VB yaradılmasının ən məsuliyyətli mərhələsi layihələşdirmədir. Çünki VB-nin istifadəçi baxımından məzmununun səmərəli təşkili məsələsi bu mərhələdə həll edilir. Layihələşdirmə zamanı yol verilən səhv çox baha başa gəlir. Layihələşdirmə işləri böyük zəhmət tələb edən iş olmaqla, tam avtomatlaşdırılması mümkün deyildir. Bu işdə layihə- ləşdirici mütəxəssis intuisiyası və təcrübəsi mühüm rol oynayır.
Ötən 10 illikləedə çoxsaylı mütəxəssislərin gərgin əməyi sayəsaində müxtəlif CASE-texnologiyalar178yasradılmışdır ki, bunlar da layihələşdirmə işlərinin avtomatlaş- dırılması üçün proqram təminatı yaratmağa imkan verir. CASEinstrumentariyası müx- təlif struktur və obyekt-istinad metodlarına əsaslanır.
VB-nin layihələşdirilməsi prosesi aşağıdakı mərhələləri birləşdirir: VB-nin konseptual layihələşdirilməsi;
VBİS və digər instrumental proqram vasitələrinin seçilməsi; VB-nin məntiqi layihələşdirilməsi;
VB-nin fiziki layihələşdirilməsi.
Konseptual layihələşdirmənin əsas vəzifəsi gələcək istifadəçilərin informasiya tələbatının öyrənilməsi əsasında sistemin predmet oblastını təyin etməkdən ibarətdir. Predmet oblastının tərkibi və strukturu 2 üsulla seçilir. Ən geniş yaılmış üsul funksional yanaşmadır ki, bu da ―məsələ‖ prinsipi ilə seçmədir. İkinci üsul predmet yanaşmasıdır. Birinci üsul istifadəçi tələbinin aydın olduğu halda, ikinci üsul bu tələbin qeyri-müəyyən olduğu halda tətbiq edilir.
İnstrumental sistemlərin seçilməsi mərhələsi mütləq mobil sistem yaratmağın qeyri- mümkünlüyü ilə bağlıdır. Odur ki, hər dəfə konkret tərkibli instrumentariya seçmək lazım gəlir.
Məntiqi layihələşdirmə mərhələsində predmet oblastının konseptual modeli seçilmiş VBİS-in tələb etdiyi verilən modeli formasında təsvir edilir.
Fiziki layihələşdirmə mərhələsi layihələşdirilmiş məntiqi quruluş üçün daha səmərəli saxlama mühiti yaradılmasını həyata keçirir.