464) Herpetik infeksiya zamanı səpgi elementləri harada lokalizə olunur?
A) kürək nahiyəsində
B) üzün sağ yarısında, əllərdə, gövdədə
C) aşağı ətraflar
D) döş nahiyəsində
E) qarın nahiyəsində
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
465) Herpetik infeksiya üçün səpgi elementlərinin hansı cəhəti səciyyəvidir?
A) vezikula
B) partlamış qovuqcuqlar
C) tək-tək iri aftalar
D) eyni vaxtda vezikula, pustula və qartmağın olması
E) pustula
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
466) I və II tip sadə herpes virusunun törətdiyi genital herpes bir-birindən nə ilə fərqlənir?
A) II tip sadə herpes virusunun daha çox residiv verməsi
B) dizurik əlamətlər
C) I tip sadə herpes virusunun daha çox residiv verməsi
D) qarnın aşağı hissəsində ağrı
E) əzələ ağrıları
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
467) Herpetik infeksiya zamanı nüvədaxili virus əlavələrini hansı üsulla təyin etmək olar?
A) neytrallaşma reaksiyası
B) Romanovski-Gimza üsulu ilə boyama
C) immunfluoressensiya üsulu
D) komplementin birləşmə reaksiyası
E) immunferment analiz üsulu
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
Шлоссберг Д., Шульман И. Дифференциальная диагностика инфекционных болезней. С.-Пб., 1999 – 306 с.
468) Gözün buynuz qişa korluğunun ən çox rast gələn səbəbi aşağıdakı hansı infeksiyadır?
A) toksoplazmoz
B) sitomeqalovirus infeksiyası
C) adenovirus infeksiyası
D) botulizm
E) herpetik infeksiya
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
469) Herpetik infeksiya zamanı dəri səthində olan qovuqcuqların xarakteri necə olur?
A) ikikameralı
B) icərisi seroz mayeli
C) bir-biri ilə birləşmiş
D) tək-tək, kiçik
E) birkameralı, mərkəzində çökəklik
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
Dostları ilə paylaş: |