İnformatikanin əsaslari


Verilənlər bazası sistemlərinin (VBS) arxitekturası



Yüklə 1,28 Mb.
səhifə133/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   156
nformatikanin saslari

Verilənlər bazası sistemlərinin (VBS) arxitekturası


191
VB sisteminin arxitekturasının funksional, fəza və informasiya kimi 3 aspekti var- dır. Bu aspektlər bir-biri ilə sıx bağlıdır. Fəza və informasiya arxitekturaları funksionsal arxitekturadan törəmədir.


İnformasiya arxitekturası VB-də informasiya resurslarının paylanma quruluşunu xarakterizə edir.
Fəza arxitekturası funksional komponentlərin yerləşmə fəzasını təsvir edir. Bu baxımdan, VB-lər mərkəzləşdirilmiş və paylanmış olurlar. Mərkəzləşdirilmiş VB-də funksional komponentlərin hamısı bir kompüterdə cəmlənir. Bu, fərdi VB-dir. Paylanmış VB lokal, regional və qlobal şəbəkələrdə yaradılır.
Şəbəkəyə naqilsiz (mobil) qoşulmaların tətbiqi VB arxitekturasını xeyli mürəkkəb- ləşdirmişdir. İndi şəbəkənin stasionar hissəsi işçi, mobil hissəsi isə yalnız istifadəçi kimi işləyir.
Funksional arxitektura funksional komponentlərin funksiyasını, tərkibini və qarşı- lıqlı əlaqələrini təsvir edir. Bu arxitektura ―müştəri-server‖ konsepsiyasına söykənir. Bu konsepsiyada funksional komponüntin biri server şəklində ayrılır. Qalan funksional komponentlər müştəri kimi işləyir.


        1. Verilənlər bazalarının idarə edilməsi sistemləri (VBİS)


VBİS-lər fəaliyyətdə olan informasiya sistemlərini qurmaq üçündür. Adətən hər bir konkret sistem müəyyən verilən modelinə əsaslanır və həmin model üçün xarakterik olan əməliyyatları saxlayır.
Müasir VBIS-lərin əksəriyyəti verilənlərin iqtibaslı (relyasiyalı) modelinə əsaslanır və verilənlərin axtarılıb seçilməsi üçün SQL (Struktured Query Language) dilindən istifadə edilir.
Relyasiyalı bazanı Microsoft Access proqramının köməyi ilə yaratmaq mümkündür.
        1. VBİS-lərin dil vasitələri


VB sistemi ilə iş dil vasitələrinin köməyi ilə baş tutur. Dil vasitələri verilən mode- lində müxtəlif üsullarla reallaşdırılır. İxtisaslı mütəxəssislər, məsələn, mürəkkəb tətbiqi sistemlərin yaradıcıları üçün dil vasitələri sintaksis formada verilir. Digər hallarda dilin funksiyaları 4-cü nəsil dil (4GL) adlandırılan istifadəçi interfeysi formasında, yəni,

doldurulan ekran blankları, diaqramlar və digər vizual təsvir formalarında reallaşdırılır. İstifadəçi interfeysindən daxil edilən verilənlər interfeysin müvafiq sintaksis konstruksiyalarına çevrilib icraya ötürülür. Bu forma fərdi kompüter üçün nəzərdə tutulmuş VBİS-lərdə geniş tətbiq edilir.
Relyasiyalı VBİS-lərdə sorğuların cədvəl dili (QBE – Query-By-Example) tətbiq edilir. Bu dildə sorğu cədvəl sətr və sütunlarının doldurulması formasında daxil edilir. Sonra avtomatik surətdə SQL dilinə çevrilərək icraya verilir.
VBİS-in dil vasitələri iki funksiyanın: 1) sistem arxitekturasının idarə edilən səviy- yələrində verilənlər bazasının təqdim edilməsinin təsviri və 2) verilənlərin manipulyasi- yası əməliyyatlarının icrası üçün istifadə edilir. Birinci funksiya verilənlərin təsviri dili (VTD) ilə təmin edilir. Buna verilənlərin təyini dili də deyilir. VB-nin VTD vasitəsilə təsviri VB-nin sxemi adlanır. Bu, VB-nin strukturunu təsvir edir. VB sxemi əslində predmet oblastının intensional modelidir.
Verilənlərin manipulyasiyası dili (VMD) VB-dəki verilənlərə müraciət etməyə imkan verir.
Relyasiyalı dil olan SQL hər iki dili özündə birləşdirir. Sorğu dili olmaqla SQL geniş tətbiq edilir. SQL-lə yanaşı, relyasiyalı dil olan Quel dBase dilləri də geniş yayılmışdır. dBase dili bitkin instrumental dil vasitəsi olduğundan, avtonom dil adlanır.
VB-lərin proqramlaşdırılıması dilləri müxtəlif dil vasitələri arasında meydana çıxan uzlaşma çətinliklərini aradan qaldırmaq üçün nəzərdə tutulmuşdur. Bu dillərə: Paskal, Ada, Modula, Atlant, Teksis, Qalileo və s. aiddir. Lakin bu dillər geniş tətbiq tapmadı. Bu məqsəd üçün C++ Java obyekt dilləri yaradıldı ki, bu da həmin dillər üçün ODMG standartının yaranmasına gətirib çıxardı. ODMG standartı tətbiqi proqramlaşdırma interfeysinin təməlinə qoyuldu. Beləliklə, obyekt proqramlaşdırma dili ilə obyekt VB-nin əlaqələndirilməsi uzlaşma cətinliyini bir yolluq ləğv etdi.



      1. Yüklə 1,28 Mb.

        Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin