«İnşaat» fakültəsi «Bina və qurğuların istismarı və rekonstruksiyası» kafedrası


Texniki vəziyyətin normativ dərəcəsi



Yüklə 22,79 Kb.
səhifə3/6
tarix27.10.2022
ölçüsü22,79 Kb.
#66589
1   2   3   4   5   6
Texniki vəziyyətin normativ dərəcəsi tikinti konstruksiyasının və ya bina və qurğuların texniki vəziyyətinin qiymətləndirilməsi üzrə bütün meyarların kəmiyyət və keyfiyyət göstəriciləri normativ sənədlərin tələblərinə (СНиП, ГОСТ, ТУ, СН və s.) uyğun olduğu şəraitdə texniki vəziyyətin kateqoriyası.


Saz vəziyyət - yükgötürmə qabiliyyətinə və istismar yararlığına mənfi təsir göstərən qüsur və zədələrin olmaması ilə xarakterizə olunan tikinti konstruksiyalarının və ya bina və qurğuların texniki vəziyyətinin kateqoriyası.


İşlək vəziyyət - ədədlə qiymətləndirilən nəzarət parametrlərinin layihə tələblərinə, norma və standartlara cavab vermədiyi, lakin tələblərin pozulması hallarının mövcud olduğu, məsələn deformasiyalılıq, dəmir-betonda çatadavamlıq, və konkret istismar əraitində həmin pozuntuların konstruksiyaların işlək vəziyyətinə və yükgötürmə qabiliyyətinə təsir göstərmədiyi halda texniki vəziyyət kateqoriyası.


Məhdud işlək vəziyyət – yükgötürmə qabiliyyətinin müəyyən dərəcədə azalmasına gətirib çıxaran, lakin konstruksiyanın qəflətən dağılması təhlükəsinin olmadığı və konstruksiyanın mövcudluğu yalnız onun vəziyyəti, istismar müddəti və şərtləri üzərində nəzarətin həyata keçirilməsi ilə mümkün olduğu şəraitdə konstruksiyaların texniki vəziyyətinin kateqoriyası.


Yolverilməz vəziyyət – insanların yaşaması (olması) və avadanlığın saxlanması üçün təhlükənin mövcud olduğu şəraitdə (sığorta tədbirlərinin həyata keçirilməsi və konstruksiyaların gücləndirilməsi zərurəti) yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi ilə xarakterizə olunan tikinti konstruksiyalarının və ya bina və qurğuların texniki vəziyyətinin kateqoriyası.


Qəza vəziyyəti – yükgötürmə qabiliyyətinin tükənməsinə və dağılma təhlükəsinin mövcudluğuna əyani sübut olan zədələnmə və deformasiyalarla xarakterizə olunan tikinti konstruksiyalarının və ya bina və qurğuların texniki vəziyyətinin kateqoriyası.



Yüklə 22,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin