İnformatikanin əsaslari


İnternetdə resursların ünvanlaşdırılması



Yüklə 1,28 Mb.
səhifə123/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   156
nformatikanin saslari

İnternetdə resursların ünvanlaşdırılması


Ümumdünya şəbəkəsi olan İnternetdə hər bir kompüter (əslində, kompüterin şəbəkə adapteri) eyni zamanda 3 ünvan alır: birincisi, adapterin zavod nömrəsidir, ikincisi, İP ünvanın kodudur, üçüncüsü, domen ünvanıdır ki, bütün bunlar da istifadəçi interfeysi üçün nəzərdə tutulmuşdur.
İP-ünvanı 4 baytlıq ölçüyə malikdir və 3 hissədən ibarətdir: İP –ünvanın ranqı, lokal şəbəkənin nömrəsi və şəbəkə daxilindəki kompüterin nömrəsi. İP –ünvanın ranqı bu tipdən olan şəbəkələrin sayını və maksimal ölçüsünü təyin edir. Şəbəkənin nömrəsi qeydiyyat zamanı verilir. Şəbəkənin nömrəsini şəbəkənin sahibi olan təşkilat verir. Şəbəkə daxilində kompüterin nömrələnməsi isə şəbəkə inzibatçısının səlahiyyətindədir.
Ünvanların domen təşkilatı DNS (Domain Name System) iyerarxik quruluşludur. Yuxarı səviyyənin bir neçə domeni vardır ki, bunların da hər birinə müəyyən ad verilir: mom, edu, org, gov, ru, az və s. Növbəti səviyyə domeni yuxarı səviyyə domeninə yeni ad əlavə etməklə yaradılır. Məsələn, econ.msu.ru Moskva Dövlət Universiteti İqtisad fakültəsinin şəbəkədəki domen adıdır.
Domen adları sistemi İnternet xidmətləri içərisində mərkəzi yerlərdən birini tutur.
      1. TCP/IP protokolları ailəsi.


Artıq qeyd edildiyi kimi, TCP/IP protokolları müxtəlif səviyyəli kommunikasiya protokollarının tam ailəsini əhatə edir. Buraya aşağıdakılar aiddir:
IP (Internet Protocol) – şəbəkələrarası protokol;
TCP (Transmission Control Protocol)- baza nəqliyyat protokolu;
UDP (User Datagram Protocol)- TCP protokolundan fərqlənən ikinci nəqliyyat protokolu;
ARP (Address Resolution Protocol)- İP Ethernet ünvanlarının uyğunluğunu müəyyən etmək üçün istifadə edilir;
SLİP (Serial Line İnternet Protocol)- telefon xətti ilə verilən ötürülməsinin kanal protokolu;
PPP (Point to Point Protocol)- ―məntəqədən məntəqəyə‖ məlumat mübadiləsinin kanal protokolu;
FTP (File Transfer Protocol) – fayl mübadiləsinin tətbiqi protokolu;
telnet –virtual terminalın emulyasiyasının tətbiqi protokolu;
DNS (Domain Name System)- domen adları sistemi;
RİP (Routing İnformation Protocol)- marşrutlaşdırma protokolu;
NFS (Network File System)- paylanmış fayl sistemi və şəbəkə çap sistemi;
SNMP (Simple Network Management Protocol)- şəbəkəni idarə edən sadə protokol.
Kanal səviyyəsinə SLİP PPP protokolları, Şəbəkə (şəbəkələrarası) səviyyəsinə İP
ARP protokolları, nəqliyyat səviyyəsinə TCP UDP protokolları aiddir.



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin