Turş yağışlar “Turş yağışlar” terminini ilk dəfə 1872-ci ildə ingilis mühəndisi Robert Smit
özünün “Hava və yağış:kimyəvi klimotologiyanın başlanğıcı” adlı kitabında
işlətmişdir.Tərkibində kükürd və azot turşularının məhlulu olan yağıntılar təbiətə
əhəmiyyətli dərəcədə zərər verir.Torpaq,bitki və heyvanat aləmi onun qurbanlarına
çevrilir.
İstənilən yeraltı yanacaq növlərini (kömür,neft və s)yandırılarkən ayrılan qazların
tərkibində kükürd iki-oksid və azot oksidiləri olur.Yanacağın tərkibindən asılı
olaraq onların miqdarı az və ya çox ola bilər.Yüksək kükürdlü daş kömürlər və
mazutun yanmasından alınan qazların tərkibində kükürd oksidi daha çox
olur.Atmosferə ixrac olunan milyon tonlarla kükürd 2-oksidi yerə düşən yağıntıları
zəif kükürd turşularına çevirir.
Azot oksidləri isə yüksək temperaturlarda ( əsasən daxiliyanma mühərriklərində
və qazanxana qurğularında ) azotun havanın oksigeni ilə birləşməsi zamanı
yaranır.Təəssüf ki,enerjinin alınması əksər hallarda ətraf mühitin turşuluğunun
artması ilə müşayət olunur.Vəziyyəti çətinləşdirən məsələlərdən biri də odur
ki,istilik elektrik stansiyalarının tüstü borularının hündürlüyü 250-300m-ə,hətta
400m-ə çatır.Bu isə öz növbəsində atmosferə ixrac olunan tullantıların böyük
ərazilərə yayılmasına səbəb olur.
Su məhlulunun turşuluğu onun tərkibindəki hidrogen ionları (H
+
) ilə
müəyyənləşdirilir və bir litr məhlulda bu ionların qatılığı ilə C(H
+
) (mol/l və ya q/l)
səciyyələndirilir. Su məhlulunun qələviliyi onun tərkibindəki hidrooksid ionları
(OH
-
) ilə müəyyənləşdirilir və bir litr məhlulda bu ionların qatılığı ilə C(H
-
)
səciyyələndirilir.Turşuluq və qələvilik qarşılıqlı əlaqəlidir:turşuluğun artması
qələviliyin azalmasına gətirib çixrır və əksinə.Əgər,məhlulun tərkibində hidrogen
126
və hidrooksid ionlarının qatılığı eyni və bərabərdirsə bu zaman məhlul neytral
olur.Belə vəziyyət kimyəvi təmiz suya xasdır.