“İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma proqramının Oxu m aterialı



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə56/64
tarix13.11.2022
ölçüsü1,15 Mb.
#68945
1   ...   52   53   54   55   56   57   58   59   ...   64
nkluziv-sinifda-talimin-taskili-oxu-materiali

8.3. Valideynl
ər və icma ilə əməkdaşlıq
Valideynl
ərin və icmanın cəlb olunması keyfiyyətli təhsilin, xüsusi ilə inklüziv təhsilin tətbiqinin 
əsas prinsiplərindən biridir.
1. Ail
ənin cəlb olunması əlilliyi olan uşaqların bütün həyatı boyu, xüsusilə də erkən 
yaşlarında vacibdir.
Uşağı ən yaxşı tanıyan şəxslər valideynlər və ailə üzvləridir. Onlar uşağın şəxsiyyətini, 
davranışını, öyrənmə tərzini, maraqlarını və ehtiyaclarını bilirlər. Valideynlərlə məsləhət 

əllimlərə uşaq haqqında hərtərəfli məlumat toplamağa, təlim və öyrənmə prosesini daha yaxşı 
t
əşkil etməyə kömək edir. Ailələr və valideynlər öz övladlarına dair istənilən qərarın verilməsində 
iştirak etməlidirlər. Onlar uşağın evdə davamlı inkişaf və öyrənməsində mühüm rol oynayırlar. 
Valideynl
ərin sinif otağında kömək etməsi valideyn – müəllim əməkdaşlığında əsas məqamdır. 
2. 
Əlilliyi olmayan uşaqların valideynləri təhsilə çıxışa və iştiraka mane olan əngəlləri 
aradan qaldırmağa kömək edə bilərlər. 
Əlilliyi olan uşaqların valideynlərinin inklüziv təhsildə iştirakı və onların bu prosesə 
münasib
əti ümumilikdə məktəb mədəniyyətinə təsir göstərir. Çox zaman əlilliyi olmayan uşaqların 
valideynl
əri övladlarının əlilliyi olan uşaqlarla birlikdə təhsil alması ideyasına qarşı çıxırlar. Əlilliyi 
olmayan uşaqların valideynləri ilə işləyərək, övladlarının məktəbdə və ya sinif otağında əlilliyi olan 
uşaqlarla birgə təhsil almasının onlara mənfi təsir göstərməyəcəyini izah etmək lazımdır.
3. 
Uşaqlar məhz ümumi icma kontekstində təhsil alır, yaşayır və öyrəndiklərini məhz 
bu kontekstd
ə tətbiq edirlər. 
Şagirdlərin əhatə olunduğu kontekst barədə məlumatlılıq müəllimləri, məsələn, dərsin 
planlaşdırılmasında istifadə edə biləcəkləri zəngin informasiya ilə təmin edir.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin