«İnşaat» fakültəsi «Bina və qurğuların istismarı və rekonstruksiyası» kafedrası



Yüklə 22,79 Kb.
səhifə4/6
tarix27.10.2022
ölçüsü22,79 Kb.
#66589
1   2   3   4   5   6
Zədələnmə dərəcəsi – tikinti konstruksiyasının layihə yükgötürmə qabiliyyətinin azalmasının faizlə ifadəsi.


Yükdaşıyan konstruksiyalar – istismar yükləri və təsirlərinə davam gətirəcək binaların möhkəmlik və dayanıqlığını təmin edən tikinti konstruksiyaları.


Normal istismar – normalarda və ya layihədə nəzərdə tutulan texnoloji və ya məişət şəraitlərinə uyğun qaydada həyata keçirilən konstruksiya və ya binaların istismarı.
Binalara istismar göstəriciləri – binanın istismar keyfiyyətini xarakterizə edən texniki, həcm-planla dırma, sanitar-gigiyena, iqtisadi və estetik xüsusiyyətlərin məcmuəsi.


Binanın cari təmiri – bina elementlərində mövcud olan qüsurların aradan qaldırılması və istismar göstəricilərinin normal səviyyədə saxlanması məqsədi ilə həyata keçirilən kompleks tikinti tədbirləri.


Binanın əsaslı təmiri – zəruri hallarda ayrı-ayrı konstruktiv elementlərin və mühəndis avadanlığı sistemlərinin dəyişdirilməsi də daxil olmaqla, bina və qurğuların əsas texniki-iqtisadi göstəricilərinin dəyişdirilməsini nəzərdə tutmayan fiziki və mənəvi köhnəlmənin aradan qaldırılması üzrə tikinti və təşkilati-texniki tədbirlər kompleksi.


Binanın rekonstruksiyası (yenidən qurulması) – müvafiq layihə əsasında yükdaşıyan konstruksiyaların dəyişdirilməsi, gücləndirilməsi, binanın təyinatı dəyişdirilərkən yeni konstruksiyaların tətbiq edilməsi ilə bağlı inşaat işləri.


Binanın müasirləşdirilməsi – mövcud normalarla istismar şəraitinə dair irəli sürülən yeni tələblərə uyğun olaraq, köhnə binaların və mənəvi cəhətdən köhnəlmiş avadanlığın dəyişdirilməsi ilə bağlı həcmi-planlaşdırma və memarlıq həllərinin yeniləşdirilməsini nəzərdə tutan xüsusi rekonstruksiya halı.


Binanın mənəvi köhnəlməsi – bina və qurğuların əsas istismar göstəricilərinin müasir texniki tələblər səviyyəsindən tədricən (zamanla) azalması.

Binanın fiziki köhnəlməsi – obyektiv səbəblər ucbatından binaların texniki və bununla bağlı istismar göstəricilərinin də tələblərə cavab verməməsi.




Bərpa – fiziki aşınmaya məruz qalmış və müxtəlif səbəblərdən zədə almış konstruksiyaların işlək vəziyyətini təmin edərək ilkin səviyyəsinə çatdıracaq tədbirlər.


Gücləndirmə – bütövlüklə tikinti konstruksiyasının və ya bina və qurğunun yükgötürmə qabiliyyəti və istismar göstəricilərinin, mövcud vəziyyəti və ya layihədə verilənlərlə müqayisədə yüksədilməsini təmin edən tədbirlər kompleksi.



Yüklə 22,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin