Açıq sistemlərin şəbəkədə qarşılıqlı fəaliyyətinin etalon modeli
Müasir cəmiyyət üçün xarakterik olan standartlaşdırma problemi qlobal informasiya fəzasının yaranması ilə əlaqədar olaraq informasiya yayımı sferasında xüsusilə kəskindir. Şəbəkələrarası qarşılıqlı fəaliyyət prosedurları üçün Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO–İnternationalStandardOrqanization) tərəfindən işlənib hazırlanmış standartlardan istifadə edilir. Bu, ―açıq sistemlərin qarşılıqlı fəaliyyət standartları‖ (OSİ Ref. Model – Open Systems İnterconnection – Reference Model) və ya ―Yeddisəviyyəli şəbəkə mübadiləsinin etalon modeli‖ adlanır.
İSO modeli şəbəkədə məlumat ötürülüşü məsələsini 7 səviyyəyə bölür:
Fiziki səviyyə (PhysicalLayer);
Fiziki səviyyə protokollarının əsas təyinatı fiziki rabitə və onunla bağlı istismar hazırlığını təmin etməkdən ibarətdir. Bu səviyyə üçün çəbəkə adapteri və modem proqram təminatı məsuliyyət daşıyır. Fiziki səviyyə paketləri kanal səviyyəsi paketləri ilə eynidir.
Kanal səviyyəsi məlumat ötürən rabitə xətlərinin idarə edilməsi səviyyəsidir və lokal şəbəkələrdə paketləri idarə edir. Bilavasitə rabitə xətti ilə ötürülən paketə kadrdeyilir. Rabitə kanalı və ya qəbuledici qurğu bu və ya digər səbəbdən işə hazır deyilsə, buna şəbəkə konflikti deyilir. Konflikti həll etmək üçün ötürməni təxirə salmaq lazımdır.
Şəbəkə səviyyəsinin protokolları lokal şəbəkə daxilində fəaliyyət göstərir. Bu səviyyədə şəbəkə modulu ötürülən informasiyaya mənbə və ünvan barədə lazımi informasiyanı əlavə edir ki, bu da hansı kompüterin hansı kompüterlərlə bağlantıya malik olduğu məlum olur. TCP/IP ailəsinə daxil olan IP (Internet Protokol) şəbəkə səviyyəsinə aiddir.
Nəqliyyat səviyyəsinin protokolları aralarındakı məsafədən asılı olmayaraq iki kompüter arasında kəsilməz ötürməni təmin edir. Protokollar sistemində nəqliyyat səviyyəsi iki protokolla təmsil olunur: 1) TCP – Transmission Control Protocol və 2)
UDP – User DatagrammProtocol. Bir seans daxilində müxtəlif kompüterlər bir neçə dəfə informasiya mübadiləsi etdikdə sean səviyyəsindən istifadə edilir.
Məlumatın ötürülməyə hazırlanmasına tətbiqi səviyyədə başlanır. Bu səviyyəyə məlumat ötürən tətbiqi proqram məsuldur. Tətbiqi səviyyəyə http, telnet və s. İnternet servisləri aiddir.