Istənilən İS-in analizi, qurulması və idarə edilməsi sistemlərin yaradılmasının
ümumi prinsipləri əsasında
yerinə yetirilir;
İS dinamiki və inkişaf edən sistemdir;
İS-in qurulmasında sistemli yanaşmadan istifadə olunur;
İS-in çıxış məhsulu qərarların qəbul edilməsi üçün istifadə edilən informasiyadır;
İS “insan - maşın” tipli verilənlərin emalı sistemidir.
Baxmayaraq ki, ümumi halda İS-in kompütersiz variantı
da ola bilər, müasir
informasiya
sistemlərinin demək olar ki, hamısı kompüter texnikası əsasında
reallaşdırılır. İnformasiya sisteminin işini anlamaq ücün onun həll etdiyi problemin
mahiyyətini və həmcinin hansı təşkilatı proseslərə qoşulduğunu bilmək lazımdır.
Məsələn, qərarların qəbulunun təminatı ücün qurulan informasiya sisteminin imkanlarını
təyin edəndə aşağıdakıları nəzərə almaq lazımdır:
- həll olunan idarəetmə məsələlərinin strukturlaşdırılması;
-firmanın idarə edilməsi iyerarxiyasının hansı səviyyəsində
qərar qəbuletmə
aparılır;
- həll olunan məsələlərin hansı funksional bölmələrə aid olması;
- istifadə olunan informasiya texnologiyasının növü.
İnformasiya sistemi ilə işləmə texnologiyası kompüter sahəsini bilməyən
mütəxəssislər tərəfindən asan mənimsənilir və professional fəaliyyət proseslərinə nəzarət
edilməsi və onların idarə olunması ücün müvəffəqiyyətlə istifadə oluna bilər.
İnformasiya sisteminin tətbiqi aşağıdakıları əldə etməyə imkan verir:
-riyazi və süni intellekt metodlarının tətbiqi sayəsində
idarəetmə məsələlərinin
həllinin daha səmərəli variantlarının alınması;
- avtomatlaşdırma sayəsində işcilərin atil işlərdən azad edilməsi;
- informasiyanın həqiqiliyinin təmin edilməsi;
- kağız daşıyıçıları əvəzinə verilənlərin kompüterdə emalının səmərəli təşkilini
təmin edin maqnit və kompakt disk daşıyıçılarından, fleş yaddaşdan istifadə edilməsi;
-firmada informasiya axınlarının strukturunun
və sənəd dövriyyəsinin
təkmilləşdirilməsi;
-məhsul istehsalına və xidmətlərin göstərilməsinə qoyulan xərçlərin azaldılması;
- istifadəcilərə lazımi informasiya xidmətinin göstərilməsi;
- yeni bazar münasibətlərinin qurulmasına kömək edilməsi;
- müxtəlif güzəştlər və xidmətlər sayəsində firmaya alıçıların və tədarükcilərin çəlb
edilməsi.