İNŞaat fakultəSİ “İCTİMAİ FƏNLƏR” kafedrasi



Yüklə 57,01 Kb.
səhifə3/12
tarix02.01.2022
ölçüsü57,01 Kb.
#47179
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
Mühazirə 3. Milli və dünya dinləri

Uzaq Şərq dinləri.

Konfutsiçilik

Konfutsiçilik Çin sivilizasiyasının mənəvi-mədəni imicini formalaşdıran iki əsas ənənəvi təlimdən biridir (digəri daosizmdir. –Red.). Uzun əsrlər boyu bu təlim Çin dövlətinin ideoloji əsaslarını təşkil etmişdir. 1911-ci ildə monarxiyanın devrilməsinə və Çin Xalq Respublikasının yaranmasına qədər Konfutsiçilik “Səma altının” dövlət ideologiyası və rəsmi dini olmuşdur. Çinlə yanaşı, Koreya, Yaponiya kimi bir sıra ölkələrin dini inanc sisteminə daxil olmuşdur. Mənəvi-mədəni fenomen olaraq Konfutsiçiliyin təbiətinə dair elm adamları arasında iki fkir mövcuddur. Bir sıra tədqiqatçılar Konfutsiçiliyi din statusunda görmürlər, əsasən etik-siyasi doktrina kimi nəzərdən keçirirlər. Ancaq bütün sinoloq-tədqiqatçılar Çin dinini “üç təlim” kimi təqdim edirlər: Konfutsiçilik, Daosizm və Buddizm. Ənənəvi olaraq, dinşünaslığa aid dərsliklər də bu prinsipə əməl edərək Konfutsiçiliyi din sahəsinə daxil edirlər. Belə ki, dünyəvi görünən xarakterinə baxmayaraq, Konfutsiçilik dini doktrinanın əsas meyarlarına tam uyğundur. Məzmun etibarilə o, insanın mənəvi fəaliyyət sahəsinə aiddir.

Konfutsiçilik termini Avropa mənşəlidir və təlimi formalaşmasına təsir göstərən şəxsin adından yaranmışdır. Konfutsi Çin mütəfəkkiri və flosofu Kon Fu Dzının latınlaşdırılmış adıdır. O, e.ə. 551-479-cu illərdə yaşamışdır. Filosofun yaşadığı dövr böyük sosial və siyasi sarsıntılar dövrü idi. Belə bir şəraitdə zadəganların bəzi nümayəndələri əvvəlki nüfüzunu itirərək ənənəvi Çin mətnlərini öyrətməklə, özəl dərslər vasitəsilə dolanmağa çalışırdı. Bu müəllimlərdən biri də

Konfutsi olmuşdur.

Konfutsinin nəslinin nümayəndələri bu gün də Tayvan ərazisində yaşayır və böyük ehtiram görürlər. O, öz təlimini reallaşdırmaq imkanı axtarışında tez-tez yer dəyişərək səyyah həyatı yaşamışdır. Konfutsi öz təlimində ibtidai inanclara - əcdadlar kultu, torpaq kultu, qədim çinlilərin ali tanrısı və əfsanəvi atası sayılan Şan-diyə ehtirama əsaslanmışdır. Nəticədə o, yer üzündə bütün canlıların taleyini müəyyənləşdirən ən yüksək ilahi güc olaraq Səma ilə əlaqələndirilməyə başlanılmışdır. Bu müdriklik və güc mənbəyi ilə genetik əlaqə ölkənin adında “Səma altı” və XX əsrə qədər onun hökmdarının titulunda “Səmanın oğlu” şəklində kodlaşdırılmışdır. Müəllimliklə yanaşı, Konfutsi arxeoqrafya və qədim mətnlərin redaktəsi ilə də məşğul olmuşdur. Çin mədəniyyətinin əsas, ana mətnləri sayılan bu mətnlər “Səma altı” sakinlərinin dünyagörüşünün və milli xarakterinin formalaşmasına, dolayısı ilə də Uzaq Şərqin digər xalqlarının mədəniyyətinə mühüm təsir göstərmişdir. Konfutsi yazıçılıqla da məşğul olmuş, “Baharlar və payızlar” adlı kitab yazmışdır. Kitab Lu hökmranlığının e. ə. 722-479-cu illəri əhatə edən xronikasından ibarətdir. Dahi Çin mütəfəkkirinin siyasi və etik görüşləri isə şagirdləri tərəfndən tərtib edilmiş “Lun yuy” (“Söhbətlər və mülahizələr”) adlı kitabda ifadə edilmişdir. Bu mətn flosofun həyat və fəaliyyəti haqqında əsas məlumat mənbəyidir. Konfutsi qurbanlar vasitəsilə səmaya (“Tyan”) pərəstişin vacibliyini vurğulayır və onun iradəsini (“min”) öyrənməyə çağırırdı. Hələ qədim zamanlardan məlum olan “min” termini Konfutsinin əsərlərində daha da inkişaf etdirilmişdir. Çox vaxt o, “tale”, “səmanın iradəsi” kimi tərcümə olunur.
Konfutsiyə görə, insan səmanın iradəsini dəyişmək iqtidarında deyil. Ancaq o, səmanın ondan nə istədiyini bilməlidir. Digər tərəfdən, bu, müəyyən bir insanın
şəxsiyyətinə deyil, onun sosial-siyasi statusuna aiddir. Sadə dillə desək, səma
cəmiyyətinin hər üzvü, dövlətin hər vətəndaşının öz öhdəsinə düşən vəzifələrə
uyğun hərəkət etməsini istəyir.
Daosizm

Daosizm” özündə dini və fəlsəf elementləri birləşdirən ənənəvi Çin təlimidir. Bu termin Çin dilində “yol haqqında təlim” mənasına gələn “dao-jiao” sözündən törəmişdir. Tədqiqatçılara görə, daosizm ənənəsi eramızdan əvvəl V-III əsrlərdə formalaşmışdır. İlk daosist dini təşkilat isə bizim eranın II əsrində meydana gəlmişdir. Belə ki, həmin dövrdə dağlarda tərki-dünya həyatı yaşayan Çjan Daolin “Səmavi Ustadların Yolu” adlı dini məktəb yaratmış, bununla da ilk daosist icmanın banisi kimi tarixə düşmüşdür. Daosizmin banisi eramızdan əvvəl VI-V əsrlərdə yaşadığı iddia olunan çinli mütəfəkkir Lao-Tzu və ya Lao-Tsı (çin dilində “yaşlı körpə”, “müdrik qoca” mənasına gəlir) sayılır. Rəvayətlərə görə, Lao-Tzu Konfutsi ilə görüşmüşdür. Bundan sonra Konfutsi şagirdlərinə belə demişdir: “Mən bilirəm ki, quş uça, balıq üzə, vəhşi heyvan isə qaça bilir. Qaçanı tələyə, üzəni tora salmaq, uçanı isə oxla vurmaq olar. Əjdahaya gəldikdə isə, mən bilmirəm, necə olur ki, o, küləyi yəhərləyib, buludları dələrək, səmaya doğru irəliləyir. Mən bu gün Lao-Tzu ilə görüşdüm, o, əjdaha kimidir!”.


Daosizmin dini ənənəsinin inkişafında Yan Çju (e.ə. 440/414- 380/360 illər) adlı şəxs böyük rol oynamışdır. O, Yan Tzi və ya Yan Şen adı ilə də tanınır. Onun dünyagörüşünü bu şəkildə xülasə etmək mümkündür: “Hər kəs özü üçündür” və “Hər şeyə nifrət etmək, həyatı yüksək qiymətləndirmək”.

Daosizmin inanc prinsipləri üç kitaba əsaslanır: “Dao de tszin”, “Çjuan tszı” və “Le tszı”. Daha əvvəl bəhs etdiyimiz “Dao de tszin” daosizmin ən əsas kitabı sayılır. Bu kitab 81 kiçik fəslə bölünmüşdür və 5000 heroqlifdən ibarətdir.
Məzmun baxımından olduqca sirli mətndir. Buna görə də hər bölüm bir neçə variantda şərh edilmişdir. Daosizmin ikinci əsas kitabı olan “Çjuan tszı” adını müəllif sayılan flosof Çjuan Tszıdan götürmüşdür. Konfutsiçiliyə qarşı polemik

fkirlərin yer aldığıbu traktatda ayinlərin mənəvi və praktiki dəyəri ideyası inkar edilir.

Daosizmdə əsas kateqoriya “Dao”dur. Onun ifadə olunduğu heroqlif aşağıdakı mənalara gəlir: qanunauyğunluq, prinsip, yol, danışmaq və s.
Daosizmin dini-fəlsəf sistemində Dao - hər şeyin başlanğıcı, eyni zamanda
bütün aləmin və varlıqların yaranma və var olma səbəbini izah edən kainatın
təməl qanunudur. Daosizmin ikinci təməl kateqoriyası sayılan De isə xeyir qüvvə,
məziyyət kimi tərcümə olunur.

Daosizmə əsasən, şərti olaraq tanrılar iki qrupa bölünür: “səmadan öncəkilər” – görünən dünya yaranmadan öncə mövcud olanlar və “səmadan sonrakılar” – yer üzündə yaşayan və ölümsüzlük əldə edənlər. Daoistlər dünyanın yaranmasını faciə kimi qəbul edir. Çünki dünya Daodan ayrılma nəticəsində meydana çıxmışdır. Bu isə hər şeyin, hər məxluqun öz mənşəyindən qopması deməkdir. Odur ki, varlıq faciəsinin qarşısını almaqdan ötrü əsas kateqoriyaları “boşluq” və “sadəlik” olan Daoya bənzəmək lazımdır.


Yüklə 57,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin