Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

İnformasiya təminatı. 
İnformasiya təminatı altsisteminin vəzifəsi sistemi vaxtında və 
lazımi informasiya ilə təmin etməkdir. Bu altsistem informasiyanın qəbul olunmuş 
üsullarla təsnifatı və kodlaşdırılması, sənədləşdirmənin unifikasiya edilməsi, müəssisədə 
dövr edən informasiya axınlarına uyğun sxemlər və verilənlər bazalarının qurulma 
metodologiyası əsasında yaradılır. Sənədləşdirmənin vahid formada aparılması dövlət, 
sahə və bölgələr səviyyələrində nəzərdə tutulur. Burada əsas məqsəd istehsalatın müxtəlif 
sahələrindəki göstəricilərin müqayisəsinin uyğunlaşdırılmasıdır. Aşağıdakı tələblərə görə 
standartlar qəbul olunmuşdur:
 

Sənədləşdirmə vahid sistemlə aparılmalıdır; 

Idarəetmənin müxtəlif səviyyələrindəki sənədlər vahid formalarla tərtib edilməlidir; 

Rekvizitlərin və göstəricilərin sturukturu və tərkibi standartlara uyğun olmalıdır; 



Sənədlərin vahid formalarının hazırlanması, qeydiyyatı və tətbiqi qaydaları standarta 
uyğun olmalıdır. 
Sənədləşdirmənin vahid sisteminin olmasına baxmayaraq, əksər təşkilatları araşdıranda 
bir sıra tipik çatışmazlıqlar rast gəlir, məsələn: 

Əllə emal olunan sənədlərin çoxluğu; 

Müxtəlif sənədlərdə eyni göstəricilərin tez-tez təkrarlanması; 

Çoxlu sayda sənədlərlə işləmək mütəxəssislərə daha vacib məsələlərin həllinə mane 
olur; 

Işlənib hazırlanan, lakin istifadə olunmayan göstəricilərə rast gəlinir. 
İnformasiya təminatının əsas vəzifələrindən biri göstərilən çatışmazlıqların aradan 
qaldırılmasıdır.
Təşkilati təminatı. 
Təşkilati təminat informasiya sistemini hazırlanması və istismarı 
prosesində işçilərin texniki vasitələrlə və öz aralarında qarşılıqlı əlaqələrini nizamlayan 
metodlar və vasitələr toplusudur. Təşkilati təminat aşağıdakı funksiyaları yerinə yetirir:
 

İnformasiya sistemi yaradılacaq müəssisənin idarəetmə sisteminin təhlili və 
avtomatlaşdırılması tələb olunana məsələlərin müəyyənləşdirilməsi; 

İnformasiya sisteminin layihələndirilməsi üçün texniki tapşırığın hazırlanması və 
onun texniki – iqtisadi səmərəliliyinin əsaslandırılması; 

Idarəetmə sisteminin səmərəliliyinin artırılması məqsədilə müəssisənin strukturuna 
və tərkibinə aid təkliflərin və məsələlərin həll metodologiyasının işlənib hazırlanması; 

İnformasiya sisteminin fəaliyyətinə və inkişafına cavbdeh şəxslərin cəlb edilməsi.
Təşkilati təminat informasiya sisteminin və ya verilənlər bazasının yaradılmasının 1-ci 
mərhələsində, yəni layihəqabağı araşdırma zamanı işlənib hazırlanmalıdır.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin