İNŞaat fakultəSİ “İCTİMAİ FƏNLƏR” kafedrasi


Hinduizmdə tanrı anlayışı



Yüklə 57,01 Kb.
səhifə6/12
tarix02.01.2022
ölçüsü57,01 Kb.
#47179
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
Mühazirə 3. Milli və dünya dinləri

Hinduizmdə tanrı anlayışı

Hinduizmin inanc sistemində üç ali tanrı mərkəzi yeri tutur. Bunlar Brahma, Şiva və Vişnu tanrılarıdır. Mifologiyaya əsasən, Brahma yaradıcı, Vişnu qoruyucu, Şiva isə məhv edən, dağıdıcı tanrıdır. Onu da qeyd edək ki, Hinduizmin cərəyanlarında bu tanrılara münasibət fərqlidir. Belə ki, bəzi hinduist cərəyanlar bu tanrıları bərabər səviyyəyə qoysalar da, bəziləri yaradıcı tanrı Brahmanı daha üstün sayırlar. Bununla yanaşı Hinduizmin ən böyük qollarından olan Şivaizmdə Şivu, Vişnuizmdə isə Vişnu yeganə ali tanrı hesab olunur.

Hinduizmə görə, cəmiyyət müxtəlif siniflərə ayrılır. Buna kasta sistemi deyilir. Kasta - eyni işlə məşğul olan, atadan miras qalan hüquq, vəzifə və adətləri ilə bir-birinə sıx bağlı olan şəxslər qrupudur. Kasta seçilmir və ya dəyişdirilmir. Yəni valideyn hansı kastaya mənsubdursa, övlad da həmin kastaya məxsus olur.

Kasta sistemi dörd əsas sosial qrupa bölünür:

1. Brahmanlar (kahinlər);

2. Kşatriyalar (hökmdarlar və döyüşçülər);

3. Vayşiyalar (tacirlər, əkinçilər, sənətkarlar);

4. Şudra (nökərlər).

Caynizm

Caynizm e.ə. X (IX) -VI əsrlərdə Hindistanda yaranmış milli dindir. Bu dinin mənsubları “caynlar” adlanır. Onların sayı təqribən 5-6 milyon nəfər təşkil edir. Caynizm əsasən Hindistanın qərb və cənub regionlarında yayılmışdır. Bununla yanaşı, Qərbi Avropa, Şimali Amerika, Avstraliya və dünyanın digər bölgələrində mühacir caynların cəmiyyətlərinə rast gəlmək mümkündür. Bu dinin qurucusu Cina Mahavira (“mahavira” sanskrit dilində “qalib, böyük qəhrəman” deməkdir.- Red.) və ya Vardhamana sayılır. Caynizmə görə, hər canlı fərdi və əbədi ruhdur.Gördüyümüz kimi, Caynizmdə tanrılar fövqəltəbii xarakter daşımırlar, onlar da adi insanlar kimi doğulur və ölürlər.

Caynizmin məqsədi sonsuz doğulma zəncirindən xilas olma yolunu göstərmək, eyni zamanda ruhu yanlış davranış, düşüncə və sözlərdən dolayı yaranmış mənf təsirlərdən qorumaqdır.

Üçüncü etik prinsip Caynizmin ardıcıllarının rahiblərə və dünyəvilərə bölünməsinə səbəb olmuşdur. Caynizmin tələblərinə görə, rahib eyni yerdə uzun müddət yaşaya bilməz.

Caynizmin dini mətnlər toplusu uzun əsrlər boyu şifahi şəkildə nəsildənnəsilə ötürülmüş, e.ə. III əsrdə onların sistemə salınması istiqamətində təşəbbüs
göstərilmişdir. Belə ki, həmin dövrdə Pataliputre şəhərində Caynizmin ardıcılları
dini təlimlərinin sistemləşdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə ilk dini məclislərini keçirmişlər.


Yüklə 57,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin