İnformatikanin əsaslari


Verilənlərin rabitə kanalları ilə ötürülməsi



Yüklə 1,28 Mb.
səhifə118/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   156
nformatikanin saslari

Verilənlərin rabitə kanalları ilə ötürülməsi


  1. Şəbəkədə qarşılıqlı fəaliyyət metodları

Kompüterlər arasında əlaqə onların arasında fiziki rabitə yaratmaq yolu ilə əldə edilir. Verilənlər şəbəkədə xüsusi kabelin köməyi ilə, telefon və ya radio ilə ötürülür. Bu xətlərin


fiziki xarakteristikaları kompüterdəki şinin xarakteristikalarına uyğun olmadığından, siqnalın dəyişdirilməsi lazım gəlir. İnformasiya kabellə ötürülərkən dəyişdirmə prosesi üçün şəbəkə adapterindən, telefon və ya radio ötürməsində isə modemdən istifadə edilir.
Şəbəkəyə qoşulmuş kompüterlər şəbəkə düyünləri, məlumat ötürən xətlər isə rabitə kanalları adlanır. Əslində, şəbəkə düyünü dedikdə, ya adapter, ya da modem nəzərdə tutulur. Odur ki, bir kompüterdə bir neçə şəbəkə adapteri və ya modem olduqda həmin kompüter şəbəkə düyünləri kimi fəaliyyət göstərir.
Bir və sıfırlar sırası şəklində ötürülən məlumat blokunun ilki və sonu müəyyən edilir. Buna paketlərin sinxronlaşdırılması deyilir. Sinxronlaşdırma qaydasına kommunikasiya protokolu deyilir. Siqnalötürmə prosesi şəbəkə trafiki adlanır. Biristiqamətli ötürmə kanalına simpleks kanal deyilir. İkiistiqamətli kanal dupleks kanal adlanır.
Kommunikasiya avadanlığı. Şəbəkədə telefon xətlərindən, xüsusi naqildən, koaksial və optik kabellərdən və radio dalğalarından istifadə edilir. Ən ucuz kabel 2-3 naqilli kabeldir ki, bu da saniyədə 10 meqabit informasiya ötürə bilir. Lakin küyə qarşı müqaviməti azdır. Bu problem kabelin ekranlaşdırılması üsulu ilə həll edilir. Bu halda kabel bahalaşır. Koaksial kabel orta bahalığa malik, küyə qarşı yaxşı müdafiə olunan kabeldir. Bir neçə kilometrə ötürmə zamanı istifadə edilir. Saniyədə 100 meqabit informasiya ötürür. Hər kilometr yarımdan sonra gücləndirici (təkrarlayıcı və ya fəal konsentrator), son ucda isə xüsusi siqnaluducu (terminator) olmasını tələb edir. Optik kabel bahadır. Lakin ötürmə sürəti saniyədə 10-50 qiqabayta çatır. Kabelin uzunluğuna məhdudiyyət yoxdur. Küy təsir etmir. Kabeli budaqlandırmaq çox mürəkkəbdir. Paralel qoşulmaq, gizli dinləmək qeyri-mümkündür.
Son zamanlar rabitə kanalları daha çox peyk rabitəsinə əsaslanır. Kommunikasiya peyklərinin 3 tipi vardır:
aşağı orbitli peyklər (LEO Low Earth Orbit) 290 - 1600 km yüksəklikdə Yerin fırlanma sürətindən çox sürətlə uçur. Bunlar səmərəli deyil. Küyə qarşı müqaviməti azdır. Atmosferin yuxarı qatlarında müqavimətə rast gələrək yavaşıyıb mövqeyini dəyişir.
Orta orbitli peyklər (MEO – Middle Earth Orbit) 10-16 min km yüksəklikdə Yerin fırlanma sürətindən artıq sürətlə uçur.
Geostasionar (geosinxron) orbitli peyklər (GEO – Geostationary Earth Orbit) 35 min km yüksəklikdə Yerlə bərabər sürətlə fırlanır. Buna görə də bu peyklər ekvator
üzərində bir nöqtədə asılmış şəkildə uçur. Retranslyator stansiyaları üçün bu peyklər çox münasibdir.
Şəbəkə adapteri verilənlərin ötürülməsi ilə bağlı baza funksiyalarının bir hissəsi ilə proqramlaşdırılmışdır. Bunu prosessor kompüter portuna görə tanıyır. Şəbəkə adapteri prosessorun porta daxil etdiyi əmrlərlə idarə edilir. Qalan funksiyaları özü icra edir. Şəbəkə adapteri rabitə kanalı ilə daxil olan məlumatlar arasından lazımi verilənləri qəbul edib öz buferinə yığaraq prosessorun qəbuledici əmrini gözləyir. Şəbəkəyə ötürüləcək məlumatları prosessordan öz buferinə yığan şəbəkə adapteri şəbəkənin azad olmasını gözləyir və sonra ötürür.
Şəbəkə drayveri şəbəkə adapteri ilə bilavasitə qarşılıqlı fəaliyyət göstərən proqrama deyilir. Bu, prosessorun sorğularını adapterin anladığı əmrlərə və əksinə tərcümə etmək üçündür.
Şəbəkə modulu paketləri bu və ya digər kommunikasiya protokoluna uyğun surətdə işləyən sistem proqramıdır. Şəbəkə modulu şəbəkə drayveri ilə, şəbəkə əməliyyat sisteminin proqramları ilə və digər şəbəkə modulları ilə qarşılıqlı fəaliyyət göstərir.
Şəbəkə interfeysi şəbəkə adapteri, şəbəkə drayveri və şəbəkə modulunun birgə fəaliyyətinin nəticəsi kimi meydana çıxır.
Körpü bir texnologiya ilə yaradılmış iki şəbəkəni bir-birinə qoşan şəbəkə düyünüdür. Körpü öz şəbəkəsi üçün nəzərdə tutulan məlumatlara toxunmur, yalnız başqa şəbəkəyə ötürüləsi məlumatları ötürür.
Marşrutizator və ya paket kommutatoru müxtəlif texnologiyalarla qurulmuş şəbəkələri qoşmaq üçündür. Marşrutizatorun funksiyasını şəbəkə kompüterlərindən biri icra edir.
Şlüz müxtəlif şəbəkə avadanlığı və müxtəlif protokollu verilənlərlə xarakterizə olunan iki şəbəkəni birləşdirir.
Multipleksor xəbəri təkrarlayaraq eyni vaxtda bir neçə kanalla ötürməyə, həmçinin bir neçə kanalla ötürülən siqnalları bir kanalda birləşdirib ötürməyə imkan verən şəbəkə moduludur.
Şaxələndirici bir neçə işçi stansiyanı bir rabitə kanalına qoşan qurğudur. Bu, bir kanalla ötürülən siqnalı iki və ya üç kanala şaxələndirir. Daha çox kanala şaxələndirmə halında xab (ingiliscə, Hub) deyilən təkrarlayıcı qurğudan istifadə edilir.

      1. Yüklə 1,28 Mb.

        Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin