İNŞaat fakultəSİ “İCTİMAİ FƏNLƏR” kafedrasi


Fakültənin Elmi-metodiki şurasında təsdiq olunmuşdur



Yüklə 57,01 Kb.
səhifə2/12
tarix02.01.2022
ölçüsü57,01 Kb.
#47179
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
Mühazirə 3. Milli və dünya dinləri

Fakültənin Elmi-metodiki şurasında təsdiq olunmuşdur

Protokol №6, 30.01.2020

Bakı-2020

Milli və dünya dinləri
Yəhudilik



Yəhudilik (digər adları: iudaizm, musəvilik, yəhudi dini) dünyanın ən
qədim monoteist dinlərindən sayılır. İbrahimi (yaxud səmavi) dinlər qrupunda
yer alan iudaizm, eyni zamanda yəhudi xalqının dini-etnik kimliyini ifadə edir.
Hazırda dünyada iudaizmin mənsubları hesab olunan yəhudilərin sayı 14
milyondan yuxarıdır.

Yəhudiliyin ilk dövrü ilə bağlı yeganə mənbə “Tövrat”dır. Bu müqəddəs
kitaba əsasən, yəhudiliyin kökləri İbrahim peyğəmbərə gedib çıxır. Belə ki,
Mesopotamiyanın Ur şəhərində yaşayan İbrahim Tanrının istəyi ilə Kənan
diyarına (hazırda Fələstin və İsrailin yerləşdiyi torpaqlar. –Red.) köçmüşdür.
“Tövrat”dakı rəvayətə görə,İbrahimin yaşlı vaxtında cariyəsi Həcərdən İsmayıl, sonra isə həyat yoldaşı Saradan İshaq adlı iki oğlu doğulmuşdur.

Lakin Tanrı İshaqın oğlu Yaqubun soyundan gələnləri seçilmiş
nəsil kimi tanıdığını bəyan etmiş və bu nəslin Kənan torpaqlarına sahib olacağına
dair vəd vermiş, beləcə “İsrail övladları” adlanan nəsil meydana gəlmişdir.
İbrahim peyğəmbərin digər oğlu İsmayıldan isə “İsmail oğulları” adlı nəsil
törəmişdir. Bununla yanaşı, “Tövrat”ın “Yaradılış” kitabında İsrail övladlarının
on iki qəbiləyə bölünməsindən bəhs olunmuşdur.

Qeyd edək ki, tədqiqatçılar tərəfndən yəhudilərin əcdadlar dövründəki
dini inancları ilə bağlı fərqli fkirlər irəli sürülmüşdür. Bəzi araşdırmaçılara
görə, yəhudilər arasında əcdadlar dövründə animist inanclar geniş yayılmış
və çoxallahlılıq hökm sürmüşdür. Digər nəzəriyyəyə görə isə, hələ əcdadlar
dövründə yəhudilər arasında monoteizm mövcud olmuşdur.

Tövrat”ın “Yaradılış” kitabına görə, yəhudilərin Misirdəki tarixi Yaqub


peyğəmbər və onun oğullarının bu ölkəyə köçməsi ilə başlayır. On iki qəbiləyə
bölünən yəhudi xalqı Misirdə bir müddət fravan yaşamış, lakin sonradan qula
çevrilmişlər.
Davud yəhudi tarixinin ən mühüm şəxsiyyətlərindən biridir və peyğəmbər
hesab olunur. Onun ölümündən sonra yerinə keçən oğlu Süleyman müdrik
hökmdar kimi tanınmış və ona da peyğəmbərlik verilmişdir. Süleyman həmçinin
Qüds şəhərində Moria təpəsində böyük məbəd inşa etdirmişdir. Rəvayətə görə,
həmin məbəddə “Əhd sandığı” yerləşdirilmişdi. Bu sandıqda Sina dağında Tanrı
tərəfndən Musaya verilən və üzərində on ilahi əmr həkk olunmuş daş lövhələr
saxlanılırdı.
O zamanlar Süleyman Məbədi yəhudilərin yeganə məbədi idi. Dini mərkəz
rolunu oynayan həmin ibadətgahda dini məsələlər həll olunurdu. Buna görə də
yəhudi tarixində sözügedən dövr “Birinci Məbəd dövrü” adlandırılır.
Süleyman peyğəmbərin vəfatından sonra İsrail krallığı iki hissəyə
parçalanmışdır. Belə ki, Yəhuda tayfası və Binyamin qəbiləsinin yarısı
Süleymanın oğlu Rovoamı öz hökmdarı kimi tanımışdır. Bununla da paytaxtı
Qüds şəhəri olan və Davudun nəsli tərəfndən idarə olunan Yəhuda krallığı
meydana gəlmişdir.

