İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə69/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   65   66   67   68   69   70   71   72   ...   109
umumi ekologiya

                                           Bitki örtüyü  
Azərbaycan  Respublikasının  ərazisi  zəngin  floraya  malikdir.  Nisbətən  böyük 
olmayan ərazidə dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı 
respublikamızda  yayılmışdır.  Azərbaycanda  bitən  təxminən  4500  növ  ali,  sporlu 
çiçəkli  bitkilər  125  dəstə  920  cinsdə  birləşir.  Növlərin  ümumi  sayına  görə 
Azərbaycanın  florası  Qafqazın  başqa  respublikalarına  nisbətən  xeyli  zəngindir. 
Respublikada  rast  gələn  bitki  növləri  Qafqazda  bitən  bitki  növlərinin  ümumi 
miqdarının  66%-ini  təşkil  edir.  Qafqaz  və  başqa  regionlarda  geniş  yayılmış  bitki 
növləri  ilə  yanaşı  Azərbaycanın  florasında  kifayət  sayda  yalnız  Azərbaycan  və 
onun  nisbətən  kiçik  rayonları  üçün  xarakterik  olan  240-a  yaxın  endemik  bitki 
növləri də vardır.  
Bitki örtüyünün yayılmasını regionun fiziki-coğrafi cəhətdən formalaşması, müasir 
torpaq iqlim şəraiti, şaquli zonalıq və bir sıra digər amillər də şərtləndirir. Belə ki, 
respublikanın ovalıq hissəsində 200 metrlik yüksəkliklərə kimi səhra və yarımsəhra 
bitki  tipləri  və  su  bataqlıq  bitkiləri  inkişaf  etmişdir.  Səhra  tipli  bitki 
qruplaşmalarına əsas etibarilə Xəzər sahilində, cənub-şərqi Şirvanda, Mil, Muğan 
və  Şirvan  düzlərində  rast  gəlinir.  Torpağın  duzluluğundan  asılı  olaraq  burada 
qarasoran,  şahsevdi,  ətli,  şoran,  qışotu  bitkiləri  yayılmışdır.  Yarımsəhra  bitki 
örtüyü Şirvan, Səlyan, Muğan, Mil və Qarabağ çöllərində və eləcə də Ceyrançöl, 
Qobustan  və  Arazboyu  düzənliklərdə  geniş  sahə  tutur.  Kür-Araz,  Qobustan  və 
Ceyrançöldə  zonal  formasiya  olaraq  yovşan  yarımsəhrası  sahə  etibarilə  üstünlük 
təşkil  edir.  Başqa  formasiyalardan  qarağan  (Kür-Araz)  və  dəngiz  (Qobustan, 
Naxçıvan)  formasiyaları  daha  səciyyəvidir  Yarımsəhralarda  çox  sayılan  digər 
bitkilər: soğanaqlı qırtıcı, yapon tonqalotu, bərk quramat, şərq bozağı, çilingburnu, 


92 
 
taxıl otları və bir sıra şoranlıq (çərən, şahsevdi, sarıbaş, qışotu və s.) otlarıdır. Bu 
sahələr  üçün  unikal  olan  tuqay  meşələridir.  Əsasən,  Kür,  Araz  və  Qabırrı  çayları 
vadilərində  yayılan  meşələrin  əsas  ağacları  palıd,  ağcaqayın,  göyrüş,  söyüd  və  s. 
ibarətdir.  
Böyük  Qafqaz  və  Kiçik  Qafqaz  dağətəyi  düzənliklərində  200  m-dən  600-700  m, 
bəzən  1200  metrədək  olan  hündürlükdə  əsasən  bir  və  çoxillik  kserofit  bitkilər  və 
kollar yayılmışdır. Daha yüksəkdə yuxarı sərhədi 1800-2200 metrlə məhdudlaşan 
sahələr meşələrdən ibarətdir.  
Azərbaycan  Respublikası  ərazisinin  ümumi  sahəsi  86,6  milyon  hektardır. 
Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Bundan meşə ilə 
örtülü sahə 989,5 min hektar təşkil etməklə, ümumi ərazinin 11,4% qədərədir. Hər 
adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında 
götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.  
Azərbaycanda  meşələr  sahəcə  az  olsalar  da  növ  zənginliyi  ilə  məşhurdur.  Burada 
435  növ  ağac  və  kol  bitir,  onlardan  da  70-i  endemik  növlərə  aiddir.  Bütün 
respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük və 
Kiçik  Qafqazın,  Talış  dağlarının  alçaq  və  orta  dağlıq  hissələrində  geniş 
yayılmışdır.  Xüsusilə  onlar  600-1600  m  mütləq  yüksəkliklərdə  çox  yerdə  vahid 
qurşaq yaradır. Qalan sahələrdə talalar, dar zolaqlar şəklində saxlanılır.  
Meşələr əsas üç ağac növlərindən - fıstıq, vələs və palıddan ibarətdir. Onlar bütün 
meşə örtüyünün 86,2 faizini təşkil edir. Bunlardan başqa ağcaqayın, qarağac, cökə, 
qızılağac, qovaq, yalanyarpaq, söyüd və s. enliyarpaqlı ağaclar bitir. İynəyarpaqlı 
meşələr  respublika  meşələrinin  1,7  faizini  təşkil  edir.  Azərbaycanda  təbii  halda 
inkişaf  edən  107  ağac  növündən  7-si  iynəyarpaqlı  ağaclardır.  Onlara  Avropa 
qaracökəsi,  Eldar  şamı,  qarmaqvari  şam,  çoxmeyvəli,  ağır  iyli  qırmızı  və 
uzungövdəli ardıc ağacları daxildir.  
Azərbaycan Respublikası bir çox nadir və kol növlərinin Vətəni sayılır. Qaracökə 
üçüncü  dövrün  relikt  bitkisi  kimi  meşələrin  nadir  incisidir.  Bu  ağac  Böyük 
Qafqazın Cənub (Qəbələ rayonu), cənub-şərq (Pirqulu, Şamaxı rayonu) hissəsində 
yayılmışdır. Gecböyüyən, lakin uzunömürlü qaracökə heç vaxt geniş sahələri əhatə 
etməyib.  Eldar  şamının  vətəni  Azərbayjandır,  yayılma  arealı  isə  Jeyrançöl  ön 
dağlığının  Eldar  oyuğu  sahəsidir.  Talış  dağlarında  bitən  üçüncü  dövrün  relikt  və 
nadir  ağaclarından  dəmirağac,  Lənkəran  akasiyası,  şabalıdyarpaq  palıd,  azat, 
Qafqaz xurması, şümşad, yalanqoz, Hirkan ənciri, Hirkan ağcaqayını və s. təbiətin 
nadir inciləridir.  
 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin