Sənədlərin relevantlığı kriteriləri. İstifadəçi sorğusunun emalı prosesində növbəti baxılacaq sənədin relevantlığı qiymətləndirilməlidir. Bu məqsədlə relevantlıq(yaxınlıq) kriterisindənistifadə edilir. Bu kriteri sənəd və sorğunun təqdimat üsulundan asılıdır. Məsələn, deskriptorlu sistemlərdə sənəd o zaman relevant sayılır ki, sorğudakı axtarış obrazını əmələ gətirən deskriptorlar sənədin axtarış obrazındakı deskriptorlar çoxluğunun alt çoxluğu olsun. Müasir sistemlərdə daha mürəkkəb kriterilərdən istifadə edilir.
Mətni axtarışın ümumi prinsipləri.Müasir mətni axtarış sistemlərində sənədlərin indeksləşdirilməsi və təqdimatı, istifadəçi sorğularının təqdimatı və sənədlərin relrvant- lığının qiymətləndirilməsi üçün çoxsaylı yanaşmalar tətbiq edilir. Buna baxmayaraq, axtarışın təşkilinin müəyyən ümumi prinsipləri də mövcuddur.
202
Sənəd sistemə daxil edilərkən indeksləşdirilir və təqdimatı hazırlanır ki, bu da sor- ğuların emalı zamanı həmin sənədin əvəzedicisi kimi çıxış edir. Sonra konkret sənədlərin
İstifadəçi sorğusu sistemə daxil olan kimi onun da təqdimatı hazırlanır. Bu, sənədin təqdimatına anolijidir. Sonra sorğu təqdimatı yaxınlıq kriterisi üzrə sənəd təqdimatları ilə bir-bir müqayisə edilir. Uyğunluq şərti ödəndikdə axtarış bitir.
Linqvistik təminat vasitələri
Mətni axtarış sistemlərində tammətnli sənədlərlə işləyərkən təbii dilin emalı vasitələrindən istifadə edilir. Bu vasitələr sözügedən sistemlərin son dərəcə mürəkkəb komponentləridir. Təbiidilinemalıvasitələrimətn sənədlərindəki və sorğulardakı term-ləri(söz və söz birləşmələrini, frazaları) təhlil edib onların məzmununu aydınlaşdırır, termlər arasındakı münasibətləri aşkarlayır və səmərəli axtarışı təmin edir. Bu məqsədlə mətni axtarış sistemlərində linqvistik təminat vasitələri kompleksindan istifadə edilir. Bu kompleksə müxtəlif lüğətlər, tezauruslar, sistemin predmet oblastının ontoloji xüsusiy- yətlərini əks etdirən materiallar daxildir.