daha mükəmməl variantlarında sənədlərdən verilənlərlə yanaşı, biliklər də alınır
(
knowledge discovery
). İnformasiya sistemlərini təşkil üsullarına və ya arxitekturaya görə
də siniflərə bölürlər. Qeyd etmək lazımdır ki, informasiya sistemlərinin təsnifat sxemləri
müəyyən mənada şərti xarakter daşıyır. Böyük informasiya
sistemləri əksər hallarda
göstərilən siniflərə aid əlamətlərin hamısına və ya bir qisminə malik olurlar. Məsələn, iri
müəssisələr üçün yaradılan korporativ informasiya sistemləri müxtəlif funksiyaları
yerinə yetirən bir neçə altsistemdən ibarət olurlar.
4.
İnformasiya sisteminin arxitekturası
Miqyasından, informasiya resurslarının xarakterindən və tətbiq sahəsindən asılı
olmayaraq istənilən tip informasiya sisteminin ümumiləşdirilmiş strukturunu şəkil 1. –
dəkı kimi təsvir etmək olar. Göründüyü kimi, informasiya sistemi altsistem adlanan bir
neçə hissədən ibarətdir.
Altsistem
ümumi sistemin müəyyən əlamətə görə ayrılmış bir hissəsidir.
Altsistemlər informasiya sisteminin bütövlükdə fəaliyyətinin
təmin edilməsinə xitmət
edirlər. Odur ki, onlara təminediçi altsistemlər deyilir. Həmin altsistemlərə texniki, riyazi,
proqram, informasiya, təşkilati və hüquqi təminat altsistemləri aiddir.
Şəkil 1. İnformasiya sisteminin ümumi strukturu
Dostları ilə paylaş: