İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə116/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   156
nformatikanin saslari

Hazır sənədin açılması.


İstifadəçi çox vaxt hazır fayllarla işləyir. Bunun üçün File (Файл – Fayl) menyüsündən Open (Открыть – Aç) əmrini seçin. Masaüstünə eyniadlı dialoq pəncərəsi çıxacaqdır (şəkil 23.). Dialoq pəncərəsi Windows əməliyyat sistemində olduğu kimi, faylı seçməyə, idarəetmə elementlərinə, həmçinin seçilmiş fayla öncədən baxmağa və s. əməliyyatların həyata keçirilməsinə imkan verir.







Şəkil 23. File (Файл – Fayl) Menyüsu, Open (Открыть – Aç) dialoq pəncərəsi

Dialoq pəncərəsinin üzərindəki Folder (Папка – Qovluq) düyməsini sıxmaqla yeni qovluq yarada, nəzərdə tutduğunuz faylları qovluğun içinə yerləşdirə və qovluğu qeyd etməklə onun daxilində olan istənilən faylı seçib aça bilərsiniz.


Dialoq pəncərəsində File Type (Тип Файлов – Faylların tipi) siyahısını açmaqla əks olunacaq faylların sayını məhdudlaşdırmaq olar.
File (Файл – Fayl) menyüsündən Open Recent (Открыть Последний – Sonuncunu Ac) əmrini seçməklə son istifadə etdiyiniz faylı sürətlə açıb, ona baxış keçirə bilərsiniz. Əmr seçilərkən açılmış yardımçı menyüdə son redaktə olunmuş faylların siyahısı görünəcəkdir.
File (Файл – Fayl) menyüsündən Open As (Открыть Как – Yeni Adla Aç) əmrini seçsəniz, istifadə etdiyiniz fayl yeni formatda yaddaşa yazılacaqdır.
Son redaktə edilmiş faylı cəld açmaqdan ötrü File (Файл – Fayl) menyüsündən Open Recent (Открыть предыдущие – Öndəkini Aç) əmrinin seçilməsi kifayətdir. Əmr seçilən kimi masaüstünə son redaktə edilmiş faylların siyahısı olan yardımçı menyü açılacaqdır. Fayllardan istənilən birini açmaq üçün fayl seçilməlidir.


    1. Proqram təminatının yayılması


Proqram məhsullarını yayılma xarakterinə görə, sərbəst yayılan, şərti sərbəst yayılan və kommersiya proqram təminatına bölürlər.
Müftə proqramlar (freeware) istehsalçı tərəfindən pulsuz yayılır və istifadəçi bu proqram mətni üzərində dəyişiklik edə bilir. Şərti sərbəst yayılan proqramlar (shareware) da pulsuz yayılır. Lakin istifadəci ondan kommersiya məqsədi ilə istifadə etməmək barədə öhdəlik götürür. Kommersiya proqramları adi bazar məhsullarıdır. Proqram bazarının artıq 40 ildən artıq yaşı vardır. 1969-cu ildə İBM firması özünün proqram məhsullarını satışa çıxardı.
Səmərəli və rəqabətqabiliyyətli fəaliyyət göstərmək istəyən ixtiyari müəssisə proqram təminatını satın almağa məcburdur.
Proqram məhsulu dedikdə, müəyyən funksiyaların icrası üçün yaradılmış qarşılıqlı əlaqəli proqramlar yığımı (proqram paketi) nəzərdə tutulur.
Proqram bazarındakı məhsulları 3 əsas qrupa bölürlər: sistem proqramları, proqram tərtibi sistemləri və tətbiqi proqramlar.
Sistem proqramlarına ƏS, utilitlər, drayverlər və s aiddir. Bunları adətən bazara kompüter istehsalçıları göndərir.
Proqram tərtibi sistemləri proqramların layihələşdirilməsi, tərtibi və sazlanmasını avtomatlaşdırmaq üçündür. Buraya: kompilyatorlar, VBİS-lər, proqram generatorları, redaktorlar, sazlayıcılar və s. texnoloji vasitələr aiddir.
Tətbiqi proqram paketləri (TPP) müəyyən tətbiq oblastına (məsələn, iqtisadiyyata, texnikaya, tibbə və s.), və ya müəyyən fəaliyyət növünə aid məsələləri həll etmək üçündür173. Proqram təminatı 10 min dollardan bir neçə 100 min dollaradək dəyərləndirilir.



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin