Verilənlər bazası - kompüter yaddaşında müəyyən qaydalara uyğun şəkildə təşkil edilmiş və istifadəçi tələbinə uyğun aktuallaşa bilən, başqa sözlə, predmet oblastının ekstensional modelini təşkil edən verilənlər çoxluğudur. Verilənlər bazasının təşkili predmet oblastının intensional modeli ilə təsvir edilir. Çünki intesional model eksten- sional modelə nisbətən yuxarı səviyyə modelidir.
Verilənlər bazasının aktuallaşdırılması dedikdə, verilənlərin tərkibinin və quruluşu- nun dəyişdirilməsi başa düşülür. Yəni, aktuallaşdırma nəticəsində bəzi verilənlər bazadan çıxarılır, yeniləri daxil edilir, əlaqələr dəyişdirilir və s. Daha dərin aktuallaşdırma veri- lənlər bazasının restrukturlaşdırılmasıadlanır. Bu, bütövlük məhdudiyyətlərinin dəyiş- dirilməsi zamanı baş verir.
Çox zaman verilənlər bazası elə təşkil edilir ki, predmet oblastının hər vəziyyətinə bazanın bir vəziyyəti uyğun gəlir. Lakin bəzi hallarda, iqtisadi tədqiqatlarla bağlı olaraq, temporal(zamanlı, sürəkli) bazalar da yaradılır. Bu bazalardakı verilənlərin qiymətləri müəyyən zamana aid olur. Yəni verilənlərin zaman sıraları (xronologiyası) əks etdirilir.
Verilənlər bazası verilənlərin inteqrasiya edilmiş çoxluğudur. Yəni, bir fakt bazada bir dəfə qeyd edilir. Bu, bazanın informasiya bolluğununminimum olmasını göstərir. Lakin paylanmış bazalarda müəyyən baza fraqmentlərinin (replikatların) şəbəkə düyünləri üzrə təkrarlanması şəbəkə trafikasını (məlumat ötürülüşünü) ixtisar etməyə və sistemin məhsuldarlığını artırmağa imkan verir. Verilənlər bazası çoxsaylı istifadəçilərə xidmət üçün yaradıldığından, onun yaradılması kriterisi sosial xarakter daşıyır və ayrı- ayrı istifadəçilərin təıləbibni ödəmək baxımından irəli gələn lokal səmərəlilik deyil, inteqral səmərəlilik daha vacibdir.
Verilənlər bazasının tərkibi (məzmunu), ilk növbədə, hesablama yolu ilə alınması mümkün olmayan müşahidə və ölçmə məlumatları ilə doldurulur ki, bunlara da baza göstəriciləri, belə bazaya isə predmet bazası deyilir.
Verilənlər bazası xüsusi proqram kompleksi vasitəsilə idarə edilir ki, buna da Verilənlər bazasının idarə edilməsi sistemi (VBİS) deyilir. VBİS-lə VB birliyinə VB sistemi deyilir. Bir kompüterdə qurulmuş VBİS bir neçə VB-ni idarə edə bilər.
VB sisteminin istifadəçiləri adətən bazadakı məlumatların mənbəyi olan predmet oblastı mütəxəssisləridir. Bunlar həm də sonistifadəçilərdir. Lakin VB-yə müraciət edən hər şey - VB sisteminin əlavələri adlanan tətbiqi proqramlar və proqram kompleksləri, həmçinin kompüterlər və hesablayıcı sistemlər istifadəçi sayılır.
Son istifadəçilər VB ilə qarşılıqlı fəaliyyət göstərərkən VBİS-in istifadəçiinterfey- sindən, tətbiqi proqramlar isə tətbiqi proqramlaşdırma interfeysindən istifadə edir.
Verilənlərin mərkəzləşdirilmiş qaydada idarə edilməsi VB inzibatçısınınsəlahiy- yətindədir. İnzibatçı heyət sistemi işlək vəziyyətdə saxlamalı, vaxtlı-vaxtında aktuallaş- dırma aparmalı, sistemin informasiya resurslarından və yaddaşdan səmərəli istifadə edilməsini təmin etməlidir.
Verilən bazaları mərkəzləşdirilmiş və paylanmış olurlar. Mərkəzləşdirilmiş VB bir kompüterdə yaradılır və ondan yalnız həmin kompüterdə işləyənlər istifadə edir. Belə bazaya lokal şəbəkə kompüterləri də müraciət edə bilir. Kompüter şəbəkələri paylanmış bazalar yaradılmasını şərtləndirdi. Belə bazalar müxtəlif kompüterlərdə təşkil edilmiş bir neçə hissədən ibarət olur. Bu hissələr kəsişməyən, kəsişən və təkrarlanan ola bilir. Bir kompüterdə təşkil edilmiş paylanmış baza hissəsi bəzən lokal VB kimi fəaliyyət göstərir.
Paylanmış VB-lər paylanmış VBİS-lə idarə olunur.
Paylanmış VB verilənlərin fraqmentləşdirilməsi və tirajlaşdırılması metodları ilə yaradılır. Fraqmentləşdirmə bazanın kəsişməyən hissələrinin, tirajlaşdırma isə fraqment- lərin nüsxələrinin müxtəlif kompüterlərdə təşkilini nəzərdə tutur.
VBİS VB-nin mərkəzi idarəedicisidir. Yəni VB-yə müraciət yalnız VBİS vasitəsilə mümkündür.
VBİS-lər ümumi təyinatlı və ixtisaslaşdırılmış olurlar. Ümumi təyinatlı VBİS-lər heç bir konkret predmet oblastına istiqamətli olmur. İxtisaslaşdırılmış VBİS-lər xüsusi təyinatlı sistemlərdir.
VBİS-in əsas xassəsi verilənlər bazasına həm istifadəçi tərəfdən, həm də saxlayıcı tərəfdən baxmağı reallaşdırmasıdır. İstifadəçi baxımı məntiqi quruluşu, saxlayıcı baxımı isə fiziki quruluşu şərtləndirir.