«İnşaat» fakültəsi «Bina və qurğuların istismarı və rekonstruksiyası» kafedrası



Yüklə 22,79 Kb.
səhifə2/6
tarix27.10.2022
ölçüsü22,79 Kb.
#66589
1   2   3   4   5   6
ƏSAS ANLAYIŞLAR


Bina və qurğuların diaqnostika– mümkün kənara çıxmaları müəyyənləşdirmək və normal istismar rejiminin pozulması hallarının qarşısını almaq məqsədi ilə bina və qurğuların tikinti konstruksiyalarının vəziyyətini xarakterizə edən əlamətlərin aşkar edilərək öyrənilməsidir.


Bina və qurğuların müayinəsi - obyektlərin istismar vəziyyətini, yararlığını və işlək qabiliyyətini xarakterizə edən və onların gələcək istismar və ya bərpa-gücləndirilmə imkanlarının müəyyənləşdirilməsi və dəyərləndirilməsi üçün aparılan kompleks elmi-tədqiqat araşdırmalarıdır.


Qüsur - konstruksiyaların layihə və normativ sənədlər əsasında (СНиП, ГОСТ, ТУ, СН və s.) müəyyən edilmiş parametrlərlə uyğunsuzluğu.


Zədə - istehsal, nəql etmə, tikinti və istismar zamanı konstruksiyanın aldığı zədə.


Yoxlama hesabı – konstruksiyaların layihə göstəriciləri və ya müayinə nəticəsində təyin edilmiş faktiki göstəriciləri (həndəsi ölçülər, materialların fiziki-mexaniki xassələri, həqiqi yüklər və s.) əsasında aparılan təkrar hesablanma.


Qiymətləndirmə meyarları – tikinti konstruksiya və onun materiallarının möhkəmlik, deformasiyalılıq və digər xüsusiyyətlərini xarakterizə edən, layihə və normativ sənədlə müəyyənlə dirilən kəmiyyət və keyfiyyət göstəriciləri.

Texniki vəziyyət kateqoriyası - konstruksiyaların yükgötürmə qabiliyyətinin və istismar xüsusiyyətlətinin azalması (zəifləməsi) səviyyəsindən asılı olaraq müəyyənlə dirilən tikinti konstruksiyasının və ya bina və qurğuların istismara yararlığı dərəcəsi.




Texniki vəziyyətin qiymətləndirilməsi kəmiyyətcə qiymətləndirilən göstəricilərin layihə və normativ sənədlə müəyyən edilən göstəriciləri ilə müqayisəsi əsasında tikinti konstruksiyalarının və ya bina və qurğuların zədələnmə dərəcəsinin və istismar vəziyyəti kateqoriyasının təyin edilməsi.



Yüklə 22,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin