İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


XVI – XVII əsrlərdə Səfəvi – Osmanlı müharibələrinin nəticəsi



Yüklə 436,25 Kb.
səhifə53/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   49   50   51   52   53   54   55   56   ...   109
tarix

3.XVI – XVII əsrlərdə Səfəvi – Osmanlı müharibələrinin nəticəsi

Şah Abbas (1587-1629) Səfəvilərin itirilmiş ərazilərini geri qaytarmaq və dövlətin sarsılmış qüdrətini bərpa etmək üçün hərbi-inzibati islahat keçirdi. O, silah gəzdirməyin yalnız qızılbaşlara məxsus olması qaydasını və tayfa başçılığında irşiliyi ləğv etdi. Bundan sonra digər xalqların nümayəndələri də orduya xidmətə götürülə bilərdi. Şah Abbas qoşunun komplektləşdirilməsində tayfa müxtəlifliyi prinsipi tətbiq etdi və müxtəlif qoşun növlərini yaratdı:



  1. Qızılbaşlar — sayı 200 min, əsas qoşun növü olub, əsasən, süvarilərdən ibarət idi, döyüşə 60 min nəfəri gedirdi.

  2. Qulamlar - 15 min nəfərə çatırdı. İslamı qəbul etmiş xristian gənclərdən ibarət xüsusi qvardiya idi

  3. Tüfəngçilər - 12 min nəfər olub, əhalinin aşağı təbəqəsindən təşkil edilirdi.

  4. Topçular dəstəsi - orduda 500 top vardı.

I Şah Abbas 1598-ci ildə paytaxtı Qəzvindən İsfahana köçürdü. Bu fars etnik- ünsürlərinin güclənməsinə səbəb oldu. Buna baxmayaraq Qaradağ və Qəzvindən çoxlu Azərbaycan türkü yeni paytaxta köçdü və burada onlar üçün «Abbasabad» məhəlləsi salındı. Şah Abbas İsfahan tacir və sənətkarlarını 1 illiyə vergidən azad etdi. Edam edilmiş və sıxışdırılmış feodalların torpaqlarının ələ keçirilməsi hesabına şah öz şəxsi torpaqlarını artırdı. Şah Abbasa qarşı çıxan təkəli tayfasına amansız divan tutuldu. Şah dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün vəzifələrə təyin olunan şəxslərdən xəzinəyə «peşkəş» adlı xüsusi məbləğin ödənilməsini tələb etdi. O, ruhani və oturaq əhaliyə arxalanmaq üçün vergi siyasətində onlara güzəştə getdi. Baş vəzir (etimad üd-dövlə) Hətəm. bəy Ordubadi dövlətin mətbəxi - məxaric siyahısını tərtib etdi. Şah Abbas mərkəzi hakimiyyətin güclənməsində marağı olan feodal və tacir - sənətkar qruplarına arxalanıb hərbi - köçəri əyanların müqavimətini qırdı. Nəticədə mərkəzi hakimiyyətin gücləndirildi, iri qızılbaş əyanların müqaviməti qırıldı və Səfəvi dövlətinin qüdrəti bərpa edildi. O, İngiltərə, Fransa, İspaniya, Roma papası və Rusiya ilə danışıqlara başladı. Şah Abbas reallığı nəzərə alıb, 1590-cı il İstanbul sülhünü qəbul etdi.

Osmanlılar tutulan əraziləri Şivan və Dərbənd bəylərbəliyinə və sancaqlıqlara bölmüşdülər. Şirvan 14, Dərbənd 7 sancağa bölünmüşdü. Osmanlı imperiyasının «torpağın idarə edilməsi» qanununa görə, əhali işğal zonasında xüsusi dəftərdə siyahıya alınmışdı. Xəzər dənizinə çıxan osmanlılar Niyazabadda gəmilər inşa etməyə başlamışdılar.

Səfəvilərin tərkibində qalan Azərbaycan bəylərbəyliyi yaradıldı və Zülfüqar xan Qaramanlı hakim təyin olundu. Bu bəylərbəyliyin «Azərbaycan qoşunu» adlanan 10 min nəfərlik silahlı qüvvəsi vardı.

XVI əsrin sonunda I Şah Abbasın xarici siyasətinin üç əsas vəzifəsi var idi.



  1. Şimal-şərqi Şeybaniləri əzib, Xorasanı geri almaq

  2. 1578-1590-cı illərdə osmanlıların tutduğu əraziləri geri qaytarmaq:

  3. İran körfəzində Portuqaliyanın hegemonluğuna son qoyub, Hind okeanına çıxış əldə etmə. O, 1599-cu ildə birinci vəzifəni yerinə yetirərək Xorasanı geri qaytardı. İkinci vəzifənin yerinə yetirilməsində Almaniya, İspaniya, Rusiya və b. Avropa ölkələri də maraqlı idilər.

Avropa dövlətləri və Rusiya Səfəvilərin Osmanlı imperatorluğu ilə toqquşmasında maraqlı idilər. 1603-cü ildə Almaniya səfiri G. Tektander Şah Abbasın yanma gəldi. Osmanlıların əngəl törətdiyi Volqa - Xəzər ticarətinin canlanmasında Səfəvilərlə Rusiyanın ümumi marağı vardı. 1603-cü ildə osmanlıların işğal etdikləri torpaqları geri qaytarmaq üçün yürüşə başlayan I Şah Abbas oktyabrın 21-də Təbrizi geri aldı. Osmanlıla­rın əsas qüvvəsi darmadağın edildi. 1603-cü ildə Cənubi Azərbaycanı azad edən şah sonra Ordubadı, Culfanı, Naxçıvanı (1603) və İrəvanı (1604) osmanlılardan geri aldı. Osmanlı qoşunlarına kömək gəlməsini eşidən Şah Abbas tutduğu ərazilərdə «yandırılmış torpaq» taktikası tətbiq etdi və «böyük sürgün» siyasətini həyata keçirdi: Naxçıvan, İrəvan, Culfa əhalisi İsfahana və Mazandarana köçürüldü. Şah bununla idəm də iqtisadı məqsəd güdərək həmin bölgələrin iqtisadiyyatını canlandırmaq istəyirdi. 1605-ci ildə Səfəvi və gürcü birləşmiş qüvvələri Şirvanın çox hissəsini azad etdilər. Əks -hücuma keçən osmanlıların qarşısı Ərdəbillə Sərab arasında alındı. 1605-ci ilin noyabrında osmanlılar burada məğlub edildilər. Onların yardım ala bilməməsindən istifadə edən Şah Abbas Gəncəni (1606) və Şamaxını (1607) tutdu. 1607-ci ilin yanvarında Bakı Və Dərbənd əhalisi osmanlılara qarşı üsyan etdi. Həmin il bu şəhərlər də onlardan geri alındı. Şah Abbas Dərbənd əhalisini bütün vergilərdən azad etdi. Şah, Hatəm bəy Ordubadinin xahişi ilə Ordubadda dəymiş zərəri və əhalisinin osmanlılara qarşı fəal mübarizəsini nəzərə alıb, onları da vergilərdən azad etdi. Beləliklə, 1603-1607-ci illərdə keçirilən hərbi əməliyyatlar nəticəsində bütün Azərbaycan torpaqları osmanlılardan geri alındı.

Ancaq müharibə davam edirdi. 1612-ci il oktyabrın 17-də Sərab sülhü bağlandı. Bununla da 1555-ci il Almaniya sülhünün şərtləri bərpa edildi. Əlavə olaraq Səfəvilər rusların Terek qalasının dağıdılması haqqında şimal əyalətlərində və Gürcüstanda apardığı əməliyyatlara cavab olaraq osmanlılar Sərab sülhünü pozdular. 1618-ci ilin yazında Sərabda Sınıq körpü deyilən yerdə məğlub olan osmanlılar sentyabr ayında Mərənd sülhünü imzaladılar.

XVII əsrin 20-ci illərində Osmanlı dövlətinin daxilində başlayan çəkişmədən istifadə edən Şah Abbas Mərənd sülhünü pozub, 1622 – 1623 - cü illərdə Bağdad, Kərbala, Nəcəf, Kərkük və başqa şəhərləri tutdu. 1625-ci ildə Gürcüstanda Saakidzenin başçılığı altında üsyan baş Verdi. Şah Abbas həmin il Əlkitçay döyüşündə üsyançıları darmadağın etdi. Şah Abbasın nəvəsi I Şah Şəfinin hakimiyyəti dövründə (1629-1642), 1638-ci ildə Bağdad itirildi. I Şah Səfi 1639-cu ildə (17 may) Qəsri- Şirin sülhünü bağlamağa məcbur oldu. Bu müqavilə ilə 1555-ci il sülhü bir daha təsdiq edildi və XVIII əsrin birinci rübünə kimi qüvvədə qaldı.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin