vardar Yenicəsi, Qalxandələn kimi şəhərlər Türk mədəniyətinin mərkəzi halına gəliblər (Canım, 2001:81).

Ancaq buna qarnı dəhşətli dərəcədə ağrıyanlar da vardı. İngilis səyyah John Morritt 1794-cü ildə özləri üçün məbəd qəbul etdikləri qədim Yunanıstan coğrafiyasına səyahət məqsədiylə Buxaresdən İstanbula sarı yola düşüb. Bolqarıstandakı Şıpka adlı keçidi aşandan sonra gecə orda yatıblar. Morritt orda bacısına yazdığı məktubunda deyib: “Klassik Yunan çağının hökm sürdüyü torpaqlara yaxınlaşırdıq. Bir dağın ətəyində yatdıq. Bolqarıstanı Rumınıyadan ayıran bu dağı səhərisi aşdıq. Bir vaxtlar adını götürdüyü “Haimos”un həybətini daşıyan bu dağlara bugün Balkan adı vərilməsi mütəəssifanədir…” (Oruç, 2009:49).

Bu bölgələrdəki xalqların dilində bu günün özündə belə beş minə yaxın Türkcə söz yaşayır. Üstəlik yalnızca sözlərimiz deyil, atalar sözlərimiz və dəyimlərimiz də.

Bolqarlar, bugün xristian olsalar, slavyan dilində danışsalar da, onların soy-kökü türkdür. Tarixdə yaranan müəyyən siyasi və sosioloji hadisələr onları da macarları da soy-kökümüzdən və mədəniyyətimizdən aralayıb.

Çağdaş Bolqarıstanda yaşayan Türk ədəbiyyatı qədim Rumeli ədəbiyyatının davamı kimidir. Qazi Osman Paşanın 1877-ci ildə Pləvnə Müdafiəsi zamanı Rus ordusuna qarşı göstərdiyi şücaət və qəhrəmanlıq Sofiyalı Aşıq Hifzi tərəfindən “Pləvnə Müharibəsi Dastanı” adıyla dastanlaşdırılıb. Bu dastan, Bolqarıstan coğrafiyasında yaranan Türkcə ədəbiyyatın başlanışını təşkil edir. Bolqarıstan ədəbiyyatının yetirdiyi müəyyən şairlər vardır ki, əsərlərini Türkcə yazıblar.


  1. Qərbi Trakya Türk ədəbiyyatının mənbələri

Qərbi Trakyadakı türk xalq ədəbiyyatı Balkanlar bölgəsində yaşayan türklərin ədəbiyyatından fərqlənmir. Bugün Bolqarıstan, Rumınya, Bosna-Hərsək, Qaradağ, Kosova, Makedoniya, Albaniya və Yunanıstanda olmaqla iki milyondan artıq Türk yaşayır. Adı çəkilən bölgələr bəş yüz il qədər Osmanlı hakimiyyətində qalıb, ancaq Osmanlı Dövləti onların nə dininə, nə dilinə, nə inamına, nə də mədəniyyətinə toxunub. Lakin 1984-cü ildən başlayaraq Jivkov zamanında Bolqarıstandan zorbazorluqla köçürülən türklərin vəziyyəti məlumdur. Xüsusi ilə keçmiş Yuqoslaviya hakimiyyətindəki türklərin vəziyyəti də Bolqarıstandakı türklərdən geri qalmırdı.

Qərbi Trakya Türk ədəbiyyatının kökləri qədim Türk ədəbiyyatından qidalanıb. Bu bölgədə aparılan araşdırmalarda qədim Türk inamı olan Tanrıçılığın izlərinin hələ də bölgədə yaşadığı aşkarlanıb. Buradakı xalq ədəbiyyatı əvvəlliklə ümumi Türk ədəbiyyatı, digər tərəfdən də Anadolu Türk Xalq ədəbiyyatı və mədəniyyəti ilə möhkəm əlaqələrə malikdir. Şifahi ədəbiyyat gələnəyi bugün də bütün cah-cəlalı ilə yaşayır və yazılı ədəbiyyatla atbaşı addımlayır.

Yunanıstan hakimiyyətindəki Qərbi Trakya Türk ədəbiyyaytının mənbələri bunlardır:

1-Qərbi Trakya, Türkiyə və digər Balkan ölkələrində olan müxtəlif cönklər, divanlar və məcmüələr.

2-Lozan sazişindən bu tərəfə Qərbi Trakyada Türkcə yayımlanan qəzet, jurnal və kitablarda yaradılan ədəbiyyat və onların arxivi.

3-Türkiyəyə mühacirət edən Qərbi Trakya Türklərinə məxsus xalq ədəbiyyatı haqda aparılan araşdırmalar.

4-Qərbi Trakya xaricində olmaqla Türkiyə və digər ölkələrdə yayımlanmış və ya çap üzü görməmiş kitablar, məqalələr, məruzələr, dissertasiyalar və s.


  1. Qıbrıs Türk xalq ədəbiyyatı

Qıbrıs Adası 1571-ci ildə Osmanlı Dövləti tərəfindən ələ keçirilib. Bu səbəblə burda danışılan Türkcənin o ildən etibarən danışıldığı irəli sürülür, ancaq aparılan araşdırmalar məsələnin belə olmadığını sübut edib. Türkcənin buradakı varlığı daha qədim vaxtlara gedib çıxır (Yükselen-Peler, 2012:90).

Qıbırsda danışılan dil Türkcənin Qərbi Oğuz Qrupunun ağızlarından (diyalekt) ibarətdir, yəni burada danışılan dil Anadolu, Balkanlar, Türkmən, Qaqauz və Azərbaycanda danışılan Türkcənin müxtəlif ağızlarıdır (Yükselen-Peler, 2012:96-97).

Qıbrıs Adası dünya ticarəti və bölgə siyasəti yönündən həddən artıq önəmli bir yerdə olduğundan tarix boyu müxtəlif güclərin maraqlarının yönünü bura çevirmələrinə səbəb olub. Türkiyəyə yaxın olması yönündən də strateji önəmi Türkiyə üçün böyükdür. Ada Osmanlı hakimiyyəti altında olduğu zaman hamı asudə və firavan bir ömür sürüb, ancaq Osmanlı hakimiyyətinin zəifləməsi və buranın 1878-ci ildə İngiltərəyə məcburi şəkildə verilməsindən bəri müəyyən güclərin siyasəti səbəbiylə münaqişə bölgəsinə çevrilib. Burada yaşayan türklər neçə dəfə kütləvi soyqırımla üzləşib. Orbay Dəlicəırmak bu vəziyyəti “Özgürlük Türküsü” adlı şeirində bir neçə misra ilə bu cür dilə gətirib:

“Nisanlar kaç bahar yeşərmədi ülkəmdə

Kaç bahar...

Bayrağımı yıllar yılı sandıklarda sakladım

Yürəğim çağıma acılı kaldı,

Gözlərim kuzeyə açılı kaldı...

Oysa bən,

Ta əzəldən hür yaşamış bir ulusun dalıydım.... (Yıldız, 2002:1).



  1. Türkiyədə Milli ədəbiyyatın formalaşması

1908-ci il Məşrutəsindən sоnra Türkiyədə milli ədəbi

prоsеsin canlanması müşahidə еdildi. Bu dövrdə sənətdə nüfuzu

və yеri оlan ayrı-ayrı şəхsiyyətlər qüvvətlənməkdə оlan milliədəbi hərəkatlara rəhbərlik еdir, türk milliyyətçiliyinin inkişaf

еtməsində mühüm rоl оynayırdılar. Artıq 1908-ci ildən sоnra

yеni-yеni məcmuələr dərc еdilir, milli təəssübu, еlmi pоtеnsialı

yüksək оlan şəхslər bu məcmuələrin ətrafına tоplaşırdılar. ''Türk

dərnəyi'' ədəbi cəmiyyəti və bu cəmiyyətin оrqanı оlan еyni adlı

məcmuə qarşısına birinci növbədə türk dilini sadələşdirmək və

zəngin bir dil halına gətirmək məqsədi qоymuşdu. Türkiyədə yеni

başlayan ədəbi hərəkatın qaynar fоrmada gеtməsi yеni ədəbi

cəmiyyət və təşkilatların yaranması ilə müşahidə оlunurdu. 1911-

ci ildə ''Türk yurdu'', 1912-ci ildə ''Türk оcağı''nın yaranması

fоrmalaşmış türkçülük idеyalarının yеni inkişaf mərhələsinə

qədəm qоyması və möhkəmləndirilməsindən хəbər vеrirdi.

Yaranmış cəmiyyətlər türk dilini sadələşdirmək, оnu yabançı

sözlərdən, qеyri-milli qaydalardan təmizləmək və s. uğrunda gеniş

iş aparırdı. Baş vеrən prоsеslər оnu dеməyə tam əsas vеrirdi ki,

sənətdə və mənəviyyatda milli həyəcan təbili çalınmaqda idi.



  1. Mövlananın “Məsnəvi” əsərinin təhlili

Mәsnәvi (Movlana bu әsәrini Hüsamәddin Çәlәbinin arzusuna uyaraq yazıb). Mәsnәvi, Anadoluda әsrlәrdәn bәridir insanların zövqlә oxuduğu vә qulaq asdığı әxlaqi dәyәrlәrlә dolu bir әsәrdir. Tәsәvvüf anlayışı ilә yazılan әsәrdә eşq, sәbr, cәhd, tәvәkkül, elm, idrak, hәqiqәt, surәt, mәna, tәqlid, hicab kimi yüzlәrlә sözün anlamını mәsnәvidә tapmaq mümkündür. 7-ci әsrdәn 13-cü әsrә kimi İslam dünyasında yaranan fikirlәrin tәkamülü; Hz. Mәhәmmәdin hәdislәrinin gerçәklәşmәsi; xalqın dilindәki sözlәr, hekayәlәr mәsnәvidә öz әksini tapıb.

Mәsnәvi, “Hakim Sәnai” vә sufi şair “Fәridüddin Әttar”ın “İlahinamә”, “Mәntiqüt Tayr”, “Әsrarnamә” adlı әsәrlәrini tәqlid edәrәk yazıb. Әsәr tamamilә öyrәdici mahiyyәtdәdir, 26 min beytdәn artıqdır. Mәsnәvi, İslam tәsәvvüf әdәbiyyatının әn tanınmış örnәyidir (Köprülü, 1986:247).
Yüklə 73,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin