4. M
əktəblər icmaların malik olduğu dəyərli resurslardan istifadə edərək əlilliyi olan
uşaqlara dəstəyi təmin edə bilərlər.
İcma inklüzivliyin təşviqinə kömək edə bilər:
Yerli hökum
ət, vətəndaş cəmiyyəti qrupları əlilliyi olan uşaqlara zəruri dəstəyi təmin
ed
ə bilərlər (məsələn, köməkçi qurğular, səhiyyə və sosial müdafiə kimi dəstək
xidm
ətləri ilə əlaqələndirmə)
66
İcma inklüziv təhsil gündəliyinin təşviqatı, icma arasında maarifləndirmənin
aparılması vasitəsilə aktuallaşdırmağa kömək edə bilər.
G
ənclər təşkilatları əlilliyi olan uşaqların məktəbdən kənarda icmaya daha geniş
inteqrasiyasını gücləndirən fəaliyyətlər həyata keçirə bilər.
8.4. Valideynl
ər və icma ilə əməkdaşlıq strategiyaları, müəllimlərin rolu.
Valideynl
ər və icma ilə əməkdaşlıq strategiyaları:
Valideynl
ər və icma üzvləri ilə əməkdaşlıq üçün əlverişli və müsbət mühitin yaradılması
vacibdir.
Valideynl
əri təhsilin planlaşdırılmasında fəal iştirakçılara çevirmək üçün onlarla işləmək,
v
axtaşırı valideyn-müəllim görüşləri keçirmək və uşağın irəliləyişi barədə mütəmadi olaraq
m
əlumatlar vermək əsas şərtdir.
Əlilliyi olan uşaqların inteqrasiyası və hüquqları barədə məlumatları bölüşmək üçün əlilliyi
olmayan uşaqların valideynləri ilə məlumatlandırma sessiyası keçirmək vacibdir.
M
əktəbin
t
əkmilləşdirilməsinin
planlaşdırılmasına,
məktəb
d
əyərlərinin
formalaşdırılmasına valideynləri və icmanı cəlb etmək mütləqdir.
Əlilliyi müzakirə etmək üçün maarifləndirmə işi aparmaq vacibdir. Yerli dövlət strukturlarını,
valideyn assosiasiyalarını və vətəndaş cəmiyyəti nümayəndələrini cəlb etmək olar.
İcma və məktəb tədbirləri vasitəsilə əməkdaşlıq üçün müntəzəm imkanlar yaratmaq
vacibdir.
Valideynl
ərin və icmanın cəlb olunmasında müəllimlərin rolu:
Ev
ə, valideyn və ya qəyyumlara övladlarının təhsildə irəliləyişi və nailiyyəti barədə
müt
əmadi məlumatlar vermək;
Hansı uşaqların məktəbə getmədiyini, niyə getmədiyini öyrənmək və onları məktəbə
g
ətirmək üçün yollar düşünmək məqsədilə icma rəhbərləri ilə işləmək;
İnklüziv təhsilin dəyərini və məqsədini şagirdlərin valideynlərinə izah etmək;
Şagirdləri kurikulum çərçivəsində xüsusi fəaliyyətlər və tədbirlər vasitəsilə icma ilə qarşılıqlı
t
əmasa hazırlamaq;
Valideynl
əri və icma üzvlərini sinfə cəlb etmək.
|