İnformatikanin əsaslari


Kompüter texnologiyalarının təkamülü



Yüklə 1,28 Mb.
səhifə128/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   156
nformatikanin saslari

Kompüter texnologiyalarının təkamülü


20-ci əsrin ortalarınadək kompüter yalnız mürəkkəb elmi və mühəndis hesablamaları üçün istifadə edilirdi. 1950-ci illərdə kompüter ilk dəfə müxtəlif kommersiya məsələləri- nin həllinə cəlb edildi. 1960-cı illərdə kompüter idarəetmə işinə tətbiq edildi. 1968-1972-ci illərdə verilənlər bazası, terminallar, şəbəkələr və maqnit diskləri meydana çıxdı ki, bu da prinsipcə yeni kompüter texnologiyasının əsasını yəşkil etdi.
80-ci illərdə informasiya texnologiyaları keyfiyyətcə dərin dəyişikliyə uğradı. Belə ki, əvvəllər əsas fikir informasiyanın cəld işlənməsinə yönəldilirsə, sonra peşəkar olmayan istifadəçi marağı ön plana çəkildi.
1990-cı illərin əvvəlində telekommunikasiya sistemlərinin biznesdə istifadəsi aktuallaşdı. Fərdi kompüterlər müəssisədə idarə (ofis) maşınlarına çevrildi.


    1. İnformasiya sistemlərinin baza texnologiyaları


Müasir informasiya sistemlərində informasiya texnologiyaları mühüm rol oynayır. Təəssüf ki, bu iki termin yanlış olaraq tez-tez eyniləşdirilir. Halbuki bunlar fərqli anlayış- lardır.
İnformasiya texnologiyaları dedikdə, verilənlərin yığılması, saxlanması, emalı, ötü- rülməsi və istehlakçılara təqdim edilməsi metodları nəzərdə tutulur. İnformasiya sistem- ləri isə informasiya texnologiyalarından istifadə edilməklə yaradılıb işlədilən kompüter sistemləridir.
İnformasiya sistemlərində istifadə edilən informasiya texnologiyaları olduqca müx- təlifdir. Lakin bunların hamısı son yekunda informasiya resursları ilə işləyir. Bu baxım- dan, həm informasiya sistemlərində, həm də informasiya texnologiyalarında mərkəzi yeri verilənlərin idarə edilməsi texnologiyası tutur. Bu texnologiyanın xarakteri emal edilən verilənin təbiətindən asılıdır.
Müasir iqtisadi informasiya sistemlərində, həmçinin, digər təyinatlı informasiya



bunlara da baza texnologiyaları deyilir: 1) verilənlər bazası texnologiyaları, 2) veb- texnologiyaları177 və 3) mətni axtarış texnologiyaları.
Verilənlər bazası texnologiyaları verilənlər bazası adlanan strukturlaşdırılmış veri- lənlərin yaradılmasını, saxlanmasını, aktuallaşdırılmasını, tamlığını, səmərəli və kollek- tiv istifadə edilməsini təmin edir.
Veb-texnologiyaları şəbəkə mühitində və ayrıca fərdi kompüterdə hipermediya informasiya resurslarının idarə edilməsi üçündür. Ümumdünya hörümçək toru adlanan WWW, mahiyyətcə, qlobal paylanmış hipermediya informasiya sistemidir.
Mətni axtarış texnologiyaları təbii dildə mətn axtarışı ilə işləyir və səmərəli axtarış təmin etmək üçündür.
Praktiki fəaliyyət göstərən informasiya sistemlərində baza texnologiyalarının inteqrasiya edilməsi səmərəli sayılır.



    1. Yüklə 1,28 Mb.

      Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin