93
ölkələrindən olan bəzi heyvan növləri buradakı şəraitə uyğunlaşmış, respublikanın
faunasını zənginləşdirmişdir.
Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun
heyvanlar aləmi də çox rəngarəngdir.
Respublika ərazisndə 97 növ məməli, 357 növ quş, 67 növ amfibii və reptili, 1 növ
dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.
Düzənlik sahələrin faunası külli miqdarda məməlilər, sürünənlər, suda-quruda
yaşayanlar və çoxsaylı oturaq və köçəri quşlarla təmsil olunub.
Burada məməlilərdən ceyrana, çöl donuzuna, canavara, tülküyə, porsuğa, qamışlıq
pişiyinə, dovşana və s., sürünənlərdən - bataqlıq, Xəzər və Aralıq dənizi
tısbağalarına, zolaqlı kəltənkələyə, adi və su koramalına, gürzəyə və s., suda-
quruda yaşayanlardan - müxtəlif növ qurbağalara, quşlardan - qırqovula, kəkliyə,
turaca, qartala, müxtəlif növ ördək və qazlara, harayçı və fısıldayan qu quşlarına,
qaşqaldağa, sultan toyuğuna, vağlara, qarabatdaqlara, qıvrımlələk qutana və s.
həşaratların bir çox növlərinə rast gəlinir.
Orta və yüksək dağlıq hissədə düzənlikdə rast gəlinən heyvanlardan başqa bu
ərazilər üçün xarakterik sayılan Şərqi Qafqaz təkəsi, Qafqaz maralı, Qafqaz
köpgəri, Avropa cüyürü, Qafqaz qonur ayısı, quşlardan toğlugötürən, berkut,
Qafqaz şahini, Qafqaz tetrası, Qafqaz uları və s. fauna nümunələri
məskunlaşmışdır.
Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 108 heyvan növü, o cümlədən 14
növ məməli, 36 növ quş, 13 növ amfibi və reptililər, 5 növ balıq və 40 növ həşərat
daxil edilib.
Dostları ilə paylaş: