Bunu konkret məsələlər fonunda nəzərdən kecirək. Məsələn, fakültə dekanına elə VB lazımdır ki, həmin bazadan o, hər bir tələbə üzrə ani müddətdə mənimsəmə və ya dərsə davamiyyət haqqında ona lazım olan hər cür məlumatı əldə edə bilsin. Ona tələbələrin imtahan və yoxlamaları müvəffəqiyyətlə verə bilib-bilməməsi, hansı tələbənin müəllimə nə vaxt imtahan verməsi və i.a. haqqında məlumat lazım ola bilər. Tələbə yataqxanasının
178 CASE- Computer-Aided Software/SystemEnqinerinq komendantı VB-nin hazırlanmasından xəbər tutub, belə bir təklif verə bilər ki, hər bir tələbəyə aid yazıda, hansı tələbənin hansı otaqda yaşaması, yataqxanada yaşamaq üçün müəyyən edilmiş məbləğin nə vaxt ödənilməsi, yataq ağlarının axrıncı dəfə nə vaxt dəyişdirilməsi haqqında məlumatlar da əks etdirilsin. Rektorluğa növbəti kursa keçmə haqqında əmrin nömrəsi və tarixi, tədris şöbəsinə tələbənin hansı qrupa daxil edilməsi, tələbənin, deyək ki, günün muəyyən saatına hansı auditoriyada olması, dərs deyən myəllimin kimliyi maraqlı ola bilər.
Fərz edək ki, hər hansı müəssisə tikinti və təmir işlərini həyata keçirir. Həmin işlər bir sıra obyektlərdə görülür. Tikinti və təmir işlərinin həyata keçirilməsi üçün müxtəlif materiallar alınır, müxtəlif anbarlarda saxlanılır və həmin anbardan müxtəlif obyektlərə ayrı-ayrı vaxtlarda tikinti və təmir işləri üçün materiallar buraxılır. Hansı anbara hansı materialların nə vaxt daxil olması, hansı anbarda obyektə müəyyən müddət ərzində buraxılmış materialların adı, məbləği və i. a. ilə əlaqədar hər cür məlumatlar əldə etmək tələb olunur.
Nəzərdən keçirilən məsələlərin həlli üçün lazım olan məlumatlar bir strukturda birləşdirilmiş olsa, aydın məsələdir ki, işləmə qabilliyyəti olmayan konstruksiya alınacaqdır. Yəni belə baza yaradılsa və ona yazılar əlavə edilsə də, real istismar vaxtı elə problemlər ortaya çıxacaq ki, onların aradan qaldırılması müşkül olacaq və məsuliyyət də səriştəsiz qərar qəbul etmiş bazanı yaradanın üstündə qalacaqdır.
Yaradılan hər bir VB-nin arxasında iki tərəf durur. Bunlardan birincisi sifarişçi, ikincisi isə bazanı yaradandır. Bazanı yaradan VBİS imkanlarını, sifarişçi isə bu və ya digər səviyyədə ona nə lazım olduğunu bilir. Bazanın normal quruluşunu o halda yaratmaq mümkün olur ki, sifarişçi öz tələblərini axıra qədər dəqiq müəyyənləşdirmiş olur, bazanı yaradan isə sifarişçinin tələblərini dəqiq anlayır və onları optimal şəkildə reallaşdıra bilir.