Əlli ildən yuxarı davam etmiş Babil sürgünü və ya Babil əsarəti yəhudilərin
dini həyatlarına təsir göstərmişdir. Vətəndən kənarda qapalı icma halında
yaşamağa məcbur qalan yəhudilər üçün Tövrat birləşdirici rol oynamışdır. Babil
əsarəti vaxtı yəhudilər Tövratı öyrənmək və birlikdə ibadət etmək üçün evlərdə
toplaşmağa başlamışlar. Daha sonra ibadət etmək üçün onlar xüsusi binalar –
sinaqoqlar (yunancadan tərcümədə “yığıncaq” mənasını verir. İvrit dilində “beyt
knesset” – yəni “yığıncaq evi”) tikmişlər. Beləliklə, günümüzdə yəhudilərin dini
həyatında böyük rol oynayan sinaqoqlar məhz Babil əsarəti dövründə yaranmışdır.
Həmçinin məhz Babil əsarəti dövründə başqa xalqların nümayəndələri onları
yəhudi adlandırmışdır. Çünki onlar əslən Yəhuda krallığından olmuşlar.
Yəhudilərin Babil əsarətinə Əhəməni imperiyasının banisi II Kir son
qoydu. O, e.ə. 539-cu ildə Babilistanı tutaraq öz imperiyasının tərkibinə qatdı.
Elə həmin il yəhudilərin öz vətənlərinə qayıtmalarına icazə verildi. Lakin
yəhudilərin əksər hissəsi Babilistanda qalmağa üstünlük verdi. Həmçinin II
Kir Süleyman Məbədinin bərpa olunmasını əmr etdi və bu ibadət yerinin inşası
e.ə. 516-cı ildə başa çatdı. Beləliklə, yəhudi tarixində “İkinci Məbəd dövrü”
başladı. 585 il davam edən İkinci Məbəd dövrü ərzində yəhudilər farsların,
makedoniyalıların, yunanların hakimiyyəti altında yaşamışlar. Yalnız e.ə. 152-
ci ildə onlar yəhudi dövlətini bərpa etməyə nail olmuşlar. Eramizdan əvvəl
37-ci ilədək mövcud olan bu yəhudi dövləti sonda qədim Roma imperiyasının
vassalına çevrilmişdir. İşğal zülmündən əziyyət çəkən yəhudilər qədim Roma
imperiyasına qarşı silahlı üsyan qaldırdılar. Bizim eranın 70-ci ilində bu üsyan
amansızlıqla yatırıldı. Buna baxmayaraq, 132-135-ci illərdə yenidən üsyan
qopdu. Bu üsyanların yatırılması nəticəsində Qüds şəhəri romalılar tərəfndən
tamamilə dağıdıldı, İkinci Məbəd məhv edildi, yəhudi dövləti birdəfəlik Roma
imperiyasının tərkibinə qatıldı. Beləliklə, İkinci Məbəd dövrü başa çatdı. Bu
dövrdən etibarən yəhudilər bir daha dövlət qura bilmədilər. Belə vəziyyət 15
may 1948-ci ildə İsrail dövlətinin qurulmasınadək davam etdi.
Qeyd edək ki, İkinci Məbədin yalnız qərb divarı günümüzədək gəlib
çıxmışdır. “Ağlama divarı” adlanan bu tikili yəhudilər üçün müqəddəs sayılır.
Onu da qeyd etmək lazımdır ki, İkinci Məbəd dövründə yəhudilərin dini
dünyagörüşündə mühüm dəyişikliklər baş verdi. Bəzi alimlər hesab edirlər ki,
İkinci Məbəd dövründə müxtəlif xalqların mədəniyyətləri ilə yaxından təmasda
olan yəhudilər digər dini inancların təsiri altına düşmüşlər. Məsələn, bir sıra
tədqiqatçıların fkrincə, İblis, mələk, öldükdən sonra cismən dirilmə və sorğusuala çəkilmə, qiyamət günü, cənnət və cəhənnəm haqqında inanclar yəhudi
ənənəsinə zərdüştilikdən keçmişdir.

İudaizm - monoteist dindir. Bu dinin mənsubları tək, vahid, əbədi, əzəli,
qüdrətli, hakimi-mütləq, hər şeyi bilən və idarə edən Tanrının varlığına inanırlar.
“Tövrat”a görə, tək Tanrının adı “Yahve” və ya “Yahova”dır. Əhdi-Ətiqdə bu
ada 7 mindən yuxarı yerdə rast gəlinir. Müqəddəs Kitabda Tanrını təsvir və
vəsf edən başqa ad və epitetlərdən (məs.: “Adonay” (“Bizim Rəbb”), “Elohim”
(“Tanrı”) və s.) də istifadə olunur.

Yəhudiliyə görə, kainatın yaradıcısı və idarəçisi olan Tanrı insanı öz
surətində yaratmışdır. O, salehləri mükafatlandırır, günahkarları isə cəzalandırır.
Burada onu vurğulamaq lazımdır ki, yəhudilikdə tanrı anlayışı vaxtilə milli
səciyyə daşımışdır. Yəhudilər kollektiv ibadətləri sinaqoqda yerinə yetirirlər.

Yüklə 57,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin