94
ərazisində yayılmışdır. Məs., sərçəkimilər dəstəsinə daxil olan quşlara
respublikanın bütün ərazisində rast gəlmək olar.
Azərbaycan Respublikasının "Qırmızı kitab"ına 108 növ heyvanın adı daxil
edilmişdir. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-
quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.
Azərbaycan Respublikasında nadir və nəsli kəsilməkdə olan fauna və flora
növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır.
Berkut məhdud sahədə, əsasən, yüksək dağlarda yaşayan quşlardandır. Qafqaz
tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin
sahilində, respublikanın su tutarlarında qeyd edilir. Qaya keçisi və Cənubi Qafqaz
muflonu hazırda Naxçıvan MR-da, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və
Korçayda rast gəlir. Dağıstan turu Böyük Qafqazın cənub ətəyində, Balakən,
Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır.
Respublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu
Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su
anbarıda tutulur. Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə
böyüyür, kürüləmək üçün çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq,
nərə, uzunburun və bölgədir. Xəşəm, şamıyı, poru ilanbalığı da belə balıqlardandır.
Nərəkimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur.
Bunlardan başqa, Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti
olan çapaq, çəki, sıf, naxa, külmə, ziyad (kütüm) və s. yarımkeçici balıqlar var.
Xəzərdə çoxlu siyənək, kilkə və kefal ovlanır. 1959-cu ildən sonra Kür çayında
müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının nizama salınması,
Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların
sayı xeyli azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi ilə
respublikada geniş miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod
(Kürağzı, Əlibayramlı və Kür təcrübə nərəyetişdirmə zavodları) istifadəyə
verilmşdir. Respublikanın balıqyetişdirmə təsərrüfatlarında və zavodlarında
hazırda ildə 20 mln.-dək nərə balığı, 600 min qızılbalıq və 800 mln-dan çox çapaq,
çəki külmə və sıf körpəsi yetişdirilir. Bunlardan əlavə, 1980-ci ildən Kiçik
Qızılağac təsərrüfatında fəaliyyət göstərən inkubatorda ildə 50 min ziyad balığı
yetişdirilib dənizə buraxılır. 2000-ci ildə Xıllıda yeni, müasir 20 mln. nərəkimi
körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir.
Dostları ilə paylaş: