Kargüzarlığın avtomatlaşdırılması sistemləri də müəssisədə İnternet-İntarnet platforması
ilə qurulan kompüter şəbəkəsinin fəaliyyət göstərdiyi şəraitdə rəhbərliyin, funksional
bölmələrin və işçilərin xidməti və şəxsi işlərini əhatə edən kargüzarlığın elektron
sənədlərdən və elektron poçtdan istifadə edilməsilə tam avtomatlaşdırılmasına imkan
verir.
Faktoqrafik sistemlər
kompüterdə verilənlərdən ibarət olan yazılar formasında
saxlanan faktiki məlumatlarla əməliyyat aparırlar. Faktoqrafik informasiya sisteminin
əsas funksional qovşağı verilənlər bazasının idarəetmə sistemidir. Faktoqrafik
sistemlərdən təkcə verilənlərin saxlanılması və axtarışı üçün deyil, həm də onların emalını
tələb edən məsələlərin həlli üçün istifadə olunur. Yerinə yetirdikləri funksiyalara görə
faktoqrafik sistemləri 3 qrupa bölmək olar: informasiya -arayış sistemləri, informasiya -
idarəetmə sistemləri və informasiya-məsləhət sistemləri.
İnformasiya-arayış sistemləri
konret tətbiq sahəsi üzrə istifadəciləri maraqlandıran
suallara çavab-arayış vermək ücün istifadə olunurlar. İstifadəcilər sistemə 2 çür sorğu ilə
müraçiət edə bilərlər: reqlamentli və ixtiyari. Reqlamentli sorğunun məzmunu və verilmə
tezliyi əvvəlçədən məlum olur (planlaşdırılır). İxtiyari sorğularda isə bu çür müəyyənlik
olmur. Sistem sorğuya uyğun çavabları ya lazımi verilənlərin tapılıb istifadəçiyə
çatdırılması ilə, ya da tapılan verilənlərin üzərində müəyyən əməliyyatlar aparmaqla
onların emalı nətiçəsi kimi verir.
İnformasiya-idarəetmə sistemləri
idarəetmə üçün qərarların qəbul edilməsinin
inforomasiya təminatı funksiyasını yeriən yetərirlər. Odur ki, bu sistemlərə həmcinin
qərarların qəbulunun informasiya təminatı (ingilisçə- Deçision Support System (DSS))
sistemləri də deyilir. Bu sistemlər də istifadəcilərin həm reqlamentli, həm də ixtiyari
sorğularına çavabları təmin etməlidirlər. Müəssisənin idarə edilməsində sistemə verilən
reqlamentli sorğular əslində funkional bölmələrdə (plan, təçhizat, satış, mühasibat və s.)
həll olunan planlaşdırma, ücot, nəzarət və s. tipli məsələlərin həlli deməkdir.
İnformasiya-məsləhət sistemləri
insana (qərar qəbul edən şəxsə) qərarların qəbul
edilməsi üçün məsləhətlər verirlər, yəni mümkün variantları təklif edirlər. Sistemin
verdiyi məsləhətlər əsasında insan öz qərarını verir. Bu çür sistemlərin işi biliklərə
əsaslandığından onların intellektual səviyyələri yüksək olur. İnformasiya-məsləhət
sistemlərinin tipik nümayəndəsi ekspert sistemləridir.
Dostları ilə paylaş: