İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə67/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   63   64   65   66   67   68   69   70   ...   109
umumi ekologiya

                                                    Meşələr 
Azərbaycan  Respublikası  ərazisinin  ümumi  sahəsi  86,6  milyon  hektardır. 
Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Hər adam başına 
təqribən  0,12  ha  meşə  sahəsi  düşür  ki,  bu  da  ümumdünya  miqyasında  götürülən 
müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.  
Azərbaycan  meşələri  əhəmiyyətinə  görə  I  qrupa  aid  edilir  və  bu  meşələr 
Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas 
olan  xüsusiyyətlərdən  biri  müxtəlif  təbii  sərvətləri  -  mineral  xam  malı,  suyun, 
enerjinin, torpaqların yerləşməsidir. Onların arasında meşə sərvətləri heç bir digər 
təbii  sərvətlərə  xas  olmayan  çoxsahəli  funksiyaları  yerinə  yetirir.  Meşələr  yeganə 
təbiət  kompleksi  hesab  olunur  ki,  onlar  su,  hava  və  torpaq  kimi  biosferanın  çox 
vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır.  


87 
 
Respublika meşələrinin əksər sahələri (85%) Böyük Qafqazda, Kiçik Qafqazda və 
Talış dağ bölgəsində yerləşir.  
Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir (palıd, fıstıq, vələs, cökə, 
ağcaqayın  və  s.).  Respublikanın  meşələrinin  müxtəlifliyi,  onun  yayılması  iqlim, 
torpaq, müxtəlif hündürlük qurşaqlarından və digər şəraitdən asılıdır.  
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  meşə  siyasətini  Meşələrin  İnkişafı 
Departamenti vasitəsi ilə həyata keçirir.  
Departament  dövlət  meşə  fondunun  ərazisində  meşələrin  qorunub  mühafizə 
olunmasını,  meşəbərpa  və  meşəsalma  işlərinin,  əkin-materialının  yetişdirilməsini, 
meşə  ağac  və  kol  cinslərinin  toxumlarının  tədarükünü,  meşə  fondunun  dövlət 
uçotunun  və  meşə  kadastrının  aparılmasını,  meşələrə  xidmət  işlərinin  və  digər 
meşə  təsərrüfatı  tədbirlərinin  həyata  keçirilməsini,  meşədən  əlavə  istifadə  və 
yardımçı kənd təsərrüfatı sahələrinin məqsədyönlü və səmərəli aparılmasını təmin 
edir. Meşə təsərrüfatı tədbirlərinin, meşələrin torpaq qoruyucu, su saxlayıcı, mühit 
təmizləyəci,  sanitar  gigiyenik  və  digər  faydalı  funksiyaların  yüksəldilməsi 
istiqamətində  aparılmasını  təmin  edir,  ətraf  mühit  üçün  xüsusi  əhəmiyyət  kəsb 
edən  elmi  mədəni  və  rekreasiya  əhəmiyyətli  təbiət  komplekslərinin  və 
obyektlərinin,  bioloji  müxtəlifliyin,  eləcə  də  meşə  fondunda  yayılmış  fauna 
növlərinin  qorunması,  meşə  toxumçuluğu işlərinin  aparılması  zamanı genofondun 
saxlanması, artırılması istiqamətində tədbirlər həyata keçirir.  
Meşələrin  İnkişafı  Departamentinin  tabeliyində  34  Regional Meşə  Mühafizəsi  və 
Bərpası  Müəssisəsi,  3  Meşə  Salma  Müəssisəsi,  3  Regional  Meşə  Tingliyi 
Müəssisələri  (Zərərvericilər  və  Xəstəliklərə  qarşı  Mübarizə  Mərkəzi  və  Elmi 
Tədqiqat Meşəçilik İnstitutu) fəaliyyət göstərir.  
Nazirliyin  yarandığı  vaxtdan,  2001-ci  ilin  mayından  başlayaraq  Respublikanın 
bütün  ərazilərində  meşəbərpa,  meşəsalma,  əkin  materialı  yetişdirmə,  toxum 
tədarükü və digər tədbirlərin həcmi xeyli genişləndirilmişdir.  
Azərbaycan  xalqının  ümummilli  lideri  H.Ə.Əliyevin  26  dekabr  2001-ci  il  tarixli 
fərmanı  ilə  Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinə 
tapşırılmışdır  ki,  dövlət  və  yerli  özünüidarəetmə  orqanlarını  və  elmi  təşkilatları 
cəlb  etməklə  ölkədə  meşələrin  bərpa  edilməsinə  və  artırılmasına  dair,  Milli 
Proqram  hazırlayıb  baxılmaq  üçün  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinə 
təqdim etsin.  
Bununla  yanaşı  eyni  zamanda  tapşırılmışdır  ki,  ardıcıl  olaraq  ekoloji  cəhətcə 
dayanıqlı,  sosial-iqtisadi  inkişafa  və  heyvandarlığın  və  əkinçiliyin  inkişafı  ilə 
əlaqədar  olaraq  yay-qış  otlaqlarının  və  biçənəklərin  səmərəli  istifadə  olunması, 
torpaqların  dağ  yamaclarında,  dərə  və  yarğanlarda  çay  məjralarında  eroziyaya 
uğramasının,  dağətəyi  və  düzən  rayonlarda  şoranlaşmanın  qarşısının  alınmasına 
dair Milli Proqramlar hazırlayıb aidiyyatı üzrə təqdim etsin.  


88 
 
Prezident  fərmanının  icrası ilə  əlaqədar  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin 
"Meşələrin  bərpa  edilməsinə  və  artırılmasına  dair"  hazırladığı  Milli  Proqramın 
layihəsi  müvafiq  düzəliş  və  əlavələrlə  18  fevral  2003-cü  il  tarixdə  1152  saylı 
Prezident Sərəncamı ilə təsdiq edilmişdir.  
Bu  proqrama  əsasən  ölkəmizin  bütün  regionlarında  (2003-2008-ci  illərdə)  69700 
ha sahədə meşələr bərpa olunmalı və yeni meşəliklər salınmalıdır.  
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  yarandığı  vaxtdan,  2001-ci  ilin  mayından 
başlayaraq ardıcıl, düzgün ekoloji siyasət apararaq Respublikada meşələrin bərpa 
edilməsi və yeni meşə massivlərinin yaradılması, şəhərətrafı qəsəbələrin, şosse və 
magistral  yollarının  ətrafının  yaşıllaşdırılması  və  arid  zonalarda  qoruyucu  meşə 
massivlərinin  yaradılması  sahəsində  irimiqyaslı  işlərə  başlamışdır.  Bununla 
əlaqədar  Respublikanın  arid  zonalarında  meşə  və  yaşıllıqların  salınması  ən  çətin 
olduğu  şəraitlərdə  3  meşəsalma  və  4  regional  meşə  tingliyi  müəssisələri 
yaradılmışdır.(Naxçıvan, Abşeron, Quba və Kür).  
Yeni yaradılmış Meşə Salma Müəssisələrinin və Respublikanın digər bölgələrində 
fəaliyyət  göstərən  Meşə  Mühafizəsi  və  Bərpası  Müəssisələrinin  gücü  ilə  2002-ci 
ildə  7753  ha,  Milli  Proqramın  icrasına  uyğun  olaraq  2003-cü  ildə  isə  8721  ha 
sahədə  meşəbərpa  işləri  aparılmış  və  yeni  meşəliklər  salınmışdır.  Bu  göstəricilər 
2000-2001-ci  ildə  yerinə  yetirilən  meşəbərpa  və  meşəsalma  işlərinin  həcmindən, 
müvafiq olaraq 1,6-1,9 dəfə çoxdur.  
Müxtəlif  çeşiddə  əkin  materiallarının  yetişdirilməsi  sahəsində  də  məqsədyönlü 
işlər görülmüşdür.  
Belə  ki,  2002-ci  ildə  qiymətli  ağac  və  kol  cinslərindən  12  milyon  ədəd,  2003-cü 
ildə  32  milyon  ədəd  əkin  materialı  yetişdirilmişdir.  Bu  2000-2001-ci  ildə 
yetişdirilən əkin materiallarının həcmindən müvafiq olaraq 2-5 dəfə çox olmuşdur.  
Meşəbərpa  və  meşəsalma  işlərinin  həcmi  2004-cü  ildə  artırılaraq  9000  hektara, 
əkin  materiallarının  yetişdirilməsi  isə  35  milyon  ədədə  çatdırılması 
proqnozlaşdırılmışdır.  Vaxtında  aparılan  təşkilati  tədbirlərin  nəticəsində  35 
milyona  qarşı  40  milyon  əkin  materialı  yetişdirilmiş,  3700  ha  sahədə  yeni  meşə 
salınmış 5403 ha sahədə təbii bərpaya kömək tədbirləri aparılmışdır.  
2005-ji  ilin  yekun  hesabatlarına  görə  ötən  hesabat  ilində  9500  hektarmeşəbərpa 
tədbirlərinə  qarşı  9737  hektar  sahədəmeşəbərpa  tədbirləri  aparılmışdır.  Bundan 
3860 hektarı yeni meşələrin salınmasıdır. Qalan 5877 hektarı təbii bərpaya kömək 
tədbirləridir. 35  mln.  ədədə  qarşı 38  mln.  ədəd  əkin  materialı yetişdirilmişdir. Bu 
göstərijilər 2000-2001-ji ilin göstərijilərindən meşəbərpa tədbirləri üzrə 2-2,5 dəfə, 
əkin materiallarının yetişdirilməsi üzrə isə 6-10 dəfə çoxdur.  
«Meşələrin  bərpa  edilməsinə  və  artırılmasına  dair  Milli  Proqram»ın  tələblərinə 
uyğun  olaraq  2006-jı  ildə  meşəbərpa  tədbirlərinin  plan-proqnozlərı  artırılaraq  10 
min hektara çatdırılmışdır. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.  


89 
 
Göstərilənlərlə  yanaşı  meşə  təsərrüfatı  sistemində  bir  sıra  problemlər  hələ  də 
mövcuddur.  
Belə  ki,  alternativ  yanacaq  növlərinin  çatışmazlığı  meşələrdə  özbaşına  qırıntının 
artmasına,  qanunsuz  mal-qara  otarılması  isə  təbii  bərpa  prosesinin  pozulmasına 
səbəb  olur.  Maddi  texniki  təminatın  və  maliyyə  vəsaitinin  çatışmazlığı,  əmək 
haqqının aşağı olması aparılan bu cür meşə təsərrüfatı tədbirlərinə öz mənfi təsirini 
göstərir. 
 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin