40-ildən artıq inkişaf tarixi olmasına baxmayaraq, VB texnologiyaları bu gün də inkişaf etməkdədir. Bu, ilk növbədə, hesablayıcı və kommunikasiya texnikasının yüksək sürətlə inkişafı ilə bağlıdır.
Son illərdə Veb mühitində işləyən telekommunikasiya müraciətli VB sistemlərinin yaradılması geniş vüsət almışdır. Bu, naqilsiz rabitə kanallarının tətbiqi ilə bağlıdır.
Aktual istiqamətlərdən biri də çox böyük VB-lərin idarə edilməsi texnikasının yaradılmasıdır. Bu sistemlər kosmik tədqiqatlar, molekulyar biologiya, zərrəciklər fizikası və Yer səthinin aerofotoçəkilişi sferalarında mövcuddur və gələcəkdə kommersiya sferasına da tətbiq ediləcəyi istisna edilmir.
8.8. Mətni axtarış texnologiyaları
Mətni axtarış texnologiyalarınınəsasları
Cəmiyyətdə informasiya mübadiləsi əsas etibarı ilə mətn formasında həyata keçirilir. Buna görə də müasir informasiya sistemlərinin informasiya resurslarının olduqca böyük hissəsini mətn informasiyası təşkil edir.
İnformasiya sistemlərinin ilk inkişaf mərhələlərindən mətn informasiyasının səmərəli saxlanması, emalı və axtarışı texnologiyalarının işlənib hazırlanmasına xüsusi diqqət yetirilmişdir.
Mətn informasiyası ilə işləyən informasiya sistemləri arasında ən geniş yayılmış mətni axtarış sistemləridir. Bunların vəzifəsi istifadəçini maraqlandıran təbii dildə olan sənədləri kompüterdə saxlanan mətn sənədləri kolleksiyasından tapıb təqdim etməkdən ibarətdir. Mətni axtarış sistemlərinin inkişafı elmi-tədqiqat və təhsil sferalarında avto- matlaşdırılmış kitabxana sistemlərinin yaranmasına səbəb oldu.
Son illərdə isə bu sistemlər daha geniş diapazonda tətbiq edilir.
Ötən əsrin 50-ci illərində yaradılan ilk avtomatlaşdırılmış informasiya sistemləri başlıca olaraq informasiya axtarışını reallaşdırdığına görə, informasiya-axtarışsistemiadlanırdı. Bunlar 2 yerə: sənədli və faktoqrafik axtarış sistemlərinə bölünürdü ki, bunla- rın haqqında yuxarıda bəhs edilmişdir.
Mətni axtarış texnologiyalarında təbii dilin emalı əhəmiyyətli yer tutur. Bu, təbii dildəki mətnin kompüter tərəfindən dərki, təhlili və mətn üzərində müxtəlif əməliyyat-
ların icrası, həmçinin mətnin kompüter yaddaşına generasiyası ilə bağlı işləri əhatə edir. Bu məsələlər isə süni intellekt sahəsinə aiddir.
Müasir mətni axtarış texnologiyalarında mətni təhlil etmək üçün təkcə linqvistik aparat deyil, həmçinin statistik metodlar, riyazi məntiq və ehtimal nəzəriyyəsi, klaster təhlili, süni intellekt metodları və verilənlərin idarə edilməsi texnologiyaları tətbiq edilir.
İnformasiyasupermagistralıüzrə işlər, xüsusilə də, 1990-cı illərin ortalarında bir sıra dünya ölkələrində meydana çıxan elektronkitabxanalarmətni axtarışa marağı kəskin şəkildə artırdı. Qlobal kompüter şəbəkələrində, Veb-də mətni axtarış, multidilli axtarış istiqamətləri yarandı.
50 illik tarixi ərzində deskriptorlu informasiya-axtarış sistemlərindən tammətnli axtarış sistemlərinədək böyük bir inkişaf yolu keçilmişdir.