«İnşaat» fakültəsi «Bina və qurğuların istismarı və rekonstruksiyası» kafedrası


QURĞULARIN SINAĞININ VƏ MÜAYINƏSININ METODLARI



Yüklə 22,79 Kb.
səhifə5/6
tarix27.10.2022
ölçüsü22,79 Kb.
#66589
1   2   3   4   5   6
QURĞULARIN SINAĞININ VƏ MÜAYINƏSININ METODLARI
İnşaatçı-mühəndislərin qarşısında istismarda olan konstruksiyaların, binaların və qurğuların vəziyyətinin qiymətləndirilməsi məsələsinin və onların sonrakı istismarı və ya rekonstruksiyası və güclənməsinin mümkünlüyü sualının həlli qoyulur. İnşaat konstruksiyalarının müayinəsi üçün əsas etapdan ibarətdir:
1. Birinci əvvəl proekt sənədləri işçi icra çertyojları, örtülü (gizli) işlərin aktları ilə tanış olmaq;
2.-ibarətdir: a) obyektə vizual (görülən) baxış; b) obyektin proyektə uyğunluğunu müəyyən etmək; v) görünən defektləri (zədələri aşkar etmək, yəni çatları oyulmuş, deşilmiş yerlərin, dəmirbeton elementlərdə mühafizə qatının qopmuş yerlərini, metal elementlərin əyintisini, qovuşuq yerlərinin, qaynaq, bolt və pərçin birləşmələrin vəziyyətini aşkar etmək;)
q) qurğunun müayinəsinin planını tərtib etmək;
d) dağıdıcı olmayan metodlarla kompleks tədqiqatların aparılması:
3.Qurğunun vəziyyətinin analizi və aşkar edilmiş qüsurların aradan qaldırılması üçün tövsiyyələrin verilməsi.
Proekt və icra sənədləri ilə tanışlıq qəbul edilmiş konstuktiv qərarları qiymətləndirməyə, böyük yüklərin təsiri altında olan qurğu elementlərinin aşkar etməyə və təsir edən qüvvələrin qiymətlərini təyin etməyə imkan verir.
Qurğuya vizual (görülən) baxış müayinə edilən konstruksiyanın vəziyyəti haqqında birinci başlanğıc məlumat almağa, konstruksiya elementlərinin dağılma dərəcəsini müzakirə etməyə və sınağın aparılma mümkünlyünü konkretləşdirməyə imkan verir. Bütün bunlar dağıdıcı olmayan sınaq metodlarının tətbiq ilə əlaqədardır.Çünki bu metodlar vasitəsi ilə konstruksiya elementlər və konstruksiya bütövlükdə dağılmaya məruz qalmır. Kompleks şəklində aparılan bu sınaqların nəticəsində:

  1. qurğunun həndəsi parametrlərinin (aşırımın, qalınlığın, hündürlüyün və s.) qiymətləri.

  2. materialın möhkəmlik və struktur xassələri;

  3. betonun mühafizə qatının qalınlığı;

  4. armaturların düzülüş istiqamətləri;

  5. elementlərin deformasiyaları və əyintiləri;

  6. yerdəyişmələrin dinamik amplitudaları;

  7. konstruksiyanın rəqslərinin periodları;

  8. ayrı-ayrı nöqtələrin təcilləri.

Qurğuların sınağı zamanı mühəndis geodeziyasının metodları geniş tətbiq edilir.Onların köməyi ilə:
1.binaların və qurğuların çökməsi
2. onların horizontal yerdəyişməsi
3. çatların və bitişik, qaynaq yerlərin deformasiyalar konstruksiya element-lərinin əyintiləri ölçülür və təyin edilir.

Yüklə 22,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin