Professor Buadeyə görə, latınca, information – izah etmək174, aydınlaşdırmaq, məlumatlandırmaq mənasında olan informasiya dedikdə, verilmiş predmet barədəki biliyimizdəki qeyri-müəyyənlik dərəcəsini azaldan hər şey başa düşülür. Bu tərif ötürülən informasiyanın konkret ünvan üçün faydalılığını, qiymətliliyini təyin edir. Yəni, aldığımız məlumatda yeni heç nə yoxdursa, onda bu informasiyanın miqdarı sıfra bərabərdir. Buna görə də ―verilənlər‖ anlayışı daha ümumidir. Çünki burada istehlakçı qiymətləndirməsi tələb olunmur.
XIX əsrin ikinci yarısınadək “ibtidai” informasiya texnologiyasından istifadə edilirdi. Bu informasiya texnologiyasının əsasını qələm (pero), mürəkkəb qabı və mühasibat kitabı təşkil edirdi. İnformasiyanın ötürülməsi vasitəçilərin, poçtalyonların, kuryerlərin vasitəsilə həyata keçirilirdi. Bu rabitə etibarsız idi, çoxsaylı kənar amillərdən,
174Halbuki ―İnformasiya‖ sözü qədim Şumer dilində olan İn +For+Ma+Si+Ya kimi 5 sözdən ibarət bir cümlədir ki, burada da İn – var olan, For – yetkin güclü kişi, Ma – qadın, Si – məkan, Ya – çıx(ış) etmək - danışmaq mənası verir. Bunu müasir Azərbaycan dilinə tərcümə etdikdə, informasiya – məkanda mövcud olan kişi ilə qadının danışması, özlərini izah etməsi mənasına gəlir. Bax: İsa Musayev. Dil, Yaddaş, Vətən, Vətəndaş. Bakı,1995.
havadan, kuryerin sağlamlığından, əhval-ruhiyyəsindən və s-dən asılı idi. İnformasiya emalının məhsuldarlığı olduqca aşağı idi. Hər bir yazının (məktubun) üzü ayrıca əl ilə köçürülürdü. Toplama əl ilə aparılırdı. Qərar qəbulu üçün başqa informasiya yox idi.
əsrin sonunda “mexaniki” informasiya texnologiyası meydana gəldi. Yazı makinası, telefon, diktofon və modernləşdirilmiş poçt sistemi informasiya texnologiyasını prinsipial şəkildə dəyişdirdi. İnformasiya texnologiyasının məhsuldarlığı xeyli artdı. Mexaniki texnologiya, mahiyyətcə, mövcud müəssisələrin təşkilati strukturunu formalaşdırdı.
əsrin 40-60-cı illərində “elektrik” texnologiyası yarandı. Bu texnologiyada elektromexaniki yazı makinası, surətçıxaran maşın, portativ diktofon və s. istifadə edilirdi. Bu texnika müəssisənin fəaliyyətini yaxşılaşdırdı, sənədlərin emal keyfiyyətini və hazırlanma sürətini artırdı. 60-cı illərin 2-ci yarısında böyük məhsuldarlığa malik EHM- lərin müəssisə fəaliyyətinə cəlb edilməsi informasiyanın emalının forması ilə yanaşı, həm də məzmununa təsir etməyə başladı. Beləliklə, informasiya texnologiyasının “elektron” dövrü başlandı.
Məlum olduğu kimi, informasiya texnologiyası informasiya emalının ən azı 3 mühüm komponentini – uçotu, təhlili və qərar qəbulunu əhatə edir. Bu komponentlər sənədlərin kağız ―bataqlığında‖ reallaşdırılır ki, bu bataqlıq da günbəgün dərinləşir. Avtomatlaş- dırılmamış informasiya sistemlərinin ən ciddi nöqsanı informasiyanın yığılması, emalı və istifadə edilməsi proseslərinin ayrı-ayrılıqda baş verməsidir. Bu o deməkdd