Texniki təminata aid hesabatların aparılmasında istifadə olunan normativ – arayış
sənədləri.
Texniki təminatın təşkilində əsasən 2 formadan istifadə olunur:
mərkəzləşdirilmiş və
qismən və ya tam mərkəzləşdirilməmiş. Mərkəzləşdirilmiş texniki təminat böyük
kompüterlərdən və hesablama mərkəzlərindən istifadə olunmasına əsaslanır.
Mərkəzləşdirilməmiş texniki təminatda isə funksional altsistemlərin bilavasitə
istifadəçilərin iş yerlərində quraşdırılmış fərdi kompüterlərdə reallaşdırılması
nəzərdə
tutulur.
Riyazi və proqram təminatı.
Riyazi və proqram təminatı İS-in məqsədlərini və
vəzifələrini reallaşdırmaq, həmçinin texniki vasitələr kompleksinin normal fəaliyyətini
təmin etmək üçün riyazi metodlar, modellər, alqoritmlər və proqramlar toplusudur. Riyazi
təminat vasitələrinə aşağıdakılar aididr:
Idarəetmə və informasiya proseslərinin modelləşdirilməsi vasitələri;
Tipik idarəetmə məsələləri;
Riyazi proqramlaşdırma,
riyazi statistika, kütləvi xidmət, çoxluqlar və qeyri-səlis
çoxluqlar nəzəriyyəsi və s.
Proqram təminatına ümumsistem və xüsusi proqram vasitələri və həmçinin proqram
sənədləri aiddir. Ümumsistem proqram təminatı kompüterin
və əməliyyat sisteminin
funksional imkanlarını artıran, verilənlərin emalı prosesinin idarə edilməsi və nəzarət
funksiyalarını yerinə yetirən, informasiyanın təhlükəsizliyini təmin edən və s. proqramlar
kompleksidir. Xüsusi proqram təminatı konkret informasiya sisteminin reallaşdırılması
üçün proqramlar kompleksindən ibarətdir. Bu kompleksə sistemin informasiya bazasının
qurulması və idarə olunması, istifadəçilərin reqlamentli və ixtiyari sorğularının emalı və
çıxış informasiyasının (hesabatların) formalaşdırılması və s. funksiyaları yerinə yetirən
proqramlar daxildir. Proqram sənədlərində həll olunan məsələlərin təsviri,
alqoritmləşdirmə üçün tapşırıqlar, məsələlərin iqtisadi –
riyazi modelləri, ayrı-ayrı
proqram komponentlərinin funksiyaları və xarakteristikaları, onlarla işləmək üçün
təlimatlar və s. əks olunur.
Dostları ilə paylaş: