Fotoqrammetriya- obyektin böyüklüyünü və boyunu, onun fotoqrafiyasını ölçmə yolu ilə təyin etmə üsulu. Mühəndis fotoqrammetriyasının metodlarının köməyi ilə dinamik və statik qüvvələrin təsiri altında olan nöqtələrin yerdəyişmələri və konstruksiya elementlərinin deformasiyaları təyin edilir. Oxşar bu cür metodlar inşaat konstruksiya elementlərin hazırlanarkən keyfiyyətə nəzarət prosesində və inşaat meydançalarında onların quraşdırılması (montajı) zamanı istifadə olunur. Dağıdıcı olmayan metod sınaqdan keçirilən obyektin tam xarakteristikasını verə bilmir. Ona görə də bu iki metod birgə istifadə olunur.
Beləliklə, binaların və qurğuların sınağı əsas müayinə elementi olub, özünün metodologiyasına, apparat təchizatına və nəticələrin işlənmə metodlarına görə eksperimental mexanikanın sərbəst istiqamətlərindən biridir. Bu istiqamətin məqsədi eksperimental tədqiqi bazasının əsasında konstruktiv materialların xassələri və qurğu elementlərinin vəziyyəti haqqında obyektiv informasiya (məlumat) almaq üçün metod və üsulların yaradılmasından ibarətdir.