8.4.1 Verilənlərin kompüter texnologiyasının adi texnologiyadan fərqi. Əməliyyatların eyni cür icrası.
Mühasibat uçotunun eyni, tam oxşar əməliyyatlarının icrası üçün kompüter texnologiyasında eyni əmrlərdən istifadə edilir ki, bu da əl üsulu ilə işlənmə zamanı tez-tez rast gələn təsadüfi səhvlərin yaranmasına praktiki olaraq imkan vermir. Əksinə, proqram səhvləri və ya aparat və proqram vasitələrindəki digər sistematik səhvlər bütün qalan şərtlərin dəyişməz olduğu hallarda da tamoxşar əməliyyatların icrası zamanı yanlış nəticələrə səbəb olur.
Funksiyaların ayrılması.
Kompüter sistemi, adi halda müxtəlif mütəxəsislərin yerinə-yetirdiyi bir-sıra daxili nəzarət prosedurlarını icra edə bilir. Bu halda, kompüterlə işləyən mütəxəssislər digər funksiyaların icrasını da öz üzərlıərinə götürmək imkanı əldə edirlər. Nəticədə kompüter sistemi nəzarət sistemini lazımi səviyyədə saxlamaq üçün əlavə tədbirlərin görülməsini tələb edir. Bu tədbirlərdən biri parollar ssisteminin tətbiqidir.
Səhvlərin və qeyri-dəqiqliyin yaranması üçün potensial imkanlar.
Adi mühasibat uçotu texnologiyasına nisbətən kompüter texnologiyası icazəsiz müdaxiləyə daha açıqdır. Bu, müəyyən səhvlərin və qeyri-dəqiqliyin yaranmasına yol aça bilir. Tətbiqi proqramların tərtibi zamanı buraxılmış səhvlər uzun müddət nəzərdən yayına bilir.
Rəhbərlik tərəfindən nəzarətin gücləndirilməsi üzrə potensial imkanlar.
Kompüter sistemi firma rəhbərliyinin ixtiyarına külli miqdarda aalitik vasitələr verir ki, bunların köməyi ilə fəaliyyəti qiymətləndirmək və nəzarətə götürmək mümkün olur. Bu, fəaliyyətin qeyri-səmərəli olması riskini xeyli azaldır.
Müəyyən əməliyyatların icrasına kompüter tərəfindən təşəbbüs göstərilməsi.
Kompüter sistemi bəzi əməliyyatları əlavə icazəyə ehtiyac duymadan avtomatik
olaraq icra edə bilir. Çünki bu əməliyyatların avtomatik icrası əvvəlcədən rəhbərliklə razılaşdırılmış olur.
Beləliklə, təsərrüfat fəaliyyətinin təhlili və mühasibat uçotunun kompüterləşdirilməsi müəssisədə həm dərin struktur dəyişikliyi törədir, həm də yeni texnologiya yeni metodlarla birgə tətbiq edilir. Bu isə bir-sıra beynəlxalq standartların qəbul edilməsi zərurətini meydana çıxarır ki, bu da müəyyən qanunvericilik aktlarının dəyişdirilməsini tələb edir.