İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Şah I İsamyılın daxili və xarici siyasəti



Yüklə 436,25 Kb.
səhifə52/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   48   49   50   51   52   53   54   55   ...   109
tarix

2.Şah I İsamyılın daxili və xarici siyasəti

Osmanlıları narahat edən Səfəvi-Avropa münasibətlərinin genişlənməsi idi. Şah İsmayılın Avropa ölkələri ilə əlaqədar yeritdiyi siyasət babası Uzun Həsənin siyasəti ilə oxşarlıq təşkil edirdi. Bu əlaqələr daha çox Osmanlıya qarşı yönəlmişdi. İtaliya diplomatları Laskarı və Morozini Səfəvilərlə danışıqlar aparmışdılar. 1507-1508-ci illərdə Roma papası, Venesiya, Neapol krallığı, Kipr və Rodosla əlaqə yaradıldı, 1510-ci ildə Səfəvi diplomatı Əli bəy İtaliyaya getdi. Aralıq dənizi vasitəsilə Qərbdən odlu silah almağın baş tutmayacağını duyan şah ehtiyat tədbirlərinə əl atdı. Portuqaliya ilə əlaqəyə girib, İran körfəzi və Hind okeanı vasitəsilə Qərbdən silah almağa çalışdı və buna görə də Portuqaliyanın İran körfəzində möhkəmlənməsinə mane olmadı. Şahın bu səhvindən istifadə edən Portuqaliya 1515-ci ildə Hörmüzü ələ keçirib Səfəvilərin Hind Okeanına çıxış yolunu bağladı. Şah İsmayılın bu səhvini 100 ildən sonra I Şah Abbas aradan qaldırdı və 1620-ci ildə Hörmüzü geri qaytardı.

1514-cü ilin yazında I Sultan Səlimin Ədimə şəhərində çağırdığı divanda qızılbaşlarla müharibə müqəddəs vəzifə elan edildi.

Yüz min nəfərlik qoşun toplayan Sultan Səlim Osmanlı-Səfəvi sərhədini keçərək Ərzincana daxil oldu. Məhəmməd xan Ustaclı və Nurəli Xəlifə Rumlu kimi sərkərdələrinin osmanlılar üzərinə qəflətən gecə hücuma keçmək təklifini Şah İsmayıl «Mən karvanbasari quldur deyiləm»- deyərək rədd etdi. 1514-cü il avqustun 23-də Maku Yaxınlığında Çaldıran döyüşü baş verdi. Şah İsmayıl Osmanlı sərkərdəsi Malçuqoğlu ilə təkbətək döyüşdə qalib gəldi. Lakin top mərmilərinə məruz qalan Səfəvilər məğlub oldular. Yeniçərilər şahı ələ keçirmək istəyəndə onun bənzəri olan bir qızılbaş - Sultanəli «mənəm İsmayıl»- deyərək onları öz ardınca apardı və İsmayılı ölümdən qurtardı. Sultan Səlim Təbrizi tutsa da, şahın hərbi hiylə qurmasından ehtiyatlanaraq geri çəkildi. Çaldıran döyüşü nəticəsində Səfəvilərin hərbi- siyasi nüfuzu zəiflədi və bir çox ərazilər itirildi. Şah İsmayılın özünə güvənməsi, osmanlıların odlu silahdan istifadə etməsi və qüvvələr nisbətinin Səfəvilərin xeyrinə olmaması məğlubiyyətin əsas səbəbləri idi.

Çaldıran döyüşündən sonra Səfəvilər Ərzincan və Diyarbəkiri itirdilər. 1516-cı ilin əvvəlində baş vermiş Qoçhisar döyüşündə də qələbə qazanan osmanlılar Təbrizə daxil oldular. Onlar burada çox qalmayıb bir neçə min sənətkar ailəsini İstanbula apardılar. Çaldıran döyüşü nəticəsində osmanlılar Ərzurum şəhəri ilə birlikdə Şərqi Anadolunu və Şimali Mesopatamiyanı da tutdular. Bağdad da daxil olmaqla Ərəb İraqı Səfəvilərdə qaldı.

Şah İsmayılın (1501-1524) ölümündən sonra oğlu I Təhmasib taxta çıxdı. (1524-1576) və onun hakimiyyəti dövründə Azərbaycan Osmanlı hücumlarına məruz qaldı. Osmanlı sultanı I Süleyman Qanuni (1520-1565) 1534-cü ildə Azərbaycana birinci yürüşü zamanı Təbrizi tutsa da, burada möhkəmlənə bilmədi. O, 1535-ci ilin yazında ikinci yürüşü zamanı yenə Təbrizi tutsa da, aclıq Osmanlı qoşununu geri çəkilməyə məcbur etdi. Mövqeyini getdikcə möhkəmləndirən I Təhmasib Ölkənin vahid dövlətdə birləşdirilməsi prosesini davam etdirirdi. 1535-ci ildə vəfat etmiş Şivanşah II Xəlilullahm yerinə Şirvanda Şeyxşahm oğlu Şahrux taxta . çıxarıldı. Onun gəncliyindən istifadə edən əyanlar özbaşınalıq etməyə başladılar. Şirvan əhalisinin narazılığından istifadə edən və özünü Şirvanşahın qardaşı kimi qələmə verən bir kələntərin başçılığı ilə 1537-ci ildə üsyan qalxdı. Onun məqsədi hakimiyyəti ələ keçirmək idi. Üsyançılar əvvəlcə Salyan və Şamaxını tutsalar da, Şivanşahm qoşunu tərəfindən məğlub edildilər Şivandakı qarşılıqdan istifadə edən I Təhmasib qardaşı Əlqas Mirzəni 20 minlik qoşunla Şirvana göndərdi və 1538-ci ildə Şivanşahlar dövlətinin varlığına son qoyuldu. Şivan bəylərbəyiliyinə çevrilərək Səfəvi dövlətinin tərkibinə qatıldı. Əlqaz Mirzə Şirvana ilk bəylərbəyi təyin olundu. Lakiri Şivan əyanlarının mərkəzdənqaçma meylindən istifadə edən Əlqaz Mirzə 1547-ci ildə Krım xanı Sahib Gəray dan kömək alıb I Təhmasibə qarşı qiyam qaldırıldı. Əlqaz Mirzə məğlub edildi və Türkiyəyə qaçdı. I Təhma­sib oğlu İsmayıl Mirzəni Şirvana bəylərbəyi (1547-1554)-təyin etdi. 1548- ci ildə Şirvanda Burhan Mirzə qiyam qaldıranda Sultan Süleyman üçüncü dəfə Azərbaycana yürüş etdi və Təbrizi tutdu. Əlqaz Mirzə də bu yürüşdə Sultan Süleymanla birlikdə idi. Lakin Əlqas Mirzə Həmədanda ələ keçirilərək Qəhqəhə qalasına salındı və 1549-cu ildə orada öldü. Bu yürüşdə də uğur qazanmayan Osmanlılar Azərbaycanı tərk etməli oldular. Qızılbaş əmiri Abdulla xan Ustaclı isə 1549-cu ildə Şivanda Əlişaban adlı yerdə baş, vermiş döyüşdə Şivan qiyamçılarını məğlubiyyətə uğratdı. Səfəvilərlə münasibətləri pisləşdiyinə görə 1551-ci ildə Kiş və «Gələsən-görəsən» qalasına sığman Şəki hakimi Dərviş Məhəmməd xan da məğlub edilib öldürüldü. Şəki hakimiliyi ləğv edilərək Səfəvi dövlətinə birləşdirildi. Toyğun bəy Qacar Şəki hakimi təyin edildi. Beləliklə, bütün Azərbaycan torpaqlarının vahid dövlətdə birləşdirilməsi prosesi başa çatdı.



1554-cü ildə artıq dördüncü dəfə Azərbaycana yürüş edən Sultan Süleyman Naxçıvandan geri qayıtmağa məcbur oldu. O, Azərbaycanı tut­maq cəhdinin boşa çıxdığını görüb 1555-ci il mayın 29-da Amasya sülhü­nü bağlamağa məcbur oldu. Sülh müqaviləsinə görə, Van ətrafı və Qərbi Gürcüstan Osmanlı dövlətində, Gürcüstanın şərqi isə Səfəvilərdə qaldı.

1576-cı ildə I Təhmasibin ölümündən sonra oğlu İsmayıl taxta çıxsa da, 1577-ci ildə o, sui-qəsd nəticəsində öldürüldü.

Taxta çıxan Məhəmməd Xudabəndinin hakimiyyəti dövründə (1578- 1587) Səfəvi dövləti zəiflədi. Çünki qızılbaş tayfa başçıları mərkəzi hakimiy­yətlə hesablaşmırdılar, dövlət xəzinəsi tamamilə boşalmışdı. Osmanlı Sultanı III Murad yaranmış vəziyyətdən istifadə edərək Səfəvilərə qarşı yeni müharibəyə (1578- 1590)başladı. 1578-ci il avqustun 9-da Qarsdakı Çildir gölünün sahilində osmanlılar səfəviləri məğlubiyyətə uğratdılar. Ustaclı və türkmən tayfaları arasındakı düşmənçiliyə görə Səfəvi hərbi hissələrinin birləşə bilməməsi, ordu rəhbərliyində birliyin olmaması, qüvvələr -nisbətinin osmanlıların xeyrinə olması Çildir döyüşündə Səfəvilərin məğlubiyyətinə səbəb oldu. 1578-ci il sentyabrın 9 - da Alazan çayı sahilində baş vermiş döyüş isə qızılbaşların qələbəsi ilə başa çatdı. 1578-ci ilin noyabrında Ağsu çayı sahilində, Mollahəsənlidə osmanlıların müttəfiqi Krım xanının 12 minlik qoşunu Səfəvilər tərəfindən, darmadağın edildi. 1583-cü Şirvan ərazisində, Niyazabadda Səfəvilər osmanlılara qalib gəlsələr də, həmin il II Samur çayı sahilində tarixdə «Məşəl savaşı» adlanan döyüşdə Osmanlı qoşunu qələbə çaldı. 1585-ci ilin sentyabrında Sufyan döyüşündə də qalib gələn osmanlılar Təbrizi tutdular. Onlar Səfəvilərin daxilindəki çəkişmə­dən istifadə edərək 1586-1589-cu illərdə, demək olar Ki, bütün Azərbay­canı ələ keçirdilər. 1590-cı ildə bağlanmış İstanbul sülh müqaviləsinə görə Xalxal, Qaracadağ və Talışı çıxmaqla qalan Azərbaycan ərazisi Osmanlı imperiyasına qatıldı.

1587-cii ildə Mürşüdqulu xan başda olmaqla qızılbaşların ustaclı və şamlı tayfalarından ibarət Xorasan qrupu Məhəmməd Xudabəndənin 16 yaşlı oğlu Abbası Qəzviridə şah elan etdilər.

Bu zaman osmanlılar Azərbaycan vilayətlərində, özbəklər Şərq sərhəd­lərində, portuqaliyalılar isə İran körfəzində ağalıq edirdi. Yalnız şimalda qonşu Rusiya ilə münasibətlər nisbətən normal idi.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